Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə68/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   65   66   67   68   69   70   71   72   73

                                                                                                                                                           
 
98
 2  iyun  2008-ci  il  tarixli  611-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2008-ci  il,  №  6,  maddə  457)  ilə  107.4-cü  maddədən  "zərflərin  və
sözləri çıxarılmışdır. 
 
99
   28  iyun  2005-ci  il  tarixli  957-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinə  əlavələr  və 
dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 
qanunvericilik  toplusu,  2005-ci  il,  №  7,  maddə  584)  ilə  108.2-ci  maddəyə  aşağıdakı  məzmunda  cümlə  əlavə 
edilmişdir: 
 "Azərbaycan  Respublikası  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən  Azərbaycan  Respublikasının  Milli 
Məclisinə və bələdiyyələrə seçkilərin ümumi yekunları haqqında protokollar tərtib edilir". 
 
100
 2  iyun  2008-ci  il  tarixli  611-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2008-ci  il,  №  6,  maddə  457)  ilə  108.3-cü  maddədən  "zərflərin  və
sözləri çıxarılmışdır. 
 
101
 28  iyun  2005-ci  il  tarixli  957-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinə  əlavələr  və 
dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 
qanunvericilik  toplusu,  2005-ci  il,  №  7,  maddə  584)  ilə  109.1-ci  maddədə  "5"  rəqəmi  "2"  rəqəmi  ilə  əvəz 
edilmişdir. 
2  iyun  2008-ci  il  tarixli  611-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 109.1-ci maddə yeni redaksiyada ifadə 
edilmişdir. 
Əvvəlki redaksiyada deyilirdi: 
109.1.  Seçkilərin  (referendumun)  ilkin  nəticələri  səsvermə  günündən  başlayaraq  ən  geci  2  gün  müddətində 
Mərkəzi Seçki Komissiyası tərəfindən seçki dairələri üzrə səsvermənin nəticələrini ümumiləşdirən cədvəl şəklində 
dərc edilir və həmin məlumatlar Mərkəzi Seçki Komissiyasının İnternet saytında yerləşdirilə bilər. 
 
102
 14  iyun  2005-ci  il  tarixli  938-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarında 
dəyişikliklər  və  əlavələr  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 
qanunvericilik  toplusu,  2005-ci  il,  №  7,  maddə  576)  ilə  109.3-cü  maddəsindən  "ən  geci"  sözləri  çıxarılsın, 
"müddətində" sözündən sonra "kütləvi informasiya vasitələrinə təqdim edilməlidir və" sözləri əlavə edilmişdir. 
28  iyun  2005-ci  il  tarixli  957-IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinə  əlavələr  və 
dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 
qanunvericilik  toplusu,  2005-ci  il,  №  7,  maddə  584)  ilə  109.3-cü  maddədə  "2  gün"  sözləri  "dərhal,  lakin  24 
saatdan gec olmayaraq Mərkəzi Seçki Komissiyasına" sözləri ilə əvəz edilmişdir. 
 
2  iyun  2008-ci  il  tarixli  611-IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 457) ilə 109.3-cü maddə yeni redaksiyada ifadə 
edilmişdir. 
Əvvəlkiredaksiyada deyilirdi: 
109.3.  Dairə  üzrə  seçkilərin  (referendumun)  ilkin  nəticələri  seçki  məntəqələri  üzrə  səsvermənin  nəticələrini 
səsvermə  günündən  başlayaraq  dərhal,  lakin  24  saatdan  gec  olmayaraq  Mərkəzi  Seçki  Komissiyasına  müddətində 
kütləvi informasiya vasitələrinə təqdim edilməlidir və ümumiləşdirən cədvəl şəklində dərc edilməlidir. 
 
103
  28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və 
dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 
qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 112.2-ci maddə yeni redaksiyada verilmişdir. Maddənin 
əvvəlki redaksiyasında deyilirdi: 
112.2.  Bu  Məcəllənin  112.1-ci  maddəsində  göstərilən  şəxslər  şikayəti  müvafiq  seçki  komissiyasına  təqdim 
edə bilərlər. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən qərardan, hərəkətdən (hərəkətsizlikdən), bunlar cinayət 
məsuliyyətinə səbəb ola bilərsə, müvafiq məhkəmə və ya prokurorluq orqanlarına şikayət verilə bilər. 
 
104
  28 iyun 2005-ci il tarixli 957-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və 
dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 
qanunvericilik toplusu, 2005-ci il, № 7, maddə 584) ilə 112.3-cü maddə yeni redaksiyada verilmişdir. Maddənin 
əvvəlki redaksiyasında deyilirdi: 
112.3. Şikayət ilkin olaraq qərarı qəbul edən və ya hərəkəti (hərəkətsizliyi) edən seçki komissiyası tərəfindən 
təmin  edilməzsə,  yuxarı  seçki  komissiyasına  müraciət  oluna  bilər.  Mərkəzi  Seçki  Komissiyası  nəticə  etibarilə 
şikayəti təmin etməzsə, bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər Apellyasiya Məhkəməsinə müraciət 
hüququ  əldə  edirlər.  Yurisdiksiya  münaqişəsinin  qarşısını  almaq  məqsədi  ilə  müvafiq  seçki  komissiyası  həmin  iş 
üzrə  şikayətin  məhkəməyə  və  ya  prokurorluğa  verilib-verilməməsini  yoxlamalıdır.  Şikayətlə  əlaqədar  cinayət  işi 
qaldırılıbsa və ya şikayətə məhkəmə tərəfindən baxılırsa, bu Məcəllənin 112.2-ci maddəsində göstərilən meyarlara 
uyğun olaraq məhkəmə şikayətin mahiyyətini araşdırmalıdır və əsas olduqda şikayətə baxmaqdan imtina etməlidir. 
Digər  əsaslarla  şikayət  ərizəsinin  qəbul  edilməsindən  imtina  edilə  bilməz.  Mərkəzi  Seçki  Komissiyasının  və  onun 
vəzifəli şəxslərinin qərar və hərəkətlərindən Apellyasiya Məhkəməsinə şikayət edilir. 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə