Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə64/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   60   61   62   63   64   65   66   67   ...   204

 

191


onları ümumiləşdirilmiş müddəalarla əsaslandırmaqla aşağıdakılar 

hesab etmək olar: 

-dövlətlər öz daxili tələbatlarını ödəmək üçün digər dövlətlərlə 

ticarət əlaqələri qurmaq zərurəti ilə üzləşirlər

-bir  dövlət  öz  daxili  istehsalını  gücləndirmək  və  istehsal 

ləvazimatlarını-dəzgah  və  cihazlarını  quraşdırmaq  üçün  bu 

əşyalara  sahib  olan  digər  dövlətlərlə  əlaqələr  qurmaq  zərurəti  ilə 

üzləşir; 

-dövlət öz vətəndaşlarının digər ölkələrə sərbəst gediş-gəlişini 

tənzimləmək  üçün  başqa  dövlətlərlə  nəqliyyat  əlaqələri  qurmaq 

zərurəti ilə üzləşir; 

-  dövlətlər  öz  rəsmi  qurumları,  eləcə  də  vətəndaşları  arasında 

əlaqələri  tənzimləmək,  yazışmaları  həyata  keçirmək  üçün  rabitə 

əlaqəsi-poçt əlaqəsi və elektron yazışma əlaqələri-qururlar; 

-dövlətlər  yükdaşımalarını  həyata  keçirmək  üçün  aviasiya, 

dəmiryol və gəmi daşımaları sahəsində əlaqələr qururlar; 

-ölkələr  öz  vətəndaşları  üçün  yüksək  istirahəti  təmin  etmək 

üçün turizm sahəsində əlaqələr qururlar; 

-dövlətlər  hərbi,  gömrük,  hüquq  mühafizə  sahəsində  yüksək 

əməkdaşlıq və qarşılıqlı yardım məqsədilə əlaqələr qururlar və s.  

Ümumiyyətlə,  qeyd  etmək  olar  ki,  əlaqələrin  obyekti  və 

predmeti  elə  məhz  münasibətlərin  də  predmetidir.  Əlaqələr 

sənədlərin  icrası  zamanı  qurulur.  Sənədlərin  imzalanması  hələ 

əlaqələrin  qurulması  demək  deyil.  Sənədlərin  imzalanması 

münasibətlərin  predmetidir  və  vasitəsidir.  Bu  baxımdan 

münasibətin predmeti əlaqənin predmeti olmaya bilər. Buna daha 

bir misal olaraq göstərmək olar ki, bir dövlət rəhbərinin, eləcə də 

beynəlxalq  təşkilat  rəsmisinin  digər  dövlətin  ünvanına  söylədiyi 

fikir,  etdiyi  məruzə  münasibətin  predmetinə  aiddir.  Fikrin 

bildirilməsi  əlaqənin  qurulması  demək  olmaya  bilər.  Fikir 

bildirilə,  ancaq  həmin  fikrə  uyğun  olaraq  əlaqə  qurulmaya  bilər. 

Beynəlxalq  münasibət  dövlətin  beynəlxalq  mövqeyini  əks etdirir, 

onun  əlaqələr  yaratmaq  xarakterini,  təbiətini,  beynəlxalq 

normalara  və  prinsiplərə  necə  əməl  edəcəyini,  davranışını 

müəyyən edə bilir.  



 

192


Beynəlxalq münasibətlərin və əlaqələrin demək olar ki, bütün 

sahələrdə  qurulması  məcburiyyəti  dövlətləri  beynəlxalq  münasi-

bətlər  sistemini  yaratmağa  məcbur  edir.  Beynəlxalq  münasibətlər 

ayrı-ayrı  qrupları  əhatə  etmək  baxımından  qruplaşır.  Beynəlxalq 

münasibətlərin  yaradılması  nəticəsində  beynəlxalq  münasibətlər 

sisteminin  strukturu  yaranır.  Dövlətlər  öz  güclərinə  görə 

strukturun  hissələrini,  “cərgələri”ni  formalaşdırırlar.  Münasibət-

lərin  subyekt  və  obyektlərinin  sayı  çox  olduqca  və  əhatə  dairəsi 

genişləndikcə  bu  münasibətlərin  əsaslı  olaraq  formalaşmasını 

tənzimləmək  üçün  münasibətlərin  subyektləri  arasında  mütləq 

şəkildə  strukturlaşma  prosesləri  baş  verir.  Münasibətlər  bütün 

sahələri  əhatə  etdiyindən  hər  bir  sahəyə  dair  münasibət  strukturu 

yaranır.  Dövlətlər  münasibətlər  yaratmaq  üçün  yüksək  səviyyədə 

təşkilati  işləri  həyata  keçirmək  baxımından  ayrı-ayrı  sahələr  üzrə 

münasibətlərin  formalaşmasını  tənzimləmək  üçün  strukturlaşmış 

qurumlar  olan  ixtisaslaşmış  təşkilatları  yaradırlar.  Hal-hazırda 

Birləşmiş  Millətlər  Təşkilatının  (BMT)  fəaliyyəti  dövlətlərin 

münasibətlərinin  ümumi  istiqamətlərini  və  sistemləşməsini  təmin 

edir.  Demək  olar  ki,  bu  təşkilat  beynəlxalq  münasibətlər  siste-

minin baza təşkilatlanmasını təmin edir. Beynəlxalq münasibətlər 

sistemi baza və üst sistemləri özündə əks etdirir. Bu baxımdan da 

beynəlxalq  münasibətlər  sistemi  mürəkkəb  və  sadə  struktura 

malikdir.  

 Mövcud beynəlxalq münasibətlərdə fəaliyyət göstərən və əsas 

subyektlər  olan  dövlətlər  arasında  yaranan  münasibətlər  və 

münasibətlər  əsasında  qurulan  əlaqələr  hal-hazırda  sistemlə 

tənzimlənir.  Beynəlxalq münasibətlərin  subyektləri  olan dövlətlər 

məhz  beynəlxalq  siyasi  sistemin  əsas  strukturunu  təşkil  edən 

subyektlərdirlər.  Dövlətlər  öz  aralarında  münasibətləri  tənzim-

ləmək  məqsədilə  hüquq  normaları  yaradırlar  və  bu  hüquq 

normalarına  müvafiq  olaraq  beynəlxalq  münasibətlərdə  öz 

hərəkətlərini  tənzimləyirlər.  Dövlətlərin  hərəkətləri  nəticəsində 

beynəlxalq  münasibətlər  sisteminin  əsas  istiqamətləri  formalaşır. 

Dövlətlər  arasında  münasibətlər  yaranarkən  normalar  yaranır, 




 

193


normaların  mövcudluğu  və  fəaliyyəti  nəticəsində  isə  yeni 

münasibətlər üçün şərait meydana gəlir. Yeni  yaradılmış şəraitlər 

isə  tələb  edir  ki,  yeni  normalar  yaradılsın  və  müvafiq  şəraiti 

tənzimləsin.  Dövlətlər  öz  aralarında  münasibətlər  yaradarkən 

özlərinin  maraqlarını  təmin  etməyi  başlıca  prinsip  kimi  müəyyən 

edirlər. Dövlətlərin ayrı-ayrı sahələrdə maraqlarının yaranması ilə 

həmin sahələrdə subyektlərin fəaliyyətinin istiqamətləri yaranır və 

formalaşır.  Dövlətlərin  gücləri  ilə  onların  münasibətlərinin  çəkisi 

(ölçüsü,  əhatə  dairəsi)  meydana  gəlir.  Dövlətlərin  münasibətləri 

ilə  onların  beynəlxalq  sistemlərdə  çəkisinin  əsasları  (mövqelə-

rinin, yerinin güclü və ya zəif olması) müəyyən edilir. Dövlətlərin 

siyasi  çəkisi  ilə  onların  münasibətlərinin  obyekt  və  məkanları 

müəyyənləşdirilir.  Müasir  beynəlxalq  münasibətlərdə  dövlətlərin 

gücləri  heç  də  bərabər  səviyyədə  deyil.  Bu  baxımdan  da  seçimə 

əsasən  beynəlxalq  münasibətlər  sisteminin  aparıcı  subyektləri 

anlayışı meydana gəlir. Yəni bu o mənanı verir ki, bütün dövlətlər 

beynəlxalq münasibətlərdə eyni dərəcədə siyasət istiqamətləndirə, 

formalaşdıra  bilməzlər.  Çünki  eyni  dərəcədə  gücə  malik  deyillər. 

Dövlətlərin beynəlxalq münаsibətlərdə çəkisinə görə onları super, 

böyük,  orta  gücə  malik  olan  dövlətlər  və  kiçik  dövlətlər  kimi 

xarakterizə  etmək,  təsnif  etmək  olar.  Beynəlxalq  münasibətlər 

sisteminin  subyektləri  arasında  münasibətlər  yaranarkən,  forma-

laşarkən yaranmış münasibətləri də çəkisinə görə dərəcələndirmək 

olar.  Yəni  münasibətlər  də  təsnif  olunur.  Güc  mərkəzi  olan 

dövlətlər  siyasi  sistemlərdə  öz  gücləri  ilə  hərəkət  edərkən  ətrafa 

təsir  edirlər  və  maraqlı  tərəflərə,  eləcə  də  münasibətlər  zamanı 

qarşı  tərəfə  və  ətrafa  təsir  göstərirlər.  Beynəlxalq  münasibətlər 

sisteminin  təsir  mühitini-baza  mühitini  əsasən  “güc  mərkəzləri” 

olan dövlətlər yaradırlar. Böyük dövlətlər beynəlxalq münasibətlər 

sisteminin  baza  hərəkət  (fəaliyyət)  trayektoriyasını  təşkil  edirlər. 

Böyük, orta və kiçik dövlətlər arasında münasibətlər “hərənin öz 

gücü”  prinsipi  əsasında  qurulur.  Beynəlxalq  münasibətlər 

sisteminin  ünsürləri  arasında  öz  güclərinə  görə  münasibət 

yaranarkən  təbəqələşmə  əmələ  gəlir. Münasibətlər zamanı  əsasən 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə