Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə48/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

147 
 
 
hüququ  dövlət  hakimiyyətinə  resursların  idarə  olunması  üçün 
müəyyən  səlahiyyətləri  vermiş  olur.  Dövlət  hüququ  dövlət 
hakimiyyətinə  azad  şəraitdə  fəaliyyət  imkanları  verir.  Bu 
baxımdan  da  azadlıq  bir  prinsip  olaraq  vətəndaşların 
hüquqlarının  genişlənməsini  təmin  edir  və  azad  şəraitdə 
insanlar  daha  çox  resurs  əldə  edirlər.  İnsanların  resurs  əldə 
etmələri  üçün  əsas  şəraiti  dövlət  hakimiyyəti  yaradır  və 
insanların  sərbəst  hərəkətləri  dövlət  hakimiyyəti  üçün  lazımi 
resursların  əldə  olunmasını  təmin  edir.  Dövlət  hakimiyyəti  öz 
ə
lində  olan  resurslardan  (qazandığı  resurslardan,  məsələn, 
vergilərin  yığılması  ilə  fondların  təşkil  olunması,  büdcələrin  –
icmal  və  dövlət  büdcələrinin,  formalaşması,  dövlət  qızıl 
ehtiyatlarının  toplanması  və  əldə  saxlanılması,  material 
ehtiyatların  yığılması,  dövlət  mülkiyyətinin  yaradılması  və  s.) 
istifadə  edir  və  bu  baxımdan  da  həmin  resursları  insanların 
hüquqlarının  yüksək  səviyyədə  təmin  olunmasına  yönəldir. 
Dövlət  resursları  cəmləşdirməklə  vətəndaşlar  üçün  müəyyən 
ehtiyacların  ödənilməsini  təmin  edir.  Bu  resursları  artırmaq 
üçün  dövlət  vətəndaşlarının  imkanlarından  və  potensialından 
istifadə  edir.  Bu  zaman  enerji  artır  və  dövlətin  əlində  olan 
mərkəzi 
enerji 
mənbəyi 
meydana 
gəlir. 
Dövlət 
hakimiyyətinin  yaratdığı  azad  şərait  sayəsində  insanlar  özləri 
üçün lazımı resursları əldə edə bilirlər.  Dövlət azad şəkildə və 
liberal əsaslarla resursları istiqamətləndirməklə daha çox resurs 
ə
ldə  etmək  imkanları  qazana  bilir.  Buradan  da  azadlıq 
prinsipləri  formalaşmış  olur.  Lazımi  resurslar  da  insanların  öz 
hüquqlarını  təmin  etməyə  yönəlir və  hüquqları təmin olunmuş 
insanlar  da  əsasən  sərbəst  qaydada  fəaliyət  göstərirlər. 
İ
nsanların azadlığı onların hüquq azadlığına səbəb olur. Hüquq 
azadlığı  isə  fəaliyyət  sahələrində  öz  əksini  tapmış  olur  və 
fəaliyyət  sahələrinin  sərbəstliyi  geniş  həcmli  resursların  əld 
edilməsinə səbəb olur.  


148 
 
 
Qeyd  olunduğu  kimi,  hüquqların  təmin  olunması  üçün 
dövlətin  və  onun  hakimiyyətinin  təşkil  olunması  vacib  amilə 
çevrilir.  Dövlətlərsiz,  hakimiyyətlərsiz  müasir  zamanda  seçki 
proseslərinin  həyata  keçirilməsi  qeyri-mümkün  varianta 
çevrilir.  İnsanlar  bir  tərəfdən  seçkilər  yolu  ilə  öz  hakimiyyət-
lərini  formalaşdırırlar,  digər  tərəfdən  də  hakimiyyətlərinin 
təşkilatçılığı  ilə  seçki  proseslərini  həyata  keçrirlər.  Seçkilər 
qırılmaz  və  ardıcıl  hüquqların  təmin  olunması  və ardıcıl  əsaslı 
sistemin  təkmilləşdirilməsi  üçün  həyata  keçirilir.  Seçkilərin 
müddətli qaydada və müntəzəm olaraq təşkili əsasən, müddətli 
qaydada və növbəlilik əsasında insanların azad iradələrini ifadə 
etmək  üçündür.  Belə  ki,  insanların  artımı,  onların  seçki 
hüquqlarının  ardıcıl  qaydada  meydana  gəlməsi  də  seçkilərin 
ardıcıl  olaraq  keçirilməsinin  əsaslarını  təşkil  edir.  Seçki 
cəmiyyətdə  və  dövlət  hakimiyyətində  və  onun  idarəçiliyində 
daima  yeniləşmə  prosesini  təmin  etmək  üçün  həyata  keçirilən 
bir  vasitəyə  çevrilir.  Bu  baxımdan  da  seçkilərin  mütəmadi 
keçirilməsi  məsuliyyətlərin  daha  da  artmasına  səbəb  olur  və 
cəmiyyətdə 
mövcud 
olan 
boşluqlar 
aradan 
qaldırılır. 
Ümumiyyətlə,  seçki  vətəndaşların  iradələrini  dövlətlərinin 
iradələrinə sıx şəkildə bağlayır.  
Azadlığın  və  hüquqların  təmin  olunması  siyasi  sistemin 
təkmilləşməsindən  və  onun  təkmil  fəaliyyətindən  çox  asılıdr. 
Məhz  təkmil  siyasi  sistemlər  insan  hüquqlarının  reallaşması 
üçün  çox  vacibdir.  Siyasi  sistemlərin  təkmil  forması  siyasi 
münasibətlərin  də  təkmil  formada  meydana  gəlməsinin 
ə
saslarını  təşkil  edir.  Siyasi  sistemin  təkmil  forması  siyasəti 
icra  edən  şəxslərin  də  məsuliyyətini  artırır.  Siyasi  sistemin 
təkmil  forması  insanlarla  dövlət  arasında  təkmil  əlaqələrin  və 
münasibətlərin  yaranmasının  əsaslarını  təşkil  edir.  Təkmil 
siyasi  sistemlər  mövcud  resursların  təkmil  qaydada  və  tarazlı 
ə
saslarla  bölünməsini  təmin  edirlər.  Məlumdur  ki,  resurslarsız 
(maddi  və  material)  hüquqların  təmin  olunması  qeyri-


149 
 
 
mümkündür.  Hüquqların  təmin  olunması  zamana,  məkana  və 
resurslara (burada  maddi-material  resurslar)  bağlı olduğundan, 
hüquqların  yüksək  səviyyədə  icrası  resurs  zənginliyindən 
meydana  gəlir.  Resurs  aənginliyi  qeyri-müəyyən  olan,  lakin 
mövcud  olan  hüquqları  müəyyən  edir  onu  uzaqdan  yaxına 
gətirir.  
Seçkilər resursların idarə olunmasını təmin etməklə yanaşı, 
həm  də  resursların  əldə  olunması  üçün  həyata  keçirilən  və 
istifadə  olunan  bir  vasitədir.  Seçkilər  yolu  ilə  hakimiyyət 
formalaşdırılır,  hakimiyyət  də  öz  imkanlarından  və  seçkilər 
yolu  ilə  əldə  etdiyi  hüquqlardan  istifadə  edərək  vətəndaşlar 
üzərində  sərəncamvermə  hüquqlarını  tətbiq  edir.  Bu  anda 
hakimiyyətin qazancları əldə olunmuş olur. Seçki hakimiyyətin 
resurs  əldə  etməsində  dolayı  yolla,  vasitələr  ilə  tətbiqində 
mühüm əhəmiyyət kəsb edir. 
İ
nsan hüquqlarının təmin olunması üçün bir çox formalar 
(prosesi  həyata  keçirmək  üçün)  təşkil  olunur.  Həmin 
formalardan  biri  də  seçkidir  ki,  bu  seçki  vasitəsilə,  bir  daha 
qeyd  etmək  yerinə  düşər  ki,  insanlar  öz  iradələrini  sərbəst 
şə
kildə  ortaya  qoya  bilirlər.  Seçki  insanların  potensiallarının 
vahidliyi  məsələsini  yaradır.  Seçki  sərbəstliyi  üçün  şəraitin 
yaradılması çox vacib bir amilə çevrilir.  
Seçki  universal  bir  prosesdir,  baxışları  və  mövqeləri  bir 
araya  gətirəndir  və  bu  proses  daxilində  insanların  rəngarəng 
hüquqları  icra  olunmuş  olur.  Seçkinin  icrasının  nəticəsi  ilə 
insanların  təbii  hüquqlarının  digər  formalarının  yerinə 
yetirilməsinə  başlamaq  üçün  səbəb  rolunu  oynayır.  Seçki 
sayəsində  siyasi  sistemlərin  təkimlləşməsi  meydana  gəlir. 
Seçkilər  insan  hüquqlarının  reallaşmasının  ən  optimal 
variantlarından  biridir.  Belə  ki,  bu  yolla  çoxluq  öz  seçimini 
edir və çoxluğun iradəsi sonda hamının iradəsini özündə əks 
etdirə  bilir.  Deməli,  seçki  həm  də  dəyişməni  yaradan  bir 
vasitədir.  Bu  yolla  cəmiyyətdə  fikir  dəyişiklikləri  meydana 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə