Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə42/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

129 
 
 
seçki  proseslərinin  təkmil  forması  (yəni  azadlığı  özündə  əks 
etdirməklə rasional forması) mühüm önəmə malik olmalıdır.  
Ümumiyyətlə, insan hüquqları insanların fəaliyyətinə bağlı 
olan  proses  olduğundan  və  insanları  bütün  sahələrdə  təmsil 
etdiyindən  belə  qənaətə  gəlmək  olar  ki,  seçki  hüquqları  da 
insanların  təşkil  etmə,  icraetmə,  azadlıqlarını  reallaşdırma 
hüquqlarını  özündə  cəmləşdirir.  Seçki  hüquqların  təsnif 
olunmasının  və  əmək  münasibətlərində  ünsürlərin  iyerarxiya-
laşmasının  əsaslarını  təşkil  edir.  Bu  baxımdan  koordinasiya-
edici vasitə rolunda çıxış edir. Məzmun etibarilə seçki yolu ilə 
insanlar  öz  hakimiyyətlərini  (mərkəzi  və  yerli  qaydada)  təşkil 
edirlər  və  onlara  səlahiyyətlər  vermiş  olurlar.  Deməli,  hüquq 
ə
slində səlahiyyətlər üçün də vacib olan bir kriteriyadır. Bu 
baxımdan  da  seçki  hüququ  tərəfləri  yaratma  və  icraetmə 
(burada  məsuliyyətlilik  baxımından)  kimi  fəaliyyətlərə 
bağlamış 
olur. 
Seçki 
hüququ 
dövlət 
hakimiyyətinə 
səlahiyyətlər  verən  və  onlar  üçün  vəzifələr  müəyyən  edən 
ə
sas hüquq kimi əhəmiyyət kəsb edir. Seçki vəzifələr müəyyən 
edən  əsas  hüquq  kimi  önəmə  malikdir.  Seçki  qarşılıqlı 
ə
laqələrdə  tərəflərə  səlahiyyətlər  verdiyindən,  öhdəliklər 
müəyyən edən əsas vasitələr kimi də mühüm rol oynayır.  
Seçki  hüququnun  tərkibi,  seçki  prosesinin  tərkibini  əks 
etdirən hüquq (səsvermə hüququ və seçkilərdə namizəd kimi 
iştirak  etmək  hüququ,  namizədləri  irəli  sürmək  hüququ, 
imza  toplamaq  və  təşəbbüs  qrupunu  yaratmaq  hüququ, 
namizədləri  dəstəkləmək  hüququ  və  s.)  elə  əsas  hüquqların 
tərkibidir,  çünki  insanların  daxili  təbiətini  əks  etdirən  leqal 
hərəkətlər  (təbii  hərəkətlər,  normaya  əsaslanan  hüquqi 
hərəkətlər)  burada  öz  əksini  tapır.  Deməli,  əvvəlcə  də  qeyd 
olunduğu  kimi,  seçki  hüququ  həm  də  təbii  hüquqların  bir 
formasıdır.  Çünki  insanların  bütün  müsbət  hərəkətləri  onların 
təbii  hüquqlarının  tərkibidir.  Deməli,  seçki  müsbət  hərəkətdir. 
İ
nsan hərəkətləri təbii hüquqlardan, təbii olaraq meydana gələn 
vəziyyətlərdən (hallardan) zəruri olaraq ortaya çıxır.  


130 
 
 
Seçki  yolu  ilə  azadlıq  və  sərbəstlik,  azad  seçim 
imkanları  reallaşır.  Seçki  hüququ  burada  təbii  hüququn 
reallaşmasının  əsaslarını  yaradır.  Seçki  azadlığı  ifadə  edən  bir 
prosesdir. Azadlıq təbii hüququn tərkibidir. Deməli, seçki təbii 
hüquqların  təmin  olunması  vasitələrindən  və  üsullarından 
biridir. Şəffaf və ədalətli seçki təbii hüquqların tərkibidir. Təbii 
hüquqlar şəffaflığı tələb etdiyindən, şəffaflıq və ədaləti özündə 
cəmləşdirdiyindən  seçki  də  təbii  hüquqların  bu  kimi 
mahiyyətini ifadə edən vasitə kimi əhəmiyyət kəsb edir.  
Seçki təbii hüquqları təmin edən əsas vasitə olduğundan bu 
yolla  digər  təbii  hüquqların  da  təmin  edilməsi  üçün  müvafiq 
təşkilati  işlər  həyata  keçirilir.  Seçki  hüququ  vasitəsilə 
idarəetmə 
sistemləri 
təkmilləşdirilir. 
Seçkilər 
prosesi 
hakimiyyətin  qollarının  (məsələn,  qanunverici  və  icra 
hakmiyyəti)  formalaşması  üçün  xüsusi  bir  proses  kimi 
ə
həmiyyətə  malik  olur.  Seçki  insanların  (vətəndaşların)  öz 
dövlət  hakimiyyətlərində  təmsil  olunmaları  hüquqlarının 
reallaşması üçün mümkün variantların reallaşmasının əsaslarını 
yaradır.  Deməli,  seçki  ali  səviyyədə  fəaliyyəti  təmin  edən  bir 
vasitədir.  Burada  seçki  hüquqları  və  seçki  prosesi  vətəndaşla 
dövlət  hakimiyyəti  arasında  bir  bağlayıcılığı  meydana  gətirir. 
Seçki yolu ilə vətəndaşların öz dövlət hakimiyyətlərində iştirak 
etmək,  dövlət  hakimiyyətlərini  və  yerli  hakimiyyətləri 
formalaşdırmaq  imkanları  meydana  gəlmiş  olur.  Seçki 
prosesləri  zamanı  dövlətin  mərkəzi  və  yerli  hakimiyyətləri 
formalaşmış  olur.  Vətəndaşlar  üçün  seçki  hakimiyyəti 
formalaşdırma vasitələri kimi istifadə olunan vasitələrə çevrilir. 
(Bu fikir əvvəlcə də qeyd olunub). Seçki prosesi zamanı dövlət 
və  hakimiyyət  hüquqları  formalaşmış  olur.  Dövlət  hüququ 
ə
sasən  idarəetmə  və  onun  da  tərkibi  olaraq  təşkil  etmə,  icra 
etmə və mühafizə etmə funksiyasını  yerinə yetirir. Buradan da 
belə  bir  nəticə  ortaya  çıxır  ki,  seçki  hüququ  formalaşdırıcı 
hüquq kimi önəmə malik olur.  


131 
 
 
Ümumiyyətlə,  seçki  hüququ  dövlət  hakimiyyətində 
vətəndaşların  iştirakını  təmin  etməklə,  onların  dövlət 
hakimiyyətində  statuslarını  da  müəyyən  edən  hüquqlar  kimi 
mühüm  rola  malikdir.  Seçki  hüququ  vətəndaşlıq  statusunu 
şə
rtləndirir. Vətəndaşlıq hüququnu həm də seçki hüququ təmin 
edirsə,  belə  hesab  etmək  olar  ki,  statusun  meydana  gəlməsi 
ə
slində hüquqlardan asılıdır.  
Seçki  bütün  hallarda  digər  hüquqları  müəyyənedici  faktor 
kimi  böyük  önəmə  malikdir.  İnsanların  hüquqlarının  onların 
bütün sahələrdə və yaş dövrlərində əksini tapması prinsipindən 
çıxış  edərək  hesab  etmək  olar  ki,  seçkidə  aktiv  və  passiv 
qaydada iştirak etmək, seçkini təyin və təşkil etmək hüququ da 
(dövlət  hüququnun  bölgü  ünsürü  olaraq)  digər  hüquqlarla 
yanaşı,  insan  hüquqlarına  aiddir.  Seçki  (burada  ümumxalq 
seçkisi)  yolu  ilə  insan  hüquqlarının  aliliyi  müəyyən  olunur. 
Çünki seçkilərdə insanlar öz siyasi (idarəetmə sahəsi kimi həm 
də  inzibati)  seçimlərini  edirlər  və  konstitusiya  hüquqlarını 
formalaşdırırlar. 
Buradan 
seçki 
hüququnun 
ali 
siyasi 
hüquqların bölgü tərkibi olması qənaətinə gəlmək olur. Dövlət 
hüququ  ali  və  siyasi  hüquq  olduğundan  ümumxalq  səsvermə 
hüququ,  seçkidə  namizəd  kimi  iştirak  etmək  hüququ  da  ali  və 
siyasi  hüquqdur.  Konstitusiya  hüquqlarının  ümumi  siyasi 
hüquqların  konstruksiyasını  təşkil  edən  kompleksləşdirici 
vasitələr  olmasını  nəzərə  alaraq,  belə  qənaətə  gələ  bilərik  ki, 
seçki hüququ universal əhəmiyyətə malikdir və konstitusiyanın 
mahiyyətini  müəyyən  edən  əsas  vasitədir.  O  da  məlumdur  ki, 
seçki  hüquqlarına  referendumda  (ümumxalq  səsverməsində) 
iştirak  etmək  də  aiddir.  Seçki  ümumilikdə  dövlətin  universal 
prinsiplərlə  təşkil  olunmasını  təmin  edən  əsas  hüquqdur. 
Mərkəzi  və  yerli  qaydada  seçkilərdə  aktiv  və  passiv  iştirak 
etmək 
hüququ 
insan 
hüquqlarının 
ş
axəli 
ə
saslarının 
formalaşması  zərurətini  ortaya  çıxarmış  olur.  Referendum 
dövlət  əhəmiyyətli  məsələləri  həll  etdiyindən,  yüksək 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə