Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə56/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   52   53   54   55   56   57   58   59   ...   204

 

167


-böyük dövlətlərin ətraf dövlətlərin iqtisadi sahələrinə sərmayə 

qoyuluşunu  həyata  keçirmələri  və  bu  dövlətlərin  iqtisadiyyatını 

inkişaf etdirmələri siyasəti

-ətraf dövlətlərə maddi və texniki, elmi və hümanitar dəstəyin 

verilməsi siyasətinin tətbiqi; 

-ətraf  dövlətlərin  hərbisinə  kömək  etmək  siyasəti.  Ətraf 

dövlətin  özünün  qismən  güclənməsi  (mərkəzin  nəzarəti  altında) 

nəticəsində həmin ətraf dövlətin başqa sərhəddində yerləşən digər 

böyük dövlətin təzyiqinə qarşı gücü yaranır; 

-ətraf  dövlətlərin  iş  adamları  üçün  böyük  gücə  malik  olan 

dövlətin  öz  ərazisində  bizneslə  məşğul  olmaq  imkanını  verməsi 

siyasəti.  Böyük  dövlətlər  iş  adamlarının  köməyi  ilə  (maliyyə 

kapitalının  siyasi  vasitəyə  çevrilməsi)  onların  vətəndaşları 

olduqları ətraf dövlətin ictimaiyyətinə təsir göstərir

-ətraf dövlətin ticarət məhsulları üçün böyük dövlət ərazisində 

bazar  əldə  etmək  imkanını  vermək  siyasəti.  Bu  siyasət  sayəsində 

də ictimaiyyətə təsir imkanları əldə edilir; 

-ətraf dövlətin vətəndaşları üçün böyük dövlətdə güzəştli təhsil 

hüququ  imkanına  sahib  olmaq  üçün  müvafiq  siyasətin  həyata 

keçirilməsi; 

-ətraf  dövlətin  vətəndaşları  üçün  sərbəst  gedib-gəlməni 

asanlaşdırmaq siyasəti; 

-ətraf  dövlətin  vətəndaşları  üçün  böyük  dövlət  ərazisində 

güzəştli  əsaslarla  yaşayış  imkanları  əldə  etmək  hüquqlarını 

vermək siyasəti; 

-ətraf  dövlətlə  gömrük  rejiminin  aradan  qaldırılması  və  ya 

asanlaşdırılması siyasəti; 

-ətraf  dövlətlərə  strateji  təyinatlı  məhsulların  güzəştlə 

satılması siyasətindən də istifadə edilir və s.  

Üçüncü istiqamətdə isə hər iki istiqamətin vasitələrindən birgə 

və  paralel  şəkildə  istifadə  edilir.  Bu  isə  müəyyən  vasitələrin 

tətbiqi  zamanı  meydana  çıxan  şərait  və  vəziyyətlə  əlaqəli  olur. 

Şərait  və  vəziyyət  tələb  edən  zaman  müəyyən  metodlardan 

istifadə  olunur.  Ümumiyyətlə,  böyük  güc  mərkəzi  olan  dövlətlər 




 

168


öz  güclərini  ətraf  dövlətlər  hesabına  artırmaq  üçün  daha  çox 

qarışıq üsullar tətbiq edirlər.  



 

Yazılma tarixi 12 fevral 2010-cu il  

 

Rusiya - böyük güc mərkəzindən super güc mərkəzinə  

doğru  

 

Rusiya  ümumiyyətlə  öz  sərhədləri  boyunca  yarımçevrə 



formasında  (yarımçevrə  şəklində)  “çəpər”  siyasəti  sistemi 

yaratmağa çalışır. Daha doğrusu, SSRİ-nin dağılmasına qədər olan 

dövrdəki  beynəlxalq  münasibətlərdə  olmuş  geosiyasi  vəziyyətini 

bərpa etməyə çalışır. Rusiya indiki geosiyasi çəkisi ilə barışmayır 

və  super  güc  mərkəzi  istiqamətində  öz  siyasətini  reallaşdırmaq 

məqsədi güdür. Bu siyasət Rusiyanın XXI yüzillikdəki siyasətinin 

baza  xəttini  təşkil  edir.  Rusiya  artıq  imperiya  siyasətinin  tarixi 

mahiyyətində  dəyişiklik  edərək,  bu  siyasəti  güc  mərkəzinin  yeni 

siyasət  kursu  kimi  təqdim  etməyə  çalışır.  Rusiya  Avropada 

Avropa  İttifaqına  rəqib  ola  biləcək  alternativ  iqtisadi-siyasi 

qurumun yaradılması siyasətini yeridir və bu yolla həm də Avropa 

ilə  Asiya  arasında  “aralıq  super  güc”  dövləti  olmağa  can  atır. 

Yer  kürəsinin  şimalında  (ekvatordan  şimala  doğru-şimal 

yarımkürəsində)  ABŞ,  Avropa  İttifaqı  və  Çin  arasında  “aralıq 

super  güc  mərkəzi”  olmağa  çalışır.  “Aralıq  super  güc”  olaraq 

keçmiş  SSRİ-nin  ərazisində  (Baltikyanı  ölkələri  çıxmaq  şərtilə) 

mövcud  olmuş  dövlətləri  öz  ətrafında  görmək  istəyir  və  Şərqi  və 

Cənubi  Avropada  vaxtilə  mövcud  olmuş  nüfuzunu  bərpa  etməyə 

çalışır.  Rusiyanın  bu  siyasəti  də  dünyanın  güc  mərkəzləri 

tərəfindən  nüfuz  dairələrinə  bölünməsi  siyasətinin  tərkib 

hissəsidir. Dünyanın güc mərkəzlərinin siyasəti müasir beynəlxalq 

münasibətlər  sisteminin  baza  istiqamətini,  baza  trayektoriyasını 

təşkil  edir.  Bu  dövlətlər  öz  hərəkətləri  ilə  əsas  iqsiqamətin 

mahiyyətini, siyasətin formalarını müəyyən edirlər. Rusiya “aralıq 

güc mərkəzi” olmaqla yanaşı, ağırlığın daha çox mövcud olduğu 

güc  mərkəzinə  çevrilmək  siyasəti  yeridir.  Bu  siyasətin  adını  şərti 




 

169


olaraq “ağır tonnajlı siyasət” qoymaq olar. Rusiya Avrasiya “güc 

mərkəzləri”  arasında  “nüvə”  rolunu  oynamağı  qarşısına  məqsəd 

qoyubdur. Bu dövlətin aralıq coğrafi mövqedə (Avropa və Asiya) 

yerləşməsi və həyata keçirdiyi siyasət də bunu deməyə əsas verir. 

Avrasiya  materikində  Avropa  İttifaqı,  Çin,  Yaponiya-Cənubi 

Koreya,  Hindistan,  Pakistan,  İran,  Türkiyə,  Ərəb  dünyası  və 

İndoneziya kimi müəyyən gücə malik olan dövlətlər mövcuddur. 

Rusiya  aralıq  güc  mərkəzi  kimi  öz  çəkisini  artırmaq  və  bu 

məqsədlə  slavyan  və  türk  dünyalarını  öz  ətrafına  çəkmək 

siyasətini  tətbiq  edir.  Rusiya  müvafiq  siyasətini  həmçinin 

gələcəkdə daha da genişləndirmək marağındadır. 

Rusiyanın  “çəpər  sistemi”  siyasəti  onun  “aralıq  super  güc 

mərkəzi”  siyasətinə  xidmət  edir  və  bir  növ  bu  siyasətin  ilkin 

fazasıdır.  Rusiya  “çəpər  sistemi”nə  cəlb  edəcəyi  dövlətlərin 

hesabına  “aralıq  güc  mərkəzi”  olmaq  məqsədini  güdür  və  bu 

baxımdan hesab edir ki, “çəpər sistemi”nin subyektlərinin birlikdə 

gücü  Rusiyanın  ümumilikdə  “aralıq  güc  mərkəzi”  kimi  gücünü 

artıra  biləcəkdir.  “Çəpər  sistemi”  siyasəti  “aralıq  super  güc 

mərkəzi”  olmaq  siyasətinin  baza  və  nüvəsini  təşkil  edir.  Qeyd 

etmək  olar  ki,  Rusiyanın  indiki  genişlənmə  və  gücünü  artırma 

siyasəti  onun  əvvəlki  imperiya  siyasətinin  üçüncü  yeni 

mərhələsidir.  (Vladimir  Putin  mərhələsi-“aralıq  super  güc” 



olmaq  mərhələsi.  Qeyd  elidiyi  kimi,  burada  aralıq  sözü  coğrafi 

mənada işlədilir.) Rusiya “aralıq super gücü” olmaqla Avropa və 

Çin  arasında  siyasi  oyunlar  həyata  keçirməyə  can  atır  və  öz 

statusunu, geosiyasi mövqeyni daha da gücləndirməyə çalışır.  

Rusiyanın  bu  siyasətinin,  yəni  gələcəkdə  “aralıq  super  güc 

mərkəzi” kimi güclənmək siyasətinin özü də bir neçə mərhələdən 

ibarətdir:  

Birinci  mərhələ  keçmiş  SSRİ  respublikalarında  əvvəlki  güclü 

təsirlərin  bərpa  olunması  mərhələsidir.  Bu  mərəhələyə  artıq  bir 

neçə  müddətdir  ki,  başlanılıb.  Belorusla  ittifaq  dövlətinin 

mövcudluğu, 

Ermənistanı 

tamamilə 

forposta 

çevirməsi, 

Qazaxıstanla  iqtisadi,  hərbi  və  siyasi  sahədə  strateji  müttəfiqliyi, 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə