64.6. Referendum üzrə təşviqat qrupunun qərarı ilə yazılı formada xəbərdar etməklə, nümayəndənin
səlahiyyətlərinə xitam verilə bilər; bu barədə qəbul edilmiş qərarın surəti qrupu qeydiyyata alan seçki
komissiyasına və dairə seçki komissiyalarına göndərilməlidir. Bu qərar referendum üzrə təşviqat qrupu
üzvlərinin səs çoxluğu ilə qəbul edilir və onu qəbul edənlər tərəfindən imzalanır. Bu halda referendum
üzrə təşviqat qrupu başqa səlahiyyətli nümayəndə təyin edə bilər.
64.7. Referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin səlahiyyət müddəti onların
təyin edildiyi vaxtdan başlanır və referendumun nəticələrinin rəsmi dərc edildiyi gündən gec olmayaraq
başa çatır.
M a d d ə 6 5 . Referendum üzrə təşviqat qrupunun yaradılması üçün seçici imzalarının
toplanması qaydası
65.1. Referendum üzrə təşviqat qrupunun yaradılması üçün imzalar bu Məcəllənin 57-ci maddəsinə
uyğun olaraq toplanır və rəsmiləşdirilir. İmza vərəqələri bu Məcəlləyə 4 saylı əlavəyə uyğun hazırlanır.
65.2. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri Azərbaycan Respublikasının
bütün ərazisində referendumqabağı təşviqatın aparılması niyyətində olduqda, onlar referendum üzrə
təşviqat qrupunda üzvlüyə razılığa dair azı 40 min seçicinin imzasını azı 60 seçki dairəsinin ərazisində
toplamalıdırlar. Bu halda bir seçki dairəsindən olan referendum üzrə təşviqat qrupunun potensial
üzvlərinin sayı 100-dən az ola bilməz.
65.3. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri Azərbaycan Respublikası
ərazisinin bir hissəsində referendumqabağı təşviqatın aparılması niyyətində olduqda, onlar
referendumqabağı təşviqatın aparılması nəzərdə tutulan hər bir seçki dairəsinin ərazisində referendum
üzrə təşviqat qrupunda üzvlüyə dair azı 100 seçici imzası toplamalıdırlar.
65.4. Seçici öz iradəsinə uyğun olaraq referendum üzrə təşviqat qrupunda üzvlük haqqında yalnız bir
dəfə imza etmək hüququna malikdir.
65.5. İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və referendum üzrə təşviqat
qrupunun təşəbbüsçülərinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. İmza toplayan şəxs imza
vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət
vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir.
M a d d ə 6 6 . Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün sənədlərin təqdim
edilməsi
66.1. Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan imzalar bu Məcəllənin
65.3-cü maddəsinə uyğun olaraq bir və ya bir neçə seçki dairəsinin ərazisində toplanıbsa, bu Məcəllənin
66.2-ci maddəsində göstərilən sənədlər ərazisində imzaların əksəriyyəti toplanmış müvafiq dairə seçki
komissiyasına təqdim edilir; bu Məcəllənin 65.2-ci maddəsində göstərilən qaydada seçici imzalarını
toplayan referendum üzrə təşviqat qrupları yaradılmasının təşəbbüsçüləri bu Məcəllənin 66.2-ci
maddəsində göstərilən sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.
66.2. Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün onun səlahiyyətli nümayəndəsi
səsvermə gününə azı 35 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı sənədləri
təqdim etməlidir:
51
66.2.1. toplanmış seçici imzaları olan imza vərəqələri;
66.2.2. seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının
müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi;
66.2.3. referendum üzrə təşviqat qrupunun yaradılması təşəbbüsçülərinin ilkin maliyyə hesabatı
(seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə).
66.3. Müvafiq seçki komissiyası sənədləri qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu
möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu
haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini və vaxtını qeyd edərək,
referendum üzrə təşviqat qrupu yaradılması təşəbbüsçülərinin səlahiyyətli nümayəndəsinə, qəbul edilmiş
imza vərəqələrinin sayını və onlardakı imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı
arayış verir. Həmin şəxslər tərəfindən müvafiq seçki komissiyasına müvafiq sənədlər bu Məcəllənin 66.2-
ci maddəsində göstərilmiş müddət başa çatanadək təqdim edildikdə, onların qəbul edilməsindən imtina
edilə bilməz, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsinin müvafiq binaya (otağa)
daxil olmasına məhdudiyyət qoyula bilməz.
66.4. Referendum üzrə təşviqat qrupunun qeydiyyatı müvafiq seçki komissiyasına seçici imzaları
təqdim olunduqdan sonra aparılır.
M a d d ə 6 7 . Referendum üzrə təşviqat qruplarının qeydə alınması üçün zəruri olan seçici
imzalarının yoxlanılması
Referendum üzrə təşviqat qruplarının qeydə alınması üçün zəruri olan seçici imzalarının yoxlanılması
bu Məcəllənin 59-cu maddəsində göstərilən qaydada həyata keçirilir.
M a d d ə 6 8 . Referendum üzrə təşviqat qrupunun qeydə alınması
68.1. Müvafiq seçki komissiyası imza vərəqələrini və referendum üzrə təşviqat qrupunun qeydə
alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində referendum üzrə təşviqat
qrupunun qeydə alınması barədə qərar və ya onun qeydə alınmasından imtina edilməsi barədə qərar qəbul
etməlidir. Qeydə alma və ya qeydə almaqdan imtina barədə qərarda onun qəbul olunduğu tarix və vaxt
göstərilir.
52
68.2. Referendum üzrə təşviqat qrupunun qeydə alınması barədə qərarın surəti müvafiq seçki
komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində referendum üzrə
təşviqat qrupu yaradılması təşəbbüsçülərinin səlahiyyətli nümayəndələrinə verilməli, həm də qeydə
almaqdan imtina olunubsa, bunun əsasları göstərilməlidir. İmtina üçün aşağıdakılar əsas ola bilər:
68.2.1. bu Məcəllə ilə müəyyənləşdirilmiş imzaların toplanması qaydasının pozulması;
68.2.2. bu Məcəllənin 63, 65, 66.2 və 66.3-cü maddələrində göstərilən sənədlərin düzgün
rəsmiləşdirilməməsi və ya olmaması;
68.2.3. referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün təqdim edilmiş etibarlı seçici
imzalarının lazımi saydan az olması;
68.2.4. referendum üzrə təşviqat qrupunun maliyyə fondunun yaradılması qaydasının və ya onun
vəsaitinin xərclənməsi qaydasının pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür
pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq edilsin);
68.2.5. bu Məcəllənin 55-ci maddəsinin tələblərinin referendum üzrə təşviqat qrupu təşəbbüsçülərinin
səlahiyyətli nümayəndəsi tərəfindən pozulması (bu əsas yalnız o vaxt tətbiq edilə bilər ki, əvvəllər bu cür
pozuntuya görə xəbərdarlıq edilsin və ya cərimə tətbiq edilsin — bü cür pozuntu digər məsuliyyətə səbəb
olmursa).
68.3. Bu Məcəllənin 68.2-ci maddəsində göstərilən hallar qeydiyyatdan imtina barədə qərarın
çıxarılması üçün əsas götürüldükdə, qərar buraxılan səhvə (qüsura, pozuntuya) mütənasib olmalıdır.
68.4. Bu Məcəllənin 68.2.2-ci və 68.2.4-cü maddələrində göstərilən səbəblər olduqda, səhvlər və
pozuntular müvafiq sənədlərdə referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi tərəfindən
düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası səlahiyyətli
nümayəndəni bu haqda 2 gün müddətində xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən
sonra referendum üzrə təşviqat qrupunu qeydə alır.
68.5. Cinayət məsuliyyətinə və ya inzibati məsuliyyətə səbəb ola biləcək hüquq pozuntusu əlamətləri
aşkar edildikdə seçki komissiyası bu Məcəllənin pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb
edilməsi məsələsinə baxılması üçün müvafiq sənəd və materialları hüquq mühafizə orqanlarına göndərir.
68.6. Qeydə alınmış referendum üzrə təşviqat qrupunun hər bir səlahiyyətli nümayəndəsinə qeydiyyat
vəsiqəsi verilir. Mərkəzi Seçki Komissiyası qeydə alınmış referendum üzrə təşviqat qrupları barədə
məlumatları qeydiyyatdan sonra 24 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim edir. Dairə
seçki komissiyaları referendum üzrə təşviqat qrupları barədə məlumatları səsvermə gününə azı 15 gün
qalmış seçki komissiyasının otaqlarında, bu Məcəllənin 98.3-cü maddəsində nəzərdə tutulan məlumat
lövhələrində yerləşdirirlər.
53
On ikinci fəsil
Dostları ilə paylaş: |