Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə13/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   9   10   11   12   13   14   15   16   ...   73

püşkatma yolu ilə müəyyən edir, o şərtlə ki, bu Məcəllənin 40.5-ci maddəsində göstərilən subyektlərin hər 
birinin bu cür hüquqa malik olan bir müşahidəçisi olsun (hər bir seçki komissiyası üçün ayrı-ayrılıqda) və 
hər  bir  seçki  komissiyası  üçün  belə  müşahidəçilərin  sayı  10-dan  artıq  olmasın.  Səsvermə  günü  seçki 
komissiyasının iclasını müşahidə etmək üçün xüsusi icazə tələb olunmur. 
40.14. Seçki komissiyasının bütün üzvlərinin, bu Məcəllənin 40.2-ci maddəsində göstərilən şəxslərin 
və  müşahidəçilərin  hərbi  hissələrdə,  xəstəxanalarda,  sanatoriyalarda,  istirahət  evlərində  və  Xəzər 
dənizində  yerləşən  neft  platformalarında  yaradılmış  seçki  məntəqələri  də  daxil  olmaqla,  istənilən  seçki 
məntəqəsinin səsvermə otağına maneəsiz buraxılışı təmin edilməlidir. 
40.15. Səsvermə günü səsvermə otağında olan bütün səlahiyyətli şəxslərin, o cümlədən məntəqə seçki 
komissiyası  üzvlərinin  bu  Məcəllənin  40.2-ci  maddəsində  göstərilən  şəxslərin,  kütləvi  informasiya 
vasitələri  nümayəndələrinin  Mərkəzi  Seçki  Komissiyasının  müəyyən  etdiyi  formada,  həmin  şəxsin 
statusunu  müəyyən  etməyə  imkan  verən,  soyadı,  adı,  atasının  adı,  vəzifəsi  və  fotoşəkli  olan  lövhəcik 
olmalıdır. 
40.16. Müşahidəçinin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, habelə onun göndərildiyi seçki 
komissiyası  (komissiyaları)  göstərilmiş,  eləcə  də  maraqlarını  təmsil  etdiyi  qeydə  alınmış  namizədin, 
siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun,  referendum  üzrə  təşviqat  qrupunun,  qeyri-hökumət 
təşkilatının  adı  göstərilən  lövhəciyi  olmalıdır.  Lövhəcik  şəxsiyyət  vəsiqəsi  və  ya  onu  əvəz  edən  sənəd 
təqdim  edildikdə  etibarlı  sayılır.  Müşahidəçinin  göndərilməsi  haqqında  qabaqcadan  xəbər  vermək  tələb 
edilmir. 
40.17. Səsvermə günü səsvermə otağında olan və seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə 
edən şəxslərin siyahısı məntəqə seçki komissiyasının katibi tərəfindən aparılır. 
 
M a d d ə   4 1 .  Müşahidə aparılmasının prinsipləri 
41.1. Müşahidənin aparılması aşağıdakı prinsiplərə əsaslanmalıdır: 
41.1.1.  seçki  prosesinə  bir  namizədin  və  ya  siyasi  partiyanın  mənafeləri  naminə  təsir 
göstərilməməlidir; 
41.1.2. müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalıdır; 
41.1.3. müşahidə açıq aparılmalıdır; 
41.1.4. müşahidənin yekunları faktlara əsaslanmalıdır. 
41.2. Sadalanan prinsiplər müşahidəçinin lövhəciyinin arxasında göstərilməlidir. 
41.3. Müşahidə seçkilər (referendum) elan olunduğu gündən başlana bilər və müvafiq məhkəmələrdə 
seçkilərlə  (referendumla)  əlaqədar  bütün  mübahisələrə  baxıldıqdan  sonra,  seçkilərin  (referendumun) 
yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edildiyi gün bitir. 
29
 
 
M a d d ə   4 2 .  Müşahidəçilərin hüquq və vəzifələri 
42.1. Yerli və beynəlxalq müşahidəçilər eyni hüquqlara malikdirlər və eyni vəzifələr daşıyırlar. 
42.2.  Müşahidəçinin,  o  cümlədən  beynəlxalq  müşahidəçinin  bu  Məcəllənin  40.12-ci  və  40.13-cü 
maddələrində göstərilən hüquqlarla yanaşı aşağıdakı hüquqları vardır: 
42.2.1. seçici siyahıları ilə tanış olmaq; 
42.2.2. səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq; 
42.2.3.  seçicilərə  seçki  bülletenlərinin  qoyulması  üçün  zərflərin  və  seçki  bülletenlərinin  verilməsini 
müşahidə etmək;
30
 
42.2.4. səsvermə yerindən kənarda seçicilərin səs verməsini müşahidə etmək; 
42.2.5.  seçicilərin  sayını  hesablamaq,  seçki  bülletenlərinin,  ləğv  edilmiş  seçki  bülletenlərinin 
sayılmasını müşahidə etmək; 
42.2.6. müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək; 
42.2.7.  müşahidə  aparmağı  təmin  edən  şəraitdə  və  müəyyən  məsafədən  seçicilərin  səslərinin 
hesablanmasına, seçicilərin səsləri hesablanarkən seçki bülletenin qoyulması üçün zərfə, doldurulmuş və 
ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlılığını yoxlamaq məqsədi ilə baxmaq, səsvermənin 
nəticələri  və  seçkilərin  (referendumun)  yekunları  (ümumi  yekunları)  haqqında  seçki  komissiyasının 
protokolu və digər sənədlərlə tanış olmaq; 
31
 


42.2.8.  səsvermənin  təşkili  ilə  əlaqədar  təklif  və  iradlarla  məntəqə  seçki  komissiyasının  sədrinə,  o 
olmadıqda isə onu əvəz edən şəxsə müraciət etmək; 
42.2.9.  seçki  komissiyalarının  sənədlərinin,  o  cümlədən  səsvermənin  nəticələri  və  seçkilərin 
(referendumun)  yekunları  haqqında  protokolların,  səsvermə  günü  seçki  komissiyasının  işə  başladığı  və 
seçki  qutularının  möhürləndiyi  andan  seçki  komissiyaları  tərəfindən  səsvermənin  nəticələri  haqqında 
protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara daxil olmuş 
qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə 
nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə çıxarmaq və ya almaq 
(müşahidəçinin tələbi ilə seçki komissiyası adı çəkilən sənədlərin surətlərini təsdiq etməlidir), səsvermədə 
iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq; 
42.2.10. müvafiq seçki komissiyalarında seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək; 
42.2.11. seçki sənədlərinin dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına göndərilməsini 
müşahidə etmək. 
42.3. Müşahidəçiyə aşağıdakı hərəkətlər qadağan edilir: 
42.3.1. seçicilərə seçki bülletenlərinin qoyulması üçün zərflər və seçki bülletenləri vermək;
32
 
42.3.2. seçiciyə necə səs verəcəyi və ya necə səs verdiyi haqqında sual vermək; 
42.3.3. seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək; 
42.3.4. seçicinin xahişi ilə seçki bülletenini doldurmaq; 
42.3.5.  seçki  komissiyalarının  həlledici  səs  hüquqlu  üzvləri  ilə  birlikdə  seçki  bülletenlərinin 
hesablanmasında birbaşa iştirak etmək; 
42.3.6. seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək; 
42.3.7. seçicilər arasında təşviqat aparmaq; 
42.3.8.  bu  və  ya  digər  namizədin,  siyasi  partiyanın,  referenduma  çıxarılan  sualın  dəstəklənməsinə 
yönəldilən və ya dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək; 
42.3.9. müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək; 
42.3.10. seçicilərin suallarına cavab vermək (öz statusu ilə bağlı suallar istisna olmaqla). 
42.4.  Bu  Məcəllənin  42.3-cü  maddəsində  göstərilən  tələblərə  riayət  etməyən  müşahidəçinin 
qeydiyyatı  onu  qeydə  almış  seçki  komissiyasının  müraciəti  əsasında  müvafiq  məhkəmə  tərəfindən  ləğv 
edilə bilər. 
42.5.  Müşahidəçilər  müşahidənin  yekunlarına  dair  rəylərini  Mərkəzi,  dairə  və  ya  məntəqə  seçki 
komissiyasının  sədrinə  təqdim  etdikdə  həmin  rəy  səsvermənin  nəticələri  və  ya  seçkilərin  yekunları 
haqqında protokola əlavə edilməlidir. 
 
M a d d ə   4 3 .  Kütləvi informasiya vasitələrinin nümayəndələri 
43.1.  Kütləvi  informasiya  vasitələrinin  nümayəndələri  bütün  seçki  komissiyalarının  iclaslarını 
işıqlandıra, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolları və qərarları ilə tanış ola 
bilər,  habelə  müvafiq  seçki  komissiyasının  qərarının,  protokolunun  və  onlara  qoşulan  digər  sənədlərin 
surətlərinin  bir  nüsxəsini  haqq  ödənilmədən  çıxara  və  ya  ala  bilər,  əlavə  nüsxələri  isə  Mərkəzi  Seçki 
Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə ala bilərlər. 
43.2.  Kütləvi  informasiya  vasitələri  nümayəndələrinin  tələbi  ilə  seçki  komissiyası  qərarların, 
səsvermənin  nəticələri  və  seçkilərin  yekunları  haqqında  protokolların  surətləri  seçki  komissiyası 
tərəfindən təsdiq olunmalıdır. 
 
M a d d ə   4 4 .  Beynəlxalq (xarici) müşahidəçilər 
44.1.  Beynəlxalq  (xarici)  müşahidəçilər  (bundan  sonra  beynəlxalq  müşahidəçilər)  qanunla 
müəyyənləşdirilmiş  qaydada  və  müvafiq  dəvət  əsasında  Azərbaycan  Respublikasına  gələrkən  Mərkəzi 
Seçki  Komissiyasında  qeydiyyatdan  keçirlər.  Azərbaycan  Respublikasının  vətəndaşları  beynəlxalq 
müşahidəçi statusu ala bilməzlər. 
44.2.  Dəvətlər  seçkilərin  təyin  edilməsi  barədə  qərar  rəsmi  dərc  edildikdən  sonra  Milli  Məclis, 
müvafiq icra hakimiyyəti orqanları və Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilə bilər. 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə