Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə17/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   13   14   15   16   17   18   19   20   ...   73

Məcəlləsində  nəzərdə  tutulan  cinayət  məsuliyyəti  yaradırsa,  xarici  ölkənin  müvafiq  qanununun  adı 
göstərilməlidir.  Namizədin  ərizəsində  Azərbaycan  Respublikasının  vətəndaşlığı  haqqında  məlumatla 
yanaşı,  xarici  ölkə  vətəndaşlığının  və  başqa  ölkələr  qarşısında  öhdəliklərinin  olub-olmaması  da 
göstərilməlidir. 
53.4.  Namizəd  öz  ərizəsinə  siyasi  partiyaya  mənsubiyyəti  barədə  təsdiq  olunan  sənəd  əsasında 
məlumatları daxil edə bilər. Belə halda namizəd mənsub olduğu siyasi partiyanın 5 sözdən çox olmayan 
adla  adlandırılmasını  müvafiq  seçki  komissiyası  ilə  razılaşdırır.  Ərizədə  göstərilmiş  siyasi  partiya 
namizədi öz sıralarından xaric edibsə və müvafiq seçki komissiyasına bildiriş göndəribsə, həmin bildiriş 
alındıqdan sonra həmin namizədlə əlaqədar siyasi partiyanın adından istifadə edilə bilməz. 
53.5.  Müvafiq  seçki  komissiyası  bu  Məcəllənin  53.4-cü  maddənin  tələblərinə  uyğun  olaraq  təqdim 
edilmiş sənədlərin alınması barədə namizədə, seçicilərin təşəbbüs qrupuna yazılı məlumat verməlidir. 
53.6. Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun 
səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərar 
təqdim  edir.  Müvafiq  seçki  komissiyası  təqdim  olunmuş  sənədlərin  qəbul  edilməsindən  imtina  edə 
bilməz. 
53.7. Namizədin irəli sürülməsini təsdiq eden qərarın surətini verməkdən imtina edilməsi üçün əsas 
yalnız  bu  Məcəllənin  53.2  və  53.3-cü  maddələrində  göstərilən  sənədlərin  lazımi  qaydada 
rəsmiləşdirilməməsi və ya namizədlərin irəli sürülməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydasının 
pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd tərəfindən düzəlişlərin edilməsi 
yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası bu Məcəllənin 53.6-cı maddəsində göstərilən 
müddətdə  namizədi  bu  haqda  xəbərdar  edir  və  onun  tərəfindən  müvafiq  düzəlişlər  edildikdən  sonra 
namizədin irəli sürülməsini təsdiqləyir. 
 
M a d d ə   5 4 .   Namizədlərin  siyasi  partiyalar  və  siyasi  partiyaların  blokları  tərəfindən  irəli 
sürülməsi 
54.1. Namizədin irəli sürülməsi haqqında qərarı siyasi partiya öz nizamnaməsinə uyğun olaraq qəbul 
edir. Belə qərar kollegial qaydada səsvermə yolu ilə qəbul edilməlidir. 
54.2. Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd bloka daxil olan hər bir siyasi partiya 
tərəfindən  təsdiq  edilir.  Siyasi  partiyaların  blokları  tərəfindən  namizədin  irəli  sürülməsi  haqqında  qərar 
siyasi  partiyaların  nümayəndələrinin  iclasında  (qurultayında,  konfransında,  rəhbər  orqanının  iclasında) 
qəbul  edilir.  Siyasi  partiyaların  bu  səlahiyyətli  nümayəndələri  partiyaların  qurultayında  (konfransında, 
rəhbər orqanının iclasında) müəyyənləşdirilir. 
54.3. Namizədin irəli sürülməsi barədə siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı protokolla 
rəsmiləşdirilir. Həmin protokolda aşağıdakılar göstərilir: 
54.3.1.  iclasda  (qurultayda,  konfransda,  rəhbər  orqanın  iclasında)  iştirak  etmək  üçün  qeydə  alınmış 
iştirakçıların sayı; 
54.3.2.  siyasi  partiyalar  blokunun  yaradılması  haqqında  sazişdə  nəzərdə  tutulan  qərarın  qəbul 
edilməsi üçün lazım olan iştirakçıların sayı; 
54.3.3. namizədin irəli sürülməsi barədə qərar və bu qərar üzrə səsvermənin nəticələri; 
54.3.4. qərarın qəbul edilməsi tarixi. 
54.4.  Siyasi  partiya,  siyasi  partiyaların  bloku  bloka  daxil  olan  partiyaların  üzvü  olmayan  şəxsləri 
namizəd kimi irəli sürə bilərlər. 
54.5.  Namizədin  adı  ilə  birlikdə  siyasi  partiyanın  səlahiyyətli  nümayəndəsi  müvafiq  seçki 
komissiyasına aşağıdakı sənədləri də təqdim edir: 
54.5.1.  siyasi  partiyanın  qeydə  alınması  barədə  şəhadətnamənin  notariat  qaydasında  təsdiqlənmiş 
surəti; 
54.5.2. siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti; 
54.5.3. namizədin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının 
iclaslarının) qərarı və müvafiq iclasın protokolu; 
54.5.4.  siyasi  partiyanın  səlahiyyətli  nümayəndələrinin  Azərbaycan  Respublikasının  Mülki 
Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələrini.
41
 


54.6.  Namizədin  adı  ilə  birlikdə  siyasi  partiyalar  blokunun  səlahiyyətli  nümayəndəsi  müvafiq  seçki 
komissiyasına aşağıdakı sənədləri təqdim edir: 
54.6.1.  siyasi  partiyaların  blokuna  daxil  olan  siyasi  partiyaların  qurultaylarının  (konfranslarının, 
rəhbər  orqanının  iclasının)  namizəd  irəli  sürmək  barədə  qərarları  ilə  birlikdə  müvafiq  iclasların 
protokolları; 
54.6.2.  siyasi  partiyaların  blokuna  daxil  olan  siyasi  partiyaların  nümayəndələrinin  iclasının 
(qurultayının, konfransının) siyasi partiyaların bloku adından namizəd irəli sürülməsi haqqında qərarı və 
müvafiq iclasın protokolu; 
54.6.3. siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin notarial qaydasında rəsmiləşdirilmiş 
vəkalətnamələri. 
54.7.  Müvafiq  seçki  dairələri  üzrə  irəli  sürülmüş  namizədlərə  aid  sənədlər  müvafiq  seçki 
komissiyasına  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  səlahiyyətli  nümayəndələri  tərəfindən 
təqdim  edilir.  Namizədlərin  adları  Mərkəzi  Seçki  Komissiyasının  müəyyənləşdirdiyi  formada  təqdim 
edilir, çap üsulu ilə və ya maşınla oxunmasına imkan verən başqa üsulla tərtib olunur. 
54.8. Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi bu Məcəllənin 54.1-54.7-
ci  maddələrində  göstərilən  sənədlərlə  birlikdə  namizədin  seçiləcəyi  halda  həmin  vəzifə  ilə  uzlaşmayan 
fəaliyyətə  xitam  veriləcəyi  barədə  öhdəliyi  də  göstərilməklə,  namizədliyinin  irəli  sürülməsinə  razılıq 
verməsi  barədə  ərizəsini  də  təqdim  edir.  Bu  ərizədə  namizədin  soyadı,  adı,  atasının  adı,  doğum  tarixi, 
yaşayış  yerinin  ünvanı,  təhsili,  əsas  iş  və  ya  xidmət  yeri,  o  cümlədən  tutduğu  vəzifə  (bu  olmadıqda  — 
fəaliyyət növü), namizədin arzusu ilə siyasi partiyaya mənsubluğu göstərilir. Namizədlərin ödənilməmiş 
və  ya  üzərindən  götürülməmiş  məhkumluğu  olduqda,  ərizədə  Azərbaycan  Respublikası  Cinayət 
Məcəlləsinin  müvafiq  maddəsinin  adı  və  nömrəsi,  namizədin  xarici  ölkədə  cinayət  məsuliyyəti  yaradan 
əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət 
məsuliyyəti  yaradırsa  və  bu  haqda  qanuni  qüvvəyə  minmiş  məhkəmə  hökmü  çıxarılmışdırsa,  xarici 
ölkənin  qanununun  adı  göstərilməlidir.  Ərizədə  namizədin  vətəndaşlığı  və  ya  xarici  ölkə  vətəndaşlığına 
mənsubluğu, başqa dövlətlər qarşısında öhdəliyin olub-olmaması haqqında məlumatlar daxil edilir. 
54.9. Seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır, müvafiq seçki dairəsi üzrə 
irəli  sürülmüş  namizədin  təsdiq  olunub-olunmaması  barədə  əsaslandırılmış  qərar  qəbul  edir  və  siyasi 
partiyanın,  siyasi  partiyalar  blokunun  səlahiyyətli  nümayəndəsinə  bu  barədə  məlumat  verir.  Müvafiq 
seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. 
54.10.  Namizədin  qeydə  alınmasından  imtina  edilməsi  üçün  əsas  yalnız  bu  Məcəllənin  54.1-54.7-ci 
maddələrində  göstərilən  sənədlərin  lazımi  qaydada  rəsmiləşdirilməməsi  və  ya  namizədin  irəli 
sürülməsinin  bu  Məcəllə  ilə  müəyyənləşdirilmiş  qaydasının  pozulması  ola  bilər.  Səhvlər  və  pozuntular 
müvafiq  sənədlərdə  siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun  səlahiyyətli  nümayəndəsi  tərəfindən 
düzəlişlər  edilməsi  yolu  ilə  aradan  götürülə  bilərsə,  müvafiq  seçki  komissiyası  namizədi  bu  Məcəllənin 
54.9-cu  maddəsində  göstərilən  müddətdə  bu  haqda  xəbərdar  edir,  müvafiq  düzəlişlər  edildikdən  sonra 
namizədin irəli sürülməsini təsdiqləyir. 
54.11.  Mərkəzi  Seçki  Komissiyası  və  dairə  seçki  komissiyaları  irəli  sürülmüş  müvafiq  namizədlər 
barədə məlumat alınmasına şərait yaratmalıdırlar. 
 
M a d d ə   5 5 .   Namizədlərin  irəli  sürülməsi  zamanı  onların  bərabər  statusunun  təmin 
edilməsi 
55.1. Bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar. 
55.2.  Bu  Məcəllədə  aşağıdakılar  vəzifə  mövqeyindən  və  ya  xidməti  mövqedən  üstünlük  əldə  etmək 
üçün sui-istifadə olunması kimi başa düşülür: 
55.2.1. tabelikdə və ya digər xidməti asılılıqda olan dövlət və bələdiyyə qulluqçuları sayılan şəxsləri 
iş vaxtı namizəd irəli sürülməsinə və ya seçilməyə kömək göstərən fəaliyyətə cəlb etmək; 
55.2.2.  bütün  namizədlər  və  ya  qeydə  alınmış  namizədlər  dövlət  orqanlarının,  yaxud  bələdiyyə 
orqanlarının  yerləşdiyi  binalardan  eyni  şərtlərlə  istifadə  edə  bilmədikləri  halda,  bu  binalardan  namizəd 
irəli sürməyə və ya seçilməyə kömək göstərən fəaliyyətlə məşğul olmaq üçün istifadə etmək; 
55.2.3.  dövlət  orqanlarının,  təşkilatlarının,  bələdiyyə  qurumlarının  fəaliyyətini  təmin  edən  rabitə, 
informasiya, telefon vasitələrindən imzaların toplanması və seçkiqabağı təşviqat üçün istifadə etmək; 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə