Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə49/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   45   46   47   48   49   50   51   52   ...   204

 

147


buraxılmayan Türkiyə Rusiya ilə yaxınlıq edərsə, böyük ərazisi və 

iqtisadi  potensialı  olan,  lakin  az  sayda  əhaliyə  malik  olan 

Rusiyada  Türkiyə  vətəndaşları  üçün  böyük  imkanlar  yaranar. 

Rusiya  ərazisinə  sərbəst  gediş-gəliş  imkanları  artar.  Bir  məsələni 

unutmaq  lazım  deyil  ki,  öz  ərazisində  20  milyondan  çox 

müsəlmanın  yaşadığı  Rusiyada  müsəlman  dininə  böyük  hörmət 

göstərilir.  Ümumiyyətlə,  katolik  xristianlardan  fərqli  olaraq, 

pravoslav  xristianlarla  müsəlmanlar  arasında  bir  qədər  yaxınlıq 

mövcuddur.  Bu  baxımdan  da  Türkiyənin  Rusiya  ilə  əməkdaşlığı 

mümkün  olar.  Eləcə  də  İranla  Rusiyanın  da  əməkdaşlığı  hərbi-

siyasi və iqtisadi ittifaq çərçivəsində reallığa çevrilər.  

Beşincisi,  Rusiya ilə  yüksək səviyyəli əməkdaşlıq Türkiyənin 

türk  dünyasına  inteqrasiyasına  çox  kömək  edər.  Qəbul  etmək 

lazımdır  ki,  Türkiyənin  bugünki  zəif  gücü,  texniki,  iqtisadi  və 

siyasi  imkanlarının  məhdudluğu  və  eləcə  də  dünya  siyasətində 

geniş iştirak edə bilmək imkanlarının olmamasına görə, bu dövlət 

türk  dünyasının  siyasi  cəhətdən  bütövləşməsini  həyata  keçirə 

bilmir.  Bu  baxımdan  da  Türkiyənin  gələcək  hərbi-siyasi  və 

iqtisadi  qüdrəti  ABŞ  və  Qərbi  Avropa  ilə  yaxınlıqdan  asılı  ola 

bilməz. Əksinə, Türkiyə çox şeyləri itirir.  

Altıncısı,  Rusiya,  Türkiyə  və  İran  arasında  hərbi-siyasi 

birliyin  yaradılması və bu birlikdə Azərbaycanın iştirakı ilə islam 

dininin Avrasiyada daha da güclənməsinə gətirib çıxara bilər. Belə 

ki,  katoliklər  tərəfindən  soyuq  qarşılanan  pravoslavlar  (xüsusilə 

ruslar) da öz arxalarında daha çox müsəlmanları görə bilərlər. Bir 

də  tarix  sübut  edir  ki,  slavyanlarla  türklər  uzun  əsrlər  boyu 

qonşuluqda  yaşayıblar.  Düzdür,  tarixən  türklərlə  slavyanlar 

arasında  müharibələr  olsa  da,  onlar  arasında  sıx  əlaqələr  də 

mövcud  olubdur.  Rusiya  ilə  Türkiyə  arasında  siyasi  birliyin 

mövcudluğundan  Türkiyə  ehtiyat  edə  bilməz.  Belə  ki,  Rusiya 

əhalisi  az  olduğundan  bu  amil  gələcəkdə  artan  əhalisi  olan 

Türkiyə  üçün  qorxulu  amilə  çevrilə  bilməz.  Rusiya  Türkiyəni 

özündən əhali baxımından asılı edə bilməz. Bir məsələni unutmaq 

olmaz. Türkiyə ilə Rusiya arasındakı  yaxınlıq bir neçə onillikdən 

sonra  Rusiya  ərazisində  türkkökənli  xalqların  nüfuzunun  həddən 



 

148


artıq artmasına gətirib çıxara bilər. Türklərlə ruslar arasında geniş 

qohumluq  yaranar  ki,  bu  da  nəticədə  Rusiya  ərazisində  türklərin 

təsirlərini  daha  çox  artırar.  Türkiyə-Rusiya  ittifaqı  həm  də 

Rusiyaya  Çindən  gözlənilə  biləcək  təsirlərin  qarşısını  ala  bilər. 

Türkiyə  vətəndaşları  Rusiya  qədər  heç  bir  Avropa  və  ya  dünya 

ölkəsində  böyük  nüfuzlar  əldə  edə  bilməzlər.  Rusların  da  qərbi 

avropalılara  nisbətən  türklərə  böyük  rəğbətləri  vardır.  Ruslar 

gələcəkdə  öz  ərazilərində  çinlilər  və  ingilisləri  görməkdənsə, 

türkləri  görməyə  üstünlük  verərlər.  Türkiyə  bir  neçə  onillikdən 

sonra  əhalisi  azalan  Rusiyada  böyük  təsirlər  əldə  edə  bilər. 

Azərbaycan  Türkiyə-Rusiya  ittifaqında  birləşdirici  məkan,  güc 

rolunu oynaya bilər.  



Yeddincisi, Regionda hərbi-siyasi ittifaq yaranarsa, böyük bir 

coğrafi  məkanda  iqtisadi  məkan  da  formalaşar.  Hətta  bir  neçə 

müddətdən  sonra  vahid  pul  siyasəti  də  həyata  keçirilə  bilər  ki, 

Türkiyə bu imkanlardan geniş faydalana bilər. 



Səkkizincisi, ittifaqın yaradlıması Rusiya üçün də xeyirli olar. 

Rusiya  hesab  edər  ki,  onun  cənub  sərhədlərində  İran  və  Türkiyə 

kimi  onunla  bir  ittifaqda  olan  böyük  dövlətlər  vardır.  ABŞ-dan 

olan təhlükə tamamilə azalar. İttifaqın yaradılması ilə ABŞ-ın Ön 

Asiyaya,  Cənubi  Qafqaz  və  Xəzər  regionuna  girişinin  qarşısı 

qismən alınar. 



Doqquzuncusu,  belə  bir  ittifaqın  yaradılması  ilə  NATO-ya 

alternativ  olan,  hətta  ondan  hərbi  cəhətdən  cox  güclü  ola  bilən, 

keçmiş  SSRİ-dən  də  böyük  potensiala  malik  olan  yeni  bir  hərbi-

siyasi qurumun  yaranmasına səbəb olar. Bu quruma sonra Çin də 

dəstək  verə  bilər.  Qurum  yaranarsa,  NATO  yalnız  ABŞ,  Kanada 

və  Qərbi  Avropa  məkanında  qala  bilər,  yəni  öz  əvvəlki  sərhəd-

lərinə çəkilər. Nəticəsi də Rusiya, İran və Çin üçün əlverişli olar.  

Onuncusu,  Rusiya  öz  ticarət  məhsulları  üçün  geniş  bazarlar 

əldə edər və iqtisadi cəhətdən güclənər. 



Onbirincisi,  İttifaq  dünya  enerji  mənbələri  üzərində  geniş 

nüfuza  sahib  olar,  neftin  qiymətinə  təsir  imkanları  əldə  edər, 

Rusiyanın  Qərbə  enerji  təzyiqləri  artar.  Nəticəsi  də  Rusiyanın 

xeyrinə olar. 




 

149


Onikincisi, İrana ABŞ-ın təzyiqləri tamamilə minimuma enər. 

Təhlükə aradan qalxar və İran da iqtisadi cəhətdən güclənər və tez 

bir  zamanda  nüvə  dövlətinə  çevrilər  (regionda  qarşılıqlı  balans 

yaratmaq naminə).  



Onüçüncüsü,  Cənubi  Qafqaz  bögəsində  sabitlik  əldə  olunar, 

Azərbaycanın ərazi bütövlüyü təmin olunar. 



Ondördüncüsü,  ABŞ-ın  Qara  dənizə  girişinin  qarşısı  alınar. 

ABŞ-ın  beynəlxalq  münasibətlərdə  mövqeyi  zəifləyər  və  dünya 

siyasətində aparıcı təsirləri aşağı enər.  

İttifaqın  yaradılması çox böyük zaman, siyasi iradə və böyük 

zəhmətlər  hesabına  əldə  oluna  bilər.  İttifaqın  yaradılmasının 

mümkünlüyünü  zəruri  edən  amillər  içərisində  coğrafi  yaxınlıq, 



tarixi  bağlılıq,  adət-ənənə  oxşarlıqları,  dil  oxşarlıqları,  dini 

amillər,  dövlətlərin  bir-birindən  inkişafına  görə  kəskin 

fərqlənməyən  cəmiyyətləri,  avrasiyaçılıq  (xüsusilə,  asiyalılıq, 

şə

rqlilik) kimi amilləri göstərmək olar.  

Cənubi  Qafqazın  da  daxil  olduğu  hərbi,  iqtisadi  və  siyasi 

ittifaqı 1+2+3+5+2 formatı əsasında formalaşdırmaq olar. Burada 

1-  Rusiya,  2-Türkiyə  və  İran,  3-Azərbaycan,  Gürcüstan  və 

Ermənistan, 5-Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, 

Tacikistan, 2-Ukrayna və Belorusu göstərmək olar. Hərbi, iqtisadi 

və siyasi ittifaqın adını RTİ-CASCUB adlandırmaq olar. Eləcə də 

ittifaqa “Böyük” adını vermək olar. İttifaq bir böyük güc mərkəzi, 

iki  regional  orta  güc  mərkəzlərinin  iştirakı  ilə  yaradıla  bilər. 

İttifaqdakı  format  belə  də  adlana  bilər:  1+2+10.  İttifaqın  ümumi 

pul vahidini də gələcəkdə buraxmaq olar. İlkin mərhələdə iqtisadi 

və mədəni məsələlər bu ittifaqda öz həllini tapar. Sonra isə ittifaq 

hərbi-siyasi quruma çevrilə bilər.  

 

 Yazılma tarixi 01 dekabr 2009-cu il 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə