Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə41/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

126 
 
 
(dövlətin  hüquqları  timsalında)  qovuşdurur.  Vətəndaşlıq 
hüququ  insan  hüquqlarının  rasional-normativ  əsaslarını 
müəyyən  etmək  üçündür  və  ümumiləşdirici,  yəni,  bütün 
hüquqlardan  istifadəni  şərtləndirən  universal  hüquqdur. 
Vətəndaşlıq  hüququ  insanlar  arasında  bərabar  hüquqluluq 
prinsipini  özündə  əks  etdirir.  Bərabər  hüquqluluq  isə  nisbidir 
və  öz  tərkibində  həm  də  mütləqliyi  əks  etdirəndir.  Bərabər 
hüquqluluq  prinsipi  əsasən  insanlara  nəzəri  baxımdan 
bərabərlik prinsipini tətbiq edir. Reallıqda isə insanlar arasında, 
eləcə də vətəndaşlarla dövlət hakimiyyəti arasında olan əlaqələr 
daha  çox  tərəfin  potensialı  prinsipinə  əsaslanır.  Yəni  ümumi 
bərabərlik prinsipi ilə yanaşı, konkret potensial (imkanlar) 
prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu da dövlətin güc 
tərəfi  kimi  obyektiv  hüquqa  və  subyektiv  hüquqa  malik 
olmasının əsaslarını meydana gətirmiş olur.  
Vətəndaşa hüquq (şəxsin hüququnu tanıyan və qəbul edən) 
verən  onun  dövləti  olur.  Burada  dövlət  tanıyıcı  və  qəbuledici 
tərəf kimi xüsusi statusa malik olur. Dövlətin özünün hüququ 
isə vətəndaşın  hüququndan  meydana  gəlir. Deməli,  əslində 
bütün  hüquqlar  vətəndaşlıq  hüququnu  da  özündə 
cəmləşdirən 
insan 
hüquqlarınn 
tanınmasına, 
qəbul 
edilməsinə və təmin edilməsinə yönələndir. Mücərrəd anlayış 
kimi qəbul etsək, onda, belə qərara gələ bilərik ki, hüququn da 
məsuliyyəti yaranır. Yəni məsuliyyətsiz haqq yoxdur. Məsələn, 
hüquq  məfhumu  daha  çox  normativ,  imperativ  və  məsuliyyəti 
özündə  əks  etdirən  bir  məfhumdur.  Əgər  hüquq  obyektə 
götürəndirsə,  deməli,  götürdüyü  obyekti  qorumalıdır.  Deməli, 
hüquq  mühafizəedicidir.  Hüququn  bu  kimi  təbiəti  onun 
maraqları  ödəmək  üçün  vasitə  rolunu  oynamaq  məsuliyyə-
tindən yaranır.  
Ümumiyyətlə,  siyasi  sistemin  əsasını  hüquq  məfhumu 
üzərində formalaşan maraqlar təşkil edir. Hüququ siyasi sistem 
tanıyır  və  hüququn  təmin  olunması  üçün  siyasi  sistem 
tərəfindən müvafiq istiqamətlər müəyyən olunur.  


127 
 
 
Seçki  bu  istiqamətlərin  müəyyən  olunmasında  xüsusi 
təminedici  vasitə  kimi  əhəmiyyət  kəsb  edir.  Seçki  hüququ 
vətəndaşlıq hüququ ilə vəhdətdədir və siyasi hüquqların tərkibi 
olmaqla  bərabər,  həm  də  siyasi hüquqların təmin olunmasında 
vasitəçi  və  təşkiledici  ünsür  rolunu  oynayır.  Seçki  hüququ 
insan  hüquqlarının  bölgü  ünsürü  kimi  xüsusi  önəmə  malikdir 
və tamamlama və mərkəzləşdirmə funksiyasını yerinə yetirir. 
Yəni,  insanların  ayrı-ayrı  sahələrdə  olan  hüquqları  ümumi 
şə
kildə  insan  hüquqlarının  əsasını  təşkil  edir.  Seçki  hüququ 
həm  də  insan  hüquqlarının  tərkibinə  aiddir.  Azadlıq  elə  bu 
tərkibin  əsaslarını  meydana  gətirir.  Seçki  hüququ  daha  çox 
mərkəzləşdirici,  bölücü  və  birləşdirici  əhəmiyyət  daşıyan  bir 
hüquqdur.  
Vətəndaşlıq  hüququ  şəxslərə  ölkənin  siyasi  həyatında 
müəyyən  yaşlardan  sonra  iştirak  imkanlarını  qazandırır. 
Ölkənin  siyasi  həyatında  iştirak  imkanları  da  şəxslərin 
qurduqları ölkəni onların önündə məsuliyyətli tərəflərə çevirir. 
Buradan  da  belə  bir  nəticəyə  gəlmək  olur  ki,  seçki  hüququ 
ə
slində dövlət hakimiyyəti ilə vətəndaş tərəfi arasında qarşılıqlı 
qaydada  səlahiyyətləri  müəyyənedici  hüquqdur.  Seçki 
hüququ dövlət hakimiyyətini vətəndaşla sıx bağlayır və hər iki 
tərəfin  qarşılıqlı  bağlılığından  və  vəhdətindən  dövlətin  ümumi 
vəhdəti  (vəhdət  məzmunu)  yaranır.  Buradan  da  belə  bir 
məntiqi  nəticəyə  gəlmək  olur  ki,  seçki  hüququ  əslində 
dövlətin  bütövlüyünü  yaradan,  hakimiyyətin  vətəndaşa 
(geniş  mənada  xalq  üzərində)  xidmət  məsuliyyətini 
meydana gətirən bir hüquqdur.  
Maraqlar,  ehtiyac  və  tələbatlar  və  onların  ödənilməsi 
zərurətləri tərəflərə vəzifələr, məsuliyyətlər və öhdəliklər verir. 
Maraqlar  ehtiyac  və  tələbatlara  söykənən  kriteriyalar  olaraq 
ə
həmiyyət  kəsb  edir  və  tərəflərin  daima  hərəkət  vəziyyətində 
olmalarının  əsaslarını  təşkil  edir.  Hərəkətlər  və  maraqların 
ödənilməsi  hüquqlardan  meydana 
gəlir. 
Hüquqlar  da 


128 
 
 
hərəkətlərin  sistemləşməsi  zərurətini  yaradır.  Sistemləşmə  də 
tərəfləri  meydana  gətirir  və  hər  bir  tərəfin  vəzifə  və 
məsuliyyətinə  müvafiq  olaraq  hüquqları  ortaya  çıxır.  Buradan 
da  belə  bir  məntiqi  nəticəyə  gəlmək  olur  ki,  hüquq  siyasi 
sistemin əsasını təşkil edir. Siyasi sistem də məhz hüquq (insan 
hüquqlarının  təmini  məqsədilə)  üçün  təşkil  olunur.  “Hər  şey 
hüquqa doğru, hüquq hər şeyə doğru” prinsipi üzrə fəaliyyət 
və ixtiyar bir-birini şərtləndirərək inkişaf edə bilir. Bu böyümə 
və inkişafda həm də məhdudluq yaranır.  
Siyasi  sistem  onun  tərkibi  olan  ünsürlərin  maraqlarını 
təsnif  etmək,  qruplaşdırmaq  məqsədilə  təşkil  olunur.  Siyasi 
sistem  insanların  hüquqlarını  tanıyan  tərəf  kimi  zəruri 
ə
həmiyyət  kəsb  edir.  Siyasi  sistem  maraqlar  arasında  tarazlığı 
və  məxsusluğu  yaradan  təşkilati  funksiyanı  yerinə  yetirir. 
Siyasi  sistem  özündə  hüquq  bütövlüyünü  və  rənagərəngliyi 
ehtiva  edir.  Siyasi  sistem  hüququ  bütövləşdirən  (burada  tərkib 
zənginliyindən  yaranan)  bir  ümumiləşdirici  qurum  kimi 
ə
həmiyyətə malikdir.  
Ə
vvəlcə  də  qeyd  olunduğu  kimi,  hər  bir  məfhum  kimi 
hüquq  məfhumu  da  tərkibdən  (hüququn  məfhum  kimi  öz 
tərkibi)  və bölgüdən  (ayrı-ayrı şəxslərə  malik olan və ayrı-
ayrı  sahələrdə  mövcud  olan  hüquqlar  –sahə  hüquqları) 
ibarətdir.  Hüquq  məfhumunun  tərkibi  zərurətdən  irəli  gələn 
məfhumlardan  formalaşır.  Bu  məfhumların  azad  prinsipi  həm 
də  hüququn  azad  prinsipini  meydana  gətirir.  Deməli,  hüquq 
özündə 
azadlığı 
daşıyan 
ə

böyük 
ictimai-siyasi 
məfhumdur.  Hüquq  özündə  həm  də  sərbəst  şəkildə  iradənin 
ifadə  olunmasını  əks  etdirir.  Bu  baxımdan  da  azadlığın 
ifadəsinin əsasına çevrilir. Seçki azad hərəkətlərdən və iradənin 
azad  şəkildə  ifadə  olunmasından  ibarətdir.  Hüquq  azadlıqdır. 
Seçki  də  bu  azadlığın  ifadə  olunmasıdır.  Buradan  da  belə  bir 
nəticə  ortaya  çıxır  ki,  seçki  azad  hüquqdur  və  azad  şəkildə 
yerinə  yetirilməlidir.  Seçki  azad  şəkildə  yerinə  yetirilərkən 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə