Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə19/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   15   16   17   18   19   20   21   22   ...   73

təqdim  edilir.  Namizədin  əmlakı  barədə  məlumat  bu  Məcəlləyə  5  saylı  Əlavəyə  uyğun  formada  təqdim 
edilir.  Əmlak  və  gəlirlər  haqqında  dərc  edilməli  məlumatların  siyahısını  Mərkəzi  Seçki  Komissiyası 
müəyyənləşdirir. 
58.4.  Seçki  komissiyaları  seçki  sənədlərini  qəbul  edərkən  imza  vərəqələri  olan  hər  bir  qovluğu 
möhürü  ilə  təsdiqləyir,  təqdim  olunmuş  imza  vərəqələri  sayının  seçici  imzaları  toplanmasının  yekunu 
haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini və vaxtını qeyd edərək, 
namizədə  və  ya  siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun  səlahiyyətli  nümayəndəsinə  qəbul  edilmiş 
imza  vərəqələrinin  sayını,  oradakı  imzaların  sayını  göstərməklə,  sənədlərin  qəbulu  barədə  yazılı  arayış 
verir.  Həmin  şəxslər  tərəfindən  müvafiq  seçki  komissiyasına  müvafiq  sənədlər  bu  Məcəllənin  58.1  və 
58.2-ci  maddələrində  göstərilmiş  müddət  başa  çatanadək  təqdim  edildikdə,  onların  qəbul  edilməsindən 
imtina edilə bilməz, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin 
müvafiq binaya (otağa) daxil olmasına məhdudiyyət qoyula bilməz. 
58.5. Namizədin qeydə alınması üçün müvafiq seçki komissiyasına seçki sənədləri təqdim edilərkən, 
eyni  zamanda,  qeydiyyatı  həyata  keçirən  seçki  komissiyasının  hesabına  müvafiq  seçki  fondunun  yuxarı 
həddinin 3 faizi məbləğində könüllü qeydiyyat depozitinin köçürülməsi barədə bank sənədi təqdim edilə 
bilər.
43
 
Qeydiyyat  depozitinin  seçki  komissiyası  tərəfindən  geri  qaytarılması  halları  bu  Məcəllənin  60.5-ci 
maddəsi ilə müəyyən edilir.  
 
M a d d ə   5 9 .  İmza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar 
bloklarının  təqdim  etdikləri  sənədlərdə  olan  məlumatların  düzgünlüyünün  seçki  komissiyaları 
tərəfindən yoxlanılması 
59.1.  Müvafiq  seçki  komissiyası  bu  Məcəllə  ilə  müəyyənləşdirilmiş  sənədlərdə,  hər  bir  namizədin 
imza  vərəqələrində  olan  məlumatların  düzgünlüyünü  və  namizədlərin  irəli  sürülməsi  prosedurunun  bu 
Məcəllənin  tələblərinə  uyğunluğunu  yoxlayır.  Müvafiq  seçki  komissiyasının  namizədlərin,  siyasi 
partiyanın, siyasi partiyalar blokunun, seçicilərin bu Məcəlləyə uyğun olaraq təqdim etdikləri tərcümeyi-
hala aid məlumatların və namizəd haqqında digər məlumatların düzgünlüyünü yoxlayır.
44
 
59.2. Müvafiq seçki komissiyası bu Məcəlləyə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların 
düzgünlüyünü  yoxlamaq  məqsədi  ilə  müvafiq  orqanlara  müraciət  edə  bilər.  Həmin  orqanlar  seçki 
komissiyasının müəyyənləşdirdiyi müddətdə, lakin səsvermə gününə 40 gündən az vaxt qalmışsa, ən geci 
1 gün müddətində yoxlamanın nəticələri barədə seçki komissiyasına məlumat verməlidir. Müvafiq seçki 
komissiyası öz qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq 
üçün  ekspertlərdən  ibarət  işçi  qrupları  yarada  bilər.  Həmin  işçi  qruplarına  bu  qrupu  yaradan  seçki 
komissiyasının  üzvü  sədrlik  etməlidir.  Belə  yoxlamaya  Mərkəzi  Seçki  Komissiyasının  müəyyən  etdiyi 
məbləğdə  haqq  ödənilməklə  ekspertlər,  müvafiq  orqanların  mütəxəssisləri  sırasından  ekspertlər,  habelə 
əhalinin  qeydiyyatını  həyata  keçirən  xüsusiləşdirilmiş  orqan  və  təşkilatların  mütəxəssisləri  cəlb  edilə 
bilər.  Onların  rəyləri  imza  vərəqələrində  olan  məlumatların  düzgün  olub-olmamasını  təsdiq  edən  əsas 
kimi  qəbul  edilir.  Seçki  komissiyaları  imza  vərəqələrində  olan  məlumatların  düzgünlüyünü 
müəyyənləşdirmək  üçün  seçici  siyahılarından  və  vətəndaşların  qeydiyyat  sistemindən  istifadə  edə 
bilərlər.
45
 
59.3.  İmza  vərəqələri  yoxlanılarkən  müvafiq  seçki  komissiyasında  namizədlər,  onların  səlahiyyətli 
nümayəndələri,  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının  səlahiyyətli  nümayəndələri  iştirak  edə 
bilərlər.  Müvafiq  seçki  komissiyası  imza  vərəqələrinin  yoxlanılması  haqqında  göstərilən  şəxslərə 
qabaqcadan  məlumat  verməlidir.  Seçki  komissiyası  namizədin,  siyasi  partiyanın,  siyasi  partiyalar 
blokunun göndərdiyi şəxsin həmin tədbirlərdə iştirakına etiraz edə və ya maneçilik törədə bilməz. İmza 
vərəqələrində olan bütün imzalar yoxlanılmalıdır. 
59.4.  İmzaların  yoxlanılması  o  vaxt  dayandırılır  ki,  düzgün  imzaların  sayı  namizədin  qeydə 
alınmasına  əsas  verir  və  ya  qalan  imzaların  sayı  namizədin  qeydə  alınması  üçün  kifayət  olmur. 
Yoxlamanın nəticələrinə görə seçici imzalarının düzgünlüyü və ya qeyri-düzgünlüyü təsdiqlənməlidir. 
59.5. İmza vərəqələri müvafiq seçki komissiyasına təqdim edilənədək namizədi irəli sürənlərin imza 
vərəqələrində  pozduqları  imzalar  o  şərtlə  yoxlanılmır  və  nəzərə  alınmır  ki,  imza  toplayanlar  tərəfindən 
vərəqələrdə bu pozulmalar haqqında müvafiq qeydlər aparılsın. 
59.6.  İmza  vərəqələri  yoxlanılarkən  eyni  adamın  bir  neçə  imzası  aşkar  edilərsə,  yalnız  bir  imza 
etibarlı, digər imzalar isə qeyri-düzgün sayılır. 


59.7. Bu Məcəllənin 59.6-cı maddəsində göstərilənlə yanaşı, aşağıdakılar qeyri-düzgün imzalar hesab 
edilir:  
59.7.1.  müvafiq  icra  hakimiyyəti  orqanının  arayışı  yaxud  bu  Məcəllənin  59.2-ci  maddəsinə  uyğun 
olaraq  seçki  komissiyasının  işinə  cəlb  edilmiş  ekspertin  rəyi  əsasında  seçki  hüququ  olmayan  və 
məlumatları qeyri-düzgün göstərən seçicilərin imzaları; 
59.7.2.  namizəd  irəli  sürülməsi  haqqında  müvafiq  seçki  komissiyasına  bildiriş  göndərilənədək  imza 
vərəqələrinə daxil edilmiş seçici imzaları; 
59.7.3.  bu  Məcəllənin  57.1-ci  maddəsinin  tələblərinin  pozulması  ilə  əlaqədar  etibarsız  sayılmış 
imzalar; 
59.7.4.  müxtəlif  şəxslərin  adından  bir  şəxs  tərəfindən  və  ya  bir  şəxsin  adından  müxtəlif  şəxslər 
tərəfindən qoyulmuş imzalar; 
59.7.5. imza vərəqəsinə əl yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar. 
59.8. İmza vərəqələrində seçici imzalarının qoyulması tarixində düzəliş edildikdə, bu imzalar o şərtlə 
düzgün sayılır ki, imza vərəqəsini təsdiq edən şəxslər həmin düzəlişləri təsdiqləmiş olsunlar. 
59.9.  İmza  vərəqələri  imza  toplayan  şəxsin,  habelə  namizədin,  siyasi  partiyanın,  siyasi  partiyalar 
blokunun  səlahiyyətli  nümayəndəsinin  əl  yazısı  qaydasında  imzası  ilə  təsdiq  edilməyibsə  və  ya 
səlahiyyətli  nümayəndənin  imzası  qeyri-düzgündürsə,  imza  vərəqələrində  olan  bütün  imzalar  etibarsız 
sayılır. 
59.10.  Bu  Məcəllənin  59.7  —  59.9-cu  maddələrində  göstərilən  hallar  istisna  olmaqla,  imza 
vərəqələrində bu Məcəllənin tələblərinə uyğun gəlməyən yazı sırası aşkar edildikdə, yalnız bu sırada olan 
imza etibarsız sayılır. 
59.11.  Bu  Məcəllənin  59.6  —  59.10-cu  maddələrinə  əsasən  imzanın  etibarsızlığı 
müəyyənləşdirilməyibsə,  imzaların  düzgünlüyü  və  ya  imzaların  sayının  hesablanmasının  düzgünlüyü 
yoxlanılarkən  imza  vərəqələrində  müəyyənləşdirilmiş  qaydada  edilən  düzəliş  və  qeydlər  imzaların 
etibarsız sayılması üçün əsas götürülə bilməz. 
59.12. Bu Məcəllənin 59.6 - 59.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan 
sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır. 
59.13.  Hər  bir  namizəd  üzrə  imza  vərəqələrinin  yoxlanılması  nəticələri  haqqında  işçi  qrupunun 
rəhbəri,  müvafiq  seçki  komissiyasının  həlledici  səs  hüquqlu  üzvü  tərəfindən  protokol  tərtib  edilir, 
imzalanır  və  qərar  qəbul  olunması  üçün  seçki  komissiyasına  təqdim  edilir.  Protokolda  seçicilərin 
yoxlanılmış  imzalarının  sayı,  habelə  əsası  qeyd  olunmaqla  etibarsız  sayılmış  imzaların  sayı  göstərilir. 
Protokol  seçki  komissiyasının  müvafiq  qərarına  qoşulur.  Protokolun  surəti  namizədin  qeydə  alınması 
məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə, siyasi partiyanın, 
siyasi  partiyalar  blokunun  səlahiyyətli  nümayəndəsinə  verilir.  İmzalar  yoxlanılarkən  lazımi  sayda  seçici 
imzalarının  olmadığı  aşkar  edildikdə  namizəd,  habelə  siyasi  partiya,  siyasi  partiyaların  bloku  işçi 
qrupunun  rəhbərinin  təsdiq  etdiyi  protokolun  surəti  ilə  yanaşı,  seçici  imzalarının  etibarsız  sayılmasının 
əsasları  göstərilməklə  müvafiq  qovluğun  nömrəsi,  müvafiq  imza  vərəqəsindəki  sətrin  nömrəsi  qeyd 
olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir. 
 
M a d d ə   6 0 .  Namizədin qeydə alınması 
60.1.  Müvafiq  seçki  komissiyası  imza  vərəqələrini  və  namizədin  qeydə  alınması  üçün  lazım  olan 
digər  sənədləri  qəbul  etdikdən  sonra  7  gün  müddətində  namizədin  qeydə  alınıb-alınmaması  barədə 
əsaslandırılmış qərar qəbul etməlidir. Siyasi partiyanın, siyasi partiyalar blokunun irəli sürdüyü namizəd 
qeydə  alındıqda  müvafiq  seçki  komissiyası  qeydiyyat  barəsində  qərarında  namizədin  müvafiq  siyasi 
partiya,  siyasi  partiyaların  bloku  tərəfindən  irəli  sürüldüyünü  göstərir.  Qeydiyyat  barədə  və  ya 
qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir.
46
 
60.2.  Namizədin  qeydə  alınması  barədə  qərarın  surəti  müvafiq  seçki  komissiyası  tərəfindən  həmin 
qərarın  qəbul  edildiyi  gündən  etibarən  bir  gün  müddətində  namizədə,  namizəd  irəli  sürmüş  siyasi 
partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina 
olunubsa, həm də bunun əsasları göstərilməlidir. İmtina üçün aşağıdakılar əsas ola bilər: 
60.2.1. imzaların toplanması zamanı bu Məcəllənin 57.1-ci maddəsinin tələblərinin pozulması;
47
 
60.2.2. bu Məcəllənin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi 
və ya olmaması; 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə