verməkdən imtina edə bilməz. Seçki komissiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi
partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün
bərabər şərait yaradırlar.
86.4. Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə
təşviqat qrupları seçicilərlə görüşlər, yığıncaqlar, digər seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün,
mülkiyyət formasından asılı olmayaraq, vətəndaşlara və təşkilatlara məxsus bina və otaqları müqavilə
əsasında icarəyə götürmək hüququna malikdirlər.
86.5. Dövlətin müvafiq reyestrlərinə daxil edilmiş, mədəniyyət obyektləri sayılan bina və avadanlıq
təşviqat məqsədləri üçün istifadə edilə bilməz.
86.6. Hərbi hissələrin, hərbi təşkilatların və idarələrin ərazisində seçkiqabağı təşviqat aparılması
qadağandır. Qeydə alınmış namizədlər, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat
qrupu, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri hərbi hissələrin yerləşdiyi ərazinin
hüdudlarında hərbi qulluqda sayılan seçicilərlə görüşlərini hərbi hissə komandirinin dairə seçki
komissiyası ilə birlikdə belə görüşün keçirilməsini təyin etdikləri günə azı 3 gün qalmış müvafiq seçki
dairəsi üzrə qeydə alınmış bütün namizədlərin, namizədləri qeydə alınmış bütün siyasi partiyaların, siyasi
partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının mütləq dəvət edilməsi və ya onlara xəbər
verilməsi şərti ilə təşkil edə bilərlər. Bu görüşlərin keçirilməsində yuxarıda göstərilən şəxslərə, siyasi
partiyalara və siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına bərabər şərait və həmin
görüşlərin müşahidə edilməsi üçün müşahidəçilərə imkan yaradılmalıdır.
86.7. Seçkiqabağı kütləvi tədbirlərin keçirilməsində təhlükəsizliyi və ictimai asayişi qanunvericiliyə
uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları təmin edirlər.
M a d d ə 8 7 . Çap, audiovizual və digər seçkiqabağı təşviqat materiallarının buraxılışı və
yayılması şərtləri
87.1. Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları,
referendum üzrə təşviqat qrupları qanunla müəyyənləşdirilmiş qaydada çap, audiovizual və digər
seçkiqabağı təşviqat materiallarını buraxmaq hüququna malikdirlər.
87.2. Seçkilərin (referendumun) təyin edilməsi haqqında qərarın dərc edildiyi günədək təsisçiləri
(həmtəsisçiləri) dövlət orqanları və ya bələdiyyə qurumları, təşkilatları və idarələri olan, reklam
xidmətləri göstərən təşkilatlar dövlət hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının ayırdıqları vəsait
hesabına müvafiq seçki dairələri üzrə qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların
bloklarına, referendum üzrə təşviqat qruplarına seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün
bərabər şərait yaratmalıdırlar.
87.3. Seçkiqabağı çap və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və
hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumat
olmalıdır.
87.4. Çap olunan seçkiqabağı təşviqat materialları haqqında tam məlumatları və ya onların surətlərini
qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu seçki
komissiyasına təqdim etməlidir. Göstərilən materiallarla birlikdə müvafiq seçki komissiyasına bu
materialları sifariş edən və hazırlayan təşkilatların ünvanları barədə məlumat da təqdim edilməlidir.
87.5. Seçkiqabağı təşviqat materiallarının bu Məcəllənin 87.3-87.4-cü maddələrinin tələblərini
pozmaqla yayılması qadağandır.
87.6. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumları dairə seçki komissiyasının təklifi ilə
səsvermə gününə azı 30 gün qalmış hər bir seçki məntəqəsinin ərazisində seçkiqabağı təşviqat
materiallarının lövhələrdə yerləşdirilməsi üçün yer müəyyənləşdirməlidir. Belə yerlər seçicilərin gəlməsi
üçün əlverişli olmalı və elə müəyyənləşdirilməlidir ki, orada yerləşdirilən məlumatları oxumaq mümkün
olsun. Qeydə alınmış namizədlər, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat
qrupunun səlahiyyətli nümayəndələri seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün ayrılmış
yerlərin siyahısını dairə seçki komissiyasından ala bilərlər.
87.7. Seçkiqabağı təşviqat materiallarının otaqlardan başqa binalarda və digər obyektlərdə
Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə zidd yerləşdirilməsi qadağandır.
68
87.8. Seçkiqabağı təşviqat materialları dövlətin müvafiq reyestrinə daxil edilmiş tarix və ya
mədəniyyət abidələri sayılan binalarda, qurğularda və otaqlarda, habelə seçki komissiyalarının
otaqlarında, o cümlədən bu Məcəllənin 98.3-cü maddəsində nəzərdə tutulmuş məlumat lövhələrində
səsvermə üçün ayrılmış otaqlarda və ya onların girişlərində yerləşdirilə bilməz.
87.9. Saxta seçkiqabağı çap, audiovizual və digər təşviqat materiallarının və ya bu Məcəllənin 87.3-
cü, 87.4-cü, 87.7-ci, 87.8-ci maddələrinin tələblərinin pozulması ilə seçkiqabağı təşviqat materiallarının
yayılması barədə məlumat alan seçki komissiyası müvafiq tədbirlər görməli, hüquq mühafizə orqanlarına
və digər orqanlara qanunazidd təşviqatın dayandırılması və qanunsuz yayılan seçkiqabağı təşviqat
materiallarının götürülməsi barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və ya
Cinayət Məcəlləsinə uyğun olaraq məhkəməyə müraciət etməlidir.
M a d d ə 8 8 . Seçkiqabağı təşviqat aparılarkən sui-istifadə hallarına yol verilməməsi
88.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Mülki
Məcəlləsinə uyğun olaraq, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının,
referendum üzrə təşviqat qruplarının seçkiqabağı proqramında (referendumqabağı çağırışlarında),
yığıncaqlarda, kütləvi informasiya vasitələrində yayılan təşviqat materiallarında və çıxışlarda
hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi
bütövlüyünün pozulmasına çağırışlar, vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr
olmamalıdır. Bu qadağa Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun tətbiq
edilməlidir.
69
88.2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, seçkiqabağı təşviqat
aparılarkən kütləvi informasiya vasitələrindən sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan
təşviqat formasında sui-istifadə qadağandır.
88.3. Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsinə və Azərbaycan Respublikası
Mülki Məcəlləsinə uyğun olaraq, əqli mülkiyyət haqqında qanunvericiliyi pozan təşviqat qadağandır.
88.4. Seçkiqabağı təşviqatda bilavasitə yaxud dolayısı ilə iştirak edən namizədlərin, qeydə alınmış
namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun, onların
səlahiyyətli nümayəndələrinin, habelə digər şəxslərin və təşkilatların seçiciləri aşağıdakı üsullarla ələ
alması qadağandır:
88.4.1. təşkilati işlərin yerinə yetirilməsi məqsədi istisna olmaqla, seçicilərə pul vəsaiti, hədiyyələr və
digər qiymətli materiallar vermək (döş nişanları, yapışqanlı nişanlar, plakatlar və nominal dəyərə malik
olan digər təşviqat materialları istisna edilməklə);
88.4.2. göstərilən təşkilati işi yerinə yetirən seçiciləri səsvermənin nəticəsindən asılı olaraq
mükafatlandırmaq və ya belə mükafatlandırmanı vəd etmək;
88.4.3. malların güzəştli satışını keçirmək, hər hansı malı (çap materialları istisna olmaqla) pulsuz
vermək;
88.4.4. əvəzsiz və ya güzəştli şərtlərlə xidmətlər göstərmək;
88.4.5. seçkiqabağı təşviqat zamanı seçicilərə qiymətli kağızlar, habelə maddi sərvətlər, pul vəsaiti
veriləcəyini vəd etmək yolu ilə, habelə qanunvericiliyə zidd olan digər əsaslarla xidmətlər göstərilməsi ilə
təsir etmək.
88.5. Seçki (referendum) kampaniyasının gedişində qeydə alınmış namizədlərin, siyasi partiyaların,
siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, səlahiyyətli nümayəndələri, habelə təsisçiləri,
mülkiyyətçiləri, sahibləri və rəhbər orqanlarının üzvləri, referendum üzrə təşviqat qrupları yaradılmasının
təşəbbüsçüləri və ya həmin qrupların səlahiyyətli nümayəndələri göstərilən şəxslər və təşkilatlar olan
hüquqi şəxslərin kommersiya və digər fəaliyyətinin reklamı (o şərtlə ki, həmin reklam namizədlə və ya
siyasi partiya ilə əlaqələri aydın şəkildə ortaya çıxarır) bu Məcəllənin 81-ci və 84-cü maddələri ilə
nəzərdə tutulmuş əsaslarla yalnız müvafiq seçki (referendum) fondu hesabına həyata keçirilə bilər.
Səsvermənin başlanmasına 24 saat qalmış belə reklam dayandırılmalıdır.
88.6. Bu Məcəllənin 77.1 və 77.4-cü maddələrində göstərilmiş teleradio verilişləri təşkilatlarının
teleradio proqramları və dövri nəşrlərin redaksiyaları seçki (referendum) kampaniyasında iştirak edərək
qeydə alınmış namizədə seçkiqabağı təşviqat başa çatanadək ləyaqətini və şərəfini müdafiə etmək və ya
qeyri-obyektiv məlumatları seçki kampaniyası zamanı təkzib etmək imkanını təmin etmirsə, namizədin
ləyaqətinə, şərəfinə zərər vuran saxta məlumatların yayılmasına imkan verməməlidirlər. Qeydə alınmış
namizədə seçkiqabağı təşviqatın müddəti başa çatana kimi ləyaqətini, şərəfini bu Məcəllənin 77.1 və
77.4-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatlarının teleradio proqramlarında və dövri
Dostları ilə paylaş: |