Microsoft Word secki mecellesi doc


Seçkilərin (referendumun) elan edilməsi müddəti



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə3/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   2   3   4   5   6   7   8   9   ...   73

 
M a d d ə   8 .  Seçkilərin (referendumun) elan edilməsi müddəti  
8.1. Seçkilər (referendum) səsvermə gününə azı 60 gün qalmış elan edilir.
6
 
8.2.  Səsvermə  günü  seçki  (referendum)  keçirilən  ərazidə  iş  günü  hesab  olunmur.  Səsvermə  günü 
Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsinə  görə  ümumxalq  hüzn  və  ya  iş  günü  hesab  edilməyən 
bayram  gününə  düşərsə  (Azərbaycan  Respublikası  Konstitusiyasının  84-cü  maddəsinin  II  hissəsində 
nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin 
edilir. 
7
 
 
M a d d ə   9 .  Seçki hüququnun həyata keçirildiyi yer 
9.1.  Aktiv  seçki  hüququ  bu  Məcəllənin  35.4—35.6-cı  maddələri  nəzərə  alınmaqla  seçkilərin  elan 
olunduğu  gündən  əvvəlki  12  ayın  azı  6  ayı  ərzində  ərazisində  vətəndaşların  daimi  yaşadıqları  seçki 
məntəqəsində həyata keçirilir. 
9.2. Müharibə, hərbi münaqişələr, iğtişaşlar və ya təbii fəlakət nəticəsində öz daimi yaşayış yerlərini 
tərk  edən  vətəndaşlar  aktiv  seçki  hüquqlarını  Mərkəzi  Seçki  Komissiyasının  müəyyən  etdiyi  qaydada 
həyata keçirirlər. 
 
M a d d ə   1 0 .  Seçkilər və referendum zamanı səsvermə 
10.1.  Bələdiyyə  seçkiləri  istisna  olmaqla,  seçkilərdə  iştirak  edərkən  Azərbaycan  Respublikasının 
vətəndaşları yalnız bir namizədin lehinə səs verə bilərlər. 
10.2. Referendumda iştirak edərkən Azərbaycan Respublikasının vətəndaşları referenduma çıxarılan 
hər bir suala bir cavab verə bilərlər. 
 
M a d d ə   1 1 .  Seçkiqabağı (referendumqabağı) təşviqat hüququ 
11.1.  Dövlət  Azərbaycan  Respublikasının  Konstitusiyasına  uyğun  olaraq,  vətəndaşlar,  siyasi 
partiyalar,  referendum  üzrə  təşviqat  qrupları  tərəfindən  azad  seçkiqabağı  (referendumqabağı)  təşviqatın 
aparılması üçün şərait yaradılmasını təmin edir. 
11.2.  Vətəndaşların,  siyasi  partiyaların,  referendum  üzrə  təşviqat  qruplarının  qanunun  yol  verdiyi 
formalarda  və  üsullarla  seçiciləri  seçkilərdə  (referendumda)  iştirak  etməyə  və  ya  etməməyə,  namizədin, 
qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun lehinə və ya əleyhinə, referenduma 
çıxarılan  məsələnin  lehinə  və  ya  əleyhinə  səs  verməyə  çağırışlar  formasında  seçkiqabağı 
(referendumqabağı) təşviqat aparmaq hüququ vardır. 
11.3.  Dövlət  qeydə  alınmış  namizədin,  habelə  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının, 
referendum  üzrə  təşviqat  qruplarının  bu  Məcəllənin  74-86-cı  maddələrinə  uyğun  olaraq  seçkiqabağı 
(referendumqabağı) təşviqat aparılması üçün kütləvi informasiya vasitələrindən bərabər istifadə şərtlərini 
müəyyənləşdirir. 
Maddə 11-1. Seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxiləyə yol verilməməsi 
       11-1.1.  Hüquqi  şəxslərin,  dövlət  orqanlarının  və  bələdiyyələrin  vəzifəli  şəxslərinin,  digər  fiziki 
şəxslərin seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxilə etmələri qadağandır. 
11-1.2.  Vətəndaşların  seçkidə  (referendumda)  iştirak  hüquqlarının  həyata  keçirilməsinə  mane  olma, 
vətəndaşı  namizədin  lehinə  imza  atmağa  məcbur  etmə  və  ya  onun  səs  verməsinə  mane  olma,  seçki 
komissiyalarının  işinə  müdaxilə  etmə  və  ya  təsir  göstərmə,  seçki  (referendumda  iştirak)  sənədlərinin 
saxtalaşdırılması  və  ya  saxta  sənədlərin  təqdim  edilməsi,  bilə-bilə  səslərin  düzgün  hesablanmaması, 
səsvermənin  nəticələrinin  düzgün  müəyyənləşdirilməməsi  və  ya  səsvermənin  gizliliyinin  pozulması, 
başqa  şəxslərin  yerinə  səs  verilməsi,  bir  şəxs  tərəfindən  seçki  qutusuna  birdən  artıq  seçki  bülleteninin 
salınması,  seçkinin  (referendumun)  nəticələrinə  təsir  məqsədi  ilə  vəzifə  səlahiyyətlərindən  sui-istifadə 
edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
8
 
 
İkinci fəsil 
SEÇKİ HÜQUQUNUN TƏMİNATLARI. MƏHDUDİYYƏTLƏR 
 
M a d d ə   1 2 .  Aktiv seçki hüququnun mənsubiyyəti 


12.1.  Azərbaycan  Respublikası  Konstitusiyasının  56-cı  maddəsində  və  bu  Məcəllənin  14-cü 
maddəsində  nəzərdə  tutulan  hallar  istisna  olmaqla,  Milli  Məclisə  seçkilərin,  Prezident  seçkilərinin, 
bələdiyyələrə seçkilərin, referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış 
Azərbaycan  Respublikasının  hər  bir  vətəndaşının  seçmək,  referendumda  səs  vermək,  seçkilərin 
(referendumun)  gedişini  müşahidə  etmək,  seçkiqabağı  (referendumqabağı)  təşviqatda  iştirak  etmək,  bu 
Məcəllə  ilə  nəzərdə  tutulmuş  seçki  hərəkətlərində  və  referendumun  hazırlanması  ilə  bağlı  hərəkətlərin 
həyata keçirilməsində iştirak etmək hüququ — aktiv seçki hüququ vardır. 
12.2. Bu Məcəllənin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, Azərbaycan Respublikasında 
5  ildən  az  olmayaraq  daimi  yaşayan  vətəndaşlığı  olmayan  şəxslər  Prezident  seçkiləri,  Milli  Məclisə 
seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilərlər. 
12.3.  Bu  Məcəllənin  12.1-ci  maddəsində  göstərilən  tələbə  cavab  verən,  müvafiq  bələdiyyənin 
ərazisində  5  ildən  az  olmayaraq  yaşayan  xarici  ölkənin  vətəndaşları  bələdiyyə  seçkiləri  zamanı 
səsvermədə  iştirak  edə  bilərlər  (o  şərtlə  ki,  onların  vətəndaşı  olduqları  dövlətlərdə  əcnəbilərin 
bələdiyyələrə seçkilər zamanı eyni hüquqları tanınmış olsun). 
12.4.  Azərbaycan  Respublikası  Konstitusiyasının  56-cı  maddəsinin  II  hissəsinə  uyğun  olaraq, 
məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər seçkilərdə, habelə referendumda 
iştirak etmək hüququndan — aktiv seçki hüququndan məhrumdurlar. 
 
M a d d ə   1 3 .  Passiv seçki hüququnun mənsubiyyəti 
13.1. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və bu Məcəllədə nəzərdə tutulan 
hallar  istisna  olmaqla,  aktiv  seçki  hüququna  malik  olan  hər  bir  vətəndaşın  referendum  üzrə  təşviqat 
qruplarının yaradılmasının təşəbbüsçüsü olmaq, Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən 
edilmiş  Prezidentliyə,  deputatlığa,  bələdiyyə  üzvlüyünə  namizədlər  üçün  irəli  sürülən  tələblərə  cavab 
verdikdə,  Milli  Məclisin  deputatı,  Prezident,  bələdiyyə  üzvü  seçilmək  hüququ  —  passiv  seçki  hüququ 
vardır. 
13.2. Passiv seçki hüququ ilə bağlı məhdudlaşdırıcı hallar Azərbaycan Respublikası Konstitusiyasının 
56-cı, 85-ci, 100-cü maddələri ilə və bu Məcəllə ilə müəyyən edilir. 
13.3.  Azərbaycan  Respublikası  Konstitusiyasının  56-cı  maddəsinin  III  hissəsinə,  85-ci  və  100-cü 
maddələrinə  uyğun  olaraq,  aşağıdakı  şəxslərin  Milli  Məclisin  deputatı,  Prezident,  bələdiyyə  üzvü 
seçilmək hüququ — passiv seçki hüququ yoxdur: 
13.3.1.  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmü  ilə  azadlıqdan  məhrum  etmə  yerlərində  cəza 
çəkən şəxslər; 
13.3.2.  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  15.4-15.5-ci  maddələrində  nəzərdə  tutulan 
cinayətlərə görə məhkum olunmuş şəxslər; 
13.3.3. ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşları (ikili vətəndaşlığı qalanadək); 
13.3.4.  xarici  dövlətlər  qarşısında  öhdəlikləri  olan  Azərbaycan  Respublikası  vətəndaşları  (həmin 
öhdəliklərə xitam verilənədək). Belə öhdəliklər 5 ildən çox xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn 
davamlı,  möhkəm  və  sabit  münasibətlərin  mövcudluğuna  səbəb  olan  qeydiyyat,  vergi,  ölkə  ərazisini 
müəyyən müddətdən artıq tərk etməmək, habelə digər siyasi və ya hüquqi öhdəliklər də ola bilər.
9
 
 
M a d d ə   1 4 .  Vəzifələrin uzlaşmaması 
14.1. Vəzifələrin uzlaşmaması halları Azərbaycan Respublikası Konstitusiyasının 56-cı, 85-ci, 100-cü 
maddələri ilə və bu Məcəllə ilə müəyyən edilir. 
14.2.  Azərbaycan  Respublikası  Konstitusiyasının  56-cı  maddəsinin  III  hissəsinə  uyğun  olaraq 
aşağıdakı  şəxslər  tutduqları  vəzifələrə  görə  Milli  Məclisin  deputatı,  Prezident,  bələdiyyə  üzvü  ola 
bilməzlər: 
14.2.1. hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə); 
14.2.2. hakimlər (hakim olduqları müddətdə); 
14.2.3. dövlət qulluqçuları (dövlət qulluğunda olduqları müddətdə); 
14.2.4. din xadimləri (peşəkar dini fəaliyyət ilə məşğul olduqları müddətdə). 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə