Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə28/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   ...   24   25   26   27   28   29   30   31   ...   42

Vaqif  Sultanlı 
 
 
112
ayrılmış quzğunlar ona başqa nəzərlə baxdıqlarından irəli 
getməyə cəsarət eləmirdi. Quzğunların duruşunda, baxışla-
rında hədsiz dərəcədə narahatlıqları aşkarca oxunurdu. 
Bir də quzğunların baxışlarında yadlıq və biganəlik 
duyğusu vardı. Elə bil quşlar onunla aralarında ortaq heç 
nəyin olmadığını, bir an əvvəl çıxıb getməsini hiss 
etdirmək istəyirdilər. Nədən quşların baxışlarına bunca 
biganəlik hakim idi? Bunun səbəblərini bilmək istəyir, 
ancaq tapa bilmirdi. 
 
* * * 
 
Gecənin bir aləmi gözlərini açdı; fəryad və inilti səs-
ləri səhranı başına götürmüşdü. Axşamdan xeyli keçmiş 
uzanıb yatarkən ətrafda hökm sürən səssizlikdən zərrəcə 
əsər-əlamət qalmamışdı. 
Gözlərini açsa da, hələ yuxunun cazibəsindən tam 
qopmadığından səhranı örtmüş inilti səslərinin nə olduğunu 
anlaya bilmirdi. 
Gecənin ahəngi ilə qətiyyən uyuşmayan, gah enib ölə-
ziyən, gah da yüksələn, böyüyə-böyüyə, genişlənə-geniş-
lənə ətrafda nə varsa içərisinə alaraq səhraya dağılan bu 
səslərin ruhuna çökən vahiməsi altında nə edəcəyini kəsdirə 
bilməyən insanlara məxsus nagümanlıq içərisindəydi. Göz-
gözü görmədiyindən inilti səslərinin hayandan gəldiyini 
müəyyənləşdirə bilmirdi. 
Arabir inilti və fəryad səslərinin arasında hansı dildə 
isə anlaşılmaz sözlər söylənilirdi; bu sözlərin mənasını başa 
düşməsə də, deyiliş tərzində gizlənən yalvarış ahəngini du-
yurdu. Gecənin, qaranlığın, səhranın, səssizliyin dərinliklə-
rinəcən uzanıb gedən bu səsin hansı bir görünməz ilmə 


Səhra savaşı 
 
113
iləsə onu özünə bağladığını, bu səslə arasında yalnız ona 
məxsus olan nə isə gizli bir sirrin dayandığını duyur, bun-
dan dolayı həyəcanlanırdı. Qoca vücudunu titrədən həyə-
canını boğmaq istəsə də bacarmırdı. Yaşının, ömrünün indi 
xatırlaya bilmədiyi hansı bir dönəmindəsə eynən bu inilti 
və fəryada bənzər səslərin içində olmuş, bu ağrını ya-
şamışdı. 
Hayana dönürdüsə, hər tərəfdən inilti və fəryad səs-
lərinin eyni ahənglə səsləndiyini duyurdu. Səslər sanki ona 
doğru yeriyir, imdad umurcasına vücuduna sarmaşır, ruhu-
na, varlığına girməyə can atırdılar. Səngimədən beyninə ye-
riyən bu səslərdən zehni, şüuru keyləşməkdə idi. 
İnilti və fəryad səsləri uzun illər hafizəsində yuva sal-
mış bütün özgə səsləri örtüb basdırır, eşidilməyə 
qoymurdu. Bu səslərdə onu özünə bağlayan, ruhunu, 
yaddaşını çalxalayan nə isə vardı, ancaq qoca nə qədər 
fikirləşirdisə, bu bağlılığın sirrini, səbəblərini anlaya 
bilmirdi. 
Qoca onu dövrələyən səslərin əhatəsində darıxır, 
səbri, hövsələsi daralırdı. Qaranlıqda gözlərinə kimsə 
toxunmasa da, o, səsləri aydınca görürdü. Elə bil səhranın 
intəhasızlığında hər şey inilti səslərinə tərk edilmişdi. Səhra 
başdan-başa inilti səslərinə çevrilmişdi. 
Get-gedə çılğınlaşan inilti səslərinin ahəngi böyüyür, 
səhranı titrədirdi. O, səslərin qabağından çəkilmək istəyir, 
ancaq hayana gedəcəyini heç cür kəsdirə bilmirdi, hər tərəf 
səslərlə əhatə olunmuşdu. Səslərin mühasirəsində olduğunu 
hiss edir, bu mühasirədən çıxmağın mümkünsüzlüyünü 
anlayırdı. Sanki inilti səsləri çatlayıb dağılaraq minlərlə səs 
zərrələrinə çevrilir, o səslərin hər biri eyni cür çatlaya-
çatlaya gecənin səssizliyinə dağılır, səhranı bürüyürdü. 


Vaqif  Sultanlı 
 
 
114
Sonra qoca əllərini kor toxunuşlarla qaranlıqda gəz-
dirə-gəzdirə qarşısında fəryad edən, içini yeyib tökən bir 
səsin üstünə qoydu və barmaqları ilə ehmalca ona sığal 
çəkməyə baçladı. Səs ona toxunan əllərin mehrinə qısılaraq 
kiriyən kimi oldu. Ancaq bu bircə anlıq çəkdi. Səsin kiri-
məsi qocanı qorxutduğundandımı, ya əlləri keyləşdiyindən-
dimi, birdən-birə dayanıb durdu. Qoca əllərilə sığal çəkdiyi 
səsdən içərisinə nə isə ilıq bir şey axıb yayıldığını hiss etdi. 
İnilti səsləri qarışqa sürüsü kimi səhranı örtmüşdü, 
qoca qaranlıqda ona dikilən gözlərin, baxışların ağırlığını 
vücudunda hiss edir, üstünə yeriyən səslərin altında qalaraq 
nəfəsinin kəsiləcəyindən qorxurdu. 
Səslər enib-yüksəlir, qaranlığın içərisinə doğru 
şaxıyır, gecənin köksünü çalın-çarpaz yara-yara belədən-
belə şütüyüb keçirdilər. 
Səslərin güclüləri zəifləri tapdayıb keçir, ayaq altında 
qalıb əzilənlərin fəryadı ərşə qalxırdı. Hərdən inilti səsləri 
elə yüksəlirdi ki, sanki diri-diri çəkib ciyərlərini çıxarır-
dılar. 
Qoca üstünə yeriyən bu səsləri hər vəchlə böyür-ba-
şından qovmağa, dağıtmağa çalışırdı. Əlləri, qolları, ayaq-
ları ilə bu səsləri özündən itələyirdi, ancaq səslər inadla 
onun üstünə yeriyir, sanki nə zamansa baş vermiş bir əh-
valatın hesabını çürütmək istəyirdilər. 
Elə bil əsrlər boyu boğulmuş inilti səsləri bir anda açı-
laraq minlərlə səsin ahənginə qoşulub yeri-göyü silkələ-
yirdi. Bu iniltilərin səhraya yayılan dalğaları həlqə-həlqə 
böyüyərək hər şeyi içərisinə alırdı. İnilti səslərində yox ol-
muş talelərin, bitmiş, bağlanmış ömürlərin ağrıları, əzabları 
gizlənmişdi. Ancaq ömürlər, talelər bitsə də, ağrılar, əzab-
lar cisimlərdən ayrılaraq yaşamlarını davam etdirməkdə idi. 


Səhra savaşı 
 
115
Qoca bu iniltilərin yaşayıb ömrünü bitirmiş, dünyadan 
köçüb getmiş insanların bir nişanəsi kimi qalmaqda oldu-
ğunu düşünürdü. Elə bil ki, initilər bir zamanlar yaşanan 
ömürlərin kədərli günlərini, yarımçıq qalmış talelərini yan-
sıtmaqda idi. Bir anlığa elə düşündü ki, tarix eləcə bitmiş 
ömürlərin bitməyən fəryadları şəklində yaşamaqdadı. 
Birdən qocaya elə gəldi ki, səhranı örtən bu inilti səs-
ləri bir zaman ayrıldıqları cisimlərə dönmək istəyir, yaxud 
cisimsiz yaşaya bilmədiklərindən girmək üçün can axtarır. 
Və qoca qorxdu. Üstünə yeriyən iniltilərin onun qəlbi-
nə, ruhuna girmək istəməsindən qoxdu. 
Qəfildən külək qalxdı. Səhranı, gecənin qaranlığını 
yalaya-yalaya axıb heçliyə, boşluğa dağılan xəfif küləyin 
əsintiləri içərisindən keçərək ruhuna sərinlik yaydı. 
Gözləri yuxusuzluqdan yanırdı. 
Arxası üstə qumun üstünə uzandı. 
 
* * * 
 
Nə zaman yuxuya getdiyini duymadı.  
İnilti səsləri yuxuda da onu tərk etmədi, gözlərini 
yummasıyla təkrar bu səsin cazibəsinə endi. Ancaq yuxuda 
duyduğu insan iniltisinə bənzəmirdi, daha nəhəng və müd-
hiş ağrının əks-sədasıymış kimi kükrəyib qalxırdı. Elə bil 
göy qübbəsi yerin üstünə çökmüşdü, dünyanı, zamanı, 
tarixi bütün ağırlığı ilə sıxıb əzirdi. Təkcə dünya, zaman, 
tarix deyil, göy qübbəsinin ağırlığı altında sıxılan hər şey 
bu ağrılardan, əzablardan sıyrılıb çıxmaq inadıyla çaba-
layırdı. Ancaq bu müqavimət mənasız və səmərəsizdi. İnilti 
elə bir dərinlikdən gəlirdi ki, sanki dünyanın, zamanın, 


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə