Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə47/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

144 
 
 
ə
saslar  rolunu  oynayır.  Subyektiv  seçki  hüquqları  da  obyektiv 
hüquqlar  üçün  şərtləndiriciliyin  əsaslarını  yaradır.  Bu 
baxımdan  da  həm  obyektiv,  həm  də  subyektiv  seçki 
hüquqları  bir-birini  tamamlayır  və  qarşılıqlı  məzmun 
yaradır. 
Obyektiv 
seçki 
hüquqları 
subyektiv 
seçki 
hüquqlarının  inikasını  meydana  gətirir.  Obyektiv  seçki 
hüquqları universal əsaslı olur və subyektlər arasında müəyyən 
bərabərliyi  şərtləndirir.  Subyektiv  seçki  hüquqları  da  obyektiv 
hüquqların  reallaşmasının  əsaslarını  meydana  gətirmiş  olur. 
Subyektiv  seçki  hüququ  əslində  elə  obyektiv  seçki 
hüququnun  özündə  mövcud olan hüquqdur. Yəni, mövcud 
hüquq 
normasından 
kənar 
hüquq 
qeyri-müəyyən 
hüquqdur.  Obyektiv  hüquqların  genişlənməsi  subyektin 
məxsus olduğu qeyri-müəyyən hüquqları müəyyən hüquqlara 
çevirir. Hər bir şəxsin hüququ obyektiv hüququn böyüməsi ilə 
müəyyən  olunur  və  mütləqliyə  çevrilir. “Heçlik  –mütləqdir”, 
“tam  yoxluq”-yoxdur,  hər  şey  var”  prinsipi üzrə belə hesab 
etmək  olar  ki,  qeyri-müəyyən  hüquq  mütləqdir,  lakin  həqiqi 
(real)  deyil.  Onun  müəyyənliyi  (aşkar  olması)  mövcudluğunu 
mütləq  edir,  reallığa  çevirir.  Buradan  da  belə  bir  nəticə 
ortaya çıxır ki, idealllıq da mütləqdir, lakin, qeyri-müəyyən 
reallıqdır.  Onun  reallığa  çevrilməsi  üçün  aşkarlanması 
lazımdır.  Deməli,  qeyri-müəyyən  ideallıq  əslində  elə 
müəyyən  reallıqdır.  Qeyri-müəyyən  müsbətin  əksi  elə 
müəyyən  olunan  mənfidir.  Aşkar  olunmayan  pozitivliyin 
ə
ksi  müəyyən  olunan  qeyri-pozitivlikdir.  Bu  o  deməkdir  ki, 
ə
slində, 
tam 
hüquqsuzluq 
yoxdur. 
Qeyri-müəyyən 
hüquqsuzluğun  əksi  elə  müəyyən  olunmuş  hüquqdur. 
Deməli,  hüquq  sonsuzdur.  Onu  aşkar  etmək  lazımdır. 
İ
deallıq  qeyri-müəyyən  olunan  reallıqdır.  Bu  baxımdan  da 
ideallığı  müəyyən  etməklə  onu  reallığa  çevirmək  olar.  Yəni, 
ideal  vəziyyətin  içərisinə  düşəndə  bu  vəziyyət  real  vəziyyətə 
çevrilir. 
İ
deal 
hüquqlar 
qeyri-müəyyən 
olan 
real 


145 
 
 
hüquqlardır və ideal hüquqların müəyyən olunması əslində 
real  hüquqlara  aparıb  çıxarır.  İdeal  hüquqlar  gələcək 
hüquqlardır. Ona görə də qeyri-müəyyən hüquqlardır. Lakin bu 
hüquqların müəyyən olunması elə əslində real hüquqlara aparıb 
çıxara  bilir.  Deməli,  gələcək  ideal  hüquqları  aşkar  edərək, 
gələcək  real  hüquqları  təmin  etmək  olar.  Buradan  da 
hüququn  genişlənməsi  və  böyüməsi  amili  ortaya  çıxır.  Qeyri-
müəyyən  olan  ideal  hüquqların  əksi  elə  müəyyən 
olunmayan  real  hüquqlardır.  Qeyri-müəyyən  real  hüquq-
ların aşkar olunması elə ideallığın aşkar olunmasıdır.  
Subyekt öz hüququnu daşıyır (həm konkret olaraq, həm də 
məcazi mənada-məsələn, bir qurumun və ya təşkilatın, dövlətin 
səsverməsi,  dövlətin  beynəlxalq  aləmdə  iştirak  edərək,  nəyəsə 
səs  verməsi),  eləcə  də  daşıdığı  hüququn  qanunvericilikdə 
normativ  əsasını  meydana  gətirir.  Deməli,  obyektiv  hüquq 
normalar toplusu olaraq daima mövcud olur və hər bir subyekt 
üçün  şamil  edilir.  Bu  baxımdan  da  obyektiv  hüquq 
subyektlər  üçün  nəzəri  mənbə  rolunu  oynayır.  Subyektiv 
hüquq  obyektiv  hüquqdan  qidalanır,  lakin  ilk  başlanğıc  kimi 
subyektiv hüquq əsas rola malik olur. Subyektiv hüquq (fərdin 
hüququ)  onun  nəzəri  konsepsiyasında,  yəni  obyektiv  hüquqda 
ə
ks olunur. 
Obyektiv 
hüquq 
normalar 
şə
kilində 
vasitələrdə-
qanunvericilik  sənədlərində  əks  olunur.  Subyektiv  hüquq 
özünə  qanunvericilik  sənədlərini  baza  kimi  götürür. 
Buradan  qidalanır.  Obyektiv  seçki  hüquqları  subyektə 
istiqamətlər  verir,  istiqamətlər  əsasında  törəmə  meydana  gəlir 
və subyektlər nəzəri baxımdan qidalanırlar. Obyektiv hüquqlar 
subyektiv  hüquqlar  üçün  törədiciliyi  şərtləndirir.  Subyektin 
fəaliyyəti genişləndikcə obyektiv mənbə də zənginləşir.  
 


146 
 
 
İ
nsan hüquqları, seçki hüquqları və bu hüquqların 
təmin olunmasında resurslar amili 
 
Azadlıq  təbii  hüquqların  yerinə  yetirilməsi,  dövlət 
hakimiyyəti tərəfindən təmin olunması, dövlət tərəfindən qəbul 
olunması  və  tanınması  üçün  əsas  şərtdir.  Dövlət  öz 
vətəndaşının  azadlıq  hüququnu  tanımaqla  həm  də  özünün  bir 
ali tərəf  kimi  hüququnu  yaratmış  olur,  tanımış olur. Dövlət öz 
azad  vətəndaşlarının  timsalında  daxilən  daha  da  böyüyür, 
güclənir.  Dövlət  öz  vətəndaşının  azad  hüquqlarını  tanıyırsa, 
deməli, vətəndaşının azad fəaliyyəti üçün də şəraiti yaratmaqda 
borclu  olan  tərəfə  çevrilir.  Hüquqların  tanınması  və  qəbul 
edilməsi  bu  hüquqların  təmin  olunması  məsuliyyəti  və 
öhdəliyini  meydana  gətirir.  Hüquqları  tanımaqla  hərəkətlər 
formalaşır, təmin etmək istiqamətləri meydana gəlir. Tərəflərin 
hüququnun  qəbul  olunması  məsələləri  qəbul  edən  tərəfdə 
məsuliyyəti meydana gətirir.  
Azadlıq  mütləq  olmaqla  bərabər,  şəraitlə  də  bağlıdır. 
Dövlət (dövlət hakimiyyəti) insanların azad şəkildə yaşamaları, 
fəaliyyət  göstərmələri  üçün  kifayət  qədər  şəraiti  yaratmaqda 
borclu  olur  və  öz  resurslarını  məhz  bu  istiqamətə  yönəldir. 
Dövlətin  məsuliyyəti  və  öhdəliyi  onun  vəzifəsindən  ortaya 
çıxır.  Azadlığın  ifadəsi  olan  seçki  hüquqları  üçün  şəraiti 
yaratmaq dövlətin əsas funksiyalarından birinə çevrilir. Dövlət 
ümumiyyətlə  resurs  təmin  edən  tərəf  kimi  böyük  əhəmiyyət 
kəsb  edən  qurum  rolunu  oynayır.  Dövlətin  resursları  da  onun 
öz 
vətəndaşlarından 
toplanır. 
Dövlət 
hüququ 
dövlət 
hakimiyyətinə resursların cəmləşməsi üçün əsas və haqq verir. 
Dövlət başlıca olaraq vətəndaşlardan toplanan vəsaiti paylayır
istiqamətləndirir.  Dövlət  daxilində  olan  bütün  fəaliyyət  bir-
birinə  tərkib  olur,  biri-digərini  şərtləndirir.  Bu  şərtlənmə 
sayəsində tərkib hissələrdən bütöv əmələ gəlir. Şərtlənmələr 
strukturun  formalaşmasının  əsaslarını  meydana  gətirir.  Dövlət 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə