Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə8/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   ...   4   5   6   7   8   9   10   11   ...   73

26.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda referendum üzrə təşviqat qruplarını qeydə alır; 
26.1.3. qeydiyyatdan keçmiş referendum üzrə təşviqat qruplarının ümumi siyahılarını dərc edir; 
26.1.4.  referendumqabağı  təşviqat  üçün  referendum  üzrə  təşviqat  qrupları  arasında  efir  vaxtı 
bölgüsünün eyni qaydada həyata keçirilməsini təmin edir
26.1.5. referendum üzrə təşviqat qruplarının referendum fondlarına daxil olmuş vəsaitlərdən istifadə 
olunmasına nəzarəti təmin edir; 
26.1.6. referendumun yekunlarını müəyyənləşdirir və mətbuatda dərc edir; 
26.1.7. bu Məcəlləyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir. 
26.2.  Mərkəzi  Seçki  Komissiyası  Milli  Məclisə  seçkilərin  hazırlanması  və  keçirilməsi  zamanı 
aşağıdakı vəzifələri həyata keçirir: 
26.2.1. Milli Məclisə seçkilərin bu Məcəlləyə uyğun keçirilməsinə nəzarət edir; 
26.2.2.  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  seçkiqabağı  fəaliyyət  şərtlərinə  bütün  namizədlər,  qeydə 
alınmış  namizədlər,  siyasi  partiyalar  və  siyasi  partiyaların  blokları  tərəfindən  riayət  olunmasını  təmin 
edir; 
26.2.3.  seçkiqabağı  təşviqat  üçün  siyasi  partiyalar  və  siyasi  partiyaların  blokları,  qeydə  alınmış 
namizədlər arasında efir vaxtı bölgüsünün eyni qaydada həyata keçirilməsini təmin edir; 
26.2.4.  deputatlığa  namizədlərin  (siyasi  partiyaların)  seçki  fondlarına  daxil  olmuş  vəsaitdən  istifadə 
olunmasına nəzarəti təmin edir; 
26.2.5. dairələr üzrə qeydə alınmış namizədlərin siyahısını dərc edir; 
26.2.6.  seçki  dairələri  üzrə  qeydə  alınmış  namizədlər  arasından  seçilmiş  deputatları  müəyyən  edir, 
onlara müvafiq vəsiqə verir; 
26.2.7.  Azərbaycan  Respublikası  üzrə  Milli  Məclisə  seçkilərin  nəticələrini,  məntəqə  seçki 
komissiyalarının protokollarındakı məlumatlar da daxil olmaqla, rəsmi dərc edir
26.2.8.  seçilmiş  deputatların  siyahısını  tərtib  edir,  bu  siyahıları  və  lazımi  sənədləri  Milli  Məclisə 
təqdim edir; 
26.2.9. təkrar seçkilər və sıradan çıxmış deputatların yerinə seçkilər keçirilməsini təşkil edir; 
26.2.10. bu Məcəllədə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir. 
26.3. Mərkəzi Seçki Komissiyası Prezident seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı 
vəzifələri həyata keçirir: 
26.3.1. Prezident seçkilərinin bu Məcəlləyə uyğun keçirilməsinə nəzarət edir; 
26.3.2. prezidentliyə namizədləri, onların vəkil edilmiş şəxslərini, səlahiyyətli nümayəndələrini qeydə 
alır; 
26.3.3.  prezidentliyə  namizədlərə  və  onların  vəkil  edilmiş  şəxslərinə  müəyyən  olunmuş  nümunədə 
müvafiq vəsiqə verir; 
26.3.4. qeydə alınmış namizədlərin ümumi siyahısını dərc edir; 
26.3.5. prezidentliyə namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şəraiti təmin edir; 
26.3.6.  bütün  namizədlər,  qeydə  alınmış  namizədlər,  siyasi  partiyalar,  siyasi  partiyaların  blokları 
tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə riayət olunmasını təmin edir; 
26.3.7.  qeydə  alınmış  namizədlər  arasında  efir  vaxtı  bölgüsünün  eyni  qaydada  həyata  keçirilməsini 
təmin edir; 
26.3.8.  prezidentliyə  namizədlərin  seçki  fondlarına  daxil  olmuş  vəsaitlərdən  istifadə  olunmasına 
nəzarəti təmin edir; 
26.3.9. prezident seçkilərinin nəticələrini müəyyən edir; 
26.3.10. prezident seçilmiş namizədə vəsiqə verir; 
26.3.11. prezident seçkilərinin nəticələrini rəsmi dərc edir; 
26.3.12. prezident seçkiləri üzrə təkrar səsvermə keçirilməsini təşkil edir; 
26.3.13. təkrar prezident seçkiləri keçirilməsini təşkil edir; 
26.3.14. bu Məcəllə ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir. 


26.4. Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı 
vəzifələri həyata keçirir: 
26.4.1. bələdiyyə seçkilərinin bu Məcəlləyə uyğun keçirilməsinə nəzarət edir; 
26.4.2. dairələr üzrə qeydə alınmış namizədlərin siyahısını dərc edir; 
26.4.3. dairə seçki komissiyasının təqdimatı əsasında təkrar və əlavə seçkilərin keçirilməsi haqqında 
qərar qəbul edir; 
26.4.4. seçkilərin nəticələrini rəsmi dərc edir; 
26.4.5. bu Məcəllə ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir. 
 
M a d d ə   2 7 .  Mərkəzi Seçki Komissiyası üzvünün fəaliyyətinin təminatları 
27.1.  Mərkəzi  Seçki  Komissiyasının  sədri,  sədrinin  müavini,  katibi  və  üzvü  komissiyada  öz 
səlahiyyətləri  dövründə  dövlət  büdcəsi  hesabına  əməkhaqqı  alır.  Mərkəzi  Seçki  Komissiyasının  sədri, 
sədrinin  müavini,  katibi  və  üzvü  olmuş  şəxs  təqaüdə  çıxdıqda  fəaliyyətdə  olan  Mərkəzi  Seçki 
Komissiyası sədri, sədrinin müavini, katibi və üzvünün əmək haqqının 80 faizi məbləğində pensiya alır. 
19
 
27.2.  Mərkəzi  Seçki  Komissiyasının  üzvü  Azərbaycan  Respublikası  Baş  prokurorunun  razılığı 
olmadan  cinayət  məsuliyyətinə  cəlb  edilə  bilməz,  saxlanıla  bilməz,  tutula  bilməz  və  ya  məhkəmə 
qaydasında  müəyyənləşdirilən  inzibati  tənbeh  tədbirlərinə  məruz  qala  bilməz.  Mərkəzi  Seçki 
Komissiyasının  üzvü  cinayət  başında  yaxalanarsa,  tutula  bilər.  Belə  olduqda,  Mərkəzi  Seçki 
Komissiyasının üzvünü tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər 
verməlidir. 
27.3. Mərkəzi Seçki Komissiyası üzvünün seçkilər (referendum) dövründə ölkə ərazisində gediş-gəliş 
üçün şəhərlərarası nəqliyyatdan və hər cür ictimai nəqliyyatdan (taksi və sifarişli reyslər istisna olmaqla) 
istifadə xərcləri müvafiq gediş-gəliş sənədləri təqdim olunduqda Mərkəzi Seçki Komissiyasının ayırdığı 
vəsait hesabına ödənilir. 
 
M a d d ə   2 8 .   Mərkəzi Seçki Komissiyasının işinin təşkili 
28.1.  Mərkəzi  Seçki  Komissiyası  öz  iclaslarının  keçirilməsi  qaydasını  müəyyən  etmək  məqsədi  ilə 
reqlament qəbul edir. 
28.2. Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının 
iclasında komissiya üzvlərinin 12-si iştirak edərsə — azı 8 üzvün; 13-ü iştirak edərsə — azı 9 üzvün; 14-ü 
və  ya  15-i  iştirak  edərsə  —  azı  10  üzvün;  16-sı  iştirak  edərsə  —  azı  11  üzvün;  17-si  və  ya  18-i  iştirak 
edərsə — azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir. 
28.3. Bu Məcəllənin tətbiqi qaydaları ilə əlaqədar qəbul edilən təlimatlar və ya metodiki göstərişlər 
Mərkəzi  Seçki  Komissiyasının  qərarı  ilə  təsdiq  edilməzdən  əvvəl  hüquqi  ekspertizadan  keçirilməlidir. 
Hüquqi ekspertizanın rəyi səsverməyə azı 3 gün qalmış layihə ilə birlikdə Mərkəzi Seçki Komissiyasının 
üzvlərinə təqdim edilir. 
28.4. Mərkəzi Seçki Komissiyasının qərarları ən geci 24 saat ərzində rəsmi dərc edilməlidir və onlar 
dərc edildiyi gündən qüvvəyə minir. 
28.5.  Mərkəzi  Seçki  Komissiyası  öz  katibliyini  yaradır.  Katibliyin  fəaliyyəti  Mərkəzi  Seçki 
Komissiyası  tərəfindən  təsdiq  edilmiş  Əsasnamə  ilə  tənzimlənir.  Mərkəzi  Seçki  Komissiyası  katibliyin 
strukturunu  və  ştat  vahidlərini  dövlət  büdcəsindən  ona  ayrılmış  vəsait  hüdudlarında  müəyyən  edir. 
Mərkəzi Seçki Komissiyasının Əsasnaməsi, onun katibliyinin strukturu və ştat cədvəli təsdiq edildikdən 
sonra dərc edilməlidir. 
28.6. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanı və internet saytı 
vardır. 
20
 
28.7. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının öz blankları, emblemi, döş nişanları və 
möhürü vardır. 
Beşinci fəsil 
SEÇKİ (REFERENDUM) DAİRƏLƏRİ VƏ DAİRƏ SEÇKİ KOMİSSİYALARI 
 
M a d d ə   2 9 .   Seçki (referendum) dairələri 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə