Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə43/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

132 
 
 
ə
həmiyyətə  malikdir  və  buna  görə  də  hüquq  alidir.  Seçki 
hüququ  icra  olunarkən,  həyata  keçərkən  həm  də  ali  hüquqlar 
olan  konstitusiya  hüquqlarının  tərkibinin  formalaşmasında 
yaxından 
iştirak 
edir, 
ümumsistemin, 
ümumhüquqlar 
sisteminin, şəbəkəsinin tərkibinə çevrilir.  
Seçki  hüququ  (burada  siyasi  mənada  olan  seçimdən 
söhbət  gedir.  Siyasi  seçimə  inzibati  idarəetmənin  də  tərkibi 
aiddir)  digər  təbii  hüquqlardan  öz  yarımçıq (burada hüquqlara 
sahibliyin  müddəti  nəzərdə  tutulur)  bölgüsünə  görə  fərqlənir. 
Belə  ki,  məlumdur  ki,  azadlıq  və  sərbəst  yaşamaq,  sosial-
iqtisadi  hüquqlara  yiyələnmək  və  onlardan  istifadə  etmək 
hüquqları  birbaşa  insanların  doğum  anları  ilə  bağlıdır.  Seçki 
hüququ  isə müəyyən  yaşlardan sonra  qazanılır. Daha doğrusu, 
seçki  hüququ  vətəndaşlıq  hüququ  ilə  birlikdə  insana  xas  olur, 
sadəcə olaraq müəyyən yaş dövrlərində bu hüquqların büruzəsi, 
üzərə  çıxması,  reallaşma  zərurəti  baş  verir.  Seçki  hüququ  öz 
yaranma mənşəyinə görə həm də cavan bir hüqüq kimi qəbul 
olunmalıdır.  Çünki  insanların  dövlətlərini  təşkil  etmək  və 
dövlətlərində  iştirak  etmələri  zamanı  bu  hüquqlar  meydana 
gəlib. 
Seçki 
hüquqları 
qazanılan 
hüquqlar 
kimi 
adlandırılmalıdır. Bu hüquqlar insanların əqli və fiziki yetkinlik 
qabiliyyətlərinə  bağlıdır.  Bu  baxımdan  seçki  hüququ  təbii 
hüquqların  reallaşmasının  əsaslarını  yaradan  əsas  hüquqlar 
kimi  zəruri  mənanı  özündə  daşıyır.  (Qeyd:  seçki  hüququndan 
fərdi  və  universal  qaydada  istifadə  etməmək  absentizmə 
(siyasi  həyatda  iştirak  etməməyə)  və  apolitisizmə  (siyasi 
həyatdan  kənarda  qalmağa)  gətirib  çıxara  bilir.  Bu,  bütün 
ə
halinin  əksər  üzvlərini  əhatə  edirsə,  deməli,  dövlət  daxilində 
siyasi  böhran  əmələ  gələ  bilər.  Seçkidə  iştirak  isə 
müəyyənetmə  və  təyinetmə  (dövlətin  idarəolunmasını 
müəyyənləşdirmək  və  vəzifələrə  təyin  etmək)  hüququnu 
yaradır  və  vətəndaşla  dövlət  arasında  məsuliyyət  körpüsünü 
salır.  Seçki  hüququ  siyasiləşməni  və  dövlət  işlərində 


133 
 
 
məsuliyyətin  meydana  gəlməsini  təmin  edir.  Deməli,  dövlətin 
siyasi fəaliyyəti üçün mütləq qaydada seçki lazımdır. Çünki bu, 
demokratiyanın-xalqın  hakimiyyətdə  təmsil  olunmasının-bir 
növüdür və təminedicisidir).  
Seçki  həm  özünü  (namizəd  kimi),  həm  də  qarşıdakı  tərəfi 
(digər  namizədləri)  müəyyənetmə  və  təyinetmə  prosesidir  və 
vasitəsidir.  Seçim  bir  hüquqdur  və  insanların  daxili 
xüsusiyyətlərinə  bağlıdır.  İnsanlar  öz  daxili  xüsusiyyətlərini 
xarici  aləmləri  ilə  seçki  yolu  ilə  də  bağlaya  bilirlər.  Seçki 
şə
rtləndirici  və  yaradıcı,  bu  baxımdan  da  törədici  hüququn  da 
ə
saslarını  meydana  gətirmiş  olur.  Seçki  yolu  ilə  digər 
hüquqların  reallaşması  təmin  olunur.  Seçki  bir  hüququ 
icraetmə,  müəyyənetmə  vasitəsi  olaraq,  insanların  fəaliyyət 
istiqamətlərinin  də  əsaslarını  təşkil  edir.  Seçki  insanları  vahid 
mövqelərdə  cəmləşdirən  bir  vasitədir,  bu  baxımdan  da  enerji 
toplayıcı bir prosesdir. Seçki iradənin reallaşdırılması üsuludur 
ki,  insanlar  bu  yolla  öz  hərəkətlərinin  əsas  istiqamətlərini 
müəyyən  edə  bilirlər.  Seçki  həm  də  toplum  arasında  səs 
kəmiyyətlərini,  mövqe  kəmiyyətlərini  müəyyən  etmək 
vasitəsidir. Səsvermə prosesi zamanı da iradələrin cəmləşməsi 
ortaya çıxır. Seçki həmçinin müxtəlif seçim variantlarını üzərə 
çıxarmaq  üçündür  və  insanların  öz  talelərini  müəyyən  etmək 
yoludur. Seçki eləcə də insanların ictimai-siyasi fəaliyyətlərini 
müəyyən  etmək  üsuludur.  Seçki  gələcək  inkişaf  yollarının 
ə
saslarını  formalaşdıra  bilir.  Bu  baxımdan  da  inkişafı 
şə
rtləndirən kateqoriya kimi rol oynayır. Seçki prosesi, əvvəlcə 
də qeyd olunduğu kimi, seçim hüququnun reallaşması, eləcə də 
müəyyən məsələlərdə (məsələn, dövlət hakimiyətinin işlərində) 
iştirak  hüququnun  təmin  edilməsi  üçündür.  Seçki  insanların 
təşkilati  funksiyasını  da  yerinə  yetirmək  üçün  ən  mühüm  bir 
vasitədir.  Seçki  yolu  ilə  vətəndaşların  qarşılıqlı  şəkildə  bir-
birilərinə  xidmət  etməklərinin  əsasları  formalaşdırılır. 
Seçki  hüququnun  təmin  edilməsi  yolu  ilə  dövlətin  “mənim 


134 
 
 
hüququm sənin hüquqlarını təmin etmək üçündür” fəlsəfi-
hüquqi mahiyyəti aşkar olunur. Dövlət hakimiyyəti bu hüququ 
yalnız seçki  yolu ilə öz vətəndaşlarından əldə edir. Bu hüququ 
həm  də  dövlət  rəhbəri  də  qazanır.  Yəni  şəxsin  dövlət  rəhbəri, 
hakimiyyət  rəhbəri  postunu  qazanması  seçki  yolu  ilə  həyata 
keçirilir.  Deməli,  seçki  insanları  yuxarıya  doğru  apararaq 
onların vəzifə və məsuliyyətini böyütmə vasitəsi kimi də böyük 
rola  malikdir.  Seçki  insanlarda  dövləti  beynəlxalq  aləmdə 
təmsil  etmək  hüququnu  meydana  gətirir.  Məsələn,  seçilmiş 
dövlət  rəhbəri  öz  xalqını  beynəlxalq  aləmdə  təmsil  edir.  Bu 
təmsilçilik  həmin  şəxs  üçün  universal  və  konkret  halda  böyük 
hüquqları qazandırır. Bununla bərabər, həmin şəxs üçün böyük 
öhdəlik  və  məsuliyyəti  meydana  gətirir.  Deməli,  siyasi 
baxımdan 
ali 
hüququn 
qazanılması 
vəzifənin 
və 
səlahiyyətin  böyüməsidir  və  bununla  paralel  olaraq 
məsuliyyətin və öhdəliyin artmasıdır.  
Seçki  prosesi  iradəni  bidirmənin  ən  optimal  yoludur  və 
sistemli əsasıdır. Seçki sistemlərinin formalaşması elə dövlətin 
və  onun  hakimiyyətinin  formalaşmasının  əsaslarını  təşkil  edir. 
Seçki  prosesi  siyasi  sistemlərin  formalaşması  üçün  sanki  bir 
“istehsalat” 
rolunu 
oynayır. 
Seçki 
həm 
də 
dövlət 
hakimiyyətinin  mənbəyi  üçün  formalaşdırıcı  vasitə  və  proses 
kimi böyük əhəmiyyətə malikdir. Seçkilər yolu ilə və seçkilərin 
ə
sas  xüsusiyyətlərindən  irəli  gələrək,  hakimiyyətin  ayrı-ayrı 
qollarının  formalaşması  prosesləri  həyata  keçirilir.  Seçki 
sistemlər  arasında  əlaqələrin  formalaşmasının  əsaslarını 
yaratmış olur. Bu baxımdan da seçki universal və fərdi qaydada 
bağlayıcı,  birləşdirici,  səlahiyyət  müəyyənedici  vasitə 
olaraq, xüsusi önəmə malikdir.  
Seçki hüququ, bir daha qeyd  edək ki, həm təbii hüquqdur, 
həm  də  təbii  hüquqların  reallaşmasını  təmin  edən  azadlıq 
hüququdur.  Ona  görə  təbiidir  ki,  insanlar  təbii  zərurətlə 
ə
laqədar olaraq öz dövlətlərini yaradıblar və münasibətlərdə və 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə