Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə44/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

135 
 
 
ə
laqələrdə  sistemli  nizamı təşkil  ediblər. Bu sistemli nizam da 
öz  növbəsində  insanlar  arasında  münasibətlərin  tənzimlən-
məsinin  əsaslarını  yaradıb.  İnsanlar  öz  dövlətlərini  təbii 
zərurətdən  irəli  gələrək  yaratdıqlarına  görə  seçki  də 
demokratiyanın  tərkib  ünsürü  olaraq  həm  də  təbii  bir  hüquqa 
çevrilib. 
Bu 
baxımdan 
da 
seçki 
insan 
hüquqlarının 
reallaşmasını şərtləndirən əsas hüquq kimi böyük rol oynayır.  
Məlumdur  ki,  insanlar  öz  dövlətlərini  maraqlarının  təmin 
olunmasının  əsasları,  ehtiyaclar  və  tələbatların  sistemli 
qaydada və taraz şəkildə ödənilməsi baxımından təşkil edirlər. 
İ
nsanlar 
on 
görə 
dövlətlərini 
(tərəf 
kimi 
dövlət 
hakimiyyətlərini) təşkil edirlər və onlara səlahiyyət verirlər ki, 
(referendum  yolu  ilə  konstitusiyanı  qəbul  etməklə)  onların 
hüquqlarını  təmin  etsinlər.  Bunun  üçün  enerjili  tərəflərə 
çevrilsinlər.  Dövlət  hakimityyəti  öz  mənbəyini  vətəndaşlardan 
götürür  və  vətəndaşlara  xidmət  edir.  Burada  artıq  seçki 
prosesləri  təşkiledici  əhəmiyyət  daşıyır.  Bu  baxımdan 
dövlətləri insanlar özləri üçün təşkil edirlər. Seçki hüququ təbii 
hüquqların  sahələri  arasında  vasitəli  hüquq  kimi  önəmə 
malikdir.  Özləri  də  dövlətlərində  iştirak  etməklə  tərəf  kimi 
dövlət hakimiyyətlərinə hüquqlar verirlər. Məlumdur ki, dövlət 
həm  mücərrəd  (təsəvvürlərdə  anlaşılan),  həm  də  konkret 
(reallıqda  dərk  olunan,  fəaliyyət  göstərən)  bir  məfhumdur  və 
geniş  məna  etibarilə  anlayışdır.  Dövlət  ümumiləşdirici 
məfhumdur  və tərkib  etibarilə  iki  mühüm bazadan və tərəfdən 
ibarətdir: dövlət hakimiyyəti və vətəndaşlar tərəfi. Dövlət öz 
cəmiyyətinə xidmət üçün təşki edilir. Tərəflər olan vətəndaşlar 
və  hakimiyyət  elə  öz-özünə  xidmət  üçün  fəaliyyətlərini 
istiqamətləndirirlər  ki,  bu  da  nəticə  etibarilə  xalqa  və  insana 
xidmətə  istiqamətlənir.  Dövlət  hakimiyyəti  seçki  yolu  ilə  üst 
tərəf  kimi  formalaşdırılır.  Ümumiyyətlə  isə  nəzəri  baxımdan 
qeyd etmək olar ki, vətəndaş tərəfi dövlət hakimiyyəti tərəfinə 
nisbətən daha geniş hüquqlara malikdir. Dövlət hakimiyyətinin 


136 
 
 
hüquqları vətəndaşların hüquqlarından formalaşır. Burada seçki 
ə
sas  ötürücü,  paylayıcı  və  bölücü  funksiya  vasitəsi  rolunu 
oynayır.  
Dövlət  hakimiyyətinin  hüquqları  vətəndaşların  hüquqları 
üzərində 
formalaşdırılır. 
Dövlət 
hakimiyyətinə 
onun 
vətəndaşları ixtiyar və səlahiyyətlər verirlər. Dövlət hüququnun 
tərkibi olaraq meydana gələn dövlət hakimiyyəti hüququ dövlət 
hakimiyyətinə tərəf kimi güc və böyük səlahiyyət vermiş olur. 
Buradan da belə bir məntiqi nəticə ortaya çıxır ki, seçki hüququ 
güc  və  potensial  yaradan  hüquqdur.  Seçki  hüququ  təşkilati 
məzmuna  malik  olan  hüquqdur.  Seçki  yolu  insanlar  arasında 
vəzifələr uğrunda mübarizədə ədaləti ortaya qoyma vasitəsidir. 
Həm  də  bir  yoldur  və  nəticə  etibarilə  qəbuletmə  şərtlərini 
meydana  gətirir.  Ədalətli  və  şəffaf  seçkilər  cəmiyyətin 
tarazlığının əsaslarını təşkil etmiş olur.  
Onu  da  nəzərə  almaq  lazımdır  ki,  dövlət  hakimiyyətinin 
hüququ  daxildə  vətəndaşın  hüququndan  üstün  ola  bilməz. 
Dövlət  hakimiyyətinin  hüquq  elə  vətəndaşların  hüquqlarına 
xidmət  üzərində  qurulur.  Bu  prinsipi  dövlətin  beynəlxalq 
münasibətlərinə də şamil etmək olar. Lakin qeyd etmək olar ki, 
dövlət  hüququ  yalnız  beynəlxalq  münasibətlərdə  formal 
olaraq  vətəndaş  hüququndan  bir  qədər  öndə  ola  bilər.  Çünki 
beynəlxalq  münasibətlərdə  tərəflər  kimi  dövlətlər  bir-birilərini 
tanıyırlar.  Bu  baxımdan  da  dövlət  hüququ  onun  vətəndaşının 
hüququndan önə keçmiş olur. Lakin məzmun baxımından yenə 
də vətəndaş hüququ, geniş anlamda xalq hüququ daha dərindir. 
Dövlət  hüququ  məhz  bu  kimi  ünsürlər  üzərində  formalaşmış 
hüquqdur  və  öz  məzmununu  da  təminedici  və  qoruyucu 
formada  formalaşdırır.  Dövlət  hüququnun  mənbəyi  elə 
vətəndaş  hüqüqunun  mənbəyidir.  Dövlət  bir  növ  cəmiyyəti 
ə
hatə  edir  və  öz  mənbəyini  məhz  cəmiyyətdən  götürür. 
Vətəndaşlar  seçim  hüquqları  ilə  öz  dövlətlərinin  hüquqlarını 
müəyyən  etmiş  olurlar.  Dövlət  hüququ  çərçivələrəsalıcı 


137 
 
 
funksiyanı yerinə yetirmək üçün dövlətin idarəetmə hüququnun 
tərkib ünsürünə çevrilir.  
Seçki  idarəetmə  üçün  çox  mühüm  bir  vasitədir  və 
idarəedən tərəfi təşkil etmək məqsədilə istifadə olunan üsuldur. 
Seçki  proseslərinin  özü  də  (prosesləri  təşkil  etmək)  bir 
idarəetmə vasitəsi və üsuludur. Yəni bu yolla təşkilati proseslər 
həyata keçirilir. İdaretmə dövlətin əsas funksiyasını təşkil edir 
və  demək  olar  ki,  məhz  fəaliyətin  özüdür.  İdarəetmə  hüququ 
dövlətin  əsas  hüququ  kimi  önəmə  malikdir.  İdarəetmə  ilə 
tənzimləmə  də  həyata  keçirilir.  Dövlət  hakimiyyətinin  bütün 
funksiyaları (aktları), hərəkətləri başlıca olaraq onun idarəetmə 
funksiyasını meydana gətirmiş olur. Dövlətin bütün hərəkəti və 
fəaliyyətinin əsasları onun idarəçilik prinsipindən və idarəetmə 
hüquqlarına məxsus olmasından irəli gəlir. Dövlət hakimiyyəti 
ə
sas  etibarilə  bir  tərəf  kimi  münasibətlərin  rəsmi  əsaslarını  və 
rasionallığını  təmin  edir.  Rasionallıq  da  normativlikdə  (yəni 
müəyyən  ölçülü  qaydalarda)  və  imperativlikdə  (qaydalara 
məcburən  və  zərurətdən  irəli  gələrək  əməl  etmədə)  özünü 
təsdiq  etmiş  olur.  Dövlət  hakimiyyətinin  strukturları  əsas 
etibarilə  insanların  mərhələli  hüquqlarını  (burada  həm 
iyerarxik qaydada mövcud olan hüquqlardan, həm də məkan 
baxımından  yerli  və  mərkəzi  qaydada  mövcud  olan 
hüquqlardan  söhbət  gedir)  təmin  etmək  üçün  təşkil  edilir. 
İ
nsanların fəaliyyətinə müvafiq olaraq, onların hüquqları bütün 
sahələrdə  mövcud  olur.  Dövlət  insanların  hüquqlarını  təmin 
etmək  üçün  bütün  sahələr  üzrə  əlaqəli  işlərin  həyata 
keçirilməsini  təmin  etmək  funksiyasını  həyata  keçirir.  Dövlət 
(dövlət  hakimiyyəti)  vətəndaşların  hüquqlarının  ayrı-ayrı 
sahələr üzrə təmin edilməsini həyata keçirməklə yanaşı, onların 
vahid  hüquqlarının (burada  şəbəkələşmiş  xarakteri  kəsb  edən 
və daha çox fəlsəfi məzmuna malik olan hüquqlar-insanların 
ümumi  hüquqları)  da  formalaşmasının  əsaslarını  təşkil  edir. 
(Qeyd:  dövlət  hakimiyəti  hüququ  və  vətəndaş  hüququ  cəm 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə