Microsoft Word ++++Secki huququ\3005. doc



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə53/57
tarix23.11.2017
ölçüsü2,88 Kb.
#11786
1   ...   49   50   51   52   53   54   55   56   57

162 
 
 
 Ümumxalq 
seçkiləri 
hüquqi 
dövlətin 
yaranmasını 
ə
saslarını ortaya çıxarır. Çünki bu üsulla qanunvericiliyi təmin 
edən  dövlətin  siyasi  sistemlərinin  əsasları  formalaşa  bilir. 
Seçkilər 
yolu 
ilə 
dövlət 
hakimiyyəti 
öz 
qollarının 
formalaşmasının 
ə
saslarını 
təmin 
edir. 
Azərbaycan 
Konstitusiyasının 
54-cü 
maddəsi 
norma 
olaraq 
ölkə 
vətəndaşlarının  cəmiyyətin  və  dövlətin  siyasi  həyatında 
maneəsiz  iştirak  etmək  hüququnu  təmin  edir.  Konstitusiyanın 
56-cı  maddəsinə  əsasən,  vətəndaşların  dövlət  orqanlarına 
seçmək  və  seçilmək,  habelə  referendumda  iştirak  etmək 
hüququ vardır.  
Məlumdur  ki,  hüquqi  dövlət  (vətəndaş  cəmiyyətinə 
ə
saslanan  dövlət)  qanunlara  (rasional  normalara)  tabe  olan 
dövlətdir.  Hüquqi  dövlət  hüquq  normaları  əsasında  öz 
fəaliyyətini  maksimum dərəcədə  resurslardan  istifadə  etməklə, 
təmin edən dövlətdir. Hüquqi dövlət inkişaf etmiş və insanların 
hüquq və azadlıqlarını yüksək səviyyədə təmin etməyi bacaran 
dövlətdir.  Hüquqi  dövlətin  təşəkkül  tapması  üçün  mütləq 
qaydada sivil cəmiyyətin bərqərar olması labüddür. Cəmiyyətin 
hüquq  normalarına  yüksək  səviyyədə  (burada  tam  son  hədd 
yoxdur,  ona  görə  də  ideal  dövlət  əslində  hər  zaman  üçün 
istənilən  gələcək  real  dövlətin  obrazını  yaradır)  əməl 
etməsinin  əsasları  ilə  hüquqi  dövlət  formalaşır.  Hüquqi 
dövlətin  formalaşmasında  həm  də  resursların  ədalətli  qaydada 
paylanması  prinsipi  mühüm  rol  oynayır.  Hüquqi  dövlətin 
formalaşmasında  həm  də  hər  kəsin  qayğısını  nəzərə  alan,  hər 
kəsi diqqətdə saxlayan və hər kəsin maraqlarını ümummaraqlar 
tərkibində nəzərə alan hüquq sistemi də mühüm rol oynayır. 
Seçki insanların hüquqa əməl etmələrinin əsaslarını yaradır 
və hüquqi dövlətin əsaslarını formalaşdırmış olur. Burada həm 
seçki  hüquqları  təmin  olunur,  həm  də  seçki  hüquqları  digər 
hüquqlar  üçün  şəraiti  təmin  edir.  (Qeyd:  Azərbaycanda 
vətəndaşların seçki hüququ-Azərbaycan Respublikasının Milli 
Məclisinin 
deputatlarını, 
Azərbaycan 
Respublikasının 
prezidentini, bələdiyyələrə üzvləri seçmək və həmin orqanlara, 


163 
 
 
Azərbaycan  Respublikasının  prezidenti  vəzifəsinə  seçilmək 
hüququ,  o  cümlədən  namizədlərin  irəli  sürülməsində, 
seçkiqabağı (referendumqabağı) təşviqatda, seçki (referendum) 
komissiyalarının 
işində, 
seçkilərin 
(referendumun) 
keçirilməsinin 
müşahidəsində 
seçkilərin 
(referendumun) 
nəticələrinin müəyyən edilməsi də daxil olmaqla), səsvermədə, 
digər  seçki  (referendum)  hərəkətlərinin  həyata  keçirilməsində 
iştirak  etmək  hüquq  kimi  təsbit  olunubdur.
1
).  Seçki  yolu  ilə 
hakimiyyətin  səlahiyyətləri  meydana  gəlmiş  olur.  Belə  bir 
nəzəri  prinsip  qəbul  olunur  ki,  cəmiyyət  onu  idarəetmək  üçün 
dövlətə  hakimiyyət  verir.
2
  Məhz  bu  hakimiyyət  səlahiyyətinin 
verilməsi  üçün  seçki  üsullarından  (burada  həm  də  səsvermə) 
geniş  istifadə  olunur.  O  da  məlumdur  ki,  seçki  özü  də  hüquq 
normaları vasitəsilə həyata keçirilən bir proses rolunu oynayır. 
Seçki  proseslərində  hüquq  normalarının  qəbulu,  icrası  və 
mühafizəsi  də  böyük  əhəmiyyət  kəsb  edir.  (Qeyd:  cəmiyyət 
şə
xsiyyətlərarası  münasibətlərin  və  şəxsiyyətlərin  özünün 
məcmusu  kimi  qəbul  olunur.
3
 
Dövlət  şəxsiyyətə  onun  hüquqi 
statusunu  müəyyən  etməklə  təsir  edir.
4
  Cəmiyyət  dövlətə 
səlahiyyət  verəndə  dövlət  artıq  cəmiyyətə-şəxslərə-şəxslər 
toplusuna təsir göstərir. Dövlət öz hüququnu şəxsin hüququnun 
üzərinə  qaldırır.  Bu  üsulla  təsir  imkanları  qazanır.  Bu 
prizmadan  irəli  gələrək  etatizm  (dövlətin  maraqlarının 
şə
xsiyyətin  maraqlarından  üstün  olması  baxışları)  meydana 
gəlir.  Lakin  bunu  formal  hesab  etmək  olar.  Əslində  dövlətin 
mahiyyəti  elə  vətəndaşların  hüquqlarını  təmin  etmək  üçündür. 
Dövlət  bir  münasibət  formasıdır.  Ona  görə  də  münasibət 
subyektinin 
özündən 
yuxarıda 
dayana 
bilməz. 
Onun 
                                                 
1
 Azərbaycan Respublikası Seçki Məcəlləsi. Bakı-Qanun-2003, 256 səh., 
s.11.
 
2
 Ə.H. Rzayev. Dövlət qulluğunun hüquqi əsasları. Bakı, “Elm”, 2011, 
480 səh., s. 32. 
 
3
 Əsgərov Z.A. Konstitusiya hüququ. Dərslik. Bakı; Bakı Universiteti 
nəşriyyatı. 2006, 698 səh., s. 113.
 
4
 Həmin kitab. 


164 
 
 
böyüklüyü, 
aliliyi 
və 
yuxarılığı 
ə
slində 
tənzimetmə 
funksiyasının məcburiliyindən meydana gəlir və bu da formanı 
daha  çox  üzərə  çıxarır.  Təbii  ki,  formada  məzmun  da  olur  ki, 
rellıqda  dövlət  hakimiyyəti  vətəndaşa  təsir  etmək  imkanları 
qazanır).  
Ümumiyyətlə, dövlət özü hüquq normasına tabe olan insan 
toplumundan  və  bu  toplumun  əsasını  təşkil  edən  cəmiyyətdən 
ibarətdir.  Dövlət  cəmiyyətin  idarəolunması  üçün  sosial  bir 
qurum  rolunu  oynayır.  Dövlətin  cəmiyyət  üzərində  nüfuzu 
dövlət  hakimiyyətində  seçki 
yolu  ilə  təmsil  olunan 
vətəndaşların  fəaliyyətindən  meydana  gəlir.  Seçki  burada 
hakimiyyətin  formalaşmasında  cəmiyyətin  aktiv  rolunun 
ə
saslarını  və  istiqamətlərini  müəyyən  edən  vasitələr  kimi 
böyük  önəmə  malik  olur.  Hüquqi  dövlət  konstitusiyası  və 
digər qanunuvericilik aktları olan və bu aktların real əsaslarını 
formalaşdıran bir dövlətdir. Hüquqi dövlətdə “hər kəs normaya 
tabedir”  (normanın  aliliyi)  prinsipi  əsas  götürülür.  Buradan  da 
belə  nəticə  hasil  olunur  ki,  hüquqi  dövlət  əslində  demokratik 
məzmunlu  dövlətdir.  Hüquqi  dövlətin  qanunvericilik  dövləti 
olması  aksioma  kimi  qəbul  olunur.
1
  Burada  hüquqi  dövlətin 
məzmunu demokratiyanın səviyyəsi ilə müəyyən olunur, eləcə 
də  demokratiyanın  səviyyəsi  (xalqın  hakimiyyətdə  təmsil 
olunma  səviyyəsi)  hüquqi  dövlətin  məzmununu  meydana 
gətirmiş olur. Hüquqi dövlətin yaranması üçün demokratiyanın 
və demokratik proseslərin tərkibi olan insanların əsas hüquq və 
azadlıqlarının  təmin  olunması  əsas  amilə  və  prinsipə  çevrilir. 
Demokratiya  əslində  hüquqi  dövlətin  özünü  yaradır. 
Hüquqi  dövlət  ideyası  da  mütləq  olmaqla  bərabər,  nisbi 
ə
saslara  malikdir.  Belə  ki,  cəmiyyətdə  hüquq  normalarının 
icrası  mütləq  qaydada  və  ən  yüksək  səviyyədə  (burada 
insanların  kollektiv  və  fərdi  əsaslarla  maraqlarına  tam  cavab 
                                                 
1
 Ə.H.  Rzayev.  Dövlət  qulluğunun  hüquqi  əsasları.  Bakı,  “Elm”,  2011, 
480 səh., s. 68.
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə