Konstitusiya Məhkəməsinin Qərarları
KM1 Azərbaycan Respublikası Konstitusiyasının 105-ci maddəsinin I hissəsinin tələblərinə uyğun olaraq
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179.1-ci maddəsinin «... Bu hal növbəti prezident seçkiləri təyin
edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar prezident seçkiləri təyin edilir»
müddəası yalnız Azərbaycan Respublikası prezidenti seçkiləri gününə 3 (üç) aydan çox müddət qaldığı hallara şamil
edilir.
Növbəti seçkilər gününə 3 (üç) aydan az müddət qaldıqda və bu müddət ərzində Azərbaycan Respublikasının
prezidenti vaxtından əvvəl vəzifədən getdikdə Konstitusiyanın 105-ci maddəsinin tələblərinə riayət olunması
məqsədilə seçkilərin statusu dəyişdirilərək növbədənkənar prezident seçkilərinin keçirilməsi müəyyən edilir və bu
seçkilər növbəti prezident seçkiləri üçün müəyyən olunmuş müddətlər ərzində həyata keçirilir. Bu halda Mərkəzi
Seçki Komissiyasının seçki hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar bütün əvvəl qəbul edilmiş qərarları öz
hüquqi qüvvəsini saxlayırlar. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 avqust 2003-ci il tarixli
qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı 3/2003)
MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1
27 may 2003-cü il tarixli 461-IIQ nömrəli “Azərbaycan Respublikasinin Seçki Məcəlləsinin təsdiq
edilməsi və qüvvəyə minməsi haqqinda” Azərbaycan Respublikasinin Qanunu ilə təsdiq edilmişdir. (azərbaycan
Respublikasinin qanunvericilik toplusu, 2003-ci il, № 6, əlavə)
2
5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276)
ilə Məcəllənin mətnində ismin müvafiq hallarında “Milli Bank” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank”
sözləri ilə əvəz edilmişdir.
3
28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə Məcəlləyə 1.1.29-1.1.32-ci maddələr əlavə edilmişdir.
4
28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 2.4-cü maddəyə aşağıdakı cümlələr əlavə edilmişdir:
"Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkiləri və Azərbaycan Respublikası Prezidentinin
seçkiləri eyni gündə keçirilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkiləri və bələdiyyə
seçkiləri eyni gündə keçirilə bilməz. Azərbaycan Respublikası Prezidentinin seçkiləri və bələdiyyə seçkiləri eyni
gündə keçirilə bilməz."
5
4 mart 2004-cü il 856-IIQD nömrəli “Fövqəladə vəziyyət haqqında“ Azərbaycan Respublikası Qanununun
tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və
bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 4, maddə 278) ilə Məcəlləyə 7-1-ci maddə
əlavə edilmişdir.
6
2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 8.1-ci maddədə "120" rəqəmi "75"
rəqəmi ilə əvəz edilmişdir.
18 iyun 2010-cu il tarixli 1035-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
18 iyul 2010-cu il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 592)
ilə 8.1-ci maddədə “75” rəqəmi “60” rəqəmi ilə əvəz edilmişdir.
7
2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 8.2-ci maddə yeni redaksiyada ifadə
edilmişdir.
Əvvəlki redaksiayda deyilirdi:
8.2. Səsvermə günü iş günü hesab olunmur.
30 aprel 2013-cü il tarixli 632-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti,
13 iyun 2013-cü il, № 127) ilə 8.2-ci maddəyə yeni məzmunda 2-ci cümlə əlavə edilmişdir.
8
2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 11-1-ci maddə əlavə edilmişdir.
16 dekabr 2008-ci il tarixli 739-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
17 fevral 2009-cu il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 44)
ilə 11-1.2-ci maddədə “salınması” sözündən sonra “, seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə
vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi” sözləri əlavə edilmişdir.
9
2 iyun 2008-ci il tarixli 611-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 13.3.4-cü maddəyə cümlə əlavə
edilmişdir.
10
28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 19.8-ci maddədə "iclası haqqında" sözlərindən sonra "və
həmin iclasda baxılan məsələlər haqqında" sözləri, "iclasının vaxtı haqqında məlumat" sözlərindən sonra "və
həmin iclasda baxılan məsələlərin siyahısı, onlara aid müvafiq qərar layihələri və digər sənədlər" sözləri və
"İclasın vaxtı haqqında məlumat" sözlərindən sonra "və həmin iclasda baxılan məsələlərin siyahısı, onlara aid
müvafiq qərar layihələri və digər sənədlər" sözləri əlavə edilmişdir.
11
28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 19.17-ci maddədə "aparatının" sözü "katibliyinin" sözü
ilə əvəz edilmişdir.
Dostları ilə paylaş: |