Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə46/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

141 
 
 
olunmalıdır.  Çünki  konstitusiya  vasitəsilə  dövlət  hakimiyyəti 
təşkil  olunur,  dövlət  sistemi  formalaşır,  dövlət  hakimiyyəti  ilə 
vətəndaşlar  arasında  münasibətlər  tənzimlənir.  Seçki  hüququ 
vətəndaşların  digər  hüquqlarının  təmini  üçün  əsas  vasitə  kimi 
ə
həmiyyət kəsb edir.  
Seçki 
hüququnun 
reallaşması 
sərbəst 
hakimiyyətin 
formalaşması  mənasını  verir.  Vətəndaşlar  öz  hüquqlarının 
formalaşmasında  iştirak  edirlər.  Bu  baxımdan  seçkini  biz 
ümumhüquqların  formal  strukturunda  götürsək,  onda  belə 
qənaətə  gələ  bilərik  ki,  seçki  hüququ  vətəndaşları  öz 
hakimiyyətlərini  formalaşdırmağa  doğru  aparır.  Seçki  hüququ 
həm də dövlət hüququnu (dövlətin daxili siyasətini təşkil etmək 
və  beynəlxalq  əlaqələrə  qoşulmaq  və  beynəlxalq  əlaqələrdə 
xalqı  təmsil  etmək  hüququnu)  formalaşdırır.  Seçkilər  yolu  ilə 
dövlət  hakimiyyətinin  qolları  müəyyən  olunur,  onun  mənbəyi 
formalaşdırılır.  Seçki  vasitəsilə,  referendum  vasitəsilə  dövlət 
forması, dövlət strukturu onun fəaliyyətinin əsasları formalaşır. 
İ
nsanlar  səs  verməklə  dövlət  strukturunun  forma  və 
məzmununu  müəyyən  edə  bilirlər.  Seçki  bir  növ  vətəndaşları 
siyasi  hüquqlara  doğru,  yuxarı  mərhələyə  doğru  “sürükləyən”, 
“dartıb-aparan” bir hüquqdur. Seçki hüququ çox vacibdir, lakin 
ə
sas  (birinci  olan)  təbii  hüquq  və  azadlıqlardan  öndə  ola 
bilməz. Seçki hüququ iyerarxiya baxımından yuxarıda dayansa 
da  əslində  öz  əhəmiyyətinə  görə  iqtisadi  və  sosial-mədəni  və 
digər hüquqlardan “aşağıda” yer almaqadadır. Bu baxımdan da 
seçki  hüququ  məhz  “alt  hüquqların”  (baza  hüquqların) 
təmin  olunmasına  xidmət  edir.  Seçki  hüququ  baza  hüquqların 
təkmilləşməsi  üçün  tətbiq  olunan  üst  hüquqdur  və  baza 
hüquqları təmin edən dövlətin formalaşması üçün tətbiq olunan 
hüquqdur.  Seçki  hüququ  hamıya  (müəyyən  yaşlardan  sonra) 
aid  olsa  da,  ondan  hər  kəs  istifadə  etməyə  bilər.  Lakin  sosial-
iqtisadi  hüquqlar  hər  bir  şəxs  üçün  (yaşından  asılı  olmayaraq) 
vacibdir.  Seçki  hüquqları  da  məhz  iqtisadi-sosial  hüquqların 
təmin  olunması  üçün  təşkil  olunur  və  prosesin  həyata 
keçirilməsini  təmin  edən  əsas  hüquqdur,  proseslərin  təşkilinə 


142 
 
 
səlahiyyət  verir.  Seçki  hüququ  əhəmiyət  kəsb  edir,  belə  ki,  bu 
hüquq  vətəndaşlara  özünüdərk  etmək  üçün  stimul  verir  və 
təhrikedici funksiyaya malik olur. 
Seçki  hüququ  həm  də  inzibati  əhəmiyyət  kəsb  edir. 
Məsələn,  yerli  idarəetmə  qurumlarına  seçkiləri  buna  misal 
göstərmək  olar.  Bu  proses  də  siyasi  hüquqların  tərkibidir  və 
dövlətin  daxilində  idarəçilik  və  tənzimləmə  məsələsində 
siyasətdən  kənarda  heç  bir  obyekt,  istiqamət  və  proses  ola 
bilməz.  (İnsanların  adət-ənənələrindən  və  müəyyən  gündəlik 
vərdişlərindən başqa).  
Seçki, təbii ki, bir proses olaraq təsnif olur.  
Seçki  hüququ  insanların  iştirak  etdikləri bütün sahələrdəki 
hüquqları baxımından meydana gələn hüquqlara çevrilir. Seçki 
hüququ  dövlətin  mövcudluğu  amili  ilə  birbaşa  bağlıdır. 
İ
nsanların  dövlət  adlanan  qurumlarda  yaşamaları  onların  seçki 
hüquqlarını meydana gətirir. Dövlət adlanan siyasi sistem məhz 
seçkilərin meydana gəlməsinin əsaslarını ortaya çıxarır. 
Seçki hüquqları təsnif olunur: 
-hamıya  məxsus  olan  seçki  hüquqları-burada  universal 
obyektiv seçki hüququq nəzərdə tutulur
-ayrı-ayrı şəxslərə (burada iş yerlərində tutduğu vəzifələrlə 
bağlı)  məxsus  olan  seçki  hüquqları-burada  konkret  sahələr 
üzrə universal obyektiv seçki hüquqları nəzərdə tutulur
-müəyyən yaş dövlərində olan şəxslər üçün (prezident, baş 
nazir  və  deputat  seçkiləri  üçün  qoyulan  yaş  hədləri)  olan 
seçkidə  namizəd  kimi  iştirak  etmək  hüquqları-burada  da 
universal  obyektivlikdən meydana  gələn  hüquqlar mövcuddur. 
Hər  bir  universal  obyektiv  seçki  hüququ  təbii  ki,  subyektiv 
seçki  hüququnu  şərtləndirir.  Yəni,  subyektin  hüququ  onun 
hüquq  qazanmasından  sonra  başlayır  ki,  bunu  da  obyektiv 
normativlik təmin edir.  
 
 


143 
 
 
Obyektiv və subyektiv seçki hüququ 
 
Seçki hüququ obyektiv  (mövcud  olan hüquq normaları) 
və subyektiv (şəxsə məxsus olan hüquq normaları) olaraq iki 
şə
rti  hissəyə  ayrılır.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  bütün 
hüquqların-hüquq  sahələrinin-obyektiv  və  subyektiv  əsasları 
vardır.  Obyektiv  əsaslar  nəzəri  mənbələrdir,  subyektiv 
ə
saslar  isə  subyektlərə  məxsusluqdur.  Obyektiv  hüquq 
ə
slində  subyektin  hüqüqunu  təmin  etmək  məqsədini  qarşıya 
qoyur,  onu  nizamlayır.  Məsələn,  seçki  qanunvericiliyi  əslində 
şə
xslərin  subyektiv  hüquqlarının  təmin  edilməsi  üçündür. 
Burada məqsəd  tənzim  etməkdən  ibarətdir. Obyektiv hüquqlar 
subyektiv  hüquqların  təmin  olunmasında  tarazlığı  meydana 
gətirir.  Obyektiv  seçki  hüququ  dedikdə,  əslində  subyektlərin 
mənsub 
olduqları 
hüquq 
normalarının 
(qanunvericilik 
sisteminin)  məcmuəsi  başa  düşülür.  Obyektiv  hüquq  tərəflər 
olaraq  subyektlərin  mənsub  olduqları  təbii  seçim  hüquqlarının 
tanınmasından 
meydana 
gəlir. 
Bu 
tanınma 
hüquq 
normalarının  qəbulu  və  icrası  ilə  yekunlaşır,  nəticələnir. 
Eləcə də
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə