Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə55/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   51   52   53   54   55   56   57   58   ...   204

 

164


Mövcud  zamanın  beynəlxalq  münasibətlərində  böyük  dövlətlərin 

demək olar ki, ərazi işğal edib öz tərkibinə qatması siyasətinə az-

az  rast  gəlinir  və  XXI  əsrdə  isə  bu  siyasət  forması  geniş  tətbiq 

edilə  bilmir.  Güc  mərkəzləri  arasında  siyasəti  həyata  keçirmə 

metodları içərisində mövcud olan  ayrılıq, onların qarşılıqlı təzyiq 

siyasəti,  eləcə  də  beynəlxalq  sistemin  yeni  əsaslarla  qurulması, 

yeni  yanaşma  tərzi,  insan  hüquqlarına  baxışların  genişlənməsi  və 

inkişafı,  ictimai  hərəkat  sisteminin  böyüməsi  işğalçılıq  siyasətini 

bir  qədər  zəiflətmişdir.  Bu  siyasəti  icraetmə  metodunun  əvəzinə 

iqtisadi və hərbi-siyasi vasitələrdən istifadə edilir və yeni metodlar 

yaranır.  Bu  vasitələrlə  böyük  dövlətlər  öz  təsir  sferalarını 

genişləndirirlər. Düzdür, bu vasitələr zamanı hərbi gücdən istifadə 

edilir.  Məsələn,  Əfqanıstan  və  İraqa  ABŞ  tərəfindən  qoşun 

yeridilməsi,  Rusiya  tərəfindən  Gürcüstana  qoşun  yeridilməsi 

faktları mövcuddur.  

Ümumiyyətlə,  dövlətlərin  güclənməsi,  güclərinin  artırılması 

üçün  maksimal  hədd  yoxdur.  Bu  hər  şeydən  öncə  siyasi 

hərəkətlərlə  bağlıdır.  Siyasi  hərəkətlər  geniş  və  güclü  şəkildə 

mövcud  olduqca,  dövlətlərin  də  gücləri  artır.  Gücün  artması 

maraq  amili  ilə  bağlıdır  ki,  maraq  artdıqca  siyasi  hərəkət  də 

genişlənir. Həmçinin siyasi, hərbi və iqtisadi şəraitlər tələb edir ki, 

maraqlar  yaransın, maraqların mövcudluğu, eyni zamanda, niyyət 

tələb  edir  ki,  siyasi  hərəkətlər  edilsin.  Güc  üstünə  gücün  əlavə 

edilməsi  siyasəti  həyata  keçirilir.  Dövlətlərin  gücləri nisbi olaraq 

müqayisə  edilir  və  super,  böyük,  orta  və  kiçik  gücə  malik  olan 

dövlətlər kimi təsnif edilir.  

Ümumiyyətlə,  qeyd  etmək  olar  ki,  böyük  gücə  malik  olan 

dövlətlərin  ətraf  dövlətlərə  təsir  etmək  və  nüfuz  obyektlərini  və 

dairələrini  genişləndirmək  üçün  üç  mühüm  ümumi  siyasət 



istiqaməti  vardır.  Həmin  siyasət  istiqamətləri  isə  öz  özlüyündə 

konkret  istiqamətlərə  bölünür.  Hər  bir  istiqamət  özünəməxsus 

forma  və  məzmuna  malik  olan  siyasi  aktları  birləşdirir.  Birinci 

istiqamətdə  əsasən  super  və  böyük  gücə  malik  olan  dövlətlər 

tərəfindən  daha  çox  təzyiq  üsullarından  istifadə  olunur  və  siyasi 

aktlar  daha  çox  həmin  istiqamətdə  yerinə  yetirilir.  İkinci 




 

165


istiqamətdə  isə  mülayimcəsinə  cəlbetmə  siyasəti  həyata  keçirilir. 

Üçüncü istiqamətdə isə iki istiqamətdə istifadə edilən vasitələrdən 

birgə  və  paralel  istifadə  olunur.  Bu  istiqamətə  qarışıq  siyasət 

istiqaməti  də  demək  olar.  Təbii  ki,  hər  bir  istiqamətin  özünə-

məxsus  siyasət  icraetmə  yolları  və  vasitələri  vardır.  Siyasi 

vasitələr yolların müəyyən olunmasını şərtləndirir. Siyasi vasitələr 

tətbiq  edilərkən  siyasətin  istiqamətlərinin  əsas  xüsusiyyətləri 

formalaşır. 

Böyük 


dövlətlər-güc 

mərkəzləri 

tərəfindən 

şə

bəkələşmiş  siyasət formaları tətbiq edilir. Ətraf dövlətlərə təsir 

məqsədilə,  ətraf  dövlətləri  öz  ətraflarında,  siyasi  orbitlərində, 

siyasi  bloklarında  saxlamaq  üçün  böyük  dövlətlər  tərəfindən 

sistemli  təsir  siyasəti  həyata  keçirilir.  Hansı  ki,  bu  sistemin  də 

baza  və  köməkçi  siyasi  hərəkət  trayektoriyaları  mövcuddur. 

Subyektlər trayektoriyalar üzrə siyasi hadisələr törədirlər.  

Super və böyük güc mərkəzlərinin birinci istiqamət üzrə ətrafa 

təsir  siyasətinin  xüsusiyyətlərinə,  prinsiplərinə  dair  aşağıdakıları 

qeyd etmək olar: 

-Ətraf  dövlətlərin  ərazilərindən  “çəpər”  kimi  istifadə  etmək 

siyasəti  tətbiq  edilir.  Bu  siyasət  də  özündə  konkret  istiqamətləri 

formalaşdırır.  “Çəpər”  siyasəti  böyük  güc  mərkəzlərinin  ətrafa 

təsir  siyasətinin  baza  xəttini  təşkil  edir  ki,  digər  siyasət 

istiqamətləri  və  formaları  da  həmin  “çəpər”  siyasətinin  tərkib 

hissəsi  kimi  xarakterizə  olunur.  Ətrafa  təsir  siyasəti  sistemini 

“çəpər”  siyasəti  sistemi  adlandırmaq  olar.  Təbii  ki,  bu  siyasəti 

iqtisadi,  hərbi,  siyasi,  etnik,  milli  və  dini  amillər  gücləndirir. 

Həmin  istiqamətlər  və  istifadə  olunan  vasitələr  “çəpər”  siyasəti 

sisteminin  tərkib  hissəsidir.  Böyük  dövlətləri  müvafiq  güclü 

amilləri  özündə  əks  etdirən  güclü  “çəpər”ə  malik  olmaq 

imkanlarına sahib olmaq maraqlandırır.  

-“Çəpər”  siyasəti  sisteminin  tərkib  hissəsi  olaraq  ətrafda, 

sərhəddə  yerləşən  dövlətlərin  əhali  potensialından  istifadə  etmək 

kimi  siyasət  istiqamətlərindən  istifadə  edilir.  Əhali  potensialı 

hərbi  güc  (hərbi  şəxsi  heyət)  amili  kimi  istifadə  olunur.  Bununla 

yanaşı,  əhalinin  çoxluğu  imperiyaya  xas  olan  dövlətlərin  iqtisadi 

baxımdan güclənməsi üçün mühüm rol oynayır. Bu o deməkdir ki, 



 

166


imperiya  dövlətinin  ətrafındakı  dövlətlərdə  əhalinin  çoxluğu 

imperiya  dövlətinin  məhsulları  üçün  istehlakçılardır.  Məkan 

bazar, əhali isə istehlakçıdır.  

-Ətraf dövlətlərin təbii sərvətlər baxımından zənginliyi imkan 

verir  ki,  güc  mərkəzi  dövləti  bu  sərvətlərdən  həm  də  öz  daxili 

tələbatını ödəmək üçün lazımınca istifadə etsin.  

-Ətraf  dövlətlərin  coğrafi  mövqeləri  də  böyük  dövləti 

maraqlandırır.  Belə  ki,  ətraf  dövlət  başqa  bir  böyük  dövlətlə  də 

sərhədlənirsə,  bu  zaman  həmin  ətraf  dövlətdə  rəqabət  güclənir. 

İmperia  dövləti  çox  maraqlı  olur  ki,  həmin  ətraf  dövlətin 

ərazisində  böyük  üstünlüyə  malik  olsun  ki,  digər  böyük  dövləti 

(güc mərkəzini) öz sərhəddinə yaxın buraxmasın.  

-Ətraf  dövlətin  strateji  əhəmiyyətli  mövqeyi  də  imperiya 

dövlətinin  təsir  siyasətinin əsas  obyektidir.  Belə  ki, böyük dövlət 

çalışır  ki,  ətrafdakı  dövlətin  ərazisinin  coğrafi  səthindən,  yerüstü 

mövqeyindən  istifadə  etsin  və  özünün  hərbi  siyasəti,  hərbi 

yerləşməsi  (qoşunların  dislokasiyası,  ərazidən  platsdarm  kimi 

istifadə etmə və s.) üçün strateji mövqe əldə etsin. 

-Ətraf dövlətin etnik tərkibi də böyük dövlətin təsir obyektidir. 

Belə ki, böyük dövlət çalışır ki, ətrafda  yerləşən dövlətlərin etnik 

tərkibindən öz maraqları üçün istifadə etsin və lazım olan anda bu 

amildən ətraf dövlətə təzyiq vasitəsi kimi yararlansın.  

-Ətraf  dövlətin  dil  məsələsi  də  imperiya  dövlətinin  təsir 

obyektidir. Belə ki, imperiya dövləti çalışır ki, ətraf dövlətin dilinə 

təsir  etsin.  Öz  ölkəsinin  dilinin  həmin  ölkənin  əhalisi  tərəfindən 

öyrənilməsini  təmin  etsin  ki,  lazım  olan  anda  güc  mərkəzi 

ölkəsinin  dilində  danışan  ətraf  dövlətin  sakinlərindən  bu  dövlətə 

qarşı  istifadə  etsin,  bu  yolla  həmin  dövlətin hakimiyyətinə təzyiq 

göstərsin.  

Güc mərkəzi olan dövlətin ətraf dövlətləri özünə tərəf çəkmək 

üçün  təzyiq  vasitələri  ilə  yanaşı,  digər  mülayim  vasitələri  də 

mövcuddur.  Belə  ki,  güc  mərkəzləri  çalışırlar  ki,  müvafiq  müla-

yim  tərzli  siyasətlə  (şirnikləşdirici  metodlar-ikinci  istiqamət)  də 

ətraf  dövlətləri  öz  tərəflərinə  çəksinlər.  Həmin  siyasətin  xü-

susiyyətlərinin aşağıdakılardan ibarət olduğunu qeyd etmək olar: 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə