Microsoft Word ++++Secki huququ\3005. doc


halda  dövlət  hüququnu  yaratmış  olur.  Dövlət  hüquq  ali



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə45/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

138 
 
 
halda  dövlət  hüququnu  yaratmış  olur.  Dövlət  hüquq  ali 
hüquqa  çevrilir  və  yüksək  dəyər  kimi  önəmə  malik  olur. 
Burada vətəndaş və və dövlət hakimiyyəti hüquqnu seçki yolu 
ilə müəyyən etmək olur. Deməli, seçki ali hüquqları müəyyən 
edən 
ə
sas 
vasitələrdir). 
Dövlətin 
ilk 
funksiyasına 
normayaratma  və  normanın  icrasını  təmin  etmək  aiddir.  Bu 
baxımdan  da  dövlətlər  bütün  sahələrdə  normalar  yaradırlar  və 
icrasını  təmin  edirlər.  Dövlət  hakimiyətinin  başlıca  vəzifəsi 
norma  və  hədləri  müəyyən  etməkdən  ibarətdir.  Hüquq 
normaları  və  hədlər  əsasən  tarazlı  qaydada  tənzimləmə 
proseslərini  həyata  keçirmək  üçün  qəbul  olunur.  Normalar 
ə
sasən  müəyyənedici  əhəmiyyət  kəsb  edir.  Hüquq  normaları 
insanların bütün sahələrdə statuslarını və mövqelərini müəyyən 
edən vasitələrə çevrilir.  
İ
nsan  hüquqları  təsnif  oluna  bilir.  İnsanın  əsas 
azadlıqları  onların  təbii  hüquqlarının  tərkib  elementidir. 
Azadlıqların  dövlət  tərəfindən  tanınması  və  icrası  prosesləri 
təbii  ki,  hüquq  normaları  vasitəsilə  həyata  keçirilir.  Burada 
normalar  artıq  nəzəri  biliklər  kimi  əhəmiyyət  daşıyırlar. 
İ
nsanların 
bütün 
hüquqlarının 
icrası 
onların 
azadlıq 
hüqüqlarından  meydana  gəlmiş  olur.  Azadlıq  təbii  hüquqları 
şə
rtləndiricidir,  derməli  seçki  də  azadlığı  ifadə  edirsə,  onu 
reallaşdırırsa,  onda  seçki  təbii  hüquqların  şərtlənməsinin 
ə
saslasrını  yaratmış  olur.  Azadlıqların  təmin  edilməsi 
insanların  enerjilərinin  üzərə  çıxması  üçün  şəraiti  yaradır. 
Azadlıqlar  təbii  hüquqlarla  atributivdir.  Azadlıqlar  şəraitində 
təbii hüquqların forma və məzmunu müəyyən oluna bilir. Belə 
ki,  azadlıqlar  özündə  elə  təbii  hüquqların  tərkibini  yaradır. 
İ
nsanların  təbii  hüquqlarının  təmin  olunması  prosesləri 
azadlıqlar  şəraitində  həyata  keçirilir.  Pozitiv  hüquqların  təmin 
edilməsi  də  azadlığa  və  sərbəstliyə  bağlı  olur.  Dövlət  sərbəst 
şə
kildə  öz  vətəndaşlarının  və  xaricilərin  hüquqlarının  təmin 
olunması  siyasətini  təmin  edir.  Təbii  hüquqlar  və  pozitiv 


139 
 
 
hüquqların  azad  şəkildə  təmin  edilməsi  insanların  mənəvi 
aləminin  zənginləşməsinə  xidmət  edir.  Azadlıqların  və  təbii 
hüquqların  mövcudluğu  və  vahid  şəkildə  üzdə  olması  (burada 
vahid  və  bütöv  formalar-məsələn,  hüquq  panelləri)  elə  insan 
hüquqlarının  zənginləşməsi  üçün  əsasları  yaradır.  Azadlıq 
mənəviyyatın  tərkibidirsə,  seçki  azadlığın  ifadəsidirsə,  onda 
belə  qənaətə  gəlmək  olar  ki,  seçki  elə  mənəviyyatın  tərkib 
ünsürüdür.  
Seçki  həm  də  bir  maariflənmə  prosesidir,  eləcə  də 
insanların  özünüdərketməsi  üçün  baza  vasitə  kimi  əhəmiyyət 
kəsb edir.  
 
Seçki hüquqlarının təsnifatı  
 
Hər  bir  məfhum  öz  ətrafında  digər  məfhumların  əlaqəli 
vəhdət  sistemini  yaratdığına  görə  təsnif  oluna  bilir,  təsnifat 
kriteriyasına  çevrilə  bilir.  Ümumiyyətlə  isə  prosesləri  özündə 
ehtiva  edən  bütün  məfhumlar  təsnif  olunmaq  imkanlarına 
malik  olur.  İnsan  fəaliyyətinin  sistemli  əsası  məfhumların 
təsnif  olunmasının  zəruri  əsaslarını  yaratmış  olur.  İnsan 
fəaliyyəti özündə hüquqları əks etdirir və sahələr üzrə hüquq 
normaları  meydana  gəlir.  Sahələr  üzrə  yaradılan  hüquq 
normaları  törəmə  xassələrinə  malik  olur  və  bundan  da 
şə
bəkələşmiş  hüquq  sistemi  meydana  gəlir.  Hüquq  sisteminin 
şə
bəkəli  əsası  məhz  müəyyən  istiqamətlər  üzrə  hüquq 
təsnifatını  meydana  gətirmiş  olur.  Buradan  da  hüquqların 
təsnifatı  məsələsi  ortaya  çıxmış  olur.  Hüquqların  təsnifatı 
hüquq sahələri arasında əlaqəliliyi ortaya çıxarır. Bu baxımdan 
da  belə  hesab  etmək  olar  ki,  hüquq  sahələrinin  tərkibindən 
(onun qollarından) biri də seçki hüquqlarıdır və seçki hüquqları 
da  təsnif  olunmaq  xassələrinə  malikdir,  çünki  bu  hüquqların 
subyektləri  də  fərqlidir  və  hüququn  tətbiq  olunduğu  fərqli 
sahələr mövcuddur.  


140 
 
 
Seçki  hüquqlarının  tərkibi  həm  onun  subyektinin 
təsnifatında  mövcud  olur,  həm  də  seçki  (burada  namizəd  kimi 
iştirak  etmə)  hüquqlarının  nəticələri  baxımından  meydana 
gəlmiş  olur.  Belə  ki,  seçkilər  yolu  ilə  həm  dövlət  formalaşır, 
onun  nəzəri-hüquqi  əsasları  meydana  gəlir,  həm  də  dövlət 
idarəçiliyində  iştirak  edən  şəxslər  müəyyən  olunur.  Seçki 
hüququ  insanların  istedad  və  qabiliyyətlərinə  bağlı  olan 
hüquqdur.  
Seçki  özü  bir  proses  olaraq  tərkib  baxımından  (bölgüsünə 
görə)  təsnif  olunur.  Belə  ki,  bu  proses  seçkilərin  müəyyən 
olunmasında,  gününün  təyin  olunmasından,  ona  hazırlıq 
proseslərindən, seçki kompaniyalarına start verməkdən, prosesi 
həyata  keçirməkdən  və  nəticədən  ibarətdir.  Bütün  bu  təsnifat 
prosesləri  (proseslərin  təsnif  olunması)  zamanı insanların azad 
hüquqları  təmin  olunmuş  olur  və  azad  hüquqları  hər  bir 
prosesdə icra olunaraq yerinə yetirilir. Seçkilərin təsnifatı seçki 
prosesləri  sistemini yaradır. Bu sistem öz daxilində hüquqları 
meydana gətirir.  
İ
nsanların  hüquqları  təsnif  olunmaq  baxımından  bir 
predmet  və  obyektə  çevrilə  bilir.  Belə  qəbul  etmək  olar  ki, 
seçki hüququ digər hüquqların (seçki hüququ təbii hüquqların 
tərkibi  olmaqla  bərabər,  digər  hüquqların  da  təmin 
olunmasında  vacib  tərkib  və  bölgü  hüququdur)  reallaşması 
üçün əlavə bir hüquq kimi əhəmiyyət kəsb edir.  İnsanlar seçki 
hüquqlarından  istifadə  etməklə  onların  əsas  hüquqlarını  qəbul 
edən və tanıyan hakimiyyətlərini təşkil edirlər. Bu baxımdan da 
seçki  hüququ  təbii  hüquqlara  xidmət  etmək  üçündür.  Təşkilati 
ə
həmiyyət  kəsb  edir  və  formalaşdırıcı  proses  kimi  xüsusi 
önəmə  malikdir.  Seçki  hüququ  insanların  konstitusiya 
hüquqlarının  tərkibi  olmaqla  bərabər,  digər  konstituysiya 
hüquqlarını  icra  etmək  üçün  bağlayıcı  bir  vasitə  hüququdur. 
Seçki  insanların  baza  və  pozitiv  hüquqlarını  bir-birilərinə 
bağlayan  vasitə  və  “aralıq  hüququ”  kimi  mühüm  önəmə 
malikdir.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  insanların  bütün 
hüquqları 
onların 
konstitusiya 
hüquqları 
kimi 
qəbul 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə