Microsoft Word secki mecellesi doc


Konstitusiya Məhkəməsinin Qərarları



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə60/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   56   57   58   59   60   61   62   63   ...   73

 
Konstitusiya Məhkəməsinin Qərarları 
KM1  Azərbaycan  Respublikası  Konstitusiyasının  105-ci  maddəsinin  I  hissəsinin  tələblərinə  uyğun  olaraq 
Azərbaycan  Respublikası  Seçki  Məcəlləsinin  179.1-ci  maddəsinin  «...  Bu  hal  növbəti  prezident  seçkiləri  təyin 
edildikdən  sonra  baş  verərsə,  növbəti  seçkilər  dayandırılır  və        növbədənkənar  prezident  seçkiləri  təyin  edilir» 
müddəası yalnız Azərbaycan Respublikası prezidenti seçkiləri gününə 3 (üç) aydan çox müddət qaldığı hallara şamil 
edilir. 
Növbəti seçkilər gününə 3 (üç) aydan az müddət qaldıqda və bu müddət ərzində Azərbaycan Respublikasının 
prezidenti  vaxtından  əvvəl  vəzifədən  getdikdə  Konstitusiyanın  105-ci  maddəsinin  tələblərinə  riayət  olunması 
məqsədilə  seçkilərin  statusu  dəyişdirilərək  növbədənkənar  prezident  seçkilərinin  keçirilməsi  müəyyən  edilir  və  bu 
seçkilər  növbəti  prezident  seçkiləri  üçün  müəyyən  olunmuş  müddətlər  ərzində  həyata  keçirilir.  Bu  halda  Mərkəzi 
Seçki  Komissiyasının  seçki  hərəkətlərinin  həyata  keçirilməsi  ilə  əlaqədar  bütün  əvvəl  qəbul  edilmiş  qərarları  öz 
hüquqi qüvvəsini saxlayırlar. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 avqust 2003-ci il tarixli 
qərarıAzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı  3/2003
 


 
                                                 
MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 
1
   27  may  2003-cü  il  tarixli    461-IIQ  nömrəli  “Azərbaycan  Respublikasinin  Seçki  Məcəlləsinin  təsdiq 
edilməsi  və  qüvvəyə  minməsi  haqqinda”  Azərbaycan  Respublikasinin  Qanunu  ilə  təsdiq  edilmişdir.  (azərbaycan 
Respublikasinin qanunvericilik toplusu, 2003-ci il, № 6, əlavə) 
 
2
 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 
17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276) 
ilə Məcəllənin mətnində ismin müvafiq hallarında “Milli Bank” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” 
sözləri ilə əvəz edilmişdir. 
 
3
   28  iyun  2005-ci  il  tarixli  957-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinə  əlavələr  və 
dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 
qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə Məcəlləyə 1.1.29-1.1.32-ci maddələr əlavə edilmişdir. 
 
4
   28  iyun  2005-ci  il  tarixli  957-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinə  əlavələr  və 
dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 
qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 2.4-cü maddəyə aşağıdakı cümlələr əlavə edilmişdir:  
"Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkiləri və Azərbaycan Respublikası Prezidentinin 
seçkiləri eyni gündə keçirilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkiləri və bələdiyyə 
seçkiləri  eyni  gündə  keçirilə  bilməz.  Azərbaycan  Respublikası  Prezidentinin  seçkiləri  və  bələdiyyə  seçkiləri  eyni 
gündə keçirilə bilməz." 
 
5
  4 mart 2004-cü il 856-IIQD nömrəli “Fövqəladə vəziyyət haqqında“ Azərbaycan Respublikası Qanununun 
tətbiqi  ilə  əlaqədar  Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına  əlavələr  və  dəyişikliklər  edilməsi  və 
bəzi  qanunvericilik  aktlarının  qüvvədən  düşmüş  hesab  edilməsi  barədə”  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 4, maddə 278) ilə Məcəlləyə 7-1-ci maddə 
əlavə edilmişdir. 
 
6
 2  iyun  2008-ci  il  tarixli  611-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2008-ci  il,  №  6,  maddə  457)  ilə    8.1-ci  maddədə  "120"  rəqəmi  "75
rəqəmi ilə əvəz edilmişdir. 
18 iyun 2010-cu il tarixli 1035-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 
18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592) 
ilə 8.1-ci maddədə “75” rəqəmi “60” rəqəmi ilə əvəz edilmişdir. 
 
7
 2  iyun  2008-ci  il  tarixli  611-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2008-ci  il,  №  6,  maddə  457)  ilə  8.2-ci  maddə  yeni  redaksiyada  ifadə 
edilmişdir. 
Əvvəlki redaksiayda deyilirdi: 
8.2. Səsvermə günü iş günü hesab olunmur. 
 
30  aprel  2013-cü  il  tarixli  632-IVQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Respublika”  qəzeti, 
13 iyun 2013-cü il, № 127) ilə 8.2-ci maddəyə yeni məzmunda 2-ci cümlə əlavə edilmişdir. 
 
8
 2  iyun  2008-ci  il  tarixli  611-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 11-1-ci maddə əlavə edilmişdir. 
16 dekabr 2008-ci il tarixli 739-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 
17 fevral 2009-cu il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 44) 
ilə  11-1.2-ci  maddədə  “salınması”  sözündən  sonra  “,  seçkinin  (referendumun)  nəticələrinə  təsir  məqsədi  ilə 
vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi” sözləri əlavə edilmişdir. 
 
9
 2  iyun  2008-ci  il  tarixli  611-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2008-ci  il,  №  6,  maddə  457)  ilə  13.3.4-cü  maddəyə  cümlə  əlavə 
edilmişdir. 
 
10
   28  iyun  2005-ci  il  tarixli  957-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinə  əlavələr  və 
dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 
qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 19.8-ci maddədə "iclası haqqında" sözlərindən sonra "və 
həmin  iclasda  baxılan  məsələlər  haqqında"  sözləri,  "iclasının  vaxtı  haqqında  məlumat"  sözlərindən  sonra  "və 
həmin  iclasda  baxılan  məsələlərin  siyahısı,  onlara  aid  müvafiq  qərar  layihələri  və  digər  sənədlər"  sözləri  və 
"İclasın vaxtı haqqında məlumat" sözlərindən sonra "və həmin iclasda baxılan məsələlərin siyahısı, onlara aid 
müvafiq qərar layihələri və digər sənədlər" sözləri əlavə edilmişdir. 
 
11
   28  iyun  2005-ci  il  tarixli  957-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinə  əlavələr  və 
dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 
qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 19.17-ci maddədə "aparatının" sözü "katibliyinin" sözü 
ilə əvəz edilmişdir. 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə