M ə s i a ğ a M ə h ə m m ə d i
64
Gözümüzü bağlayıb xəyala dalaq,
Ərş sakinlərinin ruhunu xəyalımızda canlandıraq:
Dağ və təpə silsiləsi kimi dövrə vurmuş
Səliqəli və əzəmətli çadırlar görürəm.
O yaşıl rəngli iri və uca çadır
Firdovsinin – o uca sözlünündür.
Mövlananın çadırı ağ və parlaqdır,
Pak canın saflığı onda əks olunub.
Bura uca behiştin həsəd apardığı bir xanəgahdır,
Onun çadırları sanki hurilərin köşkləridir.
Hurilər onu yaxşıca silib süpürürlər,
Ənbər qoxuyan saçlarından ona ətir vururlar.
Hər bir çadırın önündə yumşaq dərili taxt qoyulub ki,
Dostu dostun yanında oturda bilsin.
Hər şeyə qadir olan eşq təbərzinlə
Nəfs divinin buynuzunu sındırıb.
Divlərin sınmış buynuzlarının ucundan
Xirqələr və kəşküllər asılıb.
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
65
Xirqələrin üzərində sancaq taxılmış
Tirmə taclar səf bağlayıb.
Daşa-divara saflıq qələmi ilə
Eşq və vəfa hekayətləri həkk olunub.
Sufilərin iman xirqəsi çiyinlərində
Ora-bura qaçdığını və coşqunluğunu görürəm.
Xanəgahı eyş-işrətə hazırlayırlar,
Şamlara ənbər qatırlar.
Şeyx Şəbüstəri
4
ora-bura gəzişir,
Hay sala-sala hər guşəyə baş çəkir.
Arxada gül təpəsinə bənzər ocağın üstündə
Həqiqət Günəşinin (Şəmsin) qazanı pıqqapıqla
qaynayır.
Şeyx Sənan xanəgahın ocaqçısıdır,
Tüstünün çadırı Ayın çadırı (haləsi) kimidir.
Şəmsin qazanında qaynayan eşq məcunudur,
Onu eşq ocağının sinəsində bişirir.
Onun suyu Mövlananın axan ilhamından,
Lobyası məna Günəşinin (Şəmsin) idrakındandır.
M ə s i a ğ a M ə h ə m m ə d i
66
Pıqqıltısı müğənnilərin çəng və avazından,
Qaynaması sufilərin rəqs və səmasındandır.
Səbzisi gözəllərin yaşıl xəttindəndir,
Zahidlərin duası ona dəm verib.
Ona Nizami ədviyyat səpib,
Ona Saibin
5
təkbeytlərindən duz tökülüb.
Əriyini Buxaradan Əməq
6
göndərib,
Limonunu Molla Sədra
7
verib.
Zirəsi Şah Vəlinin
8
mətbəxindən,
Şöləsi Mövla Əlinin
9
qeyrətindəndir.
Odunu azadələrin hümmətindən,
Tüstüsü aşiqlərin ürəkdən çəkdikləri ahdandır.
Onu bişirən eşq yanğısıdır,
Kasasını da aşiqlərin gözündən düzəldib.
Süfrəyə Şeyx Şəbüstəri başçılıq edir,
Onun «Gülşəni-raz»ı süfrəyə çağıranın duasıdır.
Salam, ey rahatlıq bilməyən aişqlər!
Salam, ey göz yaşı tökən bulaqlar!
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
67
Canınızı və ürəyinizi səhnə edib təmizləyin,
Ona göz yaşı səpib kipriklərinizlə süpürün.
Ud yandırın, yasəmən ətri səpin,
Özünüzə yüz üsulla bəzək vurun.
Təsəvvürlər pərdəsini qaldırın,
Canın göz qapaqlarını açın.
Ürəyin gözü üstündə şahın yerini boşaldın,
Şahın şəklini o ucalıqdan asın.
Qəlblərinizi ayna kimi təmizləyin ki,
Bəlkə o işıqlı camalı görə biləm.
Qapı arxasından şahın gəlişini bildirən «çəkil!»
səsi eşidildi,
Qoca qapıçı ürəkdən «Odur!» söylədi.
Canının gözünü bu görüş üçün açıq saxla,
Pərdətutan qoca pərdəni qaldırdı:
Budur, o nur dəryası qapıdan içəri girdi,
Elə bil Musa Tur dağından endi.
Bir qoluna Əbu Səid
10
girib,
O biri qoluna da Cüneydlə Bayəzid
11
.
M ə s i a ğ a M ə h ə m m ə d i
68
Xəyyam onun başına çətir tutub,
Şeyx Cam
12
əmrə müntəzir dayanıb.
Siması nur dəryasının aynasıdır,
Qaməti Tur dağının vüqarını göstərir.
Əzəli səhərin haləsi olan saçları
Əbədi gözəllik Günəşini dövrəyə alıb.
Göz sanki Məsihin simasına baxır,
Qulaq sanki aydın ayələr eşidir.
O gözəlliyi necə təsvir edə bilərəm ki,
Gözlərim heyran qalıb onu görmədi.
O büsbütün sirrdir, əgər faş etsəm,
Yarasaya Günəşi təsvir etmiş olaram.
Heç kəs onun sirrini faş edə bilməz,
Hərə öz təsəvvürüncə ona yar olub.
Onun halını vəsf edərkən bihal olsam yaxşıdır,
Sirri olanların dili lal olsa yaxşıdır.
Əbaların qolundan şövq əli çıxdı,
Bədənlərdəki paltarlar qəba oldu.
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
69
Xirqə geyənlər onun əzəmətindən heyrətə düşüb
Xirqələrini çıxararaq onun ayaqlarına atdılar.
Şəms onun çiynindən öpüb irəli apardı,
Yuxarı başa keçirib taxtda oturtdu.
Elə bil Haqqın əlləri onu ağuşuna aldı,
Üzərinə nurdan bir pərdə çəkdi.
Pirin simasından eşq yağır
Və aləmi tutan gözəlliyi vəsf edir.
Onun saf etiqadlıları qapıdan içəri girirlər,
Onun dərvişlərinin hərəsi bir padşahdır.
Ariflər sapa düzülmüş ləl və dürr kimidir,
Şəmsin gözünün sarayı dolub.
Xanəgahın bütün fəzasını
Günəşlə Ayın pərvanələri tutub.
Həqiqət Günəşi (Şəms) özü xirqəsini çıxarıb
Şaha qonaqpərvərlik göstərir.
Saib ucadan «xoş gəldin!» deyərək,
Şeyx Şəbüstəriyə kömək edir.
M ə s i a ğ a M ə h ə m m ə d i
70
Məsnəvixanlar
13
hekayət danışır
Və ayrılıqdan şikayət edirlər.
Şam və məşəllər nur yağdırır,
Elə bil hurilər ətrafa gül səpir.
Qapıda, divarda şüalar oynaşır,
Sufilər cuşa gəlib səma rəqsi edirlər.
Xaqaninin oxuduğu qəsidə yarımçıq qaldı,
Çünki Hümam
14
qəzəl deməyə başladı.
Padşahın eşqinin həyəcanlandırıcı hekayəti
Yalnız qəzələ və tarın siminə sığışa bilər.
Görürsən ki, ariflər və aqillər
İltifatla başlarını aşağı salıblar.
Qapı ağzında bir tərəfdə Şeyx Bəhayi
15
durub,
Bir tərəfdə də Sənayi
16
əli sinəsində dayanıb.
İbn Sina şahın qəlyanını aparır,
Fəxr Razi
17
şaha tütün çatdırır.
Su gətirmək Feyzi Dəkəninin
18
öhdəsindədir,
Dehləvi dəhlizdə dayanıb
19
.
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
71
Tus şairi
20
əkinin suyunu bağlayıb,
Qəzzali
21
də ipi pambıq edib.
Rudəki arabir rud çalaraq,
Xoş Səmərqənd nəğməsi oxuyur:
«Muliyan çayının ətri gəlir,
Mehriban yar yada düşür»
22
.
Sədi bir guşədə qiyamət qoparıb
O üzü və qaməti vəsf edir.
Xacə (Hafiz) öz xoş avazı ilə oxuduğu
«Şahnaz»la məclisə xoş bir «Şur» (coşqu) salıb.
O yanda Şeyx Əttar
23
müşk səpib ud yandırır,
Bəd nəzəri üzərlik tüstüsünə tutur.
Məclisi bəzəməyə Nizami layiqdir,
O şöhrətli söz ustası layiqdir.
Məclisi nizamlamağı Nizamiyə tapşırıblar,
Cam gəzdirməyi Camiyə
24
tapşırblar.
Xəyyam mey kuzəsini başına çəkir,
Firdovsi ucadan deyir: «Nuş olsun!»
M ə s i a ğ a M ə h ə m m ə d i
72
Bizim məstliyimiz mənəvi şərabdandır,
Bizim çərəzimiz «Məsnəvi»nin neyi və avazıdır.
Bizim hədiyyəmiz göz yaşımız və eşqimizdir,
Onun qaşının bir işarəsi bizə yol göstərir.
Gözümüzü açıb bu xoş röyadan ayrılaq,
Eşqi ağılla tutuşduraq.
«Şahnamə» bizim təbilimiz və şeypurumuzdur,
«Məsnəvi» bizim çəngimiz, neyimiz və
zınqırovumuzdur.
Tanrı xilqət neyinə üfürəndən bəri
Mövlanadan yanıqlı ney kim görüb?!
İlahi, bu neyçi nə gözəl çalır,
«Çalır» deyirlər, amma od vurur.
«Neyin bu sədası hava deyil, oddur,
Kimdə bu od yoxdursa, yox olsun!»
25
Bu qələndər gör nə qovğa salıb,
Aləmi öz sədası ilə doldurub!
Bu «Məsnəvi» yaradılış kitabı olduğundan
Köhnə onda bir an içində yeniləşər.
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
73
Hissəciklə tamı yenidən bir-birinə qovuşdurub,
Yaradılış kimi bir məhşər meydana gətirib.
Onun hər vərəqində yüz səhnə canlanır,
Onun hər sözündə yüz naxış görünür.
Onun hər sözü mübtədanın neçə-neçə xəbəridir,
Üstəlik özü də neçə-neçə sonun başlanğıcıdır.
Elə ki, söz həm mübtəda, həm də xəbər olar,
Bir dünya mənanı qucağına alar.
Otuz hissədən ibarət Qurana and olsun ki,
«Məsnəvi» fars şerinin Quranıdır.
Düşüncə gözəlləri ona vurğundur,
Beyinlər onun dəryasında qərq olub.
Mövlana könlünü Şəmsin eşqinə verdi
Və bu qədər divanı Şəmsin adına bağladı.
Ona görə də Mövlananın ilhamına yox,
Mövlananın Şəmsinə əhsən!
Bizim dilsizlikdən şikayətlənən Şəmsimiz
Mövlana şerinin dilində təzahür etdi
26
.
M ə s i a ğ a M ə h ə m m ə d i
74
Dil dağından ürəyi ağrıdığından
Tanrı ona bu əbədi dili verdi.
Bu «Məsnəvi» kitabı əbədidir,
Ey Mövlananın ruhu, sən də əbədi yaşa!
Mövlana Ruminin yeddi yüz əlli illiiyi
Hər bir ölkədə keçirilsə də,
Mövlana Şəmsi axtarır,
Şəms hardadırsa, ora gedir.
Şəms təbrizli və bizimki olduğundan
Mövlananın ruhu da yəqin bizim qonağımızdır.
Ey Şəhriyar, ilhamın çağlayırdı,
Ona görə də qonaqlarının vaxtını xoş keçirdin.
İzahlar:
1. Beyt Mövlanaya məxsusdur.
2. Konya şəhəri nəzərdə tutulur.
3. Şəms Təbrizi «Söhbətlər»ində özünü Günəşə,
Mövlananı isə Aya bənzədir. Eyni müqayisəyə
Ruminin əsərlərində də rast gəlirik.
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
75
4. Azərbaycanın böyük filosof-şairi, sufi ədə-
biyyatının mühüm nümunələrindən biri olan
«Gülşəni-raz»ın müəllifi Şeyx Mahmud Şəbüstəri
(1287-1320) nəzərdə tutulur. Bir qədər aşağıda
Şəhriyar onun əsərinin də adını çəkir.
5. Özünü «Mövlana tərzinin davamçısı» adlandıran,
farsdilli poeziyada bütöv bir cərəyanın başında
duran dahi Azərbaycan şairi Saib Təbriziyə
(1601-1677) işarə olunur.
6. XI-XII əsrlərdə yaşamış şair Əməq Buxari
(vəf.1148).
7. Səfəvilər dövründə yaşayıb «Molla Sədra» kimi
məşhur olan filosof və ilahiyyatçı Sədrəddin
Şirazi (1572-1640).
8. Görkəmli sufi şairi, nemətullahi təriqətinin banisi
Şah Nemətullah Vəli (1330-1431).
9. Həzrət Əli nəzərdə tutulur.
10. Böyük sufi şeyxi Əbu Səid Əbül-Xeyr Meyhəni
(967-1049).
11. Erkən sufizmin görkəmli nümayəndələri Cüneyd
Bağdadi (vəf.910) və Bayəzid Bəstami (vəf.
875)
12. Təsəvvüf tarixində özünəməxsus yer tutan Şeyx
Əhmədi-Cam Jindəpil (1049-1125)
13. Məsnəvixan – peşəkar «Məsnəvi» qiraətçisi. Bu
beyt «Məsnəvi»nin ilk sətirlərinin azca
dəyişdirilmiş variantıdır.
M ə s i a ğ a M ə h ə m m ə d i
76
14. Mövlananın müasiri olmuş Azərbaycan şairi
Hümam Təbrizi (vəf.1315)
15. «Şeyx Bəhayi» adı ilə məşhur olan alim və şair
Bəhaəddin Amili (1546-1622).
16. Sufi poeziyasının ünlü nümayəndəsi Sənayi
Qəznəvi (1048-1140). Mövlanaya güclü təsiri
olmuşdur.
17. Məşhur ilahiyyatçı Fəxrəddin Razi (1149-1209).
Mövlananın atası Bəhaəddin Vələdlə münaqi-
şəsi olmuşdur. Şəms də, Mövlana da ona mənfi
münasibət bəsləmişdir.
18. Moğollar dövrünün böyük hind şairi Əbül-Feyz
Feyzi Dəkəni (1547-1595)
19. Dahi hind şairi Əmir Xosrov Dehləvi (1253-
1325)
20. Burada «Tus şairi» dedikdə Firdovsi nəzərdə
tutulur və onun dehqanlığına işarə olunur.
21. Məşhur filosof və ilahiyyatçı Əbu Hamid
Məhəmməd əl-Qəzzali (1058-1111). Şəhriyar
Qəzzali (pambıqdan iplik əyirən, ip toxuyan)
sözünün hərfi mənasına işarə etmişdir.
22. Burada fars-tacik ədbiyyatının banisi sayılan
Rudəki Səmərqəndinin (IX-X əsrlər) rud
alətində çalmasına işarə olunmuş və onun
məşhur «Buye-cuye-Muliyan ayəd həmi...»
şerindən bir beyt verilmişdir.
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
77
23. Sufi ədəbiyyatının böyük nümayəndəsi Şeyx
Fəridəddin
Əttar Nişaburi (1119-1230).
Qaynaqlarda Mövlananın uşaq ikən onunla
görüşdüyü bildirilir.
24. Nizaminin görkəmli davamçılarından olan şair və
sufi Əbdürrəhman Cami (1414-1492).
25. Bu beyt «Məsnəvi»nin giriş hissəsindən
götürülmüşdür.
26. Şəms Təbrizi daim dilin və sözün onun hiss və
düşüncələrini ifadə etməkdə «acizliyindən»
şikayətlənmiş, buna görə də əsər yazmağa meyli
olmadığını bildirmişdir. Mövlana isə öz
əsərlərinin Şəmsin səsi olduğunu vurğulamışdır.
Şəhriyar burada həmin mətləbə işarə edir.
M ə s i a ğ a M ə h ə m m ə d i
78
MÜNDƏRİCAT
Şəhriyar şeirinə yeni baxış (Qurban Bayramov) ......5
Şəhriyar və zəmanəmiz ..........................................11
Şəhriyar və XX əsr İran ədəbi mühiti ....................22
“Heydərbaba” fars dilində ......................................47
“Azərbaycan” şeiri saxta deyil ...............................52
Şəhriyarın çağlayan ilhamının möcüzəsi ................58
Ş ə h r i y a r v ə z ə m a n ə m i z
79
M ə s i a ğ a M ə h ə m m ə d i
80
Məsiağa Məhəmmədi
Şəhriyar və zəmanəmiz
Çapa imzalanmışdır: 02.11.2015
Formatı: 84x108 1/32
Həcmi: 2,5 ç.v.
Sifariş: 126
Sayı: 300
Qiyməti: Müqavilə ilə
_____________________
“ADMİU”nun mətbəəsində nəşr olunmuşdur.
Ünvan: Bakı ş., Zərdabi 39a
Tel: (+994 12) 434 50 04
Dostları ilə paylaş: |