Microsoft Word secki mecellesi doc


partiyanın (siyasi partiyalar blokunun) seçki (referendum) kampaniyası zamanı öz



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə16/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   12   13   14   15   16   17   18   19   ...   73

49.1.1. digər siyasi partiyanın (siyasi partiyalar blokunun) seçki (referendum) kampaniyası zamanı öz 
siyasi ideyalarını və baxışlarını azad və sərbəst yaymaq hüququna hörmət bəsləmək
49.1.2.  digər  siyasi  partiyaların  (siyasi  partiyalar  bloklarının),  seçicilərin  və  ictimai  təşkilatların 
hüquqlarına hörmət bəsləmək; 
49.1.3.  seçicilərlə  azad  ünsiyyətin  yaradılması  üçün  digər  siyasi  partiyalara  (siyasi  partiyaların 
bloklarına) mane olmamaq; 
49.1.4.  siyasi  fəaliyyətdə  iştirak  etmək  istəyən  seçicilərə  həmin  fəaliyyətin  azad  və  sərbəst  həyata 
keçirilməsi üçün təminatlar yaratmaq. 
 
M a d d ə   5 0 .  Siyasi partiyaların bloku 
50.1.  Siyasi  partiyaların  blokunu  azı  iki  siyasi  partiya  yarada  bilər.  Siyasi  partiya  blokun  tərkibinə 
daxildirsə, seçkilərin keçirildiyi dövrdə müstəqil partiya kimi çıxış edə bilməz və ya digər bloka daxil ola 
bilməz. Siyasi partiyaların blokuna daxil olmaq barədə qərar bloka daxil olacaq hər bir siyasi partiyanın 
nizamnaməsinə  uyğun  qəbul  edilir.  Göstərilən  müvafiq  qərar  qəbul  edildikdən  sonra  siyasi  partiyaların 
səlahiyyətli nümayəndələri blokun yaradılması barədə birgə qərar imzalayırlar. 
50.2.  Siyasi  partiyalar  blokunun  səlahiyyətli  nümayəndəsi  blokun  qeydə  alınması  məqsədi  ilə 
Mərkəzi Seçki Komissiyasına aşağıdakı sənədləri təqdim edir: 
50.2.1.  bloka  daxil  olan  siyasi  partiyaların  nizamnamələrinin  notariat  qaydasında  təsdiq  edilmiş 
surətləri; 
50.2.2. siyasi partiyaların bloka daxil olmaq haqqında qərarları; 
50.2.3.  blokun  yaradılması  haqqında  siyasi  partiyaların  səlahiyyətli  nümayəndələri  tərəfindən 
imzalanmış və həmin partiyaların möhürləri ilə təsdiqlənmiş birgə qərar. 
50.3. Siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasına müvafiq sənədləri təqdim etdiyi gündən 
ən geci 5 gün müddətində qeydə alınmalıdır. 
50.4.  Bu  Məcəllənin  50.2-ci  maddəsində  göstərilən  sənədlər  düzgün  rəsmiləşdirilmədikdə,  tam 
olmadıqda  və  ya  bu  Məcəllənin  tələblərinə  uyğun  gəlmədikdə  siyasi  partiyalar  blokunun  qeydə 
alınmasından imtina edilə bilər. 
50.5. Siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasında qeydə alındıqdan sonra onun tərkibinə 
hər hansı digər siyasi partiya daxil edilə bilməz. 
 
M a d d ə   5 1 .  Siyasi partiyalar blokunun adı və emblemi 
51.1. Siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasına özünün tam və qısa adı barədə məlumat 
təqdim edir. 
51.2. Siyasi partiyalar blokunun adı bloka daxil olmuş partiyaların nümayəndələrinin birgə iclasında 
müəyyənləşdirilir.  Blokun  adlandırılmasında  həmin  bloka  daxil  olmayan  siyasi  partiyaların  (seçkilərdə 
iştirak  edib-etməməsindən  asılı  olmayaraq),  əvvəllər  seçkilərdə  iştirak  etmiş  digər  siyasi  partiyaların 
adlarından  istifadə  edilə  bilməz.  Əgər  yeni  qeydə  alınmış  siyasi  partiyalar  blokuna  əvvəlki  seçkilərdə 
həmin  bloku  yaratmış  siyasi  partiyaların  yarısından  çoxu  daxil  deyildirsə,  yeni  yaradılan  bloka  əvvəlki 
siyasi  partiyalar  blokunun  adı  verilə  bilməz.  Fiziki  şəxsin  adından  və  ya  soyadından  siyasi  partiyaların 
bloku tərəfindən yalnız həmin şəxsin yazılı razılığı əsasında istifadə edilə bilər. 
51.3. Siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasının təsdiqinə özünün emblemini də təqdim 
edə bilər. Siyasi partiyaların bloku, onun tərkibindəki hər hansı siyasi partiyanın qeydə alınmış emblemi 
yaxud digər siyasi partiyalar və siyasi partiyalar bloklarının indiki və əvvəlki seçkilərdə istifadə etdikləri 
emblemlər istisna olmaqla (bu Məcəllənin 51.2-ci maddəsi nəzərə alınmaqla), istənilən emblemi təqdim 
edə  bilər.  Siyasi  partiyalar  blokunun  rəmzləri  əqli  mülkiyyət  hüquqlarını,  əmtəə  nişanlarına  olan 
hüquqları  pozmamalı,  Azərbaycan  Respublikasının  və  digər  ölkələrin  dövlət  rəmzlərinə,  dini  rəmzlərə 
toxunmamalı,  ümumən  qəbul  edilmiş  əxlaq  normalarını  pozmamalıdır.  Siyasi  partiyaların  bloku  beş 
sözdən çox olmayan adından, habelə emblemindən seçki sənədlərində istifadə edilməsini Mərkəzi Seçki 
Komissiyası ilə razılaşdırmalıdır. 
51.4.  Siyasi  partiyalar  blokunun  adının  və  embleminin  seçkilərin  gedişində  dəyişdirilməsinə  icazə 
verilmir. 


 
M a d d ə   5 2 .  Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri 
52.1. Səlahiyyətli nümayəndələr, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr müvafiq 
olaraq  siyasi  partiyanın,  bloka  daxil  olan  siyasi  partiyaların  və  ya  siyasi  partiyaların  nümayəndələrinin 
birgə  iclasının  qərarı  yaxud  onların  qurultayı,  konfransı  və  ya  rəhbər  orqanın  iclasının  qərarı  ilə  təyin 
edilirlər. 
52.2.  Siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun  səlahiyyətli  nümayəndəsi  öz  funksiyalarını  onun 
səlahiyyətini,  soyadını,  adını,  atasının  adını,  doğum  tarixini,  şəxsiyyət  vəsiqəsinin  və  ya  onu  əvəz  edən 
sənədin seriya və nömrəsini, yaşayış yerinin ünvanını, iş yerini, vəzifəsini və ya xidməti vəzifəsini (bunlar 
olmadıqda — fəaliyyət növünü) əks etdirən, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə isə maliyyə 
sənədlərinin  və  həmin  sənədlər  üçün  möhürlərin  nümunələrini  əks  etdirən,  bu  Məcəllənin  52.1-ci 
maddəsində nəzərdə tutulan qərar əsasında həyata keçirir. 
52.3.  Siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  təyin  etdikləri  səlahiyyətli  nümayəndələrin 
siyahıları  Mərkəzi  Seçki  Komissiyasına  təqdim  edilir.  Siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının 
maliyyə  məsələləri  üzrə  səlahiyyətli  nümayəndələri  istisna  olmaqla,  digər  səlahiyyətli  nümayəndələrin 
siyahısı dairə seçki komissiyalarına da təqdim edilir. 
52.4.  Siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  səlahiyyətli  nümayəndələrinin  siyahısında 
səlahiyyətli nümayəndələrin hər birinin soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin və ya 
onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi, yaşayış yerinin ünvanı, əsas iş yeri və vəzifəsi 
(bu olmadıqda — fəaliyyət növü), telefon nömrəsi göstərilməlidir. Mərkəzi Seçki Komissiyasına təqdim 
edilmiş  müvafiq  siyahıya  hər  bir  şəxsin  səlahiyyətli  nümayəndə  olmağa  razılığı  barədə  yazılı  məktubu 
əlavə edilməlidir. 
52.5.  Siyasi  partiyaların,  siyasi  partiyalar  blokunun  səlahiyyətli  orqanının  qərarı  ilə  yazılı  formada 
xəbərdar etməklə nümayəndənin səlahiyyətlərinə xitam verilə bilər; bu barədə qəbul edilmiş qərarın surəti 
Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına göndərilməlidir. 
52.6.  Siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  dövlət  və  ya  bələdiyyə  vəzifələrində  çalışan 
səlahiyyətli nümayəndələri özlərinin vəzifə və ya xidməti mövqelərindən seçkilərin gedişi zamanı istifadə 
edə bilməzlər. 
52.7.  Siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  səlahiyyətli  nümayəndələrinin  səlahiyyət 
müddəti  onların  təyin  edildiyi  vaxtdan  başlanır  və  seçkilərin  ümumi  nəticələrinin  rəsmi  dərc  edilməsi 
günündən gec olmayaraq bütün namizədlərin, habelə siyasi partiyaların, siyasi partiyalar bloklarının irəli 
sürdükləri siyahı üzrə namizədlərin namizədlik statusunun itirilməsi vaxtı başa çatır. 
 
Onuncu fəsil 
SEÇKİLƏR ZAMANI NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSI VƏ QEYDİYYATI 
 
M a d d ə   5 3 .   Namizədlərin  öz  təşəbbüsü  ilə  və  ya  bilavasitə  seçicilər  tərəfindən  irəli 
sürülməsi 
53.1. Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o 
şərtlə  ki,  ərazisində  namizədin  dəstəklənməsi  üçün  zəruri  olan  imzaların  yığıldığı  və  namizədin  qeydə 
alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin. 
53.2.  Namizəd  və  ya  namizədi  irəli  sürən  seçicilərin  təşəbbüs  qrupu  öz  təşəbbüsü  barədə  müvafiq 
seçki  komissiyasına  yazılı  bildiriş  verir.  Bildirişdə  namizədi  irəli  sürən  hər  bir  təşəbbüsçünün  və 
namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu 
əvəz  edən  sənədin  seriya  və  nömrəsi,  bundan  başqa,  irəli  sürülən  namizədin  əsas  iş  və  ya  xidmət  yeri, 
tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü) göstərilməlidir. 
53.3. Bu Məcəllənin 53.2-ci maddəsində göstərilən bildirişlə birlikdə namizədin seçkili dövlət və ya 
bələdiyyə  orqanında  seçkili  vəzifəyə  seçiləcəyi  halda  həmin  vəzifə  ilə  uzlaşmayan  fəaliyyətə  xitam 
verəcəyinə dair yazılı öhdəliyi olan ərizədə göndərilir. Bu ərizədə onun tərcümeyi-halına aid məlumatlar 
(soyadı,  adı,  atasının  adı,  doğum  tarixi,  yaşayış  yerinin  ünvanı,  təhsili,  əsas  iş  və  ya  xidmət  yeri  (bu 
olmadıqda  —  fəaliyyət  növü))  göstərilir.  Namizədlərin  ödənilməmiş  və  ya  üzərindən  götürülməmiş 
məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və 
nömrəsi,  namizədin  xarici  ölkədə  cinayət  məsuliyyəti  yaradan  əməli  olmuşdursa  və  bu  haqda  qanuni 
qüvvəyə  minmiş  məhkəmə  hökmü  çıxarılmışdırsa  və  bu  əməl  Azərbaycan  Respublikasının  Cinayət 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə