Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə40/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

123 
 
 
insanın  rasional  fəaliyyətinin  (yəni  pozitiv  normalara  uyğun 
fəaliyyət)  əsaslarını  təşkil  edir.  İnsanların  vahid  siyasi 
sistemlərdə  birləşməsi  və  sistemləri  təşkil  etməsi  onların  ali 
vahid  məzmunlu  hüquqlarının  formalaşmasının  əsaslarını 
meydana  gətirmiş  olur.  İnsanların  ali  siyasi  hüquqlarının  əsas 
təcəssümü  kimi  dövlət  quruluşları  (dövlət  təsisatları)  çıxış 
edir.  Dövlət  hüququnun  mövcudluğu  onun  vətəndaşlarının  ali 
siyasi  hüquqlarının  təmin  olunmasında  mühüm  əhəmiyyətə 
malik  olur.  Dövlət  formasının  mövcudluğu  və  fəaliyyəti  məhz 
onun  vətəndaşlarının  hüquqlarını  ali  siyasi  mərhələyə  qaldırır. 
Buradan  belə  bir  nəticə  ortaya  çıxır  ki,  insanların  bölgü 
baxımından 
hüquqlarının 
təsnifatında 
dövlət 
hüququ 
(dövlətlərinə  verdikləri  hüquq)  öndə  dayanır.  Dövlət  hüququ 
insanların  (vətəndaşların)  siyasi  hüquqlarının  təcəssümü 
rolunda  çıxış  edir.  Dövlətin  tərəf  kimi  hüquqlara  sahib  olması 
bir  subyekt  kimi  bu  tərəfin  azadlıqlarının  əsaslarını  meydana 
gətirmiş olur.  
Hüquq  məhdudlaşandır.  Yəni,  məkanını  daraldandır. 
Məkanını  daraldırsa,  özünü  də  məhdudlaşdırır.  Çünki 
hüququn  məkanı  elə  onun  özündədir,  subyektindədir  və 
obyektindədir. 
Bunların 
məhdudlaşması 
elə 
hüququn 
məhdudlaşmasıdır.  Hüququn  məhdudlaşmasını  maraqları  olan 
çoxlu  sayda  tərəflər  meydana  gətirir.  Məsələn,  ərazisi  kiçik 
olan dövlətdə əhalinin həddən artıq çox olması həmin əhalinin 
təbii  olaraq  hüquqlarını  məhdudlaşdırmış  olur.  Maraqların 
böyüməsi  bir  tərəfdən  hüquqları  böyüdür,  digər  tərəfdən  də 
qarşılıqlı  məsələlərdə  hüquqları  meydana  gətirir.  Bununla 
yanaşı,  ortaya  çıxan  real  gerçəkliklər  də  hüququn  məhdud-
laşmasının  əsaslarını  meydana  gətirmiş  olur.  Hüququn 
məhdudlaşması 
mahiyyətindən 
irəli 
gələrək, 
hüququn 
tənizmləmə  məsələləri  ortaya  çıxmış  olur.  Hüquq  tənzimedici 
ünsür  olduğu  üçün  məhdudlaşdırıcıdır.  Məhdudlaşdırıcılıq  isə 
hüquq  subyektinin  həm  inkişafına,  həm  də  mühafizəsinə 
xidmət edir.  


124 
 
 
Dövlət azadlığı da məhdudlaşan azadlıqdır. Dövlət azadlığı 
onun  hüququndan  irəli  gələrək,  məsuliyyət  və  öhdəlik 
prizmasına  görə  məhdudlaşandır.  Bu  azadlıq  həm  daxildə  -
vətəndaşlara münasibətdə, həm də beynəlxalq əlaqələrdə-digər 
dövlətlərlə 
münasibətlərdə 
və 
ə
laqələrdə 
məhdudlaşır. 
Məhdudlaşma  maraqların  bölgüsü  prinsipindən  irəli  gəlir  və 
məkanın 
elementlərlə 
zənginləşməsindən 
ortaya 
çıxır. 
Buradan  belə  bir  məntiqi  nəticə  hasil  olur  ki,  dövlət 
hüququ  normalarla  ifadə  olunan  və  həm  də  məhdudlaşan 
bir hüquqdur. Ümumiyyətlə isə hüquq 
 tərəflərinin 
hamısının 
hüquqları 
qarşılıqlı 
ə
laqələrdə 
məhdudlaşır. 
Buradan  da  belə  bir  nəticə  hasil  olur  ki,  hüquq  norması 
ə
slində  tənzimedici  funksiyasını  məhz  məhdudlaşdırma 
(məchulluq  forması  olaraq  məhdudlaşdırılma)  proses-
lərində  görür.  Bu  məhdudlaşdırıcı  tənzimləmə  proseslərində 
isə  həm  də  tarazlaşdırma  (hər  bir  hüquq  subyektinin 
potensialına  uyğun  hərəkətdən  meydana  gələn  tarazlıq-razılıq 
formasında  hərəkət)  meydana  gəlmiş  olur.  Tarazlaşdırma 
özündə sabitliyin  yaranmasının əsaslarını ortaya çıxarmış olur. 
Buradan  bir  daha  belə  bir  məntiqi  nəticə  hasil  olur  ki, 
hüquq  norması  əslində  münasibətləri  və  əlaqələri  tənzim 
edən  əsas  kriteriyadır.  Hüquq  norması  sabitləşdiricidir, 
imkanları  artırandır,  hüquq  sahələrini  genişləndirəndir  və 
məhdudlaşdırıcılıq  baxımından  isə  tarazlaşdırandır.  Çox 
genişlik  isə,  tarazlaşdırmanı  yarada  bilməz.  Hüququn 
məhdudlaşdırıcılıq 
funksiyası 
ə
slində 
tənzimedici 
funksiyasından 
doğur. 
Hüququn 
tənzimediciliyi 
həm 
ş
axələnməni  yaradır,  həm  də  digər  subyektlərin  hüquqları 
çərçivəsində  bütövlüyü  meydana  gətirir.  Buradan  da  belə  bir 
məntiqi  nəticə  ortaya  çıxır  ki,  dövlət  hüququ  əslində  bütün 
hüquqları  bütövləşdirərək,  həm  onları  təmin  edən,  həm  də  bir 
çərçivəyə 
salan 
hüquqdur. 
(Qeyd: 
ümumiyyətlə, 
bu 
analizlərdən  meydana  gələn  mətn  həm  tezisləri  yaradır,  həm 


125 
 
 
tərkibi,  yəni  sintezi  formalaşdırır,  həm  də  analizləri 
(nəticələri) ortaya çıxarır).  
Hüquq norması cəmiyyətdə və dövlətdə fərdi olaraq -aşağı, 
universal olaraq isə yuxarı (ali) əhəmiyyətə malikdir.  
Dövlət  hüququ  vətəndaşların  birləşmiş  universal  məna 
kəsb  edən  siyasi  hüquqlarıdır.  Hər  bir  şəxs  dövlət  hüququnu 
özünün  fərdi  hüququnun  təminedicisi  rolunu  oynayan  əsas 
vasitəsi  kimi  görür.  Dövlət  daxilində  yaşayan  insanların 
hüquqlarının  əsası  azadlıqlarla,  geniş  iradə  sərbəstlikləri  ilə 
bağlıdır. İnsan hüquqlarının əsas bazası, fundamental dəyəri isə 
sosial hüquqlarla əlaqəlidir. Sosial hüquqlar daha çox mənəvi-
maddi  amillərlə  asılı  olduğundan,  yəni  sosial-mənəvi 
tələbatlara bağlı olduğundan ilk növbədə baza əhəmiyyəti kəsb 
edir.  İnsan  hüquqlarının  bazası  onun  mənəviyyat  tərkibi  ilə 
(burada ləyaqət, namus, vicdan; nüfuz, hörmət; şəxsiyyət və s.) 
sosial  tələbat  və  dəyərlər  tərkibi  arasındakı  vəhdətdə  özünü 
göstərir. 
Hüquq  status  müəyyən  edən  bir  dəyər,  etalon  və 
kriteriyadır. Bu baxımdan hüquq bir tərəfdən siyasi sistemlərin 
təşkil  olunmasını  zəruri  edir,  digər  tərəfdən  də  tərəflərə 
(şəxslərə) vətəndaşlıq verir, onların statuslarını tanıyır (tanımaq 
yolu ilə status verir) qəbul edir. Dövlət daxilində yaşayan bütün 
şə
xslər  (anadan  gələnlər)  vətəndaşlıq  hüququnu  qazanırlar. 
Şə
xslərə  vətəndaşlıq  hüququnu  isə  onların  seçdikləri 
hakimiyyət  (burada  dövlət)  verir.  Vətəndaşlıq  hüququ  ilk 
növbədə  rasional  məzmunlu  (burada  normativlik  rasionallığı 
şə
rtləndirir)  hüquq  kimi  qəbul  olunmalıdır  və  hüququn  ali 
siyasi  və  rəsmi  əsaslarını  daha  çox  özündə  cəmləşdirməlidir. 
Vətəndaşlıq  hüququ  həm  də  şəxslərə  siyasi  status  verən 
hüquqdur  və  insanların  ictimai-siyasi  subyekt  kimi  mənasını 
aşkarlayır. Vətəndaşlığın əldə edilməsi ilə şəxs özünü dövlətin 
bütün  aidiyyatı  siyasətinin  tərkibinə  qatmış  olur.  Dövlət 
hüququ  üçün  vətəndaşın  hüququ  əsas  obyekt  rolunu  oynayır. 
Vətəndaşın  hüququ  olmadan  dövlət  hüququ  da  mövcud  ola 
bilməz.  Vətəndaşlıq  hüququ  insanı  ali  siyasi  hüquqlarına 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə