Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə11/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   7   8   9   10   11   12   13   14   ...   73

34.5.  Dairə  seçki  komissiyasının  katibliyinin  daimi  fəaliyyət  göstərən  işçilərinin  sayı,  onların 
vəzifələrinin  adları  və  əmək  haqları  Azərbaycan  Respublikasının  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən 
müəyyən edilir. 
24
 
 
Altıncı fəsil 
SEÇKİ (REFERENDUM) MƏNTƏQƏLƏRİ VƏ MƏNTƏQƏ SEÇKİ KOMİSSİYALARI 
 
M a d d ə   3 5 .  Seçki (referendum) məntəqələrinin yaradılması 
35.1.  Səsvermənin  keçirilməsi  və  səslərin  hesablanması  məqsədi  ilə  bələdiyyə  qurumlarının 
ərazilərində  qeydə  alınmış  seçicilərin  sayı  nəzərə  alınmaqla  hər  beş  ildən  bir  seçki  (referendum) 
məntəqələri  (bundan  sonra  —  seçki  məntəqələri)  yaradılır.  Bu  Məcəllənin  35.3.1-ci  maddəsinin 
tələblərinə riayət olunmasının təmin edilməsi məqsədi ilə ayrı-ayrı seçki məntəqələri yuxarıda göstərilən 
müddət keçmədən yenidən təşkil edilə bilər. 
35.2.  Seçki  məntəqələri  müvafiq  dairə  komissiyaları  tərəfindən  müvafiq  icra  hakimiyyəti  orqanı  və 
bələdiyyə qurumu ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, 
yerli və digər şərait nəzərə alınmaqla yaradılır. Seçki məntəqələri bilavasitə seçkilərdən (referendumdan) 
əvvəl  yaradılırsa,  onlar  səsvermə  gününə  ən  azı  50  gün  qalmış  yaradılmalıdır.  Seçki  məntəqəsinin 
yaradılması  haqqında  dairə  seçki  komissiyasının  qərarında  məntəqənin  hüdudları  (seçki  məntəqəsi 
yaşayış  məntəqəsinin  bir  hissəsini  əhatə  etdikdə  evlərin  nömrələri  nəzərə  alınmaqla  küçələrin  adları) 
dəqiq göstərilməlidir. 
35.3. Seçki məntəqələri yaradılarkən aşağıdakı tələblərə riayət olunmalıdır: 
35.3.1. hər seçki məntəqəsinin ərazisində ən çoxu 1500 və ən azı 50 seçici qeydə alınmalıdır; 
35.3.2. seçki məntəqələrinin sərhədləri seçki dairələrinin sərhədlərini pozmamalıdır. 
35.4.  Xəzər  dənizinin  Azərbaycan  Respublikasına  məxsus  olan  sektorunda  yerləşən  neft 
platformalarında,  səsvermə  günü  üzən  gəmilərdə  (seçicilərin  sayı  50-dən  artıq  olduqda),  seçicilərin 
müvəqqəti  olduqları  yerlərdə  (xəstəxanalarda,  sanatoriyalarda,  istirahət  evlərində)  seçki  məntəqələri 
Mərkəzi  Seçki  Komissiyasının  müəyyən  etdiyi  qaydada  bu  Məcəllənin  35.2-ci  maddəsi  ilə 
müəyyənləşdirilmiş  müddətdə,  Mərkəzi  Seçki  Komissiyasının  müəyyənləşdirdiyi  müstəsna  hallarda  isə 
səsvermə  gününə  azı  5  gün  qalmış  yaradıla  bilər.  Belə  seçki  məntəqələri  yerləşdikləri  yerdə  və  ya 
gəminin  qeydiyyatda  olduğu  yerdə  yaradılmış  seçki  dairəsinin  tərkibinə  daxil  olur.  Bu  cür  seçki 
məntəqələri yalnız referendum və Prezident seçkilərinin keçirilməsi üçün yaradılır. 
35.5.  Hərbi  qulluqçular  ümumi  seçki  məntəqələrində  səs  verirlər.  Müddətli  hərbi  qulluqda  olan 
Azərbaycan Respublikası vətəndaşlarının seçki məntəqələrinə çatdırılması (getmələri) qaydaları Mərkəzi 
Seçki Komissiyası tərəfindən müəyyən edilir. Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə 
seçki  məntəqələrinin  yaradılmasına  yalnız  o  halda  yol  verilir  ki,  hərbi  qulluqçuların  ümumi  seçki 
məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların 
ümumi  sayı  50-dən  artıq  olsun.  Belə  hallarda  seçki  məntəqələri  bu  Məcəllənin  35.2-ci  maddəsi  ilə 
müəyyənləşdirilmiş müddətdə, müstəsna hallarda isə müvafiq dairə seçki komissiyasının qərarına uyğun 
olaraq  hərbi  hissələrin  komandirləri  tərəfindən  səsvermə  gününə  azı  5  gün  qalmış  yaradılır.  Sərhəd 
qoşunlarının  hərbi  qulluqçuları  və  hərbi  münaqişə  zonasında  yerləşdirilən  hərbi  qulluqçular,  Mərkəzi 
Seçki Komissiyası müəyyən etdiyi hallarda xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular onların 
hərbi hissələrində yaradılan seçki məntəqələrində səs verirlər. Xüsusi rejim şəraitində qulluq edən hərbi 
qulluqçular haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 5 gün qalmış 
qəbul  edilir.  Bu  maddəyə  uyğun  yaradılan  seçki  məntəqələrində  seçki  komissiyasının  işlədiyi  otağa  və 
səsvermə  otağına  bu  Məcəllə  ilə  müəyyənləşdirilmiş  qaydada  məntəqə  və  yuxarı  seçki  komissiyalarının 
bütün  üzvlərinin,  qeydə  alınmış  namizədlərin  və  onların  nümayəndələrinin,  siyasi  partiyaların,  siyasi 
partiyalar  bloklarının  səlahiyyətli  nümayəndələrinin,  müşahidəçilərin  maneəsiz  daxil  olmasına  imkan 
yaradılmalıdır.
25
 
35.6. Səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi və səslərinin hesablanması üçün 
seçki 
məntəqələri 
seçicilərin 
olduğu 
ərazilərdə 
Azərbaycan 
Respublikasının 
diplomatik 
nümayəndəliklərinin  və  ya  konsul  idarələrinin  rəhbərləri  tərəfindən  konsul  qeydiyyatına  durmuş 
seçicilərin  sayı  50-dən  artıq  olduqda  səsvermə  gününə  azı  30  gün  qalmış  yaradılır.  Bu  cür  seçki 
məntəqələri yalnız referendum və Prezident seçkilərinin keçirilməsi üçün yaradılır. 


35.7.  Nömrələri  və  hüdudları  göstərilən  seçki  məntəqələrinin  siyahısı  (seçki  məntəqəsi  yaşayış 
məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısı (seçki məntəqəsi bir neçə 
yaşayış  məntəqəsində  yaradılmışsa),  məntəqə  seçki  komissiyalarının,  səsvermə  otaqlarının  yerləri  və 
məntəqə  seçki  komissiyalarının  telefon  nömrələri  dairə  seçki  komissiyaları  tərəfindən  səsvermə  gününə 
azı  45  gün  qalmış,  bu  Məcəllənin  35.4  və  35.5-ci  maddələrində  göstərilmiş  müddətdə  yaradılan  seçki 
məntəqələri haqqında məlumat isə onların yaradılması günündən ən geci 2 gün keçənədək dərc edilir. 
35.8.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  yaradılan  seçki  məntəqələrində  bu 
Məcəllənin  35.7-ci  və  109-cu  maddələrində  göstərilən  məlumatların  dərci  məsələsi,  yerli  şərait  nəzərə 
alınmaqla,  Azərbaycan  Respublikasının  müvafiq  diplomatik  nümayəndəliklərinin  və  ya  konsul 
idarələrinin rəhbərləri tərəfindən həll edilir. 
 
M a d d ə   3 6 .  Məntəqə seçki komissiyalarının təşkili 
36.1.  Məntəqə  seçki  komissiyaları  müvafiq  dairə  seçki  komissiyaları  tərəfindən  6  üzvdən  ibarət 
tərkibdə təşkil edilir. 
36.2.  Məntəqə  seçki  komissiyasının  2  üzvünün  namizədliyi  deputatları  Milli  Məclisdə  çoxluq  təşkil 
edən  siyasi  partiyanı  dairə  seçki  komissiyasında  təmsil  edən  komissiya  üzvləri  tərəfindən,  2  üzvünün 
namizədliyi  deputatları  Milli  Məclisdə  azlıq  təşkil  edən  siyasi  partiyaları  dairə  seçki  komissiyasında 
təmsil  edən  komissiya  üzvləri  tərəfindən,  2  üzvünün  namizədliyi  isə  heç  bir  siyasi  partiyaya  mənsub 
olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir. 
Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri dairə seçki komissiyasında partiyaları təmsil edən 
dairə seçki komissiyasının üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları, heç bir siyasi partiyaya 
mənsub olmayan Milli Məclis deputatlarını təmsil edən dairə seçki komissiyasının üzvlərinə isə seçicilər 
də (seçicilərin təşəbbüs qrupları) təklif edə bilərlər. Həmin namizədlər müvafiq seçki dairəsinin ərazisində 
daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları olmalıdırlar. 
36.3. Məntəqə seçki komissiyasının 2-dən çox üzvü bələdiyyə qulluğunda ola bilməz. 
36.4.  Məntəqə  seçki  komissiyaları  bilavasitə  seçkilərdən  (referendumdan)  əvvəl  yaradılırsa,  onlar 
səsvermə gününə azı 40 gün qalmış təşkil edilməlidir. 
36.5. 
Məntəqə 
seçki 
komissiyasının 
üzvləri 
Mərkəzi 
Seçki 
Komissiyası 
tərəfindən 
müəyyənləşdirilmiş qaydada müvafiq vəsiqə alırlar. 
36.6.  Hər  bir  qeydə  alınmış  namizədin,  siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun,  seçicilərin 
təşəbbüs  qrupunun  məntəqə  seçki  komissiyası  işə  başladığı  andan  səsvermənin  nəticələri 
rəsmiləşdirilənədək  məntəqə  seçki  komissiyasına  bir  müşahidəçi  təyin  etmək  hüququ  vardır.  Həmin 
müşahidəçilər üçün bu Məcəllənin 40.7-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçmək tələb olunmur 
və onlara bu Məcəllənin 40.7-ci maddəsində nəzərdə tutulan müvafiq lövhəciklər verilir.
26
 
36.7. Bu Məcəllənin 35.4 və 35.5-ci maddələrində göstərilən hallarda seçicilərin sayı 100-dən az olan 
və  50-dən  çox  olan  və  yolu  çətin  keçilən  yerlərdə  yerləşən  seçki  məntəqələrində  məntəqə  seçki 
komissiyası  seçicilərin  ümumi  yığıncağında  açıq  səsvermə  yolu  ilə  seçilir.  Bu  halda  məntəqə  seçki 
komissiyasının tərkibi dairə seçki komissiyası tərəfindən təsdiqlənir. 
 
M a d d ə   3 7 .  Məntəqə seçki komissiyasının vəzifələri 
37.1. Məntəqə seçki komissiyası referendumun, Milli Məclisin deputatlarının, Prezident və bələdiyyə 
seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir: 
37.1.1. əhaliyə məntəqə seçki komissiyasının ünvanı, telefon nömrəsi, iş vaxtı, habelə səsvermə günü 
və yeri barədə məlumat verir; 
37.1.2.  seçici  siyahılarını  təsdiq  edir  və  dəqiqləşdirir;  seçiciləri  bu  siyahılarla  tanış  edir;  seçicilərə 
seçici vəsiqələrini paylayır (çatdırır); seçici siyahılarındakı səhvlər və yanlışlıqlar barədə ərizələrə baxır 
və siyahılarda müvafiq dəyişikliklər edir; 
37.1.3. səsvermə yerinin, habelə seçki qutusunun və digər ləvazimatın səsvermə üçün hazır olmasını 
təmin edir; 
37.1.4.  yuxarı  seçki  komissiyasından  alınmış  məlumata  əsasən  referenduma  çıxarılan  məsələlər, 
qeydə alınmış namizədlər və onların siyahısı barədə seçicilərə məlumat verir; 
37.1.5. seçki məntəqəsi ərazisində seçkiqabağı və referendumqabağı təşviqatın aparılması qaydalarına 
əməl olunmasına nəzarət edir; 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə