Microsoft Word secki mecellesi doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə7/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   2   3   4   5   6   7   8   9   10   ...   73

23.1. Seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. 
23.2. Aşağı seçki komissiyası tərəfindən vətəndaşların seçki və referendumda iştirak etmək hüquqları 
pozulduqda  və  belə  bir  hal  nəticəsində  Mərkəzi  Seçki  Komissiyası  (və  ya  məhkəmə)  müvafiq  ərazidə 
səsvermənin  nəticələrini  etibarsız  hesab  etdikdə,  Mərkəzi  Seçki  Komissiyası  həmin  aşağı  seçki 
komissiyasını buraxa bilər. Aşağı seçki komissiyasının buraxılmasına dair Mərkəzi Seçki Komissiyasının 
qərarından  apellyasiya  instansiyası  məhkəməsinə  şikayət  edilə  bilər.  Bu  şikayət  dərhal  baxılmaq  üçün 
qəbul edilir və müvafiq qərar 3 gündən gec olmayaraq çıxarılır. apellyasiya instansiyası məhkəməsinin bu 
barədə  qərarının  qanuni  qüvvəyə  mindiyi  gündən  ən  geci  bir  həftə  müddətində  müvafiq  aşağı  seçki 
komissiyası bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada təşkil olunmalıdır.
16
 
23.3.  Bu  Məcəllə  ilə  nəzərdə  tutulan  hallarda  seçki  komissiyası  buraxılıb  yenidən  təşkil  edilərsə, 
yenidən  təşkil  edilmiş  seçki  komissiyasının  səlahiyyət  müddəti  buraxılmış  seçki  komissiyasının 
səlahiyyət müddəti ilə məhdudlaşır. 
 
Dördüncü fəsil 
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI 
 
M a d d ə   2 4 .  Mərkəzi Seçki Komissiyasının yaradılması qaydası  
24.1. Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarətdir.  
24.2. Mərkəzi Seçki Komissiyasının üzvləri Milli Məclis tərəfindən seçilir.  
24.3. Mərkəzi Seçki Komissiyasının 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların 
namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) 
və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və 
onların  namizədliklərini  təqdim  edən  siyasi  partiyaları  təmsil  edir.  Müstəqil  deputatları  Mərkəzi  Seçki 
Komissiyasında  namizədlikləri  onlar  tərəfindən  irəli  sürülmüş  müstəqil,  dövlət  qulluğunda  olmayan,  bir 
qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli 
Məclisdə  çoxluq  təşkil  edən  siyasi  partiyanın  nümayəndələri  ilə,  digər  namizəd  isə  deputatları  Milli 
Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə. 
24.4. Mərkəzi Seçki Komissiyasının üzvləri ali təhsilli olmalıdırlar. 
 
M a d d ə   2 5 .  Mərkəzi Seçki Komissiyasının vəzifələri 
25.1.  Mərkəzi  Seçki  Komissiyası  Prezident  seçkilərini  və  Milli  Məclis  deputatlarının  seçkilərini, 
həmçinin referendumların, bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir. Müharibə 
şəraitində hərbi əməliyyatların aparılması ilə əlaqədar seçkilərin keçirilməsi mümkün olmadıqda Mərkəzi 
Seçki  Komissiyası  Azərbaycan  Respublikası  Konstitusiyasının  84-cü  maddəsinin  I  hissəsinə  və  101-ci 
maddəsinin  V  hissəsinə  uyğun  olaraq  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə  müraciət 
edir.
 
17
 
25.2. Mərkəzi Seçki Komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir:  
25.2.1. seçkilərin (referendumun) hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına 
riayət olunmasına nəzarət edir, seçkilərin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar tədbirlər həyata 
keçirir, bu Məcəllənin müvafiq müddəalarının eyni cür və dürüst tətbiqini təmin edir
25.2.2.  bu  Məcəllənin  qaydalarının  pozulması  ilə  əlaqədar  şikayətlərə  öz  səlahiyyətləri  daxilində 
baxıb əsaslandırılmış qərar qəbul edir; 
25.2.3. özünün təşkiledilmə prinsipinə uyğun olaraq dairə seçki komissiyalarını yaradır; 
25.2.4. dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinə rəhbərlik edir; 
25.2.5.  seçki  komissiyalarının  işi  üçün  zəruri  olan  texnoloji  avadanlığın  normativlərini  işləyib 
hazırlayır, həmin normativləri təsdiq edir və onlara riayət olunmasına nəzarət edir; 
25.2.6.  seçki  (referendum)  bülletenlərinin  (bundan  sonra  —  seçki  bülleteni),  seçki  bülleteninin 
qoyulması üçün zərflərin, protokolların, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin və digər seçki 
(referendum) sənədlərinin (bundan sonra — seçki sənədlərinin) dairə seçki komissiyalarına çatdırılmasını 
təmin edir; 


25.2.7.  seçkilərin  (referendumların)  hazırlanması  və  keçirilməsi,  seçki  (referendum)  sisteminin 
inkişafı,  seçicilərin  hüquqi  biliklərinin  artırılması,  seçki  komissiyaları  üzvlərinin  təlimatlandırılması  ilə 
əlaqədar treyninqlər keçirir və axırıncıların peşə hazırlığı ilə əlaqədar proqramların həyata keçirilməsini 
təmin edir; 
25.2.8.  seçki  dairəsinin  ərazisində  namizədlərin,  qeydə  alınmış  namizədlərin,  siyasi  partiyaların, 
siyasi  partiyalar  bloklarının  seçkiqabağı  fəaliyyətinə,  referendum  üzrə  təşviqat  qruplarının 
referendumqabağı  fəaliyyəti  üçün  şərait  yaradır;  qeydə  alınmış  namizədlər,  siyasi  partiyalar  və  siyasi 
partiyaların  blokları,  referendum  üzrə  təşviqat  qrupları  arasında  efir  vaxtının  bölüşdürülməsinin  vahid 
qaydalarını  təsdiq  edir,  səsvermənin  və  referendumun  nəticələrinin  dərc  olunma  qaydalarını  müəyyən 
edir; 
25.2.9.  dövlət  büdcəsindən  seçkilərin  (referendumların)  hazırlanmasına  və  keçirilməsinə  ayrılan 
vəsaiti bölüşdürür, onun məqsədli istifadəsinə nəzarət edir; 
25.2.10. seçki komissiyalarına hüquqi, metodiki və texniki-təşkilati yardım göstərir; 
25.2.11.  seçki  bülletenlərinin,  seçki  bülletenlərinin  qoyulması  üçün  zərflərin,  seçici  siyahılarının, 
səsvermə  üçün  qeydiyyatdan  çıxma  vəsiqələrinin,  səsvermə  protokollarının  və  digər  seçki  sənədlərinin 
nümunələrini təsdiq edir, onların hazırlanmasını və mühafizəsini təmin edir; 
25.2.12. seçki sənədlərinin saxlanılması və arxivə verilməsi qaydalarını təsdiq edir; 
25.2.13.  seçki  komissiyaları  üçün  texnoloji  təchizat  normativlərini  təsdiq  edir  və  bunlara  əməl 
olunmasına nəzarət edir; seçki komissiyaları möhürlərinin nümunələrini təsdiq edir; 
25.2.14. seçkiqabağı təşviqatın maliyyələşdirilməsinə nəzarət edir; 
25.2.15.  seçiciləri  seçici  hərəkətlərinin  həyata  keçirilməsi  müddətləri,  qaydası  və  seçkilərin 
(referendumun) gedişi haqqında məlumatla təmin edir; 
25.2.16.  seçki  komissiyalarının  otaqlarla,  nəqliyyat  və  rabitə  vasitələri  ilə  təmin  olunmasına  nəzarət 
edir və seçkilərin (referendumun) maddi-texniki təminatı ilə bağlı digər məsələləri həll edir; 
25.2.17. müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları ilə birlikdə seçicilərin vahid siyahısını tərtib 
edir; 
25.2.18. müvafiq icra hakimiyyəti  orqanlarından  və bələdiyyə orqanlarından  seçkilərin  hazırlanması 
və keçirilməsi ilə bağlı məsələlərə aid məlumatlar alır; 
25.2.19.  dövlət  avtomatlaşdırılmış  informasiya  sistemindən  eyni  qaydada  istifadə  olunmasını  təmin 
edir; 
25.2.20. müşahidəçiləri qeydə alır və onlara müəyyən edilmiş formada lövhəciklər verir; 
25.2.21. bu Məcəllənin 28.1-ci və 28.5-ci maddələrinə uyğun olaraq öz iş qaydasını müəyyən edir; 
25.2.22. seçki komissiyalarının qanunsuz qərarlarını ləğv edir, öz vəzifələrinə uyğun gəlməyən seçki 
komissiyalarının sədri və katibləri haqqında təqdimatla müvafiq komissiyaya müraciət edir; 
25.2.23  exit-poll  keçirən  təşkilatların  akkreditasiyasını  həyata  keçirir,  həmin  təşkilatların 
akkreditasiyadan keçmə qaydalarını müəyyən edir;
18
 
25.2.24. bu Məcəlləyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir. 
25.3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Məcəllənin həyata keçirilməsinə dair 
təlimatlar və metodiki göstərişlər qəbul edir və onları dərc etdirir. 
25.4. Mərkəzi Seçki Komissiyası bu Məcəllənin həyata keçirilməsi ilə bağlı qəbul edilən təlimatların 
və  metodiki  göstərişlərin  aşağı  seçki  komissiyalarına  çatdırılmasını  təmin  etməlidir.  Aşağı  komissiyalar 
həmin təlimatları və metodiki göstərişləri Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada onların 
asan oxunmasını təmin edən məlumat lövhələrində yerləşdirməlidir. 
 
M a d d ə   2 6 .  Mərkəzi Seçki Komissiyasının fəaliyyət istiqamətləri 
Referendumun, Milli Məclisə seçkilərin, Prezident seçkilərinin və bələdiyyə seçkilərinin keçirilməsi 
zamanı Mərkəzi Seçki Komissiyası bu Məcəllənin 25-ci maddəsinə uyğun olaraq aşağıdakı istiqamətlərdə 
fəaliyyət göstərir: 
26.1.  Mərkəzi  Seçki  Komissiyası  referendumun  hazırlanması  və  keçirilməsi  zamanı  aşağıdakı 
vəzifələri həyata keçirir: 
26.1.1. referendumun bu Məcəlləyə uyğun keçirilməsinə nəzarət edir; 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə