Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə9/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   5   6   7   8   9   10   11   12   ...   73

29.1. Seçkilərin (referendumun) keçirilməsi üçün müvafiq ərazi vahidlərində daimi yaşayan və qeydə 
alınmış  seçicilərin  sayı  haqqında  müvafiq  icra  hakimiyyəti  orqanlarının  bələdiyyə  qurumları  ilə  birgə 
Mərkəzi  Seçki  Komissiyasına  təqdim  etdikləri  məlumatlar  əsasında  həmin  ərazi  vahidlərində  Mərkəzi 
Seçki Komissiyası hər 5 ildən bir 125 seçki (referendum) dairəsi (bundan sonra — seçki dairəsi) yaradır. 
Seçki  dairələri,  bir  qayda  olaraq,  seçicilərin  orta  təmsilçilik  norması  əsasında  yaradılır.  Seçicilərin  orta 
təmsilçilik norması qeydə alınmış seçicilərin ümumi sayının 125-ə bölünməsi yolu ilə müəyyənləşdirilir. 
Milli  Məclis  deputatlarının  seçkiləri  zamanı  seçki  dairələri  —  birmandatlı  seçki  dairələri,  referendum, 
Prezident seçkiləri, bələdiyyə üzvlərinin seçkiləri zamanı isə — seçki əraziləri hesab edilirlər. 
29.2.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  yaşayan  seçicilər  seçki  dairələri  üzrə 
siyahıya  alınırlar.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  daimi  yaşayan  yaxud 
uzunmüddətli  xarici  ezamiyyətdə  olan  və  Azərbaycan  Respublikasının  müvafiq  diplomatik 
nümayəndəliklərində  və  ya  konsul  idarələrində  qeydə  alınmış  seçicilərin  sayı  haqqında  məlumatları 
Mərkəzi  Seçki  Komissiyasına  müvafiq  icra  hakimiyyəti  orqanı  təqdim  edir.  Mərkəzi  Seçki  Komissiyası 
həmin  məlumatlar  əsasında  referendum  və  Prezident  seçkiləri  zamanı  göstərilən  seçicilərin  siyahıya 
alınması  üçün  müvafiq  seçki  dairələrinin  siyahısını  təsdiq  edir.  Azərbaycan  Respublikasının 
hüdudlarından kənarda yaşayan seçicilərin siyahıya alındığı seçki dairələrinin seçicilərinin sayı seçicilərin 
orta təmsilçilik normasından az olmalıdır. 
29.3. Seçki dairələri aşağıdakı tələblərə riayət edilməklə yaradılır: 
29.3.1.  Azərbaycan  Respublikasının  inzibati  ərazi  vahidinin  hüdudları  daxilində,  bir  qayda  olaraq, 
orta təmsilçilik normasından 5 faizdən, yolu çətin və ucqar yerlərdə isə 10 faizdən çox (az) olmamaq şərti 
ilə onların ərazisində qeydə alınmış seçicilərin sayı seçki dairələrində təqribən bərabər olmalıdır; 
29.3.2.  aralarında  sərhəd  olmayan  inzibati  ərazi  vahidləri  üzrə  seçki  dairəsinin  yaradılmasına  yol 
verilmir; 
29.3.3.  seçicilərin  bu  və  ya  digər  qrupunun  çoxluq  təşkil  etməsi  naminə  məqsədli  şəkildə  seçki 
dairələrinin sərhədlərinin müəyyən edilməsinə (dəyişdirilməsinə) yol verilmir. 
29.4. Bu Məcəllənin 29.2-ci və 29.3-cü maddələrində göstərilən seçki dairələrinin yaradılması barədə 
tələblər yerinə yetirilərkən bələdiyyə qurumlarının sərhədlərinin kəsişməməsi zərurəti nəzərə alınmalıdır. 
Bələdiyyə seçkiləri zamanı bələdiyyə ərazisində yaşayan seçicilərin sayı ilə əlaqədar bu məcəllənin 29.1-
ci  maddəsinə  riayət  etmək  mümkün  olmadıqda,  Mərkəzi  Seçki  Komissiyası  başqa  seçki  dairələrinin 
sərhədlərini dəqiqləşdirmək yolu ilə bu halı aradan qaldırmalıdır. Müvafiq bələdiyyənin ərazisində birdən 
çox seçki dairəsinin yaradılması və ya  müvafiq  seçki  dairəsinin tərkibinə birdən  çox  bələdiyyənin  daxil 
edilməsi nəticəsində bələdiyyənin (bələdiyyələrin) ərazisində yaşayan seçicilərin sayının orta təmsilçilik 
normasına  bölünməsi  ilə  alınan  qalıq  bu  məcəllənin  29.3.1-ci  maddəsində  göstərilən  faizlərdən  çox 
olduqda, Mərkəzi Seçki Komissiyası seçki dairəsini yaradarkən, bu məcəllənin 29.1-ci maddəsinə riayət 
etməyə  bilər.  Bu  halda  Mərkəzi  Seçki  Komissiyası  seçki  dairəsinin  yaradılması  haqqında  qərarda  bu 
məcəllənin  29.1-ci  maddəsinə  riayət  etməyin  mümkün  olmadığının  səbəblərini  göstərməklə,  öz  qərarını 
əsaslandırmalıdır. 
21
 
29.5.  Mərkəzi  Seçki  Komissiyası,  seçicilər  barəsində  məlumatlar  əsasında,  hər  beş  ildən  bir,  vahid 
seçicilər  siyahısı  tərtib  edildikdən  sonra  30  gün  müddətində  seçki  dairələrinin  yaradılması  sxemini  və 
onun qrafik təsvirini təsdiq etməlidir. Həmin dövr ərzində bu Məcəllənin 29.3-cü və 46-cı maddələrinin 
tələbləri nəzərə alınmaqla seçki dairələrinin sxemi və onun qrafik təsviri yenidən təsdiq edilə bilər. 
29.6.  Seçki  dairələrinin  yaradılması  sxemini  və  onun  qrafik  təsvirini,  seçki  dairələrinin  hüdudlarına 
dair  təklifləri  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən  yaradılan  və  mütəxəssislərdən  ibarət  olan  seçki 
dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya hazırlayır. Həmin komissiyanın işinə Mərkəzi 
Seçki Komissiyasının sədr müavini rəhbərlik edir və o, vəzifəsinə görə komissiyanın sədri hesab olunur. 
Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın iclasları hər il vahid seçici siyahısı 
dəqiqləşdirildikdən sonra iki aydan gec olmayaraq keçirilir. Göstərilən komissiyanın əsas məqsədi seçki 
dairələrinin  bu  Məcəllənin  29.3-cü  və  29.7-ci  maddələrinə  cavab  verməsinin  təmin  edilməsidir.  Həmin 
komissiya  üzvlərinin  yalnız  1/3  hissəsi  dövlət  qulluğunda  ola  bilər.  Seçki  dairələri  seçkilərin 
(referendumun) keçirilməsindən bilavasitə əvvəl yaradılırsa, seçki dairələrinin yaradılması sxemi və onun 
qrafik  təsviri  seçkilər  (referendum)  gününə  ən  azı  55  gün  qalmış  təsdiq  edilməli  və  seçki  (referendum) 
gününə azı 50 gün qalmış dərc edilməlidir.
22
 
29.7. Seçki dairələrinin yaradılması sxemində aşağıdakılar göstərilməlidir: 
29.7.1. hər seçki dairəsinin adı və nömrəsi; 


29.7.2.  hər  seçki  dairəsinə  daxil  olan  inzibati  ərazi  vahidlərinin  yaxud  şəhər,  rayon,  şəhərdə  rayon 
üzrə  bələdiyyə  qurumlarının  siyahısı  (seçki  dairəsinin  tərkibinə  inzibati  ərazi  vahidinin,  bələdiyyə 
qurumunun,  yaşayış  məntəqəsi  ərazisinin  bir  hissəsi  daxildirsə,  göstərilən  sxemdə  bu  inzibati  ərazi 
vahidinin,  bələdiyyə  qurumunun  və  yaşayış  məntəqəsinin  həmin  hissəsinin  sərhədləri  qeyd  edilməlidir. 
Bir  inzibati  ərazi  vahidində  bir  seçki  dairəsi  yaradıldıqda,  həmin  seçki  dairəsinə  daxil  olan  bələdiyyə 
qurumlarının siyahısı seçki dairəsinin yaradılması sxeminə daxil edilmir); 
29.7.3. hər seçki dairəsinin mərkəzi; 
29.7.4. hər seçki dairəsində qeydə alınmış seçicilərin sayı, inzibati ərazi vahidində birdən çox seçki 
dairəsi  yaradıldıqda,  seçki  dairəsinin  tərkibinə  daxil  olan  hər  bir  bələdiyyə  qurumunda  qeydə  alınmış 
seçicilərin sayı; 
29.7.5.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  yaşayan  seçicilərin  yaşadığı  xarici 
dövlətlər göstərilməklə, bu Məcəllənin 29.2-ci maddəsinə uyğun olaraq müvafiq seçki dairəsində siyahıya 
alınmış həmin seçicilərin sayı. 
29.8.  Seçki  dairələri  yaradılarkən  və  onların  yaradılma  sxemi  müəyyənləşdirilərkən  dövlət 
avtomatlaşdırılmış informasiya sistemindən istifadə edilə bilər. 
29.9.  Azərbaycan  Respublikası  Prezidentinin  seçilməsi  və  referendum  keçirilməsi  nəzərdə  tutulan 
vahid seçki dairəsi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. 
29.10. Bu Məcəllənin 46-cı maddəsinə uyğun olaraq seçki dairəsi üzrə siyahıya alınmış seçicilər həm 
də vahid seçki dairəsində siyahıya alınmış sayılırlar. 
 
M a d d ə   3 0 .  Dairə seçki komissiyalarının təşkili 
30.1.  Dairə  seçki  komissiyaları  bilavasitə  seçkilərdən  (referendumdan)  əvvəl  yaradılarsa,  onlar 
səsvermə gününə azı 50 gün qalmış təşkil edilməlidir.
23
 
30.2.  Dairə  seçki  komissiyası  9  üzvdən  ibarətdir.  Dairə  seçki  komissiyasının  üzvləri  Mərkəzi  Seçki 
Komissiyası tərəfindən təyin edilirlər. 
30.3. Dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən 
siyasi  partiyanı  Mərkəzi  Seçki  Komissiyasında  təmsil  edən  komissiya  üzvləri  tərəfindən,  3  üzvünün 
namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında 
təmsil  edən  komissiya  üzvləri  tərəfindən,  3  üzvünün  namizədliyi  isə  heç  bir  siyasi  partiyaya  mənsub 
olmayan  Milli  Məclis  deputatlarını  Mərkəzi  Seçki  Komissiyasında  təmsil  edən  komissiya  üzvləri 
tərəfindən  təqdim  edilir.  Dairə  seçki  komissiyasının  üzvlüyünə  namizədləri  Mərkəzi  Seçki 
Komissiyasında  siyasi  partiyaları  təmsil  edən  komissiyanın  üzvlərinə  müvafiq  siyasi  partiyaların  yerli 
təşkilatları  da  təqdim  edə  bilərlər.  Heç  bir  siyasi  partiyaya  mənsub  olmayan  deputatları  Mərkəzi  Seçki 
Komissiyasında  təmsil  edən  komissiya  üzvləri  tərəfindən  dairə  seçki  komissiyasına  irəli  sürülmüş 
namizədlərin 2-si maraqlı tərəflərlə razılaşdırılır: 1 namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən 
siyasi  partiyanı  Mərkəzi  Seçki  Komissiyasında  təmsil  edən  komissiya  üzvləri  ilə,  digər  namizəd 
deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən 
komissiya üzvləri ilə. 
30.4. Dairə seçki komissiyalarının üzvləri Mərkəzi Seçki Komissiyasından müvafiq vəsiqə alırlar. 
 
M a d d ə   3 1 .  Dairə seçki komissiyasının vəzifələri 
31.1. Dairə seçki komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir: 
31.1.1. seçki dairəsinin ərazisində Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarına riayət 
olunmasına nəzarət edir; 
31.1.2.  bu  Məcəllənin  qaydalarının  pozulması  ilə  əlaqədar  şikayətlərə  öz  səlahiyyətləri  daxilində 
baxır və əsaslandırılmış qərar qəbul edir; 
31.1.3.  seçki  dairəsinin  ərazisində  namizədlərin,  qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların, 
siyasi  partiyalar  bloklarının  seçkiqabağı  fəaliyyətinə,  referendum  üzrə  təşviqat  qruplarının 
referendumqabağı fəaliyyətinə şərait yaradır; 
31.1.4.  seçki  dairəsinin  ərazisində  məntəqə  seçki  komissiyalarına  ad  verir  və  seçki  məntəqələrinin 
vahid qaydada nömrələnməsini təmin edir; 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə