Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə5/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   2   3   4   5   6   7   8   9   ...   73

17.6.15.  qanun  əsasında  seçicilərə,  seçki  (referendum)  hərəkətlərinin  həyata  keçirilməsində  iştirak 
etmək hüququ olan şəxslərə sənədlərlə və məlumatlarla tanış olmaq üçün şərait yaratmalıdırlar; 
17.6.16.  məlumatların  yığılmasına, araşdırılmasına,  birmənalı  və  aydın  anlaşılmaqla  müntəzəm  dərc 
edilməsinə şərait yaratmalıdırlar; 
17.6.17.  seçicilərin  seçkilərdə  (referendumda)  iştirakı  üçün  imkan  dairəsində  bütün  tədbirləri 
görməlidirlər; 
17.6.18.  seçicilər  tərəfindən  seçki  (referendum)  kampaniyasının  düzgün  başa  düşülməsi  üçün 
tədbirlər görməlidirlər; 
17.6.19. səs vermək üçün xüsusi şəraitin yaradılması tələb olunan əlil və ya digər fiziki qüsuru olan, 
uzaq və ya yolu çətin keçilən yerlərdə yaşayan seçicilərin seçkilərdə (referendumda) iştirakı üçün bütün 
imkanları yaratmalıdırlar. 
 
M a d d ə   1 8 .  Seçki (referendum) komissiyaları sistemi 
18.1. Azərbaycan Respublikasında seçki (referendum) komissiyaları sisteminə aşağıdakı komissiyalar 
daxildir: 
18.1.1.  Azərbaycan  Respublikasının  Mərkəzi  Seçki  (referendum)  Komissiyası  (bundan  sonra  — 
Mərkəzi Seçki Komissiyası); 
18.1.2. dairə seçki (referendum) komissiyaları (bundan sonra — dairə seçki komissiyaları); 
18.1.3. məntəqə seçki (referendum) komissiyaları (bundan sonra — məntəqə seçki komissiyaları). 
18.2. Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik 
edir. 
18.3. Seçki komissiyaları Azərbaycan Respublikası Konstitusiyasının 3,83,101 və 142-ci maddələrinə 
uyğun  olaraq  daimi  fəaliyyət  göstərən  dövlət  orqanlarıdır  (bu  Məcəllənin  35.4-35.6-cı  maddələrində 
göstərilən məntəqə seçki komissiyaları istisna olmaqla). 
 
M a d d ə   1 9 .   Seçki komissiyalarının fəaliyyətinin təşkilinin ümumi qaydaları 
19.1. Seçki komissiyaları kollegial formada fəaliyyət göstərirlər. 
19.2. Müvafiq seçki komissiyası onun həlledici səs hüquqlu üzvlərinin təyin edildiyi gündən ən geci 5 
gün ərzində birinci iclasına toplaşır. 
19.3. Seçki komissiyasının sədri, (Mərkəzi Seçki Komissiyasında həmçinin sədr müavini), iki katibi 
seçki  komissiyasının  birinci  iclasında  açıq  səsvermə  yolu  ilə  seçilirlər.  Seçki  komissiyasının  sədri 
seçilənədək onun birinci iclasında və ya sədr olmadıqda iclasa yaşı daha çox olan üzv sədrlik edir. Seçki 
komissiyasının sədri Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanı, katiblərin hər biri isə 
Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları və müstəqil deputatları təmsil edirlər. 
19.4. Seçki komissiyaları öz səlahiyyətləri daxilində qərarlar qəbul edirlər. 
19.5.  Seçki  komissiyasının  iclası  sədr  tərəfindən,  habelə  komissiyanın  həlledici  səs  hüquqlu 
üzvlərinin azı 1/3 hissəsinin tələbi ilə çağırılır. 
19.6.  Seçki  komissiyasının  həlledici  səs  hüquqlu  üzvü,  xəstələnmə  və  digər  üzrlü  səbəblər  istisna 
edilməklə, seçki komissiyasının bütün iclaslarında iştirak etməyə borcludur. 
19.7.  Seçki  komissiyasının  həlledici  səs  hüquqlu  üzvünün  bu  Məcəllənin  19.6-cı  maddəsində 
göstərilən  hallarda  əvəz  edilməsi  məqsədi  ilə  seçki  komissiyalarına  əsas  üzvlərlə  yanaşı  eyni  şərtlər 
əsasında irəli sürülmüş əvəzedici üzvlər təyin edilirlər (seçilirlər). 
19.8.  Seçki  komissiyasının  iclası  haqqında  və  həmin  iclasda  baxılan  məsələlər  haqqında  seçki 
komissiyasının  üzvləri  komissiyanın  sədri  tərəfindən  iclasın  keçirilməsindən  5  gün  əvvəl,  lakin  iclasın 
keçirilməsinə  ən  azı  3  gün  qalmış  xəbərdar  edilirlər.  Seçki  komissiyasının  iclasının  vaxtı  haqqında 
məlumat  və  həmin  iclasda  baxılan  məsələlərin  siyahısı,  onlara  aid  müvafiq  qərar  layihələri  və  digər 
sənədlər  seçki  komissiyasının  üzvlərinə  yazılı  formada  və  ya  elektron  kommunikasiya  vasitələri  ilə 
şəxsən çatdırılır. İclasın vaxtı haqqında məlumat və həmin iclasda baxılan məsələlərin siyahısı, onlara aid 
müvafiq qərar layihələri və digər sənədlər səsvermə gününə 5 gündən az qalmışdırsa, 24 saat müddətində, 
səsvermə günü isə dərhal və şəxsən çatdırılır. 
10
 


19.9.  Seçki  komissiyası  iclasının  səlahiyyətli  olması  üçün  onun  həlledici  səs  hüquqlu  üzvlərinin  azı 
2/3 hissəsi təyin edilməlidir. 
19.10.  Seçki  komissiyasının  iclası  komissiyanın  həlledici  səs  hüquqlu  üzvlərinin  2/3  hissəsi  iştirak 
etdikdə səlahiyyətli hesab edilir. 
19.11.  Seçki  komissiyası  üzvünün,  habelə  iclasda  yuxarı  seçki  komissiyasının  rəsmi  iştirak  edən 
üzvünün tələbi ilə komissiyanın səlahiyyətinə aid olan və təsdiq edilmiş gündəliyə uyğun gələn hər hansı 
məsələyə dair səsvermə keçirilməlidir. 
19.12.  Seçki  komissiyası  üzvlərinin  azı  1/3-nin  tələbi  ilə  seçkilərlə  bağlı  hər  hansı  bir  məsələ  seçki 
komissiyasının sədrinə ünvanlanan yazılı müraciət əsasında seçki komissiyası iclasının gündəliyinə daxil 
edilməlidir. 
19.13.  Seçki  komissiyasının  bütün  iclasları  haqqında  protokol  tərtib  edilir,  komissiyaya  daxil  olan 
bütün sənədlər qeydə alınır. 
19.14.  Seçki  komissiyasının  qərarları  və  iclasının  protokolları  komissiyanın  sədri  və  katibləri 
tərəfindən  imzalanır.  Adları  çəkilən  şəxslər  qərar  və  protokolu  imzalamadıqda,  onları  bu  sənədlərə  səs 
verən  komissiya  üzvləri  imzalayır.  Seçki  komissiyalarının  iclasının  protokolları  təsdiq  olunmaq  üçün 
iclasa  ən  azı  24  saat  qalmış  (seçki  günü  isə  gecikdirilmədən)  komissiya  üzvlərinə  paylanır  və 
komissiyanın  növbəti  iclaslarının  birində  qərarla  təsdiq  edilir  (bu  məsələ  seçki  komissiyasının  iclasının 
gündəliyinə birinci məsələ kimi salınır). 
19.15.  Seçki  komissiyasının  qəbul  edilmiş  qərarı  ilə  razılaşmayan  üzvlər  yazılı  formada  xüsusi  rəy 
bildirə  bilərlər  və  həmin  rəy  komissiyanın  iclasının  protokoluna  əlavə  edilir.  Xüsusi  rəy  ən  geci  3  gün 
müddətində  komissiyanın  sədri  tərəfindən  yuxarı  seçki  komissiyasına  çatdırılmalı,  səsvermə  günü  və 
səsvermənin ertəsi günü isə onun haqqında təxirə salınmadan məlumat verilməlidir. 
19.16.  Seçki  komissiyası  seçkilərin  (referendumun)  hazırlanması  və  keçirilməsi  ilə  əlaqədar  işlərin 
yerinə  yetirilməsi  üçün  büdcədən  ayrılan  vəsait  həddində  əmək  müqaviləsi  və  mülki  müqavilə  əsasında 
ştatdankənar işçilər götürə bilər. 
19.17.  Seçki  komissiyasının  sədri  (Mərkəzi  Seçki  Komissiyası  sədrinin  müavini  də  daxil  olmaqla) 
komissiyanın  katibləri  və  üzvləri  arasında  vəzifə  bölgüsü  aparır.  Bununla  əlaqədar  seçki  komissiyası 
sədrinin  qəbul  etdiyi  qərar  seçki  komissiyası  tərəfindən  ləğv  edilə  bilər.  Seçki  komissiyasının  sədri 
vəzifəsinə görə seçki komissiyası katibliyinin rəhbəri hesab olunur. 
11
 
 
M a d d ə   2 0 .  Seçki komissiyalarına kütləvi informasiya vasitələrində yer ayrılması 
20.1.  Bu  Məcəllənin  77.2-ci  maddəsində  göstərilən  teleradio  verilişləri  təşkilatları  seçkilərin 
hazırlanması  və  keçirilməsi  dövründə  hər  həftə  seçki  (referendum)  qanunvericiliyini  izah  etmək,  vacib 
seçki hərəkətlərinin həyata keçirilməsi qaydası və müddətləri, habelə seçki (referendum) kampaniyasının 
gedişi haqqında məlumat yaymaq, seçicilərin suallarına cavab vermək üçün Mərkəzi Seçki Komissiyasına 
əvəzsiz olaraq 15 dəqiqədən, bu Məcəllənin 77.3-cü maddəsində göstərilən teleradio verilişləri təşkilatları 
isə dairə seçki komissiyalarına 10 dəqiqədən az olmayaraq əvəzsiz efir vaxtı verirlər. 
20.2.  Bu  Məcəllənin  77.1-ci  maddəsində  göstərilən,  həftədə  azı  bir  dəfə  nəşr  edilən  dövri  mətbu 
nəşrlərin  redaksiyaları  seçkilərin  (referendumun)  hazırlanması  və  keçirilməsi  dövründə  Mərkəzi  Seçki 
Komissiyasına əvəzsiz olaraq həftəlik nəşr həcminin bir səhifəsindən az olmayan yer ayırırlar. 
20.3.  Seçki  komissiyaları  dövri  nəşrlərdə  ayrılan  yerdən  seçki  (referendum)  qanunvericiliyini  izah 
etmək,  seçki  hərəkətlərinin  qaydası  və  müddəti,  namizədlər,  qeydə  alınmış  namizədlər,  siyasi  partiyalar 
(siyasi  partiyaların  blokları),  referendum  üzrə  təşviqat  qrupları  haqqında,  seçki  (referendum) 
kampaniyasının gedişi haqqında seçicilərin suallarına cavab vermək üçün istifadə edirlər. 
 
M a d d ə   2 1 .  Seçki komissiyalarında nümayəndəlik 
21.1.  Qeydə  alınmış  namizəd  və  ya  namizədi  qeydə  alınmış  siyasi  partiyalar  və  siyasi  partiyalar 
blokları  seçkilər  zamanı,  referendum  üzrə  təşviqat  qrupları  isə  referendum  zamanı  müvafiq  seçki 
komissiyasının  tərkibinə  bir  məşvərətçi  səs  hüquqlu  üzv  qismində  aktiv  seçki  hüququna  malik  olan 
Azərbaycan Respublikası vətəndaşını təyin edə bilərlər. Seçkilərin nəticələri rəsmi elan olunduqdan sonra 
qohumluq  əlaqələrinə  görə  səlahiyyətlərinə  müvəqqəti  xitam  verilmiş  komissiya  üzvlərinin  səlahiyyəti 
bərpa  olunur.  Onların  əvəzinə  təyin  edilmiş  komissiya  üzvünün  səlahiyyət  müddəti  yerlərinə  təyin 
edildikləri şəxslərin fəaliyyət göstərə bilmədikləri dövrlə məhdudlaşdırılır.
12
 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə