Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə39/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

120 
 
 
hüququ siyasi sistemin formalaşmasının nəzəri əsaslarını təşkil 
edir  və  ali  hakimiyyətlə  (hakimiyyət  qolları)  ilə  vətəndaşlar 
arasında rəsmi-hüquqi münasibətlərin əsaslarını əks etdirir. Bu 
baxımdan da konstitusiya hüququ ali siyasi hüquqları təcəssüm 
etdirən  hüquqlar  kimi  böyük  önəmə  malik  olan  bir  hüquqdur. 
Siyasi  məzmunlu  seçkilər  də  konstitusiyanın  formalaşmasının 
ə
sas  özəyini  təşkil  edir.  Deməli,  seçki  burada  ali  siyasi 
hüquqları meydana gətirən bir əsas vasitə və üsul rolunda çıxış 
edir.  İnsanların  ali  hüquqlarının  (burada  siyasi  mənada) 
normalar şəklində ifadə olunmasının ümumiləşdirilmiş forması 
və  məzmunu  konstitusiyada  öz  əksini  tapdığından  və 
konstitusiyanın seçki yolu ilə qəbul edilməsindən irəli gələrək, 
bir  daha  belə  qənaətə  gəlmək  olar  ki,  seçki  təşkiledici  bir 
vasitədir  və  seçki  hüququ  da  aralıq  bir  hüquqdur.  Bununla 
bərabər,  birləşdirici  bir  hüquqdur,  tərəfləri  bir  araya  gətirən 
hüquqdur.  
 
Hüquq-vətəndaş-dövlət hüququ” birləşmiş anlayışı və 
seçki hüququ 
 
Məlumdur  ki,  insanların  bütün  həyat  tərzləri  və  sahələri 
ehtiyac  və  tələbat  meyarlılığı  və  kompleksliliyi  (vahidliyi) 
baxımından  bir-biriləri  ilə  sıx  şəkildə  bağlıdır.  İnsan  həyatı 
fəaliyyətin  və  maraqların  əks  olunduğu  bütün  sahələr  üzrə 
obyektlərə və subyektlərə təsiredici əsaslarla təşkil olunur. Bu, 
insan  potensialını  artırır  və  potensialdan  irəli  gələn 
çoxistiqamətli  təsir  insanların  fəaliyyətini  genişləndirir. 
Buradan  belə  bir  məntiqi  nəticəyə  gəlmək  olur  ki,  insan 
təsirləri  və  fəaliyyətinin  genişliyi  onun  daxili  potensialının 
zənginləşməsinin  əsaslarını  təşkil  edir.  İnsan  həyatı  və  həyat 
ehtiyaclarını və tələbatını ödəmək üçün zəruri olaraq meydana 
gələn  insan  hərəkətləri  kompleks  formalı  maraqlar  üzərində 
qurulur.  Maraqlar  cəmləşərək  həyatın  ümumi  tsiklini  təmin 


121 
 
 
edir.  İnsanlar  öz  hüquqları  (daxili  azadlıqlarına,  hərəkətlərinə 
haqq verən dəyər olaraq) ilə atributivdirlər, yəni öz hüquqlarına 
bağlıdırlar. 
Hüquq 
insanların 
daxili 
mənəvi 
aləmini 
şə
rtləndirən  kriteriyadır.
1
  Hüquq  daxili  tələbatdan  irəli  gələn 
normadır.  Bununla  yanaşı,  insanların  daxili  mənəvi  aləmini 
həm  xarici  hərəkətləri  ilə  (burada  hərəkətlər  daxildən  xaricə 
doğru  reallaşmaqla  edilir,  həm  də  xarici  hərəkətlər  daxili 
zənginləşdirir),  həm  də  real  obyektiv  maraqları  ilə  vəhdətdə 
təşkil  edən  əsas  kriteriyadır.  Hüquq,  həmçinin  daxili 
mənəviyyatın  xarici  təmaslarla  əlaqəsini  (burada  digər 
subyektlərlə  mənəvi  əlaqəsini  və  obyektlərlə  təmas  zamanı 
olan  əlaqəsini)  və  obyektiv  gerçəkliklərlə  vəhdətini  yaradan 
ə
sas  mənəvi  kriteriyadır.  Hüquq  mənəvi  aləmi  reallaşdırma 
vasitəsidir. Hüquq insanın mənəvi aləmi ilə onun maddi aləmi 
arasında körpü  yaradan  və vahidliyi təmin edən əsas vasitədir. 
Məsələn,  insanlar  öz  hüquqları  ilə  fəaliyyət  göstərərək, 
özlərinin  maddi-mənəvi  bütövlüklərinin  mövcudluğunu  təmin 
etmiş  olurlar.  Hüquq  insanlığa  dəyər  verən  və  insanlığın 
yüksək  statusunu  formalaşdıran  əsas  kriteriya  kimi  də 
ə
həmiyyətə malikdir. Hüquq insan maraqlarını şərtləndirən və 
maraqlara stimul verən əsas amil kimi də xüsusi önəm daşıyır. 
İ
nsanların  hərəkətlərinin  hər  bir  müsbət  halı  onun  hüquq 
səlahiyyətlərindən  meydana  gəlir.  Hüquq  pozitivdir  (müsbət 
dəyərdir və enerji verəndir) və daxili müsbətliklərin normalarla 
təcəssümüdür.  Deməli,  hüquq  normalarla  ifadə  olunan 
imperativlik və normativlikdir. Normativlik və imperativlik isə 
bir-birini şərtləndirəndir.  
İ
nsanların hərəkətlərinin daxili məzmunları və pozitivliklər 
onların  hüquqları  ilə  bağlıdır.  Yəni,  insanlar  öz  təbii 
                                                 
1
 Nəsibov E.M. “İnsan hüquqları” anlayışının dərk olunmasında fəlsəfi 
–məntiqi (formal (ənənəvi-klassik) və dialektik məntiq) metodlar. Dərk 
etmənin ontoloji və qnoseoloji əsasları. I kitab. Bakı, “Elm və Təhsil” 
nəşriyyatı, 2013, 121 səh., s.69.
 


122 
 
 
hüquqlarından irəli gələrək müvafiq hərəkətləri edirlər. İnsanlar 
arasında  rəsmi  və  ya  da  qeyri-rəsmi  əlaqələrin  yaradılması  da 
hüquqla  (haqla)  müəyyən  oluna  bilir.  Əgər  tərəflər  arasında 
rəsmi  münasibətlər  dövlətin  müəyyən  etdiyi  hüquq  normaları 
ilə tənzimlənirsə, qeyri-rəsmi münasibətlər isə münasib məişət 
qaydaları  ilə  tənzim  olunur.  Məişət  qaydaları  da  haqlara  bağlı 
olaraq  meydana  gələndir.  İnsanlar  məişət  həyatlarına 
bağlıdırlar  və  bunlarsız  yaşayış  qeyri-mümkündür.  Hər  iki 
vəziyyət  hüquqa  malik  olan  subyektlərin  (tərəf  olaraq 
insanların 
və 
insanların 
yaratdıqları 
subyektlərin) 
mövcudluğundan  və  fəaliyyətindən  ortaya  çıxır.  Məişət 
qaydalarının  özü  də  hüquqdan  (səlahiyyətdən,  ixtiyardan, 
sahiblikdən,  yəni,  məxsusluqdan  və  mənsubluqdan,  eləcə  də 
vəzifə  və  öhdəlikdən,  məsuliyyətdən  və  s.)  yaranan  (təbii 
hüquqdan,  yəni  təbii  olaraq  meydana  gələn  hüquqdan) 
normalarla tənzim olunur.  
Hüquq  həmçinin  siyasi  məzmun  da  kəsb  edir.  Bu  da 
fəaliyyətlə  əlaqəlidir.  İnsan  fəaliyyətinin  sistemləşmiş  yuxarı 
normativ  həddi  siyasəti  meydana  gətirir.  Yəni  siyasət  insanın 
ali  fəaliyyətinin  təcəssümüdür.  Bu  baxımdan  da  dövlət 
hüququ  bazasında  insan  hüququ  ali  bir  məfhuma  çevrilir. 
Dövlət  hüququ  insanın  sistemli  və  vahid  hüququnu  forma-
laşdırır.  Dövlət  hüququ  bir  tərəf  kimi  dövlət  hakimiyyətinə 
münasibətləri  və  əlaqələri  tənzim  edən  subyekt  rolunu  təqdim 
edir.  Dövlət  hüququ  insanların  ali  hüquqlarını  (insan 
hüquqlarının  kompleksləşmiş  forması  dövlət  hüququdur) 
ümumiləşdirən  kriteriyalar  kimi  mühüm  əhəmiyyət  kəsb  edir. 
Dövlət  hüququ  cəmiyyətin  rasionallaşmasının  və  pozitiv 
baxışların  əsaslarını  meydana  gətirmiş  olur.  Bu,  ondan  irəli 
gəlir  ki,  dövlət  siyasi  bir  qurum  kimi  idarəedici  və  normalarla 
tənzimedici bir siyasi təsisatdır.  
Dövlət  hüququ  siyasi  sistemin  təşkil  olunmasından  və 
tərəf  kimi  hüquqa  sahibliyindən  meydana  gəlir.  Siyasi  sistem 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə