Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə10/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   6   7   8   9   10   11   12   13   ...   73

31.1.5.  seçki  bülletenlərinin,  seçki  bülletenlərinin  qoyulması  üçün  zərflərin,  protokolların,  səsvermə 
üçün  qeydiyyatdan  çıxma  vəsiqələrinin  və  digər  seçki  sənədlərinin  məntəqə  seçki  komissiyalarına 
çatdırılmasını təmin edir
31.1.6.  seçkilərin  (referendumun)  hazırlanması  və  keçirilməsi  üçün  ayrılmış  pul  vəsaitini  məntəqə 
seçki komissiyaları arasında bölüşdürür, bu vəsaitin təyinatı üzrə istifadəsinə nəzarəti təmin edir; 
31.1.7.  müvafiq  icra  hakimiyyəti  orqanlarından  və  bələdiyyə  qurumlarından  seçkilərin 
(referendumun) hazırlanması və keçirilməsi ilə bağlı məsələlərə aid məlumatlar alır; 
31.1.8.  seçkilərin  (referendumun)  gedişində  seçki  hərəkətlərinin  həyata  keçirilməsi  qaydası  və 
müddəti  haqqında  seçicilərə  məlumat  verir,  qeydə  alınmış  namizədlərə  dair  məlumatları,  seçkilərin 
(səsvermənin) ilkin nəticələri haqqında məlumatları dərc edir
31.1.9.  məntəqə  seçki  komissiyalarının  otaqlarla,  nəqliyyat  və  rabitə  vasitələri  ilə  təmin  edilməsinə, 
seçkilərin maddi-texniki təchizatı məsələlərinə dair qəbul olunan müvafiq qərarların yerinə yetirilməsinə 
nəzarət edir; 
31.1.10. seçki dairəsinin ərazisində məntəqə seçki komissiyalarına seçki məntəqələrində səsvermənin 
keçirilməsi işində təşkilati-texniki kömək göstərir
31.1.11. məntəqə seçki komissiyalarının fəaliyyətini əlaqələndirir; 
31.1.12.  Mərkəzi  Seçki  Komissiyasının  təsdiq  etdiyi  qaydalara  uyğun  olaraq  seçki  (referendum) 
sənədlərinin saxlanılmasını təmin edir; 
31.1.13.  seçkilərin  (referendumun)  hazırlanması  və  keçirilməsi  ilə  əlaqədar  sənədlərin,  o  cümlədən 
səsvermənin  (seçkilərin)  nəticələri  haqqında  protokolların  Mərkəzi  Seçki  Komissiyasına  verilməsini 
təmin edir; 
31.1.14. seçki dairəsinin ərazisində dövlət avtomatlaşdırılmış informasiya sistemindən eyni qaydada 
istifadə olunmasını təmin edir; 
31.1.15. məntəqə seçki komissiyalarının üzvlərini təlimatlandırır; 
31.1.16. məntəqə seçki komissiyalarının qanunsuz qərarlarını ləğv edir. 
 
M a d d ə   3 2 .  Dairə seçki komissiyasının fəaliyyət istiqamətləri 
Referendumun,  Milli  Məclisin  deputatlarının  seçkilərin,  Prezident  seçkilərinin  və  bələdiyyə 
seçkilərinin  keçirilməsi  zamanı  dairə  seçki  komissiyası  bu  Məcəllənin  31-ci  maddəsinə  uyğun  olaraq 
aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: 
32.1. Dairə seçki komissiyası referendumun hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri 
həyata keçirir: 
32.1.1.bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda referendum üzrə təşviqat qruplarını qeydə alır; 
32.1.2. referendum dairəsində səslərin hesablanmasının nəticələrini müəyyən edir; 
32.1.3.  referendum  dairələrində  referendum  üzrə  təşviqat  qruplarının  seçki  fondları  vəsaitinin 
xərclənməsinə nəzarəti təmin edir; 
32.1.4. bu Məcəlləyə uyğun olaraq başqa səlahiyyətləri həyata keçirir. 
32.2.  Dairə  seçki  komissiyası  Milli  Məclisin  deputatlarının  seçkilərinin  hazırlanması  və  keçirilməsi 
zamanı aşağıdakı səlahiyyətləri həyata keçirir: 
32.2.1.  müvafiq  birmandatlı  seçki  dairəsi  üzrə  irəli  sürülmüş  namizədlər  barəsində  məlumatların 
alınmasını təmin edir, qeydə alınmış namizədlər barəsində məlumatları dərc edir; 
32.2.2. birmandatlı seçki dairəsi üzrə namizədləri, onların səlahiyyətli nümayəndələrini, vəkil edilmiş 
şəxslərini qeydə alır, onlara Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi nümunədə vəsiqə verir; 
32.2.3.  seçki  dairəsinin  ərazisində  namizədlərin,  qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların, 
siyasi partiyalar bloklarının seçki fondları vəsaitinin xərclənməsinə nəzarəti təmin edir; 
32.2.4.  seçki  dairəsinin  ərazisində  bütün  namizədlər,  qeydə  alınmış  namizədlər,  siyasi  partiyalar, 
siyasi  partiyaların  blokları  üçün  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  seçkiqabağı  fəaliyyət  şərtlərinə  əməl 
olunmasını təmin edir; 
32.2.5. birmandatlı seçki dairəsi üzrə seçkilərin yekunlarını müəyyənləşdirir; 
32.2.6. təkrar və əlavə seçkilər keçirir; 
32.2.7. bu Məcəlləyə uyğun digər vəzifələri həyata keçirir. 


32.3. Dairə seçki komissiyası Prezident seçkilərinin hazırlanması və keçirilməsi ilə əlaqədar aşağıdakı 
səlahiyyətləri həyata keçirir: 
32.3.1. prezidentliyə namizədlər üçün seçki dairəsinin ərazisində bərabər seçkiqabağı fəaliyyət şəraiti 
təmin edir; 
32.3.2.  seçki  dairəsinin  ərazisində  namizədlər,  qeydə  alınmış  namizədlər  tərəfindən  bu  Məcəllə  ilə 
müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə əməl olunmasını təmin edir; 
32.3.3. seçki dairəsinin ərazisində Prezident seçkiləri üzrə səsvermənin nəticələrini müəyyən edir; 
32.3.4. bu Məcəlləyə uyğun olaraq digər vəzifələri həyata keçirir. 
32.4.  Dairə  seçki  komissiyası  bələdiyyələrə  seçkilərin  hazırlanması  və  keçirilməsi  zamanı  aşağıdakı 
vəzifələri həyata keçirir: 
32.4.1.  seçki  ərazisi  üzrə  bələdiyyə  üzvlüyünə  irəli  sürülmüş  namizədlər  barəsində  məlumatların 
alınmasını təmin edir, qeydə alınmış namizədlər barəsində məlumatları dərc edir; 
32.4.2.  seçki  ərazisi  üzrə  bələdiyyə  üzvlüyünə  namizədləri,  onların  səlahiyyətli  nümayəndələrini, 
vəkil  edilmiş  şəxslərini  qeydə  alır,  onlara  Mərkəzi  Seçki  Komissiyasının  müəyyənləşdirdiyi  formada 
vəsiqə verir; 
32.4.3.  seçki  ərazisi  üzrə  bələdiyyə  üzvlüyünə  namizədlər  üçün  bərabər  seçkiqabağı  fəaliyyətin 
həyata keçirilməsinə nəzarət edir; 
32.4.4.  seçki  ərazisi  üzrə  məntəqə  seçki  komissiyalarının  məlumatlarına  əsasən  səsvermənin 
nəticələrini müəyyən edir; 
32.4.5. təkrar və əlavə seçkilərin keçirilməsini təşkil edir; 
32.4.6. bu Məcəlləyə uyğun olaraq digər vəzifələri həyata keçirir. 
 
M a d d ə   3 3 .  Dairə seçki komissiyası üzvünün fəaliyyətinin təminatları 
33.1. Dairə seçki komissiyasının sədri və katibləri öz səlahiyyətləri dövründə dövlət büdcəsi hesabına 
əmək haqqı alırlar. Dairə seçki komissiyasının üzvləri seçkilərin (referendumun) təyin edilməsi haqqında 
səlahiyyətli dövlət orqanının qərarının dərc edildiyi gündən seçkilərin (referendumun) nəticələrinin dərc 
edildiyi  günədək  olan  müddətdə,  habelə  hər  il  seçici  siyahılarının  hazırlandığı  dövrdə  dövlət  büdcəsi 
hesabına pul təminatı alırlar. Dairə seçki komissiyasının tərkibinə seçilən, dövlət və ya yerli büdcələrdən 
maliyyələşdirilən orqanlarda, müəssisələrdə, təşkilatlarda və ya təsisatlarda qulluq edən üzvün iş yeri üzrə 
aldığı əmək haqqı saxlanılır. 
33.2.  Seçkilər  (referendum)  dövründə  dairə  seçki  komissiyasının  üzvü  müvafiq  rayon  prokurorunun 
razılığı  olmadan  cinayət  məsuliyyətinə  cəlb  edilə  bilməz  tutula  bilməz  və  ya  məhkəmə  qaydasında 
müəyyənləşdirilən  inzibati  tənbeh  tədbirlərinə  məruz  qala  bilməz  (bu  maddədə  «rayon  prokuroru» 
dedikdə, seçki dairəsi ərazisinin çox hissəsinin əhatə etdiyi rayonun prokuroru başa düşülür). Dairə seçki 
komissiyasının  üzvü  cinayət  başında  yaxalanarsa,  tutula  bilər.  Belə  olduqda,  dairə  seçki  komissiyasının 
üzvünü tutan orqan bu barədə dərhal Mərkəzi Seçki Komissiyasına və müvafiq rayon prokuroruna xəbər 
verir. 
33.3.  Dairə  seçki  komissiyası  üzvünün  seçkilər  (referendum)  dövründə  seçki  dairəsinin  ərazisində 
gediş-gəliş  üçün  hər  cür  ictimai  nəqliyyatdan  (taksi  və  sifarişli  reyslər  istisna  olmaqla)  istifadə  xərcləri 
gediş-gəliş sənədləri təqdim olunduqda dairə seçki komissiyasının ayırdığı vəsait hesabına ödənilir. 
 
M a d d ə   3 4 .  Dairə seçki komissiyasının işinin təşkili 
34.1. Dairə seçki komissiyası öz işini Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş dairə seçki 
komissiyasının reqlamenti əsasında qurur. 
34.2.  Dairə  seçki  komissiyasının  katibliyi  öz  işini  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən  təsdiq 
edilmiş Əsasnamə əsasında qurur. 
34.3. Dairə seçki komissiyasının qərarları komissiyanın iclasında 9 üzv iştirak etdikdə – azı 6 üzvün, 
8  və  ya  7  üzv  iştirak  etdikdə  —  azı  5  üzvün,  6  üzv  iştirak  etdikdə  —  azı  4  üzvün  lehinə  səs  verməsi 
nəticəsində qəbul edilir. 
34.4.  Dairə  seçki  komissiyasının  qərarı  24  saat  ərzində  dərc  edilməlidir  və  dərc  olunduğu  gündən 
qüvvəyə minir. 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə