Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə27/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   23   24   25   26   27   28   29   30   ...   39

116
 
 
 


117
 
 
 
 
 
 
 
 
 
III FƏSİL 
Günümüzdə ədəbiyyat və ya 
Ədəbiyyatımızın günü 
 
 


118
 
 
 
 


119
 
 
Bic uşaq kimi böyüyən ədəbiyyatımız 
 
Bugünkü ədəbiyyatın aparıcı qüvvəsi olan gəncli-
yin bədii  əsərlərini, bədii  əsərlərə yazdıqları  tənqidi 
yazıları, müəyyən auditoriyada etdikləri çıxışları oxu-
duqda və ya dinlədikdə ilk ağlımdan keçən bu olur 
ki, bugünkü ədəbiyyat atasız bic uşaqlar kimi böyü-
yür. Bu zaman da bir neçə sual çıxır ortaya: bunun 
günahı kimdədir? Bic uşaqların gic uşaqlardan üstün 
xüsusiyyətləri həddindən çox deyilmi? və sairə. 
Məncə, günümüzdə  ədəbiyyatımız bir lider, bir 
məktəb, bir cərəyan qıtlığı  çəkir. Bunun səbəblərin-
dən biri də  ədəbiyyatımızda, çağdaş yazıçıların, şair-
lərin arasında “avtoritet”in olmamasıdır. “Avtori-
tet”in olmaması isə  ədəbiyyatın özbaşına inkişaf et-
məsinə  səbəb olur. Kimlərsə düşünəcək ki, indi mən 
başımızda durub bizi idarə edən, yönləndirən axtarı-
ram. Və ya mayası azadlıqla yoğrulmuş  ədəbiyyata 
diktator axtarıram. Qətiyyən, belə fikrim yoxdur. Am-
ma  ədəbiyyatı izlədikdə vallah bu məsələ üzə  çıxır. 
Bəzi tənqidçilər gənclərlə klassiklər arasında qütbləş-
mə var deyəndə az qalıram sevinim. Amma vallah bu 
qütbləşmə  də  nəyinsə  ətrafında olur axı. Deməli, 
qütbləşmə  də yoxdur. Qütbləşmə Mollanəsrəddinçi-
lərlə Füyuzatçılar arasında idi. Həm də xeyirli qütb-
ləşmə. 
Ədəbiyyatı atasız qoyan, atalıq borcunu layiqincə 
yerinə yetirməyən, ata olmağa layiq olmayanlar  bu 
gün çağdaş  ədəbiyyatımızın bic uşaq kimi böyümə-
sində  ən böyük günahkarlardırlar. Çünki əllərində 
olan qələmlərini gəncliyin haqlı-haqsız ittihamlarına 


120
 
 
qarşı cövlan etdirə bilmirlər. Mən elə düşünmürəm 
ki, dünya ədəbiyyatından 3-5 yazıçının bir neçəsinin 
adını əzbərləyib sağda da, solda da dahi kimi görün-
mək üçün istifadə edən gənclərdən zəif olduqları de-
mək deyil bunun səbəbi.  Bunun səbəbi “özü lum-lum 
udub, batində, amma dediyi mənaya bir bax” fəlsəfə-
sinin onlardakı təzahürüdür. Hədyan danışan uşağın 
ağzının üstündən bir sillə vurub: “kəs səsini” demək 
üçün Cavid kimi, Cəlil kimi, Cavad kimi, Xəlil Rza 
kimi, Bəxtiyar kimi haqqın olmalıdır ki, sonra da 
onun əlindən tutub istədiyin yerə aparasan, yönləndi-
rəsən. Doğrudan da, gözü kölgəli olmaq çox pis şey-
dir. 
Uşaq da bic doğulanda, bic böyüyəndə özü öz 
ayaqları üstündə durmağı bacarır. Həyatı  nəzəri for-
mada məktəbdən, təhsildən öyrənmir, birbaşa prakti-
ki yolla yaşayaraq öyrənir. Sözsüz ki, bu mənzərənin 
də iki tərəfi var: xeyirli və ziyanlı. 
Xeyirli tərəfi odur ki, bu uşaq başına gələnləri bir 
daha yaşamayacaq, bütün əyri yollardan öz xeyri na-
minə istifadə edəcək, bir sözlə, yaşama haqqını asan-
lıqla kimsəyə verməyəcək, mübarizələrdə, çəkişmə-
lərdə böyüyəcək və güclü olacaq... Amma bu güc, bu 
alov məişəti onsuz  təsəvvür edə bilmədiyimiz maye 
qaz kimi səmərəli yox, böyük bir binanı partladacaq, 
mühariblərdə insan öldürmək üçün  istifadə edilən si-
laha çevriləcək. 
Ziyanlı tərəfləri isə ... 
Bu yazını çoxdan yazıb facebook profilimdə pay-
laşmışdım. Sonra dərindən araşdırma aparıb daha bö-
yük oxucu auditoriyası üçün publika.az-a verməyi 


121
 
 
düşünürdüm. Sonra fikrimdən vaz keçdim. Çünki ya-
zıçı, ədəbiyyatşünas, publisist kimi hobbi naminə ya-
zılar yazan biri kimi görünsəm də, daha çox mən mü-
əlliməm, pedaqoqam. Buna görə  də “bu yazını yazıb 
bir neçə nəfərin xətrinə dəyə bilərəm” – deyib qələmi 
yerə qoydum. Nöqtələrdən sonra tamamilə başqa for-
mada söz açacaq, izah edəcəkdim subyektiv fikirlə-
rimlə. Həm ağsaqqal, həm də gənc yazıçılarmıza ürək 
sözlərimi deyəcəkdim. Aqressiyadan uzaq, sakit və 
təmkinli.  Amma təəssüf... 
Çünki bu yazını mənə yazdıran gənc tənqidçi Gü-
nel Mövludun “vətənpərvərlik elə bir şeydir ki, onun-
la Volterin, Russonun, Hüqonun qarşısına çıxmaq 
"ədəbsizlikdir,  əxlaqsızlıqdır” cümləsi idi. Bu cür fi-
kirləri istər bədii, istərsə  də  tənqidi yazılarında gör-
düyüm bu tip bir qrup gəncin formalaşdırdığı yeni 
ədəbiyyat bic doğulmuş  və böyüməkdə olan ədəbiy-
yatın olduğunu sübut edir mənim üçün. 
Axı Günel xanım yaxşı bilməli idi ki, sadəcə bəşəri 
ideyalar tərənnümçüsü, Turan sevdalısı Hüseyn Ca-
vid vətənpərvərliyi ilə, millətə olan sevgisi ilə nəinki, 
Volterin, Russonun, Hüqonun qarşısına çıxmaq olar, 
hətta ayaqlayıb o tərəfə  də keçmək olar. Çünki milli 
dəyərlərinə sahib çıxmaq, onu hər  şeydən üstün tut-
maq onların təqdim etdiyi millətçilik deyil, sadəcə in-
san sevgisidir. Mən insanı sevirəm, amma bu qanım-
dan, canımdan olarsa, ona daha çox bağlı, daha çox 
tutqun oluram. Cavidin, Cavadın, Əli bəy Hüseynza-
dənin, M.Ə.Rəsulzadənin, Xəlil Rza Ulutürkün, Bəxti-
yar Vahabzadənin milli sevgisi sənin qarşısına çıxa 
bilmədiyin avropalıdan fərqli olaraq bonapartizm, fa-


122
 
 
şizm yaratmaq ideyasına söykənmədi. Nə  qədər və-
tənpərvər və millətçi olsaq belə, yenə də qonağı özü-
müzdən üstün tutub, yeməyimizin  ən dadlısını, evi-
mizin  ən yaxşı yerini qonağa verdik. Bunları görmə-
mək ən azından nankorluqdur. 
Adını çəkdiyi Hüqo “Səfillər” əsərində keşiş obra-
zını elə bir sevgi ilə yaradıb ki, adam az qalır, lap dö-
nüb xristian olsun, elə məhz o cür keşişlərə ibadət et-
sin. Onun vicdan, ədalət, mərhəmət hissini elə ali şə-
kildə  təqdim edir ki, sanki kilsənin çıxardığı heç bir 
oyundan xəbəri yox idi. Dünyanın parçalanmasında 
və idarə olunmasında  ən iyrənc yollara əl atmasını 
sanki kilsə etmirdi. Nəzərə almaq lazımdır ki, min il-
dən çoxdur ki, Avropanı birləşdirən  ən ali dəyər din 
idi, milli dəyər yox və  həm də islami dəyərlərə qarşı 
birləşdirirdi. Necə ki, Osmanlı imperiyasının tabeçili-
yində olan xalqları  İslami dəyərlər birləşdirirdi. De-
məli, tolerant saydığın avropalı özünü həmişə səndən 
yüksəkdə tutub və  aşağıya baxıb, öz dəyərlərindən 
gözünə eynək, əyninə don geyəcək. Sən isə əynindəki 
dəyərlər paltarından utandığın üçün soyunur, soyun-
duğun üçünsə çılpaq qalıb lap biabır olursan. 
Nədənsə yazını yenə davam etdirə bilmədim. 
İkinci dəfə isə  Əkrəm  Əylissiz. (Məncə,  Əylis kəndi-
nin dili olsaydı, ondan imtina edərdi. Amma elədiklə-
rini haram etmədən, vicdanı  və erməni ruhu ilə baş-
başa buraxardı.)  Əkrəm  Əylisli sindromu yarananda 
yazmaq həvəsinə düşdüm. Amma gördüm hamı ya-
zır. Düşündüm ki, ayıbdır, hamı yazır, mənim yazma-
ğımla nə  dəyişəcək ki? Qoy elə  dərdimizi, sərimizi 
dostlar arasında bölüşək, mübahisəmizi də orda edək. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə