Microsoft Word secki mecellesi doc


Əcnəbilərin,  vətəndaşlığı  olmayan  şəxslərin,  xarici  hüquqi  şəxslərin  seçkilərdə



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə4/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   2   3   4   5   6   7   8   9   ...   73

 
M a d d ə   1 5 .   Əcnəbilərin,  vətəndaşlığı  olmayan  şəxslərin,  xarici  hüquqi  şəxslərin  seçkilərdə 
(referendumda) iştirakına yol verilməməsi 
15.1. Bu Məcəllənin 12.2-ci maddəsində göstərilən istisnalar nəzərə alınmaqla, vətəndaşlığı olmayan 
şəxslər Azərbaycan Respublikasında aktiv və passiv seçki hüququna malik deyildirlər. 
15.2. Bu Məcəllənin 12.3-cü maddəsində göstərilən istisnalar nəzərə alınmaqla, əcnəbilər Azərbaycan 
Respublikasında aktiv və passiv seçki hüququna malik deyildir. 
15.3.  Əcnəbilər,  vətəndaşlığı  olmayan  şəxslər,  xarici  hüquqi  şəxslər,  onların  filial  və 
nümayəndəlikləri  (bundan  sonra  —  xarici  hüquqi  şəxslər)  seçkilər  zamanı  namizədlərin  irəli 
sürülməsində,  qeydə  alınmasında,  qeydə  alınmış  namizədlərin  seçki  kampaniyalarında  iştirak  edə 
bilməzlər.  Bu,  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  fikir  azadlıqlarını  və  sərbəst  toplaşmaq 
azadlığını məhdudlaşdırmır. 
15.4.  Əcnəbilərin,  vətəndaşlığı  olmayan  şəxslərin,  xarici  hüquqi  şəxslərin,  onların  filial  və 
nümayəndəliklərinin referendum zamanı referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat 
aparmaq,  referendum  üzrə  təşviqat  qruplarına  üzv  olmaq,  o  cümlədən  onların  yaradılmasının 
təşəbbüsçüsü olmaq və ya onların fəaliyyətində bu və ya digər formada iştirak etmək hüququ yoxdur. Bu, 
əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  fikir  azadlığını  və  sərbəst  toplaşmaq  azadlığını 
məhdudlaşdırmır. 
15.5.  Bu  tələblərə  riayət  etməyən  əcnəbilər,  vətəndaşlığı  olmayan  şəxslər,  xarici  hüquqi  şəxslər 
qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb edilirlər. 
 
M a d d ə   1 6 .  Vətəndaşların səsvermədə iştirak etmədikləri hallar 
16.1.  Səsvermə  günü  təyyarələrdə  və  hava  limanlarında,  qatarlarda  və  dəmiryolu  vağzallarında, 
ekspedisiyalarda olan vətəndaşlar həmin vaxt səsvermədə iştirak etmirlər. 
16.2. Səsvermə günü üzən gəmilərdə bu Məcəllənin 35.4-cü maddəsinə uyğun olaraq məntəqə seçki 
komissiyası yaradılmayıbsa, həmin gəmidə olan vətəndaşlar səsvermədə iştirak etmirlər. 
16.3.  Xəzər  dənizinin  Azərbaycan  Respublikasına  məxsus  sektorunda  yerləşən  neft  və  qaz  hasilatı 
platformalarında  (bundan  sonra  —  neft  platformalarında)  səsvermə  günü  bu  Məcəllənin  35.4-cü 
maddəsinə uyğun olaraq məntəqə seçki komissiyası yaradılmayıbsa, həmin platformada olan vətəndaşlar 
səsvermədə iştirak etmirlər. 
16.4.  Səsvermə  günü  xarici  dövlətdə  Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliyi  və  ya 
konsul  idarəsi  mövcud  deyilsə  və  ya  Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliyində  və  ya 
konsul idarəsində bu Məcəllənin 35.6-cı maddəsinə uyğun olaraq seçki məntəqəsi yaradılmayıbsa, həmin 
xarici dövlətdə olan Azərbaycan Respublikasının vətəndaşları səsvermədə iştirak etmirlər. 
16.5.  Səsvermə  günü  xarici  dövlətlərdə  olan  Azərbaycan  Respublikasının  vətəndaşları  üçün  Milli 
Məclisin deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri üzrə səsvermə keçirilmir. 
16.6.  Səsvermə  günü  üzən  gəmilərdə,  xəstəxanalarda,  sanatoriyalarda,  istirahət  evlərində,  Xəzər 
dənizinin  Azərbaycan  Respublikasına  məxsus  sektorunda  yerləşən  neft  platformalarında  Milli  Məclisin 
deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri üzrə səsvermə keçirilmir. 
 
II bölmə
 
ÜMUMİ MÜDDƏALAR 
Üçüncü fəsil 
SEÇKİ VƏ REFERENDUM ORQANLARI 
 
M a d d ə   1 7 .  Seçki (referendum) orqanlarının fəaliyyət prinsipləri 
17.1.  Azərbaycan  Respublikasında  seçkilər  və  referendumlar  seçki  (referendum)  komissiyaları 
tərəfindən təşkil edilir və keçirilir. 
17.2.  Bu  Məcəllə  ilə  müəyyənləşdirilmiş  səlahiyyətləri  daxilində  seçki  (referendum)  orqanları  — 
seçki  (referendum)  komissiyaları  seçkilərin  (referendumun)  hazırlanmasını,  keçirilməsini,  səsvermənin 
nəticələrinin  və  seçkilərin  (referendumun)  yekunlarının  müəyyən  edilməsini,  vətəndaşların  seçki 


hüquqlarının həyata keçirilməsini və müdafiəsini təmin edir, həmin hüquqlara riayət olunmasına nəzarət 
edirlər. 
17.3.  Bu  Məcəllə  ilə  müəyyənləşdirilmiş  səlahiyyətləri  daxilində  seçki  (referendum)  komissiyaları 
seçkilərin (referendumun) hazırlanmasında və keçirilməsində dövlət hakimiyyəti orqanlarından, bələdiyyə 
qurumlarından, siyasi partiyalardan, qeyri-hökumət təşkilatlarından və başqa ictimai təşkilatlardan, digər 
hüquqi və fiziki şəxslərdən asılı deyildirlər; onların və ya onların vəzifəli şəxslərinin seçki (referendum) 
komissiyalarının fəaliyyətinə müdaxilə etməsinə yol verilmir. Seçki (referendum) komissiyalarının işinə 
müdaxilə edən və ya təsir göstərən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati 
Xətalar Məcəlləsinə uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilirlər. 
17.4. Bu Məcəllə ilə müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki (referendum) komissiyalarının 
qəbul  etdiyi  qərarlar  və  aktlar  müvafiq  ərazidə  fəaliyyət  göstərən  dövlət  orqanları,  bələdiyyə  qurumları, 
namizədlər,  qeydə  alınmış  namizədlər,  siyasi  partiyalar,  qeyri-hökumət  təşkilatları,  digər  ictimai 
təşkilatlar, referendum üzrə təşviqat qrupları, vəzifəli şəxslər və seçicilər üçün məcburidir. Yuxarı seçki 
komissiyalarının qərarları aşağı seçki komissiyaları üçün məcburidir. 
17.5.  Bu  Məcəllə  ilə  müəyyənləşdirilmiş  səlahiyyətləri  daxilində  seçki  (referendum)  komissiyaları 
seçicilərə seçkilərin (referendumun) hazırlanmasının və keçirilməsinin gedişi, onların nəticələri haqqında 
məlumat  verilməsi,  seçkilərin  (referendumun)  hazırlanmasında  və  keçirilməsində  istifadə  edilən 
məlumatların  əldə  edilməsi,  toplanması,  tamamlanması,  yenidən  işlənməsi,  ötürülməsi  və  mühafizə 
edilməsi,  habelə  seçki  (referendum)  komissiyalarının  fəaliyyətinin  informasiya  təminatı  məqsədi  ilə 
(seçicilər  haqqında  məlumatların  qorunması  və  yayılmaması  şərti  ilə)  dövlət  avtomatlaşdırılmış 
informasiya sistemindən istifadə etmək hüququna malikdirlər. 
17.6.  Seçkilərin  (referendumun)  təşkili  və  keçirilməsi  zamanı  seçki  (referendum)  komissiyaları  və 
onların üzvləri, digər vəzifəli şəxslər öz fəaliyyətlərində aşağıdakı tələblərə əməl etməlidirlər: 
17.6.1.  seçkilərin  (referendumun)  təşkili  və  keçirilməsində  qanuna  əsaslanmalıdırlar,  qanunlar  tam, 
bərabər və qərəzsiz tətbiq olunmalıdır; 
17.6.2.  qanun  çərçivəsində  hər  bir  siyasi  partiyaya,  referendum  üzrə  təşviqat  qrupuna,  namizədə, 
seçiciyə  və  seçki  (referendum)  kampaniyasının  digər  iştirakçılarına  ədalətli  və  bərabər  münasibət 
bəsləməlidirlər; 
17.6.3.  namizədə,  siyasi  partiyalara,  referendum  üzrə  təşviqat  qruplarına,  seçiciyə  münasibətdə 
neytral və qərəzsiz olmalıdırlar; 
17.6.4. hər hansı bir namizədin, siyasi partiyanın, referendum üzrə təşviqat qrupunun dəstəklənməsinə 
yönəldilən və ya dəstəklənməsi kimi başa düşülə bilən hərəkətlərə yol verməməlidirlər; 
17.6.5. seçkilərin (referendumun) təşkilatçısı kimi, xidməti və şəxsi mənafelər arasında ziddiyyətlərə 
yol verməməlidirlər; 
17.6.6.  seçki  (referendum)  kampaniyasında  iştirak  edənlərdən  heç  bir  hədiyyə  və  digər  bəxşişlər 
almamalıdırlar; 
17.6.7. qanunsuz, onların vəzifələri ilə ziddiyyət təşkil edən göstərişləri icra etməməlidirlər; 
17.6.8. onların vəzifələri ilə ziddiyyət təşkil edən heç bir hərəkətdə (aksiyada) iştirak etməməlidirlər; 
17.6.9.  hər  hansı  bir  namizədə,  siyasi  partiyaya,  referendum  üzrə  təşviqat  qrupuna  qarşı  qərəzli 
mövqeyin  yaranmasına  gətirib  çıxara  bilən  fəaliyyətdə  (özəl  fəaliyyət  də  daxil  olmaqla)  iştirak 
etməməlidirlər; 
17.6.10.  seçkilərlə  (referendumla)  əlaqəsi  olan  heç  bir  siyasi  mübahisə  zamanı  mövqe 
bildirməməlidirlər; 
17.6.11.  siyasi  mahiyyət  daşıyan  seçki  məsələləri  ilə  əlaqədar  heç  bir  seçici  ilə  münasibətdə 
olmamalıdırlar; 
17.6.12.  heç  bir  siyasi  partiyanın  rəmzlərini  gəzdirməməlidirlər,  yaymamalıdırlar,  heç  bir  siyasi 
partiyaya hansısa başqa yolla münasibət bildirməməlidirlər; 
17.6.13. seçki komissiyalarının iclasları istisna olmaqla, qəbul olunan qərarları öz mülahizələri üzrə 
şərh etməməlidirlər; 
17.6.14.  hər  bir  qərarın  qəbul  edilməsinə  təsir  göstərə  bilən  məlumatın  əldə  edilməsini  mümkün 
etməlidirlər; 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə