Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə14/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   10   11   12   13   14   15   16   17   ...   73

44.3. İnsan və vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində nüfuzu olan qeyri-hökumət 
təşkilatları  da  beynəlxalq  müşahidəçilərin  dəvət  olunması  haqqında  öz  təkliflərini  Milli  Məclisin 
deputatlarına, Mərkəzi Seçki Komissiyasına və ya müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. 
44.4.  Beynəlxalq  müşahidəçi  qeydə  alınmaq  üçün  bu  Məcəllənin  40.7-ci  maddəsində  göstərilən 
sənədləri  təqdim  edir.  Mərkəzi  Seçki  Komissiyası  beynəlxalq  müşahidəçiyə  dövlət  dilində  və  xarici 
dillərin  birində  onun  təqdim  etdiyi  sənədlərə  uyğun  tərtib  edilmiş  vəsiqə  —  lövhəcik  verir.  Yalnız  belə 
lövhəciyin  olması  beynəlxalq  müşahidəçiyə  seçkilərin  hazırlanması  və  keçirilməsi  dövründə  bu 
Məcəllənin 40-42-ci maddələrinə uyğun olaraq fəaliyyət göstərmək imkanı verir. 
44.5.  Beynəlxalq  müşahidəçinin  səlahiyyət  müddəti  Mərkəzi  Seçki  Komissiyasında  qeydə  alındığı 
gündən başlayır və seçkilərin (referendumun) yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edildiyi gün 
tamam olur. 
33
 
44.6.  Beynəlxalq  müşahidəçi  öz  fəaliyyətini  müstəqil  və  sərbəst  həyata  keçirir,  onun  fəaliyyəti 
müşahidəçini göndərən tərəfin hesabına və ya onun öz şəxsi vəsaiti hesabına maliyyələşdirilir. 
44.7.  Beynəlxalq  müşahidəçi  Azərbaycan  Respublikası  ərazisində  olduğu  müddətdə  dövlətin 
mühafizəsi  altına  alınır.  Seçki  komissiyaları,  dövlət  hakimiyyəti  orqanları  və  bələdiyyə  qurumları  ona 
zəruri yardım göstərməyə borcludurlar. 
44.8.  Beynəlxalq  müşahidəçilər  səsvermə  günündən  sonra  seçki  qanunvericiliyi,  seçkilərin 
hazırlanması  və  keçirilməsi  ilə  əlaqədar  mətbuat  konfransı  keçirə  və  kütləvi  informasiya  vasitələrinə 
müraciət edə bilərlər. 
44.9.  Beynəlxalq  müşahidəçilərin  seçicilərlə,  namizədlərlə,  qeydə  alınmış  namizədlərlə,  seçki 
komissiyalarının  üzvləri  ilə,  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının,  referendum  üzrə  təşviqat 
qruplarının  səlahiyyətli  nümayəndələri  ilə,  qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların,  siyasi 
partiyalar  bloklarının,  referendum  üzrə  təşviqat  qruplarının  vəkil  edilmiş  şəxsləri  ilə  görüşmək  hüququ 
vardır. 
44.10. Beynəlxalq müşahidəçilər seçki kampaniyasının gedişi, seçkilərin hazırlanması və keçirilməsi 
ilə əlaqədar olmayan fəaliyyətlə məşğul olmaq üçün öz statusundan istifadə edə bilməzlər. 
44.11.  Beynəlxalq  müşahidəçi  qanunları,  beynəlxalq  hüquq  normalarını  pozduğu  hallarda  Mərkəzi 
Seçki Komissiyası onun qeydiyyatını ləğv edə bilər. 
 
Səkkizinci fəsil 
SEÇİCİ (REFERENDUMDA İŞTİRAK ETMƏK HÜQUQU OLAN  
VƏTƏNDAŞLARIN) SIYAHILARI 
 
M a d d ə   4 5 .   Vahid  seçicilər  (referendumda  iştirak  etmək  hüququ  olan  vətəndaşların) 
siyahısı 
45.1. Vahid seçicilər (referendumda iştirak etmək hüququ olan vətəndaşların (bundan sonra — seçici 
siyahısı) siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən aparılır. 
45.2.  Hər  il  seçicilər  siyahısının  dəqiqləşdirilməsi  ilə  bağlı  məlumatları  bu  Məcəllənin  46.12-ci 
maddəsinə uyğun olaraq məntəqə seçki komissiyaları dairə seçki komissiyaları vasitəsi ilə Mərkəzi Seçki 
Komissiyasına təqdim edirlər. 
45.3.  Vahid  seçicilər  siyahısı  seçki  məntəqələri,  seçki  dairələri  və  bütövlükdə  Azərbaycan 
Respublikası üzrə aparılır və həmin siyahıya bu Məcəllənin 46.10-cu maddəsində göstərilən məlumatlar 
daxil edilir.
34
 
45.4.  Vahid  seçicilər  siyahısına  bu  Məcəllənin  35.8-ci  maddəsində  göstərilən  qaydada  yaradılan 
məntəqə  seçki  komissiyalarının  təsdiq  etdikləri  seçici  siyahılarının  məlumatları  daxil  edilmir.  Həmin 
məlumatlar  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən  onun  müəyyən  etdiyi  qaydada  təqdim  edilir  və 
seçicilərin  müvəqqəti  siyahısında  cəmləşdirilir.  Müvəqqəti  seçici  siyahıları  vahid  seçicilər  siyahısına 
əlavə edilir. 
 
M a d d ə   4 6 .  Seçicilərin siyahılarının tərtib edilməsi 


46.1.  Seçicilərin  daimi  siyahısı  hər  bir  seçki  məntəqəsi  üzrə  məntəqə  seçki  komissiyası  tərəfindən 
Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilir və səsvermə 
gününə  azı  25  gün  qalmış  dəqiqləşdirilir.  Bu  müddətdən  sonra  səsvermə  gününədək  (səsvermə  günü  də 
daxil  olmaqla)  seçici  siyahısına  seçici  Mərkəzi  Seçki  Komissiyasının  müəyyən  etdiyi  qaydada  yalnız 
məntəqə  seçki  komissiyası  tərəfindən  əlavə  edilə  bilər  (bu  halda  məhkəmənin  qərarı  seçici  siyahısına 
əlavə  edilir).  Mərkəzi  Seçki  Komissiyasının  müəyyən  etdiyi  qaydada  seçici  siyahıları  Mərkəzi  Seçki 
Komissiyasının  (dairə  seçki  komissiyasının)  müvafiq  internet  saytında  yerləşdirilir.  Bu  halda  seçicilərin 
yaşadıqları ünvanlar göstərilməməlidir. 
35
 
Səsvermə  günü  bu  Məcəllənin  101-ci  maddəsinə  uyğun  olaraq  səsvermə  vəsiqəsi  ilə  səs  verən 
seçicilərin  səsvermə  vəsiqəsi  seçicilər  siyahısına  əlavə  edilir.  Səsvermə  günü  seçici  siyahılarına  heç  bir 
əlavə və dəyişiklik edilə bilməz. Seçici siyahıları mətbuatda dərc edilə bilməzlər.
36
 
46.2.  Seçicilərin  seçici  siyahısına  daxil  olmalarını  təsdiqləyən  sənəd  seçici  vəsiqəsidir.  Seçici 
vəsiqəsində  seçicinin  adı,  soyadı,  atasının  adı,  doğum  tarixi,  yaşayış  ünvanı,  siyahıya  alındığı  seçki 
dairəsinin adı və seçki məntəqəsinin nömrəsi və ünvanı göstərilir. Seçici vəsiqəsinin nümunəsi Mərkəzi 
Seçki  Komissiyası  tərəfindən  təsdiq  olunur  və  məntəqə  seçki  komissiyaları  tərəfindən  Mərkəzi  Seçki 
Komissiyasının müəyyən etdiyi qaydada seçicilərə verilir (çatdırılır). Hər bir vətəndaşın sorğusuna əsasən 
müvafiq seçki komissiyası onun seçicilər siyahısına daxil olub-olmaması haqqında məlumat verməlidir. 
46.3.  Bu  Məcəllənin  35.4-35.6-cı  maddələrinə  uyğun  olaraq  yaradılan  seçki  məntəqələrində 
qeydiyyata  düşən  seçicilərin,  bu  Məcəllənin  45.4-cü  maddəsində  göstərilən  seçicilərin  müvəqqəti 
siyahıları müvafiq seçki məntəqəsi səviyyəsində ayrıca tərtib edilir. 
46.4.  Daimi  seçici  siyahılarına  müvafiq  icra  hakimiyyəti  orqanlarının  və  bələdiyyə  qurumu 
başçılarının,  hərbi  hissə  komandirlərinin  aktiv  seçki  hüququna  malik  olan  seçicilər  haqqında  təqdim 
etdikləri  məlumatlar  daxil  edilir.  Müvəqqəti  seçici  siyahılarına  konsul  idarələri  rəhbərlərinin  və  ya 
diplomatik nümayəndələrin, habelə seçicilərin müvəqqəti olduqları müəssisələrin rəhbərlərinin aktiv seçki 
hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir. 
46.5. Yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahıları məntəqə seçki 
komissiyaları  tərəfindən  müvafiq  icra  hakimiyyəti  orqanı  və  bələdiyyə  qurumu  başçılarının  seçicilər 
haqqında  verdikləri  məlumatlar  əsasında  səsvermə  gününə  azı  25  gün  qalmış,  müstəsna  hallarda  isə 
məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra dəqiqləşdirilir. 
46.6. Hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan 
seçki  məntəqələri  üzrə  seçicilərin  (hərbi  hissələrdə  yerləşən  hərbi  qulluqçuların,  hərbi  hissələrin 
yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan 
təqsirləndirilən  şəxslərin  və  cəzaçəkmə  müəssisələrində  cəza  çəkən  məhbusların  və  digər  seçicilərin) 
siyahıları  hərbi  hissə  komandirlərinin,  istintaq  təcridxanaları  və  cəzaçəkmə  müəssisələri  rəhbərlərinin 
seçicilər  haqqında  məlumatı  əsasında  səsvermə  gününə  azı  20  gün  qalmış  məntəqə  seçki  komissiyaları 
tərəfindən dəqiqləşdirilir.
37
 
46.7.  Seçicilərin  müvəqqəti  olduqları  yerlərdə  (xəstəxanalarda,  sanatoriyalarda,  istirahət  evlərində) 
səsvermə  günü  üzən  gəmilərdə  yaradılmış  seçki  məntəqələri  üzrə  seçici  siyahıları  seçicinin  müvəqqəti 
olduğu  müəssisənin  rəhbərinin,  gəmi  kapitanının  seçicilər  haqqında  təqdim  etdiyi  və  məntəqə  seçki 
komissiyası  tərəfindən  yoxlanılmış  məlumatlar  əsasında  məntəqə  seçki  komissiyası  tərəfindən  səsvermə 
gününə azı 5 gün qalmış təsdiq edilir. 
46.8.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  yaradılmış  seçki  məntəqələri  üzrə  seçici 
siyahıları  Azərbaycan  Respublikasının  müvafiq  diplomatik  nümayəndəliyinin  və  ya  konsul  idarəsinin 
rəhbərlərinin seçicilər haqqında verdiyi məlumatlar əsasında, səsvermə gününə azı 25 gün qalmış müvafiq 
məntəqə seçki komissiyası tərəfindən təsdiq edilir. 
46.9.  Hərbi  hissədə  seçki  məntəqəsi  yaradılmayıbsa,  hərbi  hissənin  komandiri  istintaq 
təcridxanalarının  və  müvafiq  cəzaçəkmə  müəssisələrinin  rəhbərləri  rəhbərləri  Mərkəzi  Seçki 
Komissiyasının  müəyyənləşdirdiyi  qaydada  seçicilər  haqqında  məlumatları  toplayıb  dəqiqləşdirir  və  bu 
Məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, səsvermə gününə azı 35 gün qalmış müvafiq məntəqə seçki 
komissiyasına təqdim edirlər.
38
 
46.10.  Seçici  siyahıları  2  nüsxədə  tərtib  edilir.  Seçici  siyahısına  daxil  edilmiş  seçicilər  haqqında 
məlumatlar siyahıda əlifba qaydasında və ya digər qaydada (yaşayış məntəqələri, küçələr, evlər, mənzillər 
üzrə)  yerləşdirilir.  Siyahılarda  seçicinin  soyadı,  adı,  atasının  adı,  doğulduğu  il  (18  yaşı  tamam  olmuşlar 
üçün  —  əlavə  olaraq,  doğulduğu  ay  və  gün),  daimi  yaşadığı  yerin  ünvanı  (küçə,  binanın  və  mənzilin 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə