Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə47/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   43   44   45   46   47   48   49   50   ...   204

 

141


Regional  ittifaqların  əhəmiyyətini  nəzərə  alaraq,  əksər  dünya 

dövlətləri də beynəlxalq münasibətlərdə öz mövqelərini möhkəm-

ləndirmək  üçün  iqtisadi  və  hərbi-siyasi  ittifaqlarda  cəmləşməyə, 

toplaşmağa  üstünlük  verirlər.  Belə  ki,  hətta  Fransa  da  NATO  ilə 

təkrar  olaraq  hərbi  əməkdaşlığa  qayıdıb  və  Alyansın  hərbi 

qurumuna qoşulub. Fransa XX əsrin 60-cı illərində prezident Şarl 

De  Qolun  zamanında  NATO-nun  hərbi  qurumunda  iştirakdan 

imtina  haqqında  qərar  qəbul  etmişdi.  Fransa  öz  qoşunlarını 

NATO-nun hərbi hissələrindən çəkmişdi.  

NATO  hal-hazırda  öz  üzvlərinin  sayını  artırıb.  Rusiya  da 

NATO və Avropa İttifaqına alternativ ola biləcək böyük bir siyasi 

qurumun  yaradılmasına  çalışır.  Cənubi  Qafqaz  ölkələri  də  öz 

coğrafi  mövqelərinə  və  siyasi,  hərbi  və  iqtisadi  potensiallarına 

görə ittifaqlara cəlb edilirlər. Bir məsələni unutmaq lazım deyil ki, 

Cənubi  Qafqaz  öz  coğrafi  vəziyyətinə  görə  regional  siyasi 

əhəmiyyət kəsb etməklə yanaşı, həm də Rusiya ilə ABŞ və Qərbi 

Avropa  dövlətləri  ittifaqı  arasında  bir  hərbi-siyasi  və  geoiqtisadi 

mübarizə meydanıdır. Cənubi Qafqaz ABŞ başda olmaqla NATO-

nun  Rusiya  ətrafında  yaratdığı  hərbi-siyasi  “təhlükəsizlik 

qurşağı”ı  ərazisinin  mərkəzi  zonasıdır.  Hesab  etmək  olar  ki, 

Rusiyanın  ABŞ  və  Böyük  Britaniyadan  əsas  iki  qorxulu  coğrafi 

istiqamətləri,  məkanları  mövcuddur.  Birincisi,  Şərqi  və  Şimal-

Şərqi  Avropa,  ikincisi,  Cənubi  Qafqaz.  Cənubi  Qafqaza  Qara 

dəniz  bölgəsini  də  aid  etmək  olar.  Əgər  Rusiya  Şərqi  Avropa 

istiqamətindən  daha  çox  iqtisadi  təzyiqlərdən  ehtiyat  edirsə, 

Cənubi  Qafqaz  Rusiyanın  parçalanmasına  dəstək  vermək 

baxımından ABŞ və Qərbi Avropa dövlətləri üçün ən əhəmiyyətli 

bir çoğrafi məkandır. Rusiyanın Qafqaz bölgəsi öz etnik tərkibinə 

və  siyasi  aktivliyinə,  siyasi  qaynarlığına  və  bu  baxımdan  siyasi 

narahatlığına  görə  Rusiya  üçün  ən  təhlükəli  bir  bölgədir.  Rusiya 

belə narahatlığını Şərqi Avropada keçirmir. Rusiyanın Avropa ilə 

sərhədləri əsasən ruslardan və digər slavyanlardan ibarətdir ki, bu 

amil də Rusiyanın daxildə sabitliyinin pozulması və parçalanması 

üçün təhlükəli bir məkan deyil.  



 

142


Rusiya  təkrar  olaraq  silahlanır.  Rusiya  prezidenti  Dmitri 

Medvedyev  Rusiya  ordusunun  yenidən  silahlanması  haqqında 

2009-cu  ildə  sərəncam  da  imzalayıb.  Rusiyanın  cənubi 

istiqamətlər üzrə əsas strateji hədəfi Türkiyə və İranı tamamilə öz 

tərəfinə  çəkməkdən  ibarətdir.  (Rusiyanın  tarixi  böyük  ticarət 

yolları  üzərində  strateji  nüfuz  qazanmaq  uğrundakı  siyasətinin 

müasir  zamanda  davamı)  Rusiya  hesab  edir  ki,  buna  nail  olarsa, 

iqtisadi,  siyasi  və  hərbi  cəhətdən  dünyanın  ən  güclü  dövlətinə 

çevrilər.  Rusiya  Mərkəzi  Asiya,  Cənubi  Qafqaz  və  eləcə  də  Ön 

Asiyaya  sahib  olar  və  Ərəb  dünyasına  böyük təsir imkanları  əldə 

edər.  

Cənubi  Qafqazın  da  daxil  olduğu  Xəzər-Qara  dəniz  regionu 



həm  iqtisadi  potensialına,  həm  coğrafi  mövqeyinə  görə,  həm  də 

güclü  dövlətlərin  yerləşdiyi  bir  region  olduğundan,  dünya 

siyasətinin  formalaşmasında  mühüm  rol  oynayır.  Dünyanın 

iqtisadi, hərbi, elmi və siyasi  cəhətdən inkişaf etmiş dövlətləri öz 

regionlarının  birgə  inkişafı  naminə  birləşərək  iqtisadi,  siyasi, 

ekoloji,  mədəni  və  bir  çox  sahələri  əhatə  edən  birliklər,  ittifaqlar 

yaradırlar.  Avropa  regionundakı  təşkilatları  buna  misal  çəkmək 

olar.  Cənubi  Qafqaz,  Mərkəzi  Asiya  və  Qara  dəniz  bölgələri  də 

özünəməxsus  geosiyasi  xüsusiyyətlərə  malik  olduğundan  bu 

bölgələrdə  iqtisadi  birliklərin,  siyasi  və  hərbi  ittifaqların 

mövcudluğu  zamanın  tələbidir.  Hal-hazırda  fəaliyyət  göstərən  və 

Cənubi  Qafqazın  və  Mərkəzi  Asiyanın  da  daxil  olduğu  regional 

iqtisadi  birliklərdən  İqtisadi  Əməkdaşlıq  Təşkilatını,  Qara  Dəniz 

İqtisadi  Əməkdaşlıq  Təşkilatını,  GUAM  təşkilatını,  MDB-ni, 

Kollektiv 

Təhlükəsizlik 

Müqaviləsi 

Təşkilatını, 

Şanxay 

Əməkdaşlıq  Təşkilatını  misal  çəkmək  olar.  Bu  təşkilatlar 



çərçivəsində Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətləri, Rusiya, 

Çin,  Belorus,  Ukrayna,  Gürcüstan,  Moldova,  Türkiyə,  İran, 

Əfqanıstan  arasında  təşkilatların  əhatə  etdiyi  coğrafi  məkanlara 

uyğun  olaraq  müəyyən  iqtisadi  və  siyasi  əməkdaşlıq  həyata 

keçirilir.  Lakin  bu  əməkdaşlığa  baxmayaraq,  dövlətlər  arasında 

iqtisadi,  siyasi  və  hərbi  əlaqələr  elə  də  yüksək  səviyyəyə  malik 

deyildir.  Bölgədə  hətta  düşmənçilik  vəziyyəti  də  mövcuddur. 



 

143


Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal olunduğu üçün 

iki  dövlət  arasında  düşmənçilik  münasibətləri  yaşanır.  Eləcə  də 

Türkiyəyə  qarşı  ərazi  iddiasına  və  qondarma  soyqırım  iddiasına 

malik  olduğu  üçün  Ermənistanla  Türkiyə  arasında  rəsmi  siyasi 

əlaqələr  mövcud  deyildir.  İran  və  Rusiya  Azərbaycanın  ərazi 

bütövlüyünü dəstəkləməkdə tərəddüd edirlər.  

Ümumiyyətlə,  konkret  olaraq  belə  bir  sual  ətrafında  fikir 

mübadiləsi  aparmaq  olar:  -Cənubi  Qafqazın  da  əhatə  olunduğu 

hərbi-siyasi ittifaqın, məsələn, NATO ittifaqı kimi, eləcə də vahid 

iqtisadi, ticari və maliyyə məkanının və siyasi idarəçiliyin mövcud 

olduğu,  məsələn  Avropa  İttifaqı  kimi  bir  qurumun  yaradılması 

mümkün  ola  bilərmi?  Hələ  XX  əsrin  90-cı  illərində  bölgə 

dövlətləri tərəfindən ittifaqlara və birliklərə dair müxtəlif təkliflər 

də  səslənmişdir.  Hətta  2008-ci  ilin  avqust  hadisələri  zamanı 

Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan tərəfindən “Qafqaz 

Təhlükəsizlik Platforması”nın yaradılması ideyası da ortaya atıldı. 

Bu təklifi Rusiya da bəyəndi. Lakin bu təklifin reallaşması hələ də 

öz  həllini  tapmayıb.  -İndi  isə  suala  cavab  axtarmaq  lazımdır:-

Cavab  ondan  ibarət  ola  bilər  ki,  indiki  vəziyyətdə  Cənubi 

Qafqazda ittifaqın yaradılması mümkün deyil.  



Bu fikrin əsasları:  

Birincisi, nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz bölgəsinin 

özü  ərazi  baxımından  kiçik  bir  bölgə  olduğu  üçün  burada  yarana 

biləcək  hər  hansı  bir  siyasi,  hərbi  və  iqtisadi  birlik,  ittifaq 

uzunmüddətli  yaşaya  bilməz  və  çox  zəif  bir  qurum  halında  çıxış 

edə bilər. Hələ tarixdən məlumdur ki, 1918-ci ildə Cənubi Qafqaz 

(Zaqafqaziya) 

dövlətlərinin 

vahid 


qanunvericilik 

orqanı, 


Zaqafqaziya Seymi olubdur və dövlətlər bu qurumda birgə təmsil 

olunublar.  1918-ci  ilin  aprel  ayında  üç  respublikadan  ibarət  bir 

federasiya- 

mərkəzi 


Tiflisdə 

yerləşməklə, 

Zaqafqaziya 

Federasiyası  adlı  bir  siyasi  qurum  da  yaradılmışdı.  Lakin  bu 

qurum cəmi bir ay fəaliyyət göstərib və həmin ilin may ayında hər 

üç  respublika  öz  müstəqilliyini  bəyan  edibdir.  Sonra  isə  işğal 

nəticəsində Sovet imperiyasının tərkibinə qatılıblar.  



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə