Microsoft Word secki mecellesi doc


partiya,  siyasi  partiyaların  bloku  tərəfindən  irəli  sürülmüş  namizədi  təmsil  edən



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə6/73
tarix29.08.2018
ölçüsü2,7 Mb.
#65261
1   2   3   4   5   6   7   8   9   ...   73

21.2.  Siyasi  partiya,  siyasi  partiyaların  bloku  tərəfindən  irəli  sürülmüş  namizədi  təmsil  edən 
məşvərətçi səs hüquqlu seçki komissiyası üzvü həmin siyasi partiya, siyasi partiyaların bloku tərəfindən 
təyin edilir. 
21.3.  Qeydə  alınmış  namizədlər,  namizəd  irəli  sürmüş  siyasi  partiyalar  və  siyasi  partiyalar  blokları, 
referendum üzrə təşviqat qrupları tərəfindən irəli sürülmüş məşvərətçi səs hüquqlu üzvləri müvafiq seçki 
komissiyası 3 gün müddətində təsdiq edir. 
21.4. Siyasi partiyalar və ya referendum üzrə təşviqat qrupları birləşərsə, bir məşvərətçi səs hüquqlu 
üzv  qalmaqla,  digər  məşvərətçi  səs  hüquqlu  üzvlər  seçki  komissiyalarının  tərkibindən  geri  çağırılır.  Bu 
tələb siyasi partiya və ya referendum üzrə təşviqat qrupu tərəfindən yerinə yetirilmədikdə, müvafiq seçki 
komissiyası geri çağırılmalı olan məşvərətçi səs hüquqlu üzvü öz mülahizələri əsasında tərkibindən xaric 
edir. 
 
M a d d ə   2 2 .   Seçki komissiyası üzvünün statusu 
22.1. Referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsləri, namizədlərin, qeydə alınmış 
namizədlərin,  eləcə  də  namizədləri  irəli  sürmüş  siyasi  partiyaların,  siyasi  partiyalar  bloklarının, 
referendum  üzrə  təşviqat  qruplarının  səlahiyyətli  nümayəndələri,  vəkil  edilmiş  şəxsləri,  müşahidəçilər, 
seçki  komissiyalarının  məşvərətçi  səs  hüquqlu  üzvləri,  namizədlərin,  qeydə  alınmış  namizədlərin 
bilavasitə  tabeliyində  olan  şəxslər,  yuxarıda  göstərilən  şəxslərin  Azərbaycan  Respublikasının  Ailə 
Məcəlləsinə  uyğun  olaraq  yaxın  qohumları,  həyat  yoldaşları  və  həyat  yoldaşlarının  yaxın  qohumları 
(uşaqlar,  valideynlər,  övladlığa  götürülənlər,  qardaşlar,  bacılar,  nəvələr,  babalar,  nənələr),  seçki 
qanunvericiliyini  əvvəllər  pozmuş  və  yuxarı  seçki  komissiyasının  qərarı  ilə  seçki  komissiyasının 
tərkibindən  xaric  edilmiş  və  ya  əvvəllər  seçki  qanunvericiliyini  pozmaları  məhkəmə  qərarı  ilə  təsdiq 
edilmiş  şəxslər  seçki  komissiyasının  həlledici  səs  hüquqlu  üzvü  kimi  fəaliyyət  göstərə  bilməzlər.  Belə 
olduqda  və  bu  hal  seçki  komissiyasının  üzvünü  təyin  edən  orqan  tərəfindən  təsdiq  edildikdə,  seçki 
komissiyasının  üzvünü  bu  Məcəllənin  19.7-ci  maddəsində  göstərilən  əvəzedici  üzv  əvəz  edir.  (Bu 
maddədə  nəzərdə  tutulmuş  qohumluqla  əlaqədar  (yaxın  qohumlar  istisna  olmaqla)  qadağalar  bu 
Məcəllənin  36.7-ci  maddəsində  göstərilən  qaydada  seçicilərin  sayı  100-dən  az  olan  və  50-dən  çox  olan 
yaşayış məntəqələrində təşkil edilmiş məntəqə seçki komissiyalarının üzvlərinə şamil edilmir). 
13
 
22.2. Bir seçki komissiyasının üzvü eyni zamanda digər seçki komissiyasının üzvü ola bilməz. Seçki 
komissiyasının  həlledici  səs  hüquqlu  üzvü  bu  Məcəllənin  36.3-cü  maddəsində  göstərilən  hallar  istisna 
olmaqla, dövlət və bələdiyyə qulluğunda ola bilməz. 
22.3.  Aşağıdakı  hallarda  seçki  komissiyasının  həlledici  səs  hüquqlu  üzvü  bir  ay  müddətində, 
seçkilərin  hazırlanması  və  keçirilməsi  dövründə  isə  3  gün  müddətində  müvafiq  seçki  komissiyasının 
qərarı ilə seçki komissiyasının üzvü vəzifəsindən vaxtından əvvəl azad edilir: 
22.3.1.  vəzifəsindən  azad  edilməsi  haqqında  yazılı  ərizə  verdikdə  və  bu  ərizə  seçki  komissiyasının 
sədri tərəfindən təsdiqləndikdə; 
22.3.2. bu Məcəllənin 22.1-ci və 22.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda; 
22.3.3. siyasi partiyanın üzvü olduqda. 
22.4.  Seçki  komissiyasının  həlledici  səs  hüquqlu  üzvünün  səlahiyyətlərinə  aşağıdakı  hallarda  dərhal 
xitam verilir: 
22.4.1. Prezidentliyə, Milli Məclisin deputatlığına və ya bələdiyyə üzvlüyünə namizəd olduqda; 
22.4.2.  dövlət  hakimiyyəti  orqanlarının  və  ya  bələdiyyə  qurumlarının  seçkili  və  ya  vəzifəli  şəxsləri 
olduqda (bu Məcəllənin 36.3-cü maddəsində göstərilən seçki komissiyalarının üzvləri istisna olmaqla); 
22.4.3. Azərbaycan Respublikası vətəndaşlığını itirdikdə və ya digər ölkənin vətəndaşı olduqda; 
22.4.4. haqqında məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindikdə; 
22.4.5.  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qərarı  əsasında  fəaliyyət  qabiliyyəti  olmayan,  məhdud 
fəaliyyət qabiliyyətli, xəbərsiz itkin düşmüş və ya ölmüş hesab edildikdə; 
22.4.6.  öz  vəzifələrini  müntəzəm  icra  etməməsi  haqqında  və  ya  bu  Məcəllənin  17.6-cı  maddəsinin 
tələblərini pozmaqla icra etməsi haqqında müvafiq seçki komissiyasının qərarı məhkəmə qərarı ilə təsdiq 
olunduqda; 
22.4.7. seçki qanunvericiliyinin tələblərinin pozulması müvafiq məhkəmə qərarı ilə təsdiq olunduqda. 


22.5.  Bu  Məcəllənin  22.3  və  22.4-cü  maddələrində  göstərilən  hallar  istisna  olmaqla,  seçki 
komissiyasının  üzvü  onu  təyin  edən  orqan  tərəfindən  vəzifəsindən  azad  edilə  bilməz  və  onun 
səlahiyyətlərinə xitam verilə bilməz. 
22.6.  Bu  Məcəllənin  22.3  və  22.4-cü  maddələrində  göstərilən  hallarda  seçki  komissiyasının 
tərkibindən çıxmış həlledici səs hüquqlu üzvün yerinə, onu əvvəl təyin etmiş orqan tərəfindən bu Məcəllə 
ilə müəyyənləşdirilmiş qaydada, onun çıxdığı gündən ən geci 30 gün müddətində, seçkilərin hazırlanması 
və keçirilməsi dövründə isə 10 gün müddətində yeni üzv təyin edilir. 
22.7.  Statusundan  asılı  olmayaraq  seçki  komissiyalarının  üzvləri  bu  Məcəllənin  tələblərini 
pozduqlarına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə və ya İnzibati Xətalar Məcəlləsi ilə 
vəzifəli şəxslər üçün müəyyənləşdirilmiş məsuliyyət daşıyırlar. 
22.8.  Seçki  komissiyasının  bu  Məcəllənin  36.3-cü  maddəsində  göstərilən  bələdiyyə  vəzifələrində, 
dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda, idarələrdə və təsisatlarda işləyən həlledici səs hüquqlu 
üzvləri,  seçki  komissiyasında  fəaliyyəti  dövründə  özlərinin  razılığı  olmadan  işəgötürənin  təşəbbüsü  ilə 
başqa işə keçirilə bilməzlər və ya vəzifələrindən azad oluna bilməzlər. 
22.9.  Seçki  komissiyasının  məşvərətçi  səs  hüquqlu  üzvü  seçki  bülletenlərini  və  səsvermə  üçün 
qeydiyyatdan  çıxma  vəsiqələrini  vermək,  seçki  bülletenlərini  saymaq,  seçki  bülletenlərini  və  səsvermə 
üçün  qeydiyyatdan  çıxma  vəsiqələrini  ləğv  etmək,  səsvermənin  yekunları  və  nəticələri  haqqında 
protokolları  tərtib  etmək,  seçki  komissiyasının  səlahiyyətinə  aid  məsələlər  üzrə  qərarlar  qəbul  edilərkən 
səs  vermək,  müvafiq  seçki  komissiyasının  qərarını  imzalamaq  hüquqları  istisna  olmaqla,  seçki 
komissiyasının həlledici səs hüquqlu üzvü ilə eyni hüquqlara malikdir. 
22.10. Seçki komissiyasının həlledici və məşvərətçi səs hüquqlu üzvləri: 
22.10.1.  müvafiq  seçki  komissiyasının  iclasları,  həmin  iclasda  baxılan  məsələlər,  onlara  aid  qərar 
layihələri və digər sənədlər barədə vaxtında məlumatlandırılırlar; 
14
 
22.10.2.  müvafiq  seçki  komissiyasının  səlahiyyətlərinə  aid  məsələlər  üzrə  təkliflər  verə,  seçki 
komissiyasının iclasında çıxış edə və bu məsələlər üzrə səsvermə keçirilməsini təklif edə bilərlər; 
22.10.3.  seçki  komissiyası  iclasının  digər  iştirakçılarına  gündəlikdəki  məsələlərə  aid  suallar  verə  və 
mahiyyəti üzrə cavablar ala bilərlər
22.10.4.  hər  bir  seçki  sənədi  (o  cümlədən  seçici  siyahıları,  seçki  bülletenləri)  ilə,  aşağı  seçki 
komissiyasının  seçki  sənədləri  ilə  tanış  ola,  sənədlərin  (seçici  siyahıları,  imza  vərəqələri,  seçki 
bülletenləri və seçici vəsiqələri istisna olmaqla) surətlərini ala bilər, qanunla dövlət, kommersiya sirri və 
ya başqa sirr sayılmayan məlumatları əks etdirən sənədlərlə tanış ola bilərlər; 
22.10.5.  seçki  komissiyasının  qərarından  və  ya  hərəkətindən  (hərəkətsizliyindən)  bu  Məcəllə  ilə 
müəyyən edilmiş qaydada müvafiq yuxarı seçki komissiyasına və məhkəməyə şikayət edə bilərlər. 
22.11.  Seçki  komissiyasının  məşvərətçi  səs  hüquqlu  üzvlərinin  səlahiyyətləri  seçkilərin 
(referendumun)  yekunlarının  (ümumi  yekunlarının)  rəsmi  dərc  edilməsindən  30  gün  sonra  başa  çatır, 
lakin yuxarı seçki komissiyasına aşağı seçki komissiyasının qərarından, hərəkətindən (hərəkətsizliyindən) 
şikayət daxil olmuşdursa, səsvermə və ya səslərin hesablanması qaydası pozulmuşdursa və bu faktlar üzrə 
məhkəmə  araşdırması  aparılırsa,  həmin  səlahiyyətlərə  yalnız  şikayətin  mahiyyəti  üzrə  yuxarı  seçki 
komissiyası, yaxud məhkəmə tərəfindən qərar qəbul edildikdən sonra xitam verilir. 
15
 
22.12. Referendumun keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarına təyin edilən məşvərətçi 
səs  hüquqlu  üzvlər  həmin  komissiyaların  yalnız  referendumun  keçirilməsi  ilə  əlaqədar  fəaliyyətində, 
Prezident seçkilərinin keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarına təyin edilən məşvərətçi səs 
hüquqlu üzvlər həmin komissiyaların yalnız Prezident seçkilərinin keçirilməsi ilə əlaqədar fəaliyyətində, 
Milli  Məclis  deputatlarının  seçkilərinin  keçirilməsi  ilə  əlaqədar  müvafiq  seçki  komissiyalarına  təyin 
edilən məşvərətçi səs hüquqlu üzvlər həmin komissiyaların yalnız Milli Məclis deputatlarının seçkilərinin 
keçirilməsi  ilə  əlaqədar  fəaliyyətində,  bələdiyyələrə  seçkilərin  keçirilməsi  ilə  əlaqədar  müvafiq  seçki 
komissiyalarına  təyin  edilən  məşvərətçi  səs  hüquqlu  üzvlər  həmin  komissiyaların  yalnız  bələdiyyələrə 
seçkilərin keçirilməsi ilə əlaqədar fəaliyyətində iştirak edə bilərlər. 
22.13. Seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvünün səlahiyyətlərinə onu təyin etmiş şəxsin 
və  ya  namizəd  irəli  sürmüş  siyasi  partiyanın,  siyasi  partiyalar  blokunun  qərarı  ilə  istənilən  vaxt  xitam 
verilə yaxud bu səlahiyyətlər digər şəxsə verilə bilər. 
 
M a d d ə   2 3 .   Seçki komissiyalarının səlahiyyət müddəti 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə