102
əsaslanaraq yeni şəraitlər, yeni maraqlar üzə çıxarır. Maraqlar
təmin edildikdən sonra itir və yenisi ilə əvəz olunur. Buna bəzən
müvəqqəti maraq da demək olar. Müvəqqəti maraqların ardıcıl
düzülməsi ümumi daimi marağı təmin edir. Siyasi hərəkətlər
trayektoriyalar üzrə təkrarlanarkən, əvvəlki maraq forması üzə
çıxır. Bəzi forma dəyişikliyinə məruz qalsa da məzmun
baxımından eyni ola bilir. Bu baxımdan da daima mövcud olan və
daima zəruri olan maraqları təmin etmək üçün müvəqqəti, bir
hərəkət vəziyyətinin yaranmasını şərtləndirən maraq mövcud olur.
Məsələn, dövlət hakimiyyətinin strukturları, siyasi qurumları
qanunvericiliyin yaradılması və tətbiqini daima mövcud olan
maraq kimi göstərirlər. Lakin bu yolda siyasi qurumların hərəkəti,
fəaliyyəti, funksiyaları nəticəsində müxtəlif forma və məzmunlu
müvəqqəti maraqlar da ortya çıxa bilər. Buna həmin an üçün,
həmin şərait üçün meydana gələn birdəfəlik maraq da demək
olar. Bu müvəqqəti və birdəfəlik maraq ola bilər ki, daima
mövcud olan marağı təmin etmək üçün təmin edilsin. Məsələn,
cəmiyyətdə yaşamaq marağı hər bir şəxsin marağıdır və daimi
xüsusiyyətlərə malikdir. Lakin bu marağı təmin etmək üçün çoxlu
sayda hərəkətlər edilir ki, nəticədə hərəkət zamanı çoxlu sayda
mərkəzi marağı təmin etmək üçün müvəqqəti maraqlar meydana
gəlir. Daima mövcud olan maraq tələb edir ki, daima birləşmə,
ayrılma prosesləri həyata keçirilsin. Maraqların birləşməsi üçün
ola bilər ki, trayektoriyalar (baza və köməkçi) yaradılsın. Çünki
maraqların təmin edilməsinin özü tələb edir ki, siyasi hərəkətlər
tez-tez törədilsin. Siyasi hərəkətlər törədildikdə trayektoriyaların
yaranması prosesləri meydana gəlir. Bu baxımdan siyasi sistemin
tərkibi də genişlənmə xüsusiyyətlərinə malik olur. Siyasi
maraqların çoxalması siyasi hərəkətlərin sayının artmasını tələb
edir və siyasi trayektoriyaların yaranmasını zəruri edir. Siyasi
trayektoriyalar isə yeni aktorların, siyasi subyektlərin, siyasi
qurumların yaranmasını zəruri edir, tələb edir. Bu baxımdan siyasi
inkişaf zamanı siyasi qurumların tərkibində dəyişiklik edilir.
Struktur dəyişikliyinə məruz qalır. Siyasi inkişaf zamanı siyasi
sistemlərdə ardıcıl və məqsədyönlü şəkildə təmin edilən və bir-
103
birini əvəzləyən, siyasi vasitə üzərinə vasitə gətirən maraqların
sayı artmaqda davam edir. Məhz maraqlar üzərində qurulan
hərəkətlər cəmiyyətin ümumi inkişafını təmin edir. Maraqların
forma və məzmunu siyasi hərəkətlərin istiqamətlərini müəyyən-
ləşdirir. Maraq yolu ilə hərəkətlər zamanı çoxlu sayda hədəflərə
və məqsədlərə çatılır.
1
Siyasi sistemi yaradan, zəruri edən başlıca
vasitə tələbata bağlı olan maraq olduğundan, maraq hərəkət
sistemini, siyasəti hazırlayan və istiqamətləndirən mərkəzlərin
yaradılmasını şərtləndirir və siyasi qurumların qarşılıqlı fəaliyyət
mexanizmini formalaşdırır. Siyasi inkişaf prosesi maraqların
çoxçalarlı olmasını şərtləndirir.
щярякяти тямин едир;-щярякят нятижясиндя мараг тямин олунур. Бу просес ардыжыл
олараг-тякрарланмыш формада йериня йетирилир.
Сийаси вязиййятлярин вя сийаси вязиййятляри ямяля эятирян
васитялярин ардыжыллыьыны якс етдирян схем
Maraq
Tяlяbat
Шяrait
Hяrяkяt
Maraq
Шяrait
Hяrяkяt
Tяlяbat
Щярякят-нисби башланьыж-давамедижи вязиййят-нисби сонлуг-щярякят-нисби башланьыж.
Щяр бир щярякят механизминин ясасы мараг, шяраит вя тялябатдан формалашыр.
Схемдян эюрцнцр ки, мараг шяраити йарадыр;-шяраит тялябаты цзя чыхарыр; -тялябат
Sxem 10
1
Nəsibov E.M. Siyasətin tərkib hissələrinin hərəkət xüsusiyyətləri. Bakı,
“Elm və Təhsil”, 2010, 116 səh. s. 64-67.
104
Hərəkətlər trayektoriyaları əmələ gətirir. Biri var baza
trayektoriyası. Bu trayektoriya daimi olur və həyatın baza xəttini
təşkil edir. Biri də var ki, baza trayektoriyası içərisində qısa
məsafəli trayektoriyalar. Qısa məsafəli trayektoriylar birdəfəlik
hərəkətlərin (uzanmayan) yaratdıqları trayektoriyalardır. Baza
trayektoriyası da ard-arda davam edən, meydana gələn birdəfəlik
qısa trayektoriyalardan yaranır. Bu da onunla izah olunur ki, bir
baza trayektoriyasının içərisində çoxlu sayda hərəkətlər törədilə
bilir. Bir məzmunlu trayektoriyalar maraq və hədəflərdə bitir.
Yeni forma və məzmunlu trayektoriyalar əmələ gəlir. Yəni maraq
amili həm başlanğıc, həm də sonluğu təmin edən vasitədir.
Trayektoriya və maraq siyasi qurumları, siyasi institutları
formalaşdırır. Siyasi institutlar və vasitələrin qarşılıqlı fəaliyyəti
isə siyasi sistemi əmələ gətirir. Siyasi sistemin fəaliyyəti də öz
növbəsində siyasi mənzərəni, siyasi mühiti formalaşdırır.
Siyasətin ünsürləri siyasi şəxslər və siyasət qurumlarıdır. Siyasətin
ünsürlərinə canlı siyasi vasitələri aid etmək olar.
Siyasi inkişafın təmin edilməsi məqsədilə əlverişli
siyasi şəraitin yaradılmasının əsasları
Siyasi inkişaf zamanı siyasətin subyektləri öz maraqlarını
təmin etmək üçün siyasi hərəkətlər edirlər və bir-birinin ardınca
sürətli hadisələr törədirlər. Bütün siyasi subyektlərin qarşılıqlı
olaraq və faydalılıq əsasında məqsədyönlü şəkildə siyasi
hadisələri törətmələri siyasi inkişaf vəziyyətini və proseslərini
yaradır. Buradan belə bir fikir yaranır ki, siyasi inkişaf əlverişli
siyasi şəraitin yaradılmasını və bu şəraitdən səmərəli istifadə
edilməsini tələb edən bir vəziyyətdir. Siyasətin subyektləri ona
görə əlverişli şərait yaradırlar ki, siyasi hadisələrin sürətlə
törədilməsini təmi etsinlər. Hər bir hadisə özü ilə şərait
yaratmaqla bərabər, əlavə yeni şəraitin də yaradılmasını tələb edir.
Yeni şərait yeni zərurət və tələbat əmələ gətirir, yeni maraqların
meydana gəlməsini zəruri edir. Faydalı maraqlar yeni şəraitin
forma və məzmunu ilə bağlı olur. Belə ki, şəraitin mövcud tərzliyi