Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə12/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   8   9   10   11   12   13   14   15   ...   73

37.1.6. səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verir; 
37.1.7. səsvermə günü seçki məntəqəsində səsverməni təşkil edir; 
37.1.8.  seçki  məntəqəsində  səsvermənin  nəticələrini  müəyyənləşdirir,  səsləri  hesablayır  və 
səsvermənin nəticələri haqqında protokolları dairə seçki komissiyasına çatdırır; 
37.1.9. bu Məcəllənin tələblərinin pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb 
əsaslandırılmış qərarlar qəbul edir; 
37.1.10. seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar sənədlərin Mərkəzi Seçki Komissiyasının 
təsdiq etdiyi qaydalara uyğun olaraq qorunmasını və müvafiq qaydada təhvil verilməsini təmin edir; 
37.1.11. bu Məcəlləyə uyğun digər vəzifələri həyata keçirir. 
 
M a d d ə   3 8 .  Məntəqə seçki komissiyası üzvünün fəaliyyətinin təminatları 
38.1.  Məntəqə  seçki  komissiyasının  sədri,  katibləri  və  üzvləri  seçkilərin  (referendumun)  təyin 
edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının dərc edildiyi gündən seçkilərin (referendumun) 
nəticələrinin  dərc  edildiyi  günədək  olan  müddətdə,  habelə  hər  il  seçici  siyahılarının  hazırlandığı  dövrdə 
dövlət büdcəsi hesabına pul təminatı alırlar. Məntəqə seçki komissiyasının tərkibinə seçilən, dövlət və ya 
yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, müəssisələrdə, təşkilatlarda və ya təsisatlarda qulluq edən 
şəxsin əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılır. 
38.2. Səsvermə gününə 30 gün qalmış müddətdə məntəqə seçki komissiyasının üzvü müvafiq rayon 
prokurorunun  razılığı  olmadan  cinayət  məsuliyyətinə  cəlb  edilə  bilməz,  tutula  bilməz  və  ya  məhkəmə 
qaydasında  müəyyənləşdirilən  inzibati  tənbeh  tədbirlərinə  məruz  qala  bilməz.  Məntəqə  seçki 
komissiyasının  üzvü  cinayət  başında  yaxalanarsa,  tutula  bilər.  Belə  olduqda,  məntəqə  seçki 
komissiyasının üzvünü tutan orqan dərhal müvafiq rayon prokuroruna və dairə seçki komissiyasına xəbər 
verir. 
 
M a d d ə   3 9 .  Məntəqə seçki komissiyasının işinin təşkili 
39.1.  Məntəqə  seçki  komissiyası  öz  işini  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən  təsdiq  edilmiş 
məntəqə seçki komissiyasının Reqlamenti əsasında qurur. 
39.2.  Məntəqə  seçki  komissiyasının  katibliyi  öz  işini  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən  təsdiq 
edilmiş Əsasnamə əsasında qurur. 
39.3. Məntəqə seçki komissiyasının qərarları komissiyanın iclasında 6 və ya 5 üzv iştirak etdikdə — 
azı 4 üzvün, 4 üzv iştirak etdikdə — azı 3 üzvün onun lehinə səs verməsi nəticəsində qəbul edilir. 
39.4. Məntəqə seçki komissiyasının qərarı ən geci 12 saat müddətində dərc edilməlidir. 
 
Yeddinci fəsil 
SEÇKİLƏRİN (REFERENDUMUN) HAZIRLANMASI VƏ  
KEÇİRİLMƏSİ ZAMANI AŞKARLIQ 
 
M a d d ə   4 0 .  Seçki komissiyalarının fəaliyyətində aşkarlıq 
40.1. Seçki komissiyalarının fəaliyyəti seçicilər üçün şəffaf olmalıdır. 
40.2. Seçki komissiyalarının üzvləri, müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər və onların 
səlahiyyətli  nümayəndələri  yaxud  onların  vəkil  edilmiş  şəxsləri,  referendum  üzrə  təşviqat  qruplarının 
vəkil  edilmiş  şəxsləri,  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  vəkil  edilmiş  şəxsləri  seçki 
komissiyasının iclaslarını, habelə səslərin hesablanmasını, məntəqə və dairə seçki komissiyalarında seçki 
bülletenləri, seçici siyahıları ilə, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri ilə, səsvermənin nəticələri 
və  yekunları  haqqında  protokollarla  müvafiq  işin  aparılmasını  müşahidə  etmək  və  onlarla  tanış  olmaq, 
dairə  və  məntəqə  seçki  komissiyalarının  qərarlarının  və  digər  seçki  sənədlərinin  (seçici  siyahıları, 
səsvermə  üçün  qeydiyyatdan  çıxma  vəsiqələri,  seçki  bülletenləri  və  imza  vərəqələri  istisna  olmaqla) 
surətlərini almaq, seçki komissiyalarında digər seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək 
hüququna malikdirlər. 
40.3. Müvafiq seçki komissiyalarının iclaslarında iştirak etmək və adı çəkilən sənədlərlə tanış olmaq 
üçün bu Məcəllənin 40.2-ci maddəsində göstərilən şəxslərin seçki komissiyalarından əlavə icazə almaları 


və  ya  müşahidəçi  qismində  qeydiyyatdan  keçmələri  tələb  olunmur.  Müvafiq  seçki  komissiyası  onların 
seçki sənədləri ilə iş aparılan və ya səslər hesablanan yerə sərbəst daxil olmasını təmin edir. 
40.4.  Aktiv  seçki  hüququna  malik  olan  Azərbaycan  Respublikası  vətəndaşları,  o  cümlədən  bu 
Məcəllənin 44-cü maddəsində göstərilən xarici vətəndaşlar müşahidəçi qismində çıxış edə bilərlər. 
40.5.  Müşahidəçi  müşahidəni  öz  təşəbbüsü  ilə  və  ya  qeydə  alınmış  namizədin,  siyasi  partiyanın, 
siyasi  partiyalar  blokunun,  referendum  üzrə  təşviqat  qrupunun,  seçkilər  sahəsində  fəaliyyət  göstərən 
qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında apara bilər. 
40.6.  Azərbaycan  Respublikasının  bütün  ərazisində  müşahidənin  aparılmasına  dair  ərizə  seçkilərin 
elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək Mərkəzi Seçki Komissiyasına 
təqdim  edilə  bilər.  Ərizədə  müşahidə  aparmaq  niyyətində  olan  şəxsin  soyadı,  adı,  atasının  adı,  yaşayış 
yerinin  ünvanı,  şəxsiyyət  vəsiqəsinin  seriya  və  nömrəsi,  zərurət  olduqda  isə  həm  də  maraqların  təmsil 
olunacaq  namizədin  adı,  referendum  üzrə  təşviqat  qrupunun  adı,  qeyri-hökumət  təşkilatının,  siyasi 
partiyanın  (siyasi  partiyalar  blokunun)  adı  və  hüquqi  ünvanı  göstərilməlidir.  Ərizəyə  iki  fotoşəkil  əlavə 
olunmalıdır.  Hər  bir  ərizəyə  dair  qərar  onun  verildiyi  tarixdən  başlayaraq  3  gün  müddətində  qəbul 
edilməlidir.  Müşahidənin  keçirilməsinə  rədd  cavabı  yalnız  ərizədə  göstərilən  məlumatlar  təsdiq 
olunmadıqda  verilə  bilər.  Müşahidənin  keçirilməsinə  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən  icazə 
verilmədikdə, Mərkəzi Seçki Komissiyasının bu qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət 
verilə  bilər.  Müşahidənin  aparılmasına  icazə  verildikdə,  müşahidəçiyə  Mərkəzi  Seçki  Komissiyasının 
müəyyən etdiyi formada hazırlanmış lövhəcik verilir.
27
 
40.7. Seçki dairəsinin ərazisində müşahidənin aparılmasına dair ərizə seçkilərin elan edildiyi gündən 
başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək müvafiq dairə seçki komissiyasına təqdim edilə bilər. 
Ərizədə  müşahidə  aparmaq  niyyətində  olan  şəxsin  soyadı,  adı,  atasının  adı,  yaşayış  yerinin  ünvanı, 
şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, zərurət olduqda isə həm də maraqlarını təmsil edən referendum 
üzrə təşviqat qrupunun adı, qeyri-hökumət təşkilatının, siyasi partiyanın (siyasi partiyalar blokunun) adı 
və  hüquqi  ünvanı  göstərilməlidir.  Ərizəyə  iki  fotoşəkil  əlavə  olunmalıdır.  Hər  bir  ərizəyə  dair  qərarın 
qəbul  edilmə  müddəti  ərizənin  verildiyi  tarixdən  başlayaraq  2  gündən  artıq  ola  bilməz.  Müşahidənin 
keçirilməsinə  rədd  cavabı  yalnız  ərizədə  göstərilən  məlumatlar  təsdiq  olunmadıqda  verilə  bilər. 
Müşahidənin  keçirilməsinə  dairə  seçki  komissiyası  tərəfindən  icazə  verilmədikdə,  dairə  seçki 
komissiyasının  bu  qərarından  Mərkəzi  Seçki  Komissiyasına  şikayət  verilə  bilər.  Müşahidənin 
aparılmasına  icazə  verildikdə,  dairə  seçki  komissiyası  müşahidəçiyə  Mərkəzi  Seçki  Komissiyasının 
müəyyən etdiyi formada hazırlanmış lövhəcik verir. 
40.8. Seçki komissiyalarının iclaslarında, seçki sənədləri ilə və səslərin hesablanması ilə əlaqədar işin 
gedişində kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etmək hüququ vardır. 
40.9. Müvafiq seçki komissiyası yuxarı seçki komissiyalarını, qeydə alınmış hər bir namizədi və ya 
onun  səlahiyyətli  nümayəndəsini,  namizədi  qeydə  alınmış  siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun 
vəkil  edilmiş  şəxslərini,  referendum  üzrə  təşviqat  qruplarının  vəkil  edilmiş  şəxslərini,  komissiyanın 
iclasında  iştirak  etmək  hüququ  olan  müşahidəçiləri  seçki  sənədləri  ilə  işin  və  komissiyanın  iclaslarının 
vaxtı haqqında bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulan qaydada məlumatlandırır. 
40.10.  Seçki  komissiyalarında  rəsmi  daxil  olmuş  şikayətlərə  baxıldıqda  maraqlı  tərəflərin 
nümayəndələrinin iclasda iştirak etmək hüququ vardır. 
40.11.  Seçki  komissiyaları  vətəndaşlara  bu  Məcəlləyə  uyğun  olaraq  qeydə  alınmış  namizədlərin  hər 
birinin  tərcümeyi-halı,  qeydiyyatın  nəticələri,  namizədlərin  siyahısı  haqqında  və  seçki  komissiyasına 
onların  barəsində  daxil  olmuş  digər  məlumatlar,  referenduma  çıxarılan  məsələ  ilə  və  ya  namizədlə 
əlaqədar səsvermənin nəticələri haqqında məlumat verirlər. 
40.12.  Bu  Məcəllənin  40.2-ci  maddəsində  göstərilən  şəxslər,  müşahidəçilər,  o  cümlədən  beynəlxalq 
müşahidəçilər,  kütləvi  informasiya  vasitələrinin  nümayəndələri  bütün  seçki  komissiyalarında  seçki 
hərəkətlərinin həyata keçirilməsini, səsvermənin nəticələrinin və seçkilərin (referendumun) yekunlarının 
müəyyənləşdirilməsini, səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları (ümumi yekunları) 
haqqında  protokolların  tərtib  olunmasını,  habelə  səslərin  hesablanmasını  və  yenidən  hesablanmasını 
müşahidə edə bilərlər. 
28
 
40.13. Səsvermə gününədək seçki komissiyasının iclasını müşahidə etmək hüququna yalnız Mərkəzi 
Seçki Komissiyasının müəyyən etdiyi qaydada Mərkəzi Seçki Komissiyasında bu hüququn əldə edilməsi 
üçün  qeydiyyatdan  keçməklə  xüsusi  icazə  almış  müşahidəçilər  malikdirlər.  Mərkəzi  Seçki  Komissiyası 
tərəfindən verilən lövhəcikdə bu hüquq göstərilməlidir. Bu cür müşahidəçiləri Mərkəzi Seçki Komissiyası 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə