Microsoft Word secki mecellesi doc


QEYDƏ ALINMIŞ NAMİZƏDLƏRİN VƏ REFERENDUM ÜZRƏ TƏŞVİQAT QRUPLARININ



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə22/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   18   19   20   21   22   23   24   25   ...   73

QEYDƏ ALINMIŞ NAMİZƏDLƏRİN VƏ REFERENDUM ÜZRƏ TƏŞVİQAT QRUPLARININ 
STATUSU 
 
M a d d ə   6 9 .   Qeydə  alınmış  namizədlərin  və  referendum  üzrə  təşviqat  qruplarının 
bərabərliyi 
69.1. Qeydə alınmış bütün namizədlər və referendum üzrə təşviqat qrupları onların statusları nəzərə 
alınmaqla bərabər hüquqa malikdirlər və bərabər vəzifələr daşıyırlar. 
69.2.  Dövlət  orqanlarında  işləyən  və  ya  bələdiyyə  qulluğunda  olan  və  ya  kütləvi  informasiya 
vasitələrində  əmək  və  mülki  hüquq  müqaviləsi  əsasında  işləyən  qeydə  alınmış  namizədlər,  referendum 
üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri seçki (referendum) kampaniyasında iştirak etdikləri 
müddətdə  xidməti  vəzifələrini  yerinə  yetirməkdən  azad  olunurlar  (bu  qayda  Azərbaycan  Respublikası 
Prezidentinə,  Milli  Məclisin  deputatlarına  və  bələdiyyə  üzvlərinə  şamil  edilmir),  müvafiq  əmrin 
(sərəncamın) təsdiq edilmiş surətini qeydiyyat günündən ən geci 3 gün ərzində onları qeydə almış seçki 
komissiyasına  təqdim  edirlər;  onlar  öz  vəzifə  və  xidməti  mövqeyindən  imtiyaz  qazanmaq  və  üstünlük 
əldə etmək məqsədi ilə istifadə edə bilməzlər. 
69.3.  Dövlət  vəzifələrində  olan  qeydə  alınmış  namizədlər,  referendum  üzrə  təşviqat  qruplarının 
təşəbbüsçüləri,  həmçinin  bələdiyyə  vəzifələrində  olan  qeydə  alınmış  namizədlər  və  referendum  üzrə 
təşviqat  qrupları  yaradılmasının  təşəbbüsçüləri  öz  vəzifə  mövqelərindən  üstünlük  əldə  etmək  üçün 
istifadə edə bilməzlər. 
69.4.  Vəzifə  və  xidməti  mövqedən  üstünlük  əldə  etmək  məqsədi  ilə  istifadə  olunması  nəticəsində 
bərabərlik prinsiplərinin pozulması halları bu Məcəllənin 55.2-ci maddəsi ilə müəyyənləşdirilir. 
69.5.  Dövlət  vəzifələrində  olan  qeydə  alınmış  namizədlərin,  referendum  üzrə  təşviqat  qrupları 
yaradılmasının  təşəbbüsçülərinin,  həmçinin  bələdiyyə  vəzifələrində  olan  referendum  üzrə  təşviqat 
qrupları  yaradılması  təşəbbüsçülərinin  yalnız  öz  vəzifələrini  icra  etməkdən  azad  olunduğu  vaxtda 
seçkiqabağı  (referendumqabağı)  təşviqat  aparmaq  hüququ  vardır.  Qeydə  alınmış  namizəd,  referendum 
üzrə  təşviqat  qrupları  tərəfindən  bu  Məcəllənin  81-ci  maddəsinə  uyğun  olaraq  televiziya  və  radio 
verilişlərinin pulsuz efir vaxtından istifadə etmə hallarına bu qaydalar şamil edilmir. 
69.6.  Vəzifəli  şəxslər,  teleradio  verilişləri  və  kütləvi  informasiya  vasitələri  redaksiyalarında  işləyən 
jurnalistlər  və  yaradıcı  işçilər  qeydə  alınmış  namizəddirlərsə,  referendum  üzrə  təşviqat  qruplarının 
yaradılmasının  təşəbbüsçüləridirlərsə  yaxud  qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların,  siyasi 
partiyalar  bloklarının,  referendum  üzrə  təşviqat  qruplarının  vəkil  edilmiş  şəxsləri  və  ya  səlahiyyətli 
nümayəndələridirlərsə,  seçkilərin  (referendumun)  gedişinin  kütləvi  informasiya  vasitələri  ilə 
işıqlandırılmasında iştirak etmək onlara qadağan edilir. 
69.7.  Bu  Məcəllənin  69.3-cü-69.5-ci  maddələri  ilə  müəyyənləşdirilmiş  məhdudiyyətlərə  əməl 
edilməsi  Milli  Məclisin  deputatlarına,  bələdiyyə  üzvlərinə  seçicilər  qarşısında  səlahiyyətlərini  və 
vəzifələrini yerinə yetirməkdə mane olmamalıdır. 
69.8.  Qeydə  alınmış  namizədlər,  siyasi  partiyalar,  siyasi  partiyaların  blokları,  siyasi  partiyaların, 
siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının müvafiq olaraq vəkil edilmiş şəxsləri və 
səlahiyyətli  nümayəndələri,  qeydə  alınmış  namizədlərin  vəkil  edilmiş  şəxsləri,  referendum  üzrə  təşviqat 
qrupları  yaradılmasının  təşəbbüsçüləri,  göstərilən  şəxslərin  təsisçisi,  sahibi,  üzvü  və  ya  işçisi  olduğu 
təşkilatlar, göstərilən şəxslərin və ya təşkilatların tapşırığı ilə hərəkət edən digər fiziki və hüquqi şəxslər 
xeyriyyə fəaliyyəti ilə məşğul ola bilməzlər. Göstərilən şəxslərin və təşkilatların fiziki və hüquqi şəxslərə, 
seçicilərə  maddi  və  maliyyə  yaxud  digər  xidmətlər  göstərmək  təklifi  ilə  müraciət  etməsi  qadağandır. 
Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə 
təşviqat qrupları üzvlərinin, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin adından və 
onların müdafiəsi üçün fiziki və hüquqi şəxslərin xeyriyyə fəaliyyəti ilə məşğul olması qadağandır. 
69.9.  Qeydə  alınmış  namizədlərin  və  referendum  üzrə  təşviqat  qruplarının  seçki  fondlarına  dövlət 
tərəfindən  ayrılmış  vəsait  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən  bərabər  şəkildə  bölüşdürülür  və  3  gün 
müddətində  müvafiq  hesablara  köçürülür.  Bu  halda  həmin  vəsaitin  bərabər  məbləğləri  Mərkəzi  Seçki 
Komissiyasında  və  dairə  seçki  komissiyasında  qeydiyyatdan  keçən  referendum  üzrə  təşviqat  qrupları 
üçün ayrıca müəyyənləşdirilir.
54
 
 
M a d d ə   7 0 .  Qeydə alınmış namizədin fəaliyyətinin təminatları 


70.1.  Qeydə  alınmış  namizədin  işlədiyi,  qulluq  etdiyi,  oxuduğu,  hərbi  xidmətdə  olduğu  və  ya  hərbi 
xidmət  keçdiyi  dövlət  orqanının,  idarəsinin,  təşkilatının  və  ya  bələdiyyə  orqanının,  təşkilatının 
müdiriyyəti,  hərbi  hissənin  komandiri  müvafiq  seçki  komissiyasında  namizədin  qeydə  alındığı  gündən 
seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində və ya raportunda göstərilən müddət üçün 
onu  işdən,  tədrisdən,  xidmətdən  ödənilməyən  məzuniyyət  verilməsi  əsasında  istənilən  gün  və  vaxt  azad 
etməlidir.  İşdən,  tədrisdən,  xidmətdən  azad  olunduğu  halda,  müvafiq  seçki  komissiyası  seçkilərin 
hazırlanması və keçirilməsi üçün büdcədən ayrılmış vəsait hesabına namizədə onun orta aylıq əmək haqqı 
(təqaüdü)  məbləğində,  lakin  qanunla  müəyyənləşdirilmiş  minimum  əmək  haqqının  20  mislindən  çox 
olmayan haqq ödəməlidir. Qeydə alınmış namizədə pul kompensasiyası əsas iş (təhsil) və ya xidmət yeri 
üzrə əvəzi ödənilməyən məzuniyyətin verilməsi barədə əmrə əsasən xidməti vəzifədən azad edildiyi dövr 
üçün ödənilir. 
70.2. Qeydə alınmış namizədə bu Məcəllə ilə müəyyən edilmiş nəqliyyat xərcləri onun qeydə alındığı 
gündən  seçkilərin  nəticələrinin  rəsmi  dərc  edildiyi  günədək  ödənilir.  Taksi  və  sifarişli  nəqliyyat 
reyslərindən  istifadə  xərcləri  ödənilmir.  Şəhərkənarı  və  şəhərlərarası  nəqliyyat  xərcləri  gediş-gəliş 
biletinin,  şəhər  nəqliyyatı  üçün  isə  müvafiq  müddətdə  istifadə  edilmiş  gediş-gəliş  biletlərinin  təqdim 
edilməsi əsasında ödənilir. 
70.3.  Bu  Məcəllənin  70.1-ci  maddəsində  göstərilən  müddətdə  qeydə  alınmış  namizəd  dövlət 
orqanının,  idarəsinin,  təşkilatının  və  ya  bələdiyyə  orqanının,  təşkilatının  onların  vəzifəli  şəxslərinin 
təşəbbüsü  ilə  işdən,  xidmətdən,  təhsil  müəssisəsindən  çıxarıla  bilməz  və  ya  razılığı  olmadan  başqa  işə, 
başqa yerdə işləməyə (oxumağa, xidmət keçməyə) keçirilə bilməz, habelə ezamiyyətə göndərilə bilməz, 
hərbi xidmətə və ya toplanışa çağırıla bilməz. Qeydə alınmış namizədin seçkilərdə iştirakı müddəti, qeydə 
alındığı gündən başlayaraq, işlədiyi ixtisas üzrə əmək stajına daxil edilir. 
70.4.  Qeydə  alınmış  namizəd  bu  Məcəllənin  70.1-ci  maddəsində  göstərilən  müddətdə  müvafiq 
prokurorun  razılığı  olmadan,  namizəd  kimi  qeydə  alındıqdan  sonra  törətdiyi  əməllərə  görə  cinayət 
məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh 
tədbirlərinə  məruz  qala  bilməz.  Qeydə  alınmış  namizəd  cinayət  başında  yaxalanarsa,  tutula  bilər.  Belə 
razılıq verildikdə və ya qərar qəbul edildikdə, müvafiq prokuror və ya məhkəmə namizədin qeydə alındığı 
seçki komissiyasını bu barədə dərhal xəbərdar edir. 
70.5. Qeydə alınmış namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi 
müvafiq dairə seçki komissiyasından hüdudları, ünvanı və telefonları göstərilməklə seçki məntəqələrinin, 
məntəqə seçki komissiyalarının siyahısını və səsvermə yerlərinin ünvanlarını ala bilər. 
70.6.  Qeydə  alınmış  namizəd  dövlət  orqanının,  idarəsinin,  təşkilatının  və  ya  bələdiyyə  orqanının, 
təşkilatının  seçki  komissiyasının  hərəkəti  (hərəkətsizliyi)  nəticəsində  ona  dəymiş  zərərin  ödənilməsi 
məqsədi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məhkəməyə müraciət edə bilər. 
 
M a d d ə   7 1 .  Qeydə alınmış namizədin seçkilərdə iştirakının şərtləri 
71.1.  Seçkilərdə  iştirak  edən  qeydə  alınmış  namizəd  bu  Məcəllənin  2.6-cı  maddəsində  göstərilən 
şərtlərlə yanaşı aşağıdakı şərtlərə riayət etməlidir: 
71.1.1.  qeydə  alınmış  digər  namizədlərin  seçki  kampaniyası  zamanı  öz  siyasi  ideyalarını  və 
baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləmək
71.1.2.  qeydə  alınmış  digər  namizədlərin,  siyasi  partiyaların,  seçicilərin  və  ictimai  təşkilatların 
hüquqlarına hörmət bəsləmək; 
71.1.3. seçicilərlə azad ünsiyyətin yaradılmasında qeydə alınmış digər namizədlərə mane olmamaq. 
 
M a d d ə   7 2 .  Vəkil edilmiş şəxslər 
72.1. Qeydə alınmış namizədin, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun, 
referendum  üzrə  təşviqat  qrupunun  vəkil  edilmiş  şəxs  təyin  etmək  hüququ  vardır.  Göstərilən  şəxslər 
namizədi,  referendum  üzrə  təşviqat  qrupunu  qeydə  almış  müvafiq  seçki  komissiyası  tərəfindən  qeydə 
alınır. Vəkil edilmiş şəxslərinin təyin edilməsi barədə namizədin yazılı ərizəsinin və ya siyasi partiyanın, 
siyasi  partiyalar  blokunun,  referendum  üzrə  təşviqat  qrupunun  təqdimatının,  habelə  vətəndaşın  vəkil 
edilmiş  şəxs  olmaq  barədə  razılıq  ərizəsinin  daxil  olduğu  gündən  başlayaraq  3  gün  müddətində  vəkil 
edilmiş şəxslər qeydə alınırlar. Ərizədə və ya təqdimatda vəkil edilmiş hər bir şəxsin soyadı, adı, atasının 
adı,  doğum  tarixi,  əsas  iş  və  ya  xidmət  yeri,  tutduğu  vəzifə  (bu  olmadıqda  —  fəaliyyət  növü),  yaşayış 
yerinin  ünvanı,  şəxsiyyət  vəsiqəsinin  və  ya  onu  əvəz  edən  sənədin  seriyası,  nömrəsi  və  verilmə  tarixi 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə