167
-böyük dövlətlərin ətraf dövlətlərin iqtisadi sahələrinə sərmayə
qoyuluşunu həyata keçirmələri və bu dövlətlərin iqtisadiyyatını
inkişaf etdirmələri siyasəti;
-ətraf dövlətlərə maddi və texniki, elmi və hümanitar dəstəyin
verilməsi siyasətinin tətbiqi;
-ətraf dövlətlərin hərbisinə kömək etmək siyasəti. Ətraf
dövlətin özünün qismən güclənməsi (mərkəzin nəzarəti altında)
nəticəsində həmin ətraf dövlətin başqa sərhəddində yerləşən digər
böyük dövlətin təzyiqinə qarşı gücü yaranır;
-ətraf dövlətlərin iş adamları üçün böyük gücə malik olan
dövlətin öz ərazisində bizneslə məşğul olmaq imkanını verməsi
siyasəti. Böyük dövlətlər iş adamlarının köməyi ilə (maliyyə
kapitalının siyasi vasitəyə çevrilməsi) onların vətəndaşları
olduqları ətraf dövlətin ictimaiyyətinə təsir göstərir;
-ətraf dövlətin ticarət məhsulları üçün böyük dövlət ərazisində
bazar əldə etmək imkanını vermək siyasəti. Bu siyasət sayəsində
də ictimaiyyətə təsir imkanları əldə edilir;
-ətraf dövlətin vətəndaşları üçün böyük dövlətdə güzəştli təhsil
hüququ imkanına sahib olmaq üçün müvafiq siyasətin həyata
keçirilməsi;
-ətraf dövlətin vətəndaşları üçün sərbəst gedib-gəlməni
asanlaşdırmaq siyasəti;
-ətraf dövlətin vətəndaşları üçün böyük dövlət ərazisində
güzəştli əsaslarla yaşayış imkanları əldə etmək hüquqlarını
vermək siyasəti;
-ətraf dövlətlə gömrük rejiminin aradan qaldırılması və ya
asanlaşdırılması siyasəti;
-ətraf dövlətlərə strateji təyinatlı məhsulların güzəştlə
satılması siyasətindən də istifadə edilir və s.
Üçüncü istiqamətdə isə hər iki istiqamətin vasitələrindən birgə
və paralel şəkildə istifadə edilir. Bu isə müəyyən vasitələrin
tətbiqi zamanı meydana çıxan şərait və vəziyyətlə əlaqəli olur.
Şərait və vəziyyət tələb edən zaman müəyyən metodlardan
istifadə olunur. Ümumiyyətlə, böyük güc mərkəzi olan dövlətlər
168
öz güclərini ətraf dövlətlər hesabına artırmaq üçün daha çox
qarışıq üsullar tətbiq edirlər.
Yazılma tarixi 12 fevral 2010-cu il
Rusiya - böyük güc mərkəzindən super güc mərkəzinə
doğru
Rusiya ümumiyyətlə öz sərhədləri boyunca yarımçevrə
formasında (yarımçevrə şəklində) “çəpər” siyasəti sistemi
yaratmağa çalışır. Daha doğrusu, SSRİ-nin dağılmasına qədər olan
dövrdəki beynəlxalq münasibətlərdə olmuş geosiyasi vəziyyətini
bərpa etməyə çalışır. Rusiya indiki geosiyasi çəkisi ilə barışmayır
və super güc mərkəzi istiqamətində öz siyasətini reallaşdırmaq
məqsədi güdür. Bu siyasət Rusiyanın XXI yüzillikdəki siyasətinin
baza xəttini təşkil edir. Rusiya artıq imperiya siyasətinin tarixi
mahiyyətində dəyişiklik edərək, bu siyasəti güc mərkəzinin yeni
siyasət kursu kimi təqdim etməyə çalışır. Rusiya Avropada
Avropa İttifaqına rəqib ola biləcək alternativ iqtisadi-siyasi
qurumun yaradılması siyasətini yeridir və bu yolla həm də Avropa
ilə Asiya arasında “aralıq super güc” dövləti olmağa can atır.
Yer kürəsinin şimalında (ekvatordan şimala doğru-şimal
yarımkürəsində) ABŞ, Avropa İttifaqı və Çin arasında “aralıq
super güc mərkəzi” olmağa çalışır. “Aralıq super güc” olaraq
keçmiş SSRİ-nin ərazisində (Baltikyanı ölkələri çıxmaq şərtilə)
mövcud olmuş dövlətləri öz ətrafında görmək istəyir və Şərqi və
Cənubi Avropada vaxtilə mövcud olmuş nüfuzunu bərpa etməyə
çalışır. Rusiyanın bu siyasəti də dünyanın güc mərkəzləri
tərəfindən nüfuz dairələrinə bölünməsi siyasətinin tərkib
hissəsidir. Dünyanın güc mərkəzlərinin siyasəti müasir beynəlxalq
münasibətlər sisteminin baza istiqamətini, baza trayektoriyasını
təşkil edir. Bu dövlətlər öz hərəkətləri ilə əsas iqsiqamətin
mahiyyətini, siyasətin formalarını müəyyən edirlər. Rusiya “aralıq
güc mərkəzi” olmaqla yanaşı, ağırlığın daha çox mövcud olduğu
güc mərkəzinə çevrilmək siyasəti yeridir. Bu siyasətin adını şərti
169
olaraq “ağır tonnajlı siyasət” qoymaq olar. Rusiya Avrasiya “güc
mərkəzləri” arasında “nüvə” rolunu oynamağı qarşısına məqsəd
qoyubdur. Bu dövlətin aralıq coğrafi mövqedə (Avropa və Asiya)
yerləşməsi və həyata keçirdiyi siyasət də bunu deməyə əsas verir.
Avrasiya materikində Avropa İttifaqı, Çin, Yaponiya-Cənubi
Koreya, Hindistan, Pakistan, İran, Türkiyə, Ərəb dünyası və
İndoneziya kimi müəyyən gücə malik olan dövlətlər mövcuddur.
Rusiya aralıq güc mərkəzi kimi öz çəkisini artırmaq və bu
məqsədlə slavyan və türk dünyalarını öz ətrafına çəkmək
siyasətini tətbiq edir. Rusiya müvafiq siyasətini həmçinin
gələcəkdə daha da genişləndirmək marağındadır.
Rusiyanın “çəpər sistemi” siyasəti onun “aralıq super güc
mərkəzi” siyasətinə xidmət edir və bir növ bu siyasətin ilkin
fazasıdır. Rusiya “çəpər sistemi”nə cəlb edəcəyi dövlətlərin
hesabına “aralıq güc mərkəzi” olmaq məqsədini güdür və bu
baxımdan hesab edir ki, “çəpər sistemi”nin subyektlərinin birlikdə
gücü Rusiyanın ümumilikdə “aralıq güc mərkəzi” kimi gücünü
artıra biləcəkdir. “Çəpər sistemi” siyasəti “aralıq super güc
mərkəzi” olmaq siyasətinin baza və nüvəsini təşkil edir. Qeyd
etmək olar ki, Rusiyanın indiki genişlənmə və gücünü artırma
siyasəti onun əvvəlki imperiya siyasətinin üçüncü yeni
mərhələsidir. (Vladimir Putin mərhələsi-“aralıq super güc”
olmaq mərhələsi. Qeyd elidiyi kimi, burada aralıq sözü coğrafi
mənada işlədilir.) Rusiya “aralıq super gücü” olmaqla Avropa və
Çin arasında siyasi oyunlar həyata keçirməyə can atır və öz
statusunu, geosiyasi mövqeyni daha da gücləndirməyə çalışır.
Rusiyanın bu siyasətinin, yəni gələcəkdə “aralıq super güc
mərkəzi” kimi güclənmək siyasətinin özü də bir neçə mərhələdən
ibarətdir:
Birinci mərhələ keçmiş SSRİ respublikalarında əvvəlki güclü
təsirlərin bərpa olunması mərhələsidir. Bu mərəhələyə artıq bir
neçə müddətdir ki, başlanılıb. Belorusla ittifaq dövlətinin
mövcudluğu,
Ermənistanı
tamamilə
forposta
çevirməsi,
Qazaxıstanla iqtisadi, hərbi və siyasi sahədə strateji müttəfiqliyi,
Dostları ilə paylaş: |