Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə2/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   2   3   4   5   6   7   8   9   ...   73

1.1.29. səsvermənin nəticələri - məntəqə seçki komissiyasında seçkilər (referendum) zamanı səslərin 
hesablanmasının nəticələri; dairə seçki komissiyasında referendum və Prezident seçkiləri zamanı səslərin 
hesablanmasının nəticələri;  
1.1.30.  seçkilərin  (referendumun)  nəticələri  -  dairə  seçki  komissiyası  tərəfindən  Azərbaycan 
Respublikası  Milli  Məclisinin  deputatlarının  seçkiləri  və  bələdiyyə  seçkiləri  zamanı  müəyyən  edilmiş 
səsvermənin nəticələri;  
1.1.31.  seçkilərin  (referendumun)  yekunları  -  seçkilər  zamanı  Azərbaycan  Respublikası  Milli 
Məclisinin  deputatı,  Prezident,  bələdiyyə  üzvü  seçilmiş  namizədin  müəyyən  edilməsi,  referendumda 
qəbul edilmiş (edilməmiş) məsələnin müəyyən edilməsi;  
1.1.32. seçkilərin ümumi yekunları - seçilmiş namizədlərin adlarını və onların lehinə verilən səslərin 
sayını əks etdirən Milli Məclisə seçkilərin və bələdiyyə seçkilərinin yekunlarının ümumiləşdirilməsi. 
3
 
 
M a d d ə   2 .  Seçkilərdə və referendumda iştirakın prinsipləri 
2.1. Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə və referendumda ümumi, bərabər və birbaşa 
seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər. 
2.2. Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə və referendumda iştirakı azad və könüllüdür. 
Seçkilərdə  və  ya  referendumda  iştirak  edib-etməməyə  məcbur  etmək  məqsədi  ilə  heç  kəsin  Azərbaycan 
Respublikası  vətəndaşına  təzyiq  göstərmək  hüququ  yoxdur  və  heç  kəs  onun  öz  iradəsini  azad  ifadə 
etməsinə mane ola bilməz. 
2.3.  Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəlikləri  və  konsul  idarələri  seçkilərin  və 
referendumun  keçirilməsi  zamanı  Azərbaycan  Respublikasından  kənarda  yaşayan  Azərbaycan 
Respublikası  vətəndaşlarının  Azərbaycan  Respublikası  Konstitusiyasının  3-cü  və  56-cı  maddələrində 
nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə kömək göstərməlidirlər. 
2.4.  Seçkilər  referendumla  eyni  gündə  keçirilə  bilməz.  Azərbaycan  Respublikası  Milli  Məclisinin 
deputatlarının  seçkiləri  və  Azərbaycan  Respublikası  Prezidentinin  seçkiləri  eyni  gündə  keçirilə  bilməz. 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatlarının  seçkiləri  və  bələdiyyə  seçkiləri  eyni  gündə 
keçirilə  bilməz.  Azərbaycan  Respublikası  Prezidentinin  seçkiləri  və  bələdiyyə  seçkiləri  eyni  gündə 
keçirilə bilməz. 
4
 
2.5.  Seçkilərin  və  referendumun  hazırlanması  və  keçirilməsi,  səslərin  hesablanması,  səsvermənin 
yekunlarının, seçkilərin və referendumun nəticələrinin müəyyən edilməsi açıq və aşkar həyata keçirilir. 
2.6. Seçkilərdə (referendumda) iştirak edənlər aşağıdakı şərtlərə riayət etməlidirlər: 
2.6.1. mətbuat azadlığına hörmət bəsləmək
2.6.2. öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələri nümayəndələrinin işinə mane 
olmamaq,  namizədlərin,  partiyaların  (siyasi  partiyalar  bloklarının)  seçki  (referendum)  kampaniyalarına 
müdaxilə etməmək və onu pozmamaq; 
2.6.3.  seçkiqabağı  təşviqat  materiallarının,  referendumqabağı  təşviqat  materiallarının  yayılmasına 
mane olmamaq; 
2.6.4.  seçkiqabağı  (referendumqabağı)  təşviqat  plakatlarını  və  digər  bu  cür  təşviqat  materiallarını 
məhv etməmək və korlamamaq; 
2.6.5. seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olmamaq; 
2.6.6.  seçkilərin  (referendumun)  azad,  sərbəst,  dinc  və  mütəşəkkil  keçirilməsi  üçün  seçki 
(referendum) orqanları ilə və onların vəzifəli şəxsləri ilə əməkdaşlıq etmək; 
2.6.7. seçicilərin öz iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətməmək; 
2.6.8. səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləmək və onlarla əməkdaşlıq etmək; 
2.6.9. səsvermənin gizliliyini saxlamaq və saxlanılmasına kömək göstərmək; 
2.6.10. seçiciləri qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkməmək; 
2.6.11.  seçki  (referendum)  komissiyalarının  fəaliyyətlərinə  əsassız  müdaxilə  etməmək,  səslərin 
verilməsi və ya səslərin hesablanması prosesini pozmamaq; 
2.6.12.  seçkilərin  (referendumun)  qanuni  təsdiqlənmiş  nəticələrinə  hörmət  etmək,  seçkilərlə 
(referendumla)  bağlı  hər  bir  şikayəti  səlahiyyətli  orqana  təqdim  etmək  və  həmin  orqanın  bu  şikayətlə 
bağlı qərarına riayət etmək; 


2.6.13.  hədə-qorxu  və  böhtan  xarakterli  və  ya  zorakılığa  çağıran  çıxışlar  etməmək  və  bu  cür 
materiallar yaymamaq; 
2.6.14. seçicilərə mükafat təklif etməmək, onları cəza ilə hədələməmək; 
2.6.15.  dövlət  resurslarından,  bələdiyyə  və  digər  ictimai  resurslardan  bu  Məcəllə  ilə  nəzərdə 
tutulmamış hallarda istifadə etməmək; 
2.6.16. təzyiq göstərmək və ya bəxşiş təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri 
səs verməyə, səsvermədən çəkinməyə sövq etməmək; 
2.6.17. təzyiq göstərmək ilə və ya bəxşiş təklif etmək yolu və ya digər qanunazidd üsullarla seçiciləri 
referendum  üzrə  təşviqat  qruplarında  iştirak  etməyə  və  ya  iştirak  etməməyə,  öz  namizədliklərini  irəli 
sürməyə  və  ya  irəli  sürməməyə,  namizədliklərini  geri  götürməyə  və  ya  geri  götürməməyə,  seçkiqabağı 
(referendumqabağı) təşviqatda iştirak etməyə və ya iştirak etməməyə məcbur etməmək; 
2.6.18.  heç  bir  vəzifəli  şəxsin  referenduma  çıxarılan  məsələnin,  namizədin  dəstəklənməsinə  və  ya 
dəstəklənməməsinə yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək. 
2.7. Bu Məcəllənin 2.6.2-ci — 2.6.5-ci, 2.6.7-ci, 2.6.10-cu, 2.6.11-ci, 2.6.13 - 2.6.18-ci maddələrinin 
tələblərinin  pozulması  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsində  və  ya  İnzibati  Xətalar 
Məcəlləsində göstərilən məsuliyyətə səbəb olur. 
 
M a d d ə   3 .  Ümumi seçki hüququ 
İrqindən,  milliyyətindən,  dinindən,  dilindən,  cinsindən,  mənşəyindən,  əmlak  vəziyyətindən,  qulluq 
mövqeyindən,  əqidəsindən,  siyasi  partiyalara,  həmkarlar  ittifaqlarına  və  başqa  ictimai  birliklərə 
mənsubiyyətindən  və  ya  digər  statusundan  asılı  olmayaraq  Azərbaycan  Respublikası  vətəndaşlarının 
seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır. 
 
M a d d ə   4 .  Bərabər seçki hüququ 
4.1. Vətəndaşlar seçkilərdə və referendumda bərabər əsaslarla iştirak edirlər. 
4.2. Hər bir səsvermə zamanı hər bir vətəndaşın bir səsi vardır. 
4.3. Vətəndaşların hər bir səsi eyni hüquqi qüvvəyə malikdir. 
 
M a d d ə   5 .  Birbaşa seçki hüququ 
5.1. Vətəndaşlar seçkilərdə namizədin lehinə, referenduma çıxarılan məsələnin lehinə və ya əleyhinə 
şəxsən səs verirlər. 
5.2. Başqa şəxslərin yerinə səs vermək qadağandır. Başqalarının əvəzinə səs verən və ya bunun üçün 
şərait  yaradan  vətəndaşlar  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsində  və  ya  İnzibati  Xətalar 
Məcəlləsində göstərilən məsuliyyətə cəlb olunurlar. 
 
M a d d ə   6 .  Səsvermənin gizliliyi 
Seçkilər və referendum zamanı səsvermə gizli olmalıdır, bu isə seçicilərin iradəsinin ifadəsi üzərində 
hər cür nəzarəti istisna etməlidir. 
 
M a d d ə   7 .  Seçkilərin və referendumların keçirilməsinin məcburiliyi 
7.1. Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə 
və  bələdiyyələrə  Azərbaycan  Respublikası  Konstitusiyasında  və  bu  Məcəllədə  göstərilən  müddətdə 
seçkilərin keçirilməsi məcburidir. 
7.2. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II hissəsində və 152-ci maddəsində 
göstərilən məsələlərə dair referendumların keçirilməsi məcburidir. 
M a d d ə 7-1.  Seçkilərin və referendumun keçirilməsini istisna edən hallar 
5
 
Azərbaycan  Respublikasının  ərazisinin  25  faizindən  çoxunda  hərbi  və  ya  fövqəladə  vəziyyət  elan 
edildikdə,  hərbi  və  ya  fövqəladə  vəziyyət  zamanı,  həmçinin  hərbi  və  ya  fövqəladə  vəziyyətin  ləğv 
edilməsindən sonra 3 ay müddətində seçkilər və ya referendum keçirilə bilməz. 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə