9
Bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini
təsvir edən H.Cavidin əsas qayəsi, ideyası humanizm,
insanpərvərlik mövqeyindən çıxış edərək, müxtəlif
mövzularda məhəbbət və fəlsəfi məzmunlu əsərlər
yaradaraq sənət, fikir və amalını geniş oxucu kütlələ-
rinə sevdirməyi bacarmaqdır.
***
Hüseyn Cavid dühası elə bir işıq idi ki, onun sə-
madan yerə enişi və batışı olmadı. O, sönməz bir fikir
işığı kimi parladı, parlayır və parlayacaqdır. Dərin
fəlsəfi fikirləri və bəşəriliyi ilə Nizami Gəncəvidən
sonra Türk, o cümlədən Azərbaycan ədəbiyyatında
parlayan böyük ideya sahibi oldu. Yaradıcılığı ilə min
illər insanlığın qəlbində, düşüncəsində, yaşayışında
daşlaşmış ehkamları, bəzən incə, bəzən isə sərt şəkil-
də qaşıdı, dağıtdı.
Cavidin yaradıcılığı romantik ideyalar üstündə
qurulub. Bütün tədqiqatçılar da bu fikrin təbliğçisi və
tədqiqatçısı olmuşdur. Lakin diqqət edildikdə görərik
ki, Cavid yaradıcılığında reallıq romantik şəkildə elə
düzgün, elə səlis təqdim edilmişdir ki, Cəlilin sərt re-
alizm silləsi kimi sifətimizə dəymir. İstər məişət qay-
ğılarından bəhs edən “Ana”, “Uçurum”, istər yerlə
göyün vəhdətini ifadə edən “Şeyx Sənan”, istər insan,
mələk, Tanrı kimi fəlsəfi məsələlərini özündə əks et-
dirən “İblis”, “Peyğəmbər”, “İblisin intiqamı”, istərsə
də tarixi keçmişi qızıl ədalət tabağında bizə sunduğu
“Topal Teymur”, “Xəyyam”, “Səyavuş” kimi əsərlə-
rində oxuduğumuz və rastlaşdığımız həqiqətlərdən
10
utanmır, əksinə, dərs alır və bəzən də qürurlanırıq.
Bu, Cavid həqiqətidir, bu, Cavid fəlsəfəsidir, bu, Ca-
vid mənəviyyatıdır. Həqiqətin, gerçəkliyin sevgi və
qürurla qucaqlaşmış, bütövləşmiş halı...
Cavid yaradıcılığı və şəxsiyyəti ilə bir bütöv, bir
tamdır. Onun yaradıcılığının qayəsinin ana xəttini
təşkil edən insanlıq, mərdlik, alilik, bəşərilik, huma-
nistlik, dəyişməz əqidə, möhkəm xarakter eynilə şəx-
siyyətində də özünü göstərir. Yazdıqları ilə yaşam
tərzi bu qədər üst-üstə düşən sənətkar çox azdır. Ca-
vid məhz bu cür bütöv şəxsiyyətə malik sənətkarlar-
dandır.
Cavid Birinci Dünya Müharibəsini, Oktyabr inqi-
labını, Demokratik Cümhuriyyətin qurulmasını, yıxıl-
masını, Sovet hökumətinin qurulmasını, 1930-cu illər
repressiyalarını görüb yaşayan şəxsiyyətlərdəndir. Bu
cür qarışıq və xaotik ictimai şəraitlərin şahidi olub,
yaşayıb, amma bu hadisələrdən 100 ilə yaxın bir za-
man keçməsinə baxmayaraq, tarixin verdiyi obyektiv
və şərəfli qiymət almaq yalnız dahilərə məxsusdur.
Çünki Cavid tarixə birmənalı şəxsiyyət kimi düşdü.
Cavid nə yaradıcılığında, nə şəxsiyyətində, nə də ailə-
sində heç bir ləkəyə bulaşmamış, nə kiçik qığılcımla-
ra, nə də böyük partlayışlara gözü qamaşmamış, özü-
nün müəyyənləşdirdiyi gerçəkliyi uzaqgörənliklə ya-
şayan bir dühadır.
Cavid şəxsiyyətinin yaşam tərzini obrazları ilə
müqayisə etsək, Şeyx Sənan kimi daima haqqa doğru
gedən, inandığı və bulduğu həqiqətdən bir anda ol-
sun yayınmayan, Arif kimi İblislə, şərlə mübarizəyə
qalxan, “Peyğəmbər” kimi tökülən qanların qarşısını
11
almaq istəyən, Elxan kimi ədalət məhkəməsi qurub
dünyanı ədalətsizlikdən xilas etmək arzusunda olan,
Səyavuş və Azər kimi odla suyun qovuşduğu torpaq-
dan doğulub odla saflaşan, Xəyyam kimi şərlənməsi-
nə, ləkələnməsinə baxmayaraq öz paklığı və idrakı ilə
mübarizə aparan olduğunu görmüş olarıq. Cavid,
sanki, yaradıcılığında da öz taleyini yazmışdır.
Bu qədər böyük bir şəxsiyyətin nə qədər sadə və
səmimi olduğunu öyrənmək üçün həyat yoldaşı Müş-
kinaz xanım və qızı Turan xanımın xatirələrinə göz
gəzdirmək lazımdır. Dünyaya xoşbəxtlik arzu edən
və cəmiyyətin firavan həyat tərzi sürməsini arzulayan
şairin faciəli və qürurverici bir həyat tərzini, Cavidin
yanında olanların bir gündən sonra yoxa çıxmasını,
ailəsinin şanlı, şöhrətli tituldan vətən xaini damğasına
qədər əzablı bir yol keçməsini, Cavidli və Cavidsiz
günlərini yaşayan Cavidlər ailəsinin keşməkeşli həyat
tərzini oxuculara bir daha çatdırmaq üçün Müşkinaz
xanımın 1973-cü ildə qələmə aldığı “Cavid haqqında
xatirimdə qalanlar” və Cavid sevdalı, Turan aşiqi
Azər Turanın böyük Hüseyn Cavidin qızı Turan xa-
nımla 9 yаnvаr 2004-cü ildə etdiyi xatirə söhbətini ye-
nidən nəşr etdirməyi düşündük.
Cavid haqqında xatirələr, nəinki gəncliyimiz, hər
kəs üçün daima sanballı, gərəkli bir konsepsiyadır. İs-
tər Müşkinaz xanımın, istərsə də, Turan xanımın xati-
rələrini oxuduqda bu ailənin böyüklüyünü bir daha
görmüş oluruq. Çünki nə qədər ikiüzlü insanlar gör-
mələrinə baxmayaraq, Cavid soyunun nümayəndələri
heç bir ad çəkmir, konkret olaraq kimlərisə günahlan-
dırmırlar.
12
Hədəf Nəşrlərinin “Xatirə ədəbiyyatı” silsiləsinin
VIII kitabı olaraq çap ediləcək bu xatirələrin kitabse-
vərlərin, cavidsevərlərin ürəyincə olacağına da əmi-
nik.
13
Filologiya üzrə fəlsəfə doktoru alimlik
dərəcəsi almaq üçün Müdafiə Şurasındakı çıxış
25 may 2007-ci il
Hörmətli sədr! Hörmətli müdafiə şurasının üzvlə-
ri! Hörmətli xanımlar və cənablar, əvvəla, sizin hamı-
nızı salamlayıram.
Bizim milli şüurumuza özümüzü dərk etmək ba-
xımından təsir edəcək fikirlərin yönləndirilməsinin,
bu mövqedən yazılan əsərlərin gizlədilməsinin, tarix-
lərin təhrif edilməsinin zamanı keçmişdir. Bu gün
faktlara obyektiv yanaşma, ideoloji yönləndirməni üs-
tələməkdədir. Məhz belə bir şəraitdə Cavid kimi sə-
nətkarların yaradıcılığının tədqiqi bir daha aktuallaş-
maqdadır.
Müasir ədəbiyyatşünaslığımızın bir çox problem-
lərinin həlli baxımından Cavid yaradıcılığına müxtəlif
istiqamətlərdən müraciət etmək olar ki, bunların biri
də Cavidin qəhrəman konsepsiyasıdır.
Şairin romantik qəhrəmanları bəşəriyyətin əbədi
problemlərinə dövrün problemləri işığında cavab ax-
tarır. Elə buna görə də Cavidin qəhrəmanları sahib ol-
duqları xarakterik keyfiyyətlərə görə Sovet ədəbiyyat-
şünaslığında çox vaxt mübahisə mənbəyinə çevrilmiş
və ədib bir çox qəhrəmanlarına (Afət, Elxan, Topal
Teymur, Peyğəmbər və s.) görə nüfuzlu ədəbiyyatşü-
naslar tərəfindən belə, yanlış mövqedən təhlil oluna-
raq qınağa məruz qalmışdır.
Dostları ilə paylaş: |