Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə15/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   11   12   13   14   15   16   17   18   ...   73

nömrəsi,  evin  nömrəsi,  yaşayış  yeri  müvəqqəti  məskunlaşma  yeridirsə  —  xəstəxananın,  sanatoriyanın, 
istirahət evinin və ya digər yerin ünvanı) və seçki məntəqəsinin nömrəsi göstərilir. 
46.11. Seçici siyahısı tərtib edilərkən dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə edilə 
bilər.  Seçici  siyahıları  makina  yazısı  formasında  hazırlanır,  Mərkəzi  Seçki  Komissiyasının 
müəyyənləşdirdiyi müstəsna hallarda isə əl yazısı formasında da tərtib edilə bilər. 
46.12.  Məntəqə  üzrə  tərtib  olunmuş  ilkin  seçici  siyahılarının  birinci  nüsxəsi  müvafiq  akt  tərtib 
edilməklə məntəqə seçki komissiyasında saxlanılır, ikinci nüsxəsi isə hər il fevralın 5-dən gec olmayaraq, 
lakin səsvermə gününə azı 25 gün qalmış dairə seçki komissiyasına verilir. Seçki dairəsi üzrə ilkin seçici 
siyahıları hər il martın 5-dən gec olmayaraq iki nüsxədə tərtib edilir, dairə seçki komissiyasının sədri və 
katibləri  tərəfindən  imzalanır,  seçki  komissiyasının  möhürü  ilə  təsdiq  edilir  və  hər  il  aprelin  5-dək 
Mərkəzi  Seçki  Komissiyasına  təqdim  edilir.  Mərkəzi  Seçki  Komissiyası  seçici  siyahılarında 
uyğunsuzluqlar tapdıqda, onlar düzəldilir və sonradan mayın 25-dək məntəqə və dairə seçki komissiyaları 
tərəfindən  təsdiq  edilir.  Azərbaycan  Respublikası  üzrə  seçicilərin  siyahısı  Mərkəzi  Seçki  Komissiyası 
tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsi ilə tərtib edilir. 
46.13.  Bu  Məcəllənin  35.5  və  35.6-cı  maddələrinə  uyğun  olaraq  yaradılmış  seçki  məntəqəsi  üzrə 
seçici  siyahıları  məntəqə  seçki  komissiyasının  sədri  və  katibləri  tərəfindən  imzalanır  və  komissiyanın 
möhürü ilə təsdiq edilir. 
46.14.  Məntəqə  seçki  komissiyaları  seçici  siyahılarını  dəqiqləşdirdikdən  sonra  vətəndaşların  şəxsi 
müraciətləri  əsasında  edilən  və  ya  edilməli  dəyişiklikləri  bu  Məcəllənin  45-ci  maddəsinə  uyğun  olaraq 
yoxlayıb  nəzərə  alır,  habelə  vəzifəli  şəxslərin,  bələdiyyə  qurumlarının,  vətəndaşlıq  vəziyyəti  aktlarının 
dövlət  qeydiyyatını  aparan  orqanların,  vətəndaşların  yaşayış  yeri  və  ya  olduğu  yer  üzrə  qeydiyyatını 
aparan orqanların təqdim etdikləri müvafiq sənədlər əsasında araşdırırlar. 
46.15.  Seçicilər  haqqında  məlumatları  təqdim  edən  icra  orqanının  rəhbəri  müvafiq  məlumatların 
düzgünlüyünə,  tamlığına  və  vaxtında  verilməsinə  görə  qanunvericiliklə  müəyyənləşdirilmiş  məsuliyyət 
daşıyır. 
 
M a d d ə   4 7 .  Vətəndaşların seçici siyahısına daxil edilməsi və seçici siyahısından çıxarılması 
qaydası 
47.1. Aktiv seçki hüququna malik olan bütün vətəndaşlar seçici siyahılarına daxil edilirlər. 
47.2. Vətəndaşın seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün həmin vətəndaşın yaşayış 
yeri  və  ya  olduğu  yer  üzrə  qeydiyyatını  aparan  orqanın  müəyyənləşdirdiyi  müvafiq  seçki  məntəqəsinin 
ərazisində  daimi  yaşaması  (seçkilərin  elan  olunması  günündən  əvvəlki  12  ayın  azı  6  ayı  ərzində  seçki 
məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür. 
47.3.  Hərbi  hissədən  kənarda  yaşayan  hərbi  qulluqçular  seçici  siyahılarına  yaşayış  yeri  üzrə  ümumi 
əsaslarla  daxil  edilirlər.  Hərbi  hissələrdə  yerləşən  hərbi  qulluqçuların,  onların  ailə  üzvlərinin  və  hərbi 
hissələrin  hüdudlarında  yaşayan  digər  seçicilərin  seçici  siyahılarına  daxil  edilməsi  üçün  Azərbaycan 
Respublikası  vətəndaşlarının  yaşayış  yeri  və  ya  olduğu  yer  üzrə  qeydiyyatını  aparan  orqanların,  ya  da 
hərbi hissələrin yaxud hərbi xidmətdə və ya hərbi çağırış üzrə qulluqda olan vətəndaşların hərbi hissəsinin 
ştat cədvəlinə daxil edilməsi barədə hərbi hissə komandirinin əmri ilə təsdiqlənən daimi və ya daha çox 
yaşama faktı əsas götürülür. 
47.4.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  yaşayan  və  ya  uzun  müddətli  xarici 
ezamiyyətdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahılarına daxil edilməsi üçün onların 
Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  daimi  yaşaması  faktı,  habelə  Azərbaycan 
Respublikasının  diplomatik  nümayəndəliklərinin  və  ya  konsul  idarələrinin  müəyyənləşdirdiyi 
uzunmüddətli xarici ezamiyyətlərdə olması faktı əsas götürülür. 
47.5. Səsvermə günü xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində olan seçicilər orada yaradılan 
seçki  məntəqələrində  şəxsiyyət  vəsiqəsi  və  ya  onu  əvəz  edən  sənəd  əsasında  seçici  siyahılarına  daxil 
edilirlər.  Səsvermə  günü  adı  çəkilən  yerlərdə  bu  Məcəllənin  35.4-cü  maddəsinə  uyğun  olaraq  seçki 
məntəqəsi  yaradılmayıbsa,  belə  seçicilər  göstərilən  müəssisələrin  rəhbərlərinin  məntəqə  seçki 
komissiyasına təqdim etdikləri məlumatlar əsasında seçici siyahılarına daxil edilirlər. Həmin məlumatda 
şəxsiyyət vəsiqələrinin və ya onları əvəz edən sənədlərin tam göstəriciləri əks etdirilməlidir. 
47.5-1.  İstintaq  zamanı  barələrində  həbs  qəti  imkan  tədbiri  seçilən  və  inzibati  qaydada  saxlanılan 
vətəndaşlar  məntəqə  seçki  komissiyaları  tərəfindən  ayrıca  seçici  siyahılarına  daxil  edilirlər.  Bu  cür 
məlumatlar  səsvermə  gününə  ən  azı  2  gün  qalmış  vətəndaşın  həbsi  haqqında  qərar  çıxarmış  müvafiq 


məhkəmələr  və  ya  vətəndaşın  inzibati  qaydada  saxlanılması  haqqında  qərar  qəbul  etmiş  müvafiq  icra 
hakimiyyəti orqanı tərəfindən məntəqə seçki komissiyalarına təqdim edilir. Həmin məlumatda şəxsiyyət 
vəsiqəsinin və ya onu əvəz edən sənədin tam göstəriciləri əks edilməlidir.
39
 
47.6.  Barələrində  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmü  olmayan  və  həbs  qəti  imkan  tədbiri 
seçilmiş  şəxslər  istintaq  təcridxanalarının  rəhbərliyinin  məntəqə  seçki  komissiyasına  təqdim  etdiyi 
məlumat  əsasında  seçici  siyahılarına  daxil  edilirlər.  Həmin  məlumatda  bu  cür  şəxslərin  şəxsiyyət 
vəsiqələrinin və ya onları əvəz edən sənədlərin tam göstəriciləri əks etdirilməlidir. 
47.7. Hərəkət edə bilməyən Azərbaycan Respublikası vətəndaşları yaxın qohumlarının və ya onlarla 
əlaqəsi olan digər şəxslərin məlumatları əsasında seçici siyahılarına daxil edilə bilərlər. Bu halda hərəkət 
edə bilməyən vətəndaşın şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edilməlidir. 
47.8. Xarici dövlətlərdə olan aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları seçki 
məntəqəsinə gəldikdə xarici pasport və ya onu əvəz edən sənəd əsasında seçici siyahılarına daxil edilirlər. 
47.9. Seçici vəsiqələri paylandıqdan və seçici siyahıları ümumi tanışlıq üçün təqdim edildikdən sonra 
seçki  məntəqəsinin  ərazisində  məskunlaşan  və  hər  hansı  səbəbdən  siyahılara  daxil  edilməyən  seçicilər 
şəxsiyyət  vəsiqəsi  və  ya  onu  əvəz  edən  sənəd,  zərurət  olduqda  isə  həmçinin  seçicinin  həmin  seçki 
məntəqəsi  ərazisində  daha  çox  yaşamasını  təsdiq  edən  sənədlər  əsasında  məntəqə  seçki  komissiyası 
tərəfindən seçici siyahılarına əlavə edilirlər. 
47.10.  Seçici  yalnız  bir  seçki  məntəqəsi  üzrə  seçici  siyahısına  daxil  edilə  bilər.  Seçki  komissiyası 
seçicinin  birdən  çox  məntəqədə  seçici  siyahısına  daxil  edilməsini  aşkar  etdikdə,  bunun  səbəblərini 
araşdırıb  seçicinin  bir  siyahıda  saxlanılmasını  təmin  etməlidir.  Seçici  bilərəkdən  birdən  çox  seçici 
siyahısına  daxil  edilibsə,  o,  Azərbaycan  Respublikasının  İnzibati  Xətalar  Məcəlləsinə  uyğun  olaraq 
inzibati məsuliyyətə cəlb oluna bilər. 
47.11. Seçici siyahıları təsdiq edildikdən sonra vətəndaş seçici siyahısından rəsmi sənədlər əsasında, 
habelə  bu  Məcəllənin  101-ci  maddəsinə  uyğun  olaraq  seçiciyə  verilmiş  səsvermə  vəsiqəsi  əsasında 
çıxarılır  və  bu  haqda  seçiciyə  məktubla  məlumat  verilir.  Belə  halda  seçici  siyahısında  vətəndaşın 
siyahıdan  çıxarılmasının  tarixi  və  səbəbi  göstərilməlidir.  Bu  fakt  məntəqə  seçki  komissiyası  sədrinin  və 
katiblərinin imzası ilə təsdiq edilir, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verildikdə isə vəsiqə onu 
vermiş seçki komissiyası üzvlərinin imzası ilə təsdiq edilir. 
 
M a d d ə   4 8 .  Seçicilərin seçici siyahıları ilə tanış edilməsi  
48.1.  Məntəqə  seçki  komissiyası  seçicilərin  tanış  olması  və  əlavə  dəqiqləşdirmələr  aparılması  üçün 
seçici siyahılarını seçicilərə bu barədə məlumat verməklə səsvermə gününə azı 35 gün qalmış təqdim edir 
və bunun üçün müvafiq şərait yaradır. Seçici siyahıları səsvermə otağından kənarda, seçicilərin yaxşı görə 
biləcəyi  və  gediş-gəliş  üçün  asan  olan  yerlərdə  məlumat  lövhələrində  yerləşdirilməlidir.  Bu  zaman 
vətəndaşların yaşadıqları evlərin və mənzillərin nömrələri göstərilməməlidir. 
40
 
48.2.  Azərbaycan  Respublikasının  seçki  hüququ  olan  vətəndaşı  seçici  siyahısına  daxil  edilməməsi, 
seçici siyahısında onun barəsində və ya digərlərinin barəsində göstərilməli olan məlumatlarda aşkar etdiyi 
səhvlər  və  ya  yanlışlıqlar  barəsində  məlumat  verə  bilər.  Seçicinin  müraciəti  ilə  əlaqədar  məntəqə  seçki 
komissiyası  müraciətetmə  günündən  başlayaraq  bir  gün  müddətində,  səsvermə  günü  isə  dərhal,  lakin 
səsvermə qurtarmamış ərizəni və təqdim edilmiş sənədləri yoxlamalı, səhvin və ya yanlışlığın səbəblərini 
araşdırmalı,  səhvi  və  ya  yanlışlığı  aradan  qaldırmalı  yaxud  müraciət  etmiş  seçiciyə  ərizəsinin  nəzərə 
alınmaması səbəbini göstərməklə yazılı cavab verməlidir. 
 
Doqquzuncu fəsil 
SİYASİ PARTİYALARIN VƏ SİYASİ PARTİYALAR BLOKLARININ SEÇKİLƏRDƏ 
(REFERENDUMDA) İŞTİRAKININ ƏSASLARI 
 
M a d d ə   4 9 .   Siyasi  partiyanın  (siyasi  partiyalar  bloklarının)  seçkilərdə  (referendum 
kampaniyasında) iştirakının şərtləri 
49.1. Seçkilərdə (referendum kampaniyasında) iştirak edən siyasi partiya (siyasi partiyalar blokunun) 
bu Məcəllənin 2.6-cı maddəsində göstərilənlərlə yanaşı aşağıdakı şərtlərə riayət etməlidir: 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə