164
Mövcud zamanın beynəlxalq münasibətlərində böyük dövlətlərin
demək olar ki, ərazi işğal edib öz tərkibinə qatması siyasətinə az-
az rast gəlinir və XXI əsrdə isə bu siyasət forması geniş tətbiq
edilə bilmir. Güc mərkəzləri arasında siyasəti həyata keçirmə
metodları içərisində mövcud olan ayrılıq, onların qarşılıqlı təzyiq
siyasəti, eləcə də beynəlxalq sistemin yeni əsaslarla qurulması,
yeni yanaşma tərzi, insan hüquqlarına baxışların genişlənməsi və
inkişafı, ictimai hərəkat sisteminin böyüməsi işğalçılıq siyasətini
bir qədər zəiflətmişdir. Bu siyasəti icraetmə metodunun əvəzinə
iqtisadi və hərbi-siyasi vasitələrdən istifadə edilir və yeni metodlar
yaranır. Bu vasitələrlə böyük dövlətlər öz təsir sferalarını
genişləndirirlər. Düzdür, bu vasitələr zamanı hərbi gücdən istifadə
edilir. Məsələn, Əfqanıstan və İraqa ABŞ tərəfindən qoşun
yeridilməsi, Rusiya tərəfindən Gürcüstana qoşun yeridilməsi
faktları mövcuddur.
Ümumiyyətlə, dövlətlərin güclənməsi, güclərinin artırılması
üçün maksimal hədd yoxdur. Bu hər şeydən öncə siyasi
hərəkətlərlə bağlıdır. Siyasi hərəkətlər geniş və güclü şəkildə
mövcud olduqca, dövlətlərin də gücləri artır. Gücün artması
maraq amili ilə bağlıdır ki, maraq artdıqca siyasi hərəkət də
genişlənir. Həmçinin siyasi, hərbi və iqtisadi şəraitlər tələb edir ki,
maraqlar yaransın, maraqların mövcudluğu, eyni zamanda, niyyət
tələb edir ki, siyasi hərəkətlər edilsin. Güc üstünə gücün əlavə
edilməsi siyasəti həyata keçirilir. Dövlətlərin gücləri nisbi olaraq
müqayisə edilir və super, böyük, orta və kiçik gücə malik olan
dövlətlər kimi təsnif edilir.
Ümumiyyətlə, qeyd etmək olar ki, böyük gücə malik olan
dövlətlərin ətraf dövlətlərə təsir etmək və nüfuz obyektlərini və
dairələrini genişləndirmək üçün üç mühüm ümumi siyasət
istiqaməti vardır. Həmin siyasət istiqamətləri isə öz özlüyündə
konkret istiqamətlərə bölünür. Hər bir istiqamət özünəməxsus
forma və məzmuna malik olan siyasi aktları birləşdirir. Birinci
istiqamətdə əsasən super və böyük gücə malik olan dövlətlər
tərəfindən daha çox təzyiq üsullarından istifadə olunur və siyasi
aktlar daha çox həmin istiqamətdə yerinə yetirilir. İkinci
165
istiqamətdə isə mülayimcəsinə cəlbetmə siyasəti həyata keçirilir.
Üçüncü istiqamətdə isə iki istiqamətdə istifadə edilən vasitələrdən
birgə və paralel istifadə olunur. Bu istiqamətə qarışıq siyasət
istiqaməti də demək olar. Təbii ki, hər bir istiqamətin özünə-
məxsus siyasət icraetmə yolları və vasitələri vardır. Siyasi
vasitələr yolların müəyyən olunmasını şərtləndirir. Siyasi vasitələr
tətbiq edilərkən siyasətin istiqamətlərinin əsas xüsusiyyətləri
formalaşır.
Böyük
dövlətlər-güc
mərkəzləri
tərəfindən
şə
bəkələşmiş siyasət formaları tətbiq edilir. Ətraf dövlətlərə təsir
məqsədilə, ətraf dövlətləri öz ətraflarında, siyasi orbitlərində,
siyasi bloklarında saxlamaq üçün böyük dövlətlər tərəfindən
sistemli təsir siyasəti həyata keçirilir. Hansı ki, bu sistemin də
baza və köməkçi siyasi hərəkət trayektoriyaları mövcuddur.
Subyektlər trayektoriyalar üzrə siyasi hadisələr törədirlər.
Super və böyük güc mərkəzlərinin birinci istiqamət üzrə ətrafa
təsir siyasətinin xüsusiyyətlərinə, prinsiplərinə dair aşağıdakıları
qeyd etmək olar:
-Ətraf dövlətlərin ərazilərindən “çəpər” kimi istifadə etmək
siyasəti tətbiq edilir. Bu siyasət də özündə konkret istiqamətləri
formalaşdırır. “Çəpər” siyasəti böyük güc mərkəzlərinin ətrafa
təsir siyasətinin baza xəttini təşkil edir ki, digər siyasət
istiqamətləri və formaları da həmin “çəpər” siyasətinin tərkib
hissəsi kimi xarakterizə olunur. Ətrafa təsir siyasəti sistemini
“çəpər” siyasəti sistemi adlandırmaq olar. Təbii ki, bu siyasəti
iqtisadi, hərbi, siyasi, etnik, milli və dini amillər gücləndirir.
Həmin istiqamətlər və istifadə olunan vasitələr “çəpər” siyasəti
sisteminin tərkib hissəsidir. Böyük dövlətləri müvafiq güclü
amilləri özündə əks etdirən güclü “çəpər”ə malik olmaq
imkanlarına sahib olmaq maraqlandırır.
-“Çəpər” siyasəti sisteminin tərkib hissəsi olaraq ətrafda,
sərhəddə yerləşən dövlətlərin əhali potensialından istifadə etmək
kimi siyasət istiqamətlərindən istifadə edilir. Əhali potensialı
hərbi güc (hərbi şəxsi heyət) amili kimi istifadə olunur. Bununla
yanaşı, əhalinin çoxluğu imperiyaya xas olan dövlətlərin iqtisadi
baxımdan güclənməsi üçün mühüm rol oynayır. Bu o deməkdir ki,
166
imperiya dövlətinin ətrafındakı dövlətlərdə əhalinin çoxluğu
imperiya dövlətinin məhsulları üçün istehlakçılardır. Məkan
bazar, əhali isə istehlakçıdır.
-Ətraf dövlətlərin təbii sərvətlər baxımından zənginliyi imkan
verir ki, güc mərkəzi dövləti bu sərvətlərdən həm də öz daxili
tələbatını ödəmək üçün lazımınca istifadə etsin.
-Ətraf dövlətlərin coğrafi mövqeləri də böyük dövləti
maraqlandırır. Belə ki, ətraf dövlət başqa bir böyük dövlətlə də
sərhədlənirsə, bu zaman həmin ətraf dövlətdə rəqabət güclənir.
İmperia dövləti çox maraqlı olur ki, həmin ətraf dövlətin
ərazisində böyük üstünlüyə malik olsun ki, digər böyük dövləti
(güc mərkəzini) öz sərhəddinə yaxın buraxmasın.
-Ətraf dövlətin strateji əhəmiyyətli mövqeyi də imperiya
dövlətinin təsir siyasətinin əsas obyektidir. Belə ki, böyük dövlət
çalışır ki, ətrafdakı dövlətin ərazisinin coğrafi səthindən, yerüstü
mövqeyindən istifadə etsin və özünün hərbi siyasəti, hərbi
yerləşməsi (qoşunların dislokasiyası, ərazidən platsdarm kimi
istifadə etmə və s.) üçün strateji mövqe əldə etsin.
-Ətraf dövlətin etnik tərkibi də böyük dövlətin təsir obyektidir.
Belə ki, böyük dövlət çalışır ki, ətrafda yerləşən dövlətlərin etnik
tərkibindən öz maraqları üçün istifadə etsin və lazım olan anda bu
amildən ətraf dövlətə təzyiq vasitəsi kimi yararlansın.
-Ətraf dövlətin dil məsələsi də imperiya dövlətinin təsir
obyektidir. Belə ki, imperiya dövləti çalışır ki, ətraf dövlətin dilinə
təsir etsin. Öz ölkəsinin dilinin həmin ölkənin əhalisi tərəfindən
öyrənilməsini təmin etsin ki, lazım olan anda güc mərkəzi
ölkəsinin dilində danışan ətraf dövlətin sakinlərindən bu dövlətə
qarşı istifadə etsin, bu yolla həmin dövlətin hakimiyyətinə təzyiq
göstərsin.
Güc mərkəzi olan dövlətin ətraf dövlətləri özünə tərəf çəkmək
üçün təzyiq vasitələri ilə yanaşı, digər mülayim vasitələri də
mövcuddur. Belə ki, güc mərkəzləri çalışırlar ki, müvafiq müla-
yim tərzli siyasətlə (şirnikləşdirici metodlar-ikinci istiqamət) də
ətraf dövlətləri öz tərəflərinə çəksinlər. Həmin siyasətin xü-
susiyyətlərinin aşağıdakılardan ibarət olduğunu qeyd etmək olar:
Dostları ilə paylaş: |