170
Mərkəzi Asiyanın digər dövlətləri ilə müttəfiqliyi, Rusiyanın
Mərkəzi Asiyada enerji üstünlükləri, Gürcüstandan Cənubi
Osetiya və Abxaziyanı qoparması və s. bu mərhələnin birinci və
ikinci
yarımmərhələləri
olubdur.
Təbii
ki,
Rusiya
bu
yarımmərhələlərdə iqtisadi, siyasi, hərbi və humanitar vasitələrdən
istifadə edibdir və hal-hazırda da həmin vasitələrin tətbiqi davam
etməkdədir. Eyni zamanda Rusiyanın əvvəlki imperiya siyasətinin
xüsusiyyətləri də dəyişmişdir. Yəni müasir siyasətdə metodlar
(üsullar) əvvəlki imperiya siyasəti dövrlərində olduğundan
başqadır, bir qədər fərqlidir. Rusiya burada daha çox qarışıq
metoddan, üçüncü istiqamətdən istifadə edir. Maliyyə və iqtisadi
məsələlər isə bu istiqamətdə istifadə edilən əsas, baza vasitələrdir.
Bununla yanaşı, əhali amili (miqrasiya), ətraf dövlətlərlə viza
məsələləri, gömrük məsələləri, (Rusiya, Belorus və Qazaxıstan
arasında
vahid
gömrük
ittifaqının
yaradılması
məsələsi
gündəlikdədir) hərbi yardımlar, texniki əməkdaşlıq və s. bu
siyasətdə tətbiq edilən əsas vasitələrdir. Rusiya bu yolla Avropa
İttifaqının getdiyi tarixi yolu getməyə çalışır və Avropa
təcrübəsindən faydalanmağa can atır. Qeyd etmək lazımdır ki,
Avropa İttifaqı bu siyasəti tətbiq etməklə, hətta Rusiyanın Avropa
regionundakı keçmiş təsir dairələrini də onun orbitindən
çıxarıbdır.
İkinci mərhələ isə Şərqi və Cənubi slavyanların, xüsusilə
Rusiyaya sıx yaxınlığı ilə seçilən pravoslav slavyanların Avropa
İttifaqından və NATO-dan geri qaytarılması uğrunda siyasi
mübarizə ilə xarakterizə oluna bilər. Rusiya 13 slavyan
dövlətindən ibarət olan (Rusiya, Ukrayna, Belorus, Polşa, Çexiya,
Slovakiya, Sloveniya, Serbiya, Çernoqoriya, Xorvatiya, Bosniya
və Hersoqovina, Bolqarıstan, Makedoniya) və ümumilikdə 278
milyon nəfərdən çox əhalisi olan (Rusiyanı çıxdıqdan sonra
təqribən 133 milyon nəfər) yaşayan və ümumi ərazisi 19 milyon
kvadrat kilometrə yaxın olan slavyan dünyasını (Rusiyanı
çıxmaqla təqribən 2 milyon kvadrat kilometr ərazisi olan)
1
əldən
1
Славянские страны. http://ru. wikipedia org.
171
buraxmaq istəmir və hesab edir ki, gələcəkdə slavyan dünyasının
əsas lideri olacaqdır və bu ölkələrin potensialı hesabına özünün
təkrar olaraq super gücə çevrilməsini təmin edə biləcəkdir.
Tarixən məlumdur ki, panslavyanizm siyasəti hər zaman
gündəliyə gəlibdir. Lakin ABŞ və Avropanın güclü dövlətləri
tərəfindən bu siyasətin yerinə yetirilməsinə maneçiliklər həyata
keçirilibir. Xüsusilə, slavyanların katolik və pravoslav olmaları da
onların birləşməsinə mane olan amillərdən olubdur. Polşa, Çexiya,
Slavakiya, Xorvatiya və Sloveniyada daha çox katolik inanclı
slavyanlar yaşayır. Məsələn, Çexiyada dini inanclı şəxslərin sayı
ümumi əhalinin 27 faizindən çoxunu təşkil edir. Slovakiyada
əhalinin 69 faizi katoliklərdir. Xorvatiyada əhalinin 88 faizə
qədəri katolik inanclı şəxslərdir. Bunun əksinə olaraq isə
Çernoqoriyada əhalinin 75 faizə qədəri pravoslavlardır. Eyni
zamanda pravoslavlar Bolqarıstanda əhalinin 83 faizə qədərini,
Serbiyada isə əhalinin 85 faizini təşkil edir. Bosniyalılar isə cənub
slavyanlar olaraq Osmanlı imperiyasının dövründə müsəlman
dinini qəbul ediblər. Makedoniyada əhalinin 67 faizini
pravoslavlar, 30 faizini isə müsəlmanlar təşkil edir.
1
Nəzərə almaq lazımdır ki, bu mərhələdə Rusiya “aralıq güc
mərkəzi” olaraq Avropa İttifaqı güc mərkəzi ilə rəqabət
mübarizəsinə girəcəkdir. Burada Avropa İttifaqı öz arxasında
ABŞ-ı görə biləcəkdir. Rusiya isə Çin və İran tərəfindən
dəstəklənəcəkdir. Sonra isə Avropadan siyasi təcrid vəziyyətində
qalan Türkiyə də bu siyasətə qoşulacaqdır. Nəzərə almaq lazımdır
ki, SSRİ dövründə slavyan dövlətlərinin sayı 5 idi. (SSRİ, Polşa,
Yuqoslaviya, Çexoslavakiya, Bolqarıstan).
Rusiya Moldova ərazisində əsasən slavyanların yaşadıqları
Dnestryanı ərazini (Dnestr çayının şərq sahilləri-Ukryna ilə sərhəd
bölgə) də slavyan dünyasının tərkibinə aid edir.
Yazılma tarixi 13 fevral 2010-cu il
1
Славянские страны. http://ru. wikipedia org.
172
Rusiyaya Ukrayna lazımdırmı? –geosiyasi aspektlər
İstənilən super və böyük “güc mərkəzi” olan dövlət güc
tətbiqetmə və bu baxımdan güc nümayiş etdirmə obyekti olduğu
üçün ətrafa təsir göstərir. Yəni, güc enerji mənbəyi olduğundan,
təbii olarq öz hüdudlarından kənara təsir edir. Ukrayna Rusiyanın
ətrafında yerləşdiyindən və iki dövlət arasında tarixi iqtisadi,
hərbi, mədəni, sosial və etnik bağlılıq mövcud olduğundan dövlət
hər zaman Rusiyaya lazımdır və istənilən an Rusiyanın təsirinə
məruz qalır. Ukrayna Rusiyanın “çəpər sistemi” siyasətinin
aparıcı subyektidir, ünsürüdür. Nəzərə almaq lazımdır ki, Rusiya
tarixən Ukraynanı özünün regional siyasətinin tərkib obyekti kimi
qəbul edib. Rusiyada yaşanan siyasi hadisələr ilk növbədə
Ukraynada öz təsirlərini göstərib. Bu da onunla əlaqədar olub ki,
hər iki xalqı bir-birinə bağlayan çoxlu sayda oxşar mahiyyətli
tellər mövcuddur. Lakin son 6 ildə yaşanan hadisələr Ukraynanın
Qərbə inteqrasiyasında düşünülməmiş konturlar, məqsədyönlü
olmayan və tarixi, regionçuluq, iqtisadi və sosial-mədəni, o
cümlədən etnik və dini amillərin nəzərə alınmaması sözügedən
dövlətin siyasi həyatında çoxlu sayda gərginliklər yaratmış və
ölkə iqtisadiyyatı demək olar ki, xeyli dərəcədə tənəzzülə
uğramışdır. Xarici siyasətdə baza xəttinin düzgün müəyyən
edilməməsi və köklü ideologiyanın müəyyənləşdirilməməsi son 6
ildə Ukraynanı iqtisadi və siyasi böhran vəziyyətində yaşatmışdır.
Yaşanan siyasi vəziyyətin, siyasi mühitin çoxçalarlığı əslində
ölkənin baza inkişafına faydalı xidmət etməmişdir. Ukrayna tez-
tez iki siyasi cəbhəyə bölünmüşdür. Lakin son dövrün yaratdığı
şərait Ukrayna xarici siyasətində regionçuluq, tarixi bağlılıq, etnik
kökənlilik, iqtisadi, dini, hərbi və mədəni əlaqələrin nəzərə
alınmasını tədricən əsas götürməyə vadar edib. Xüsusilə, dünya
iqtisadi böhranı və böhranın nəticələrindən ən çox zərər çəkən
Avropa dövləti olan Ukrayna öz daxili və xarici siyasətində
dəyişiklik etmək məcburiyyəti ilə üzləşib. Burada böhran amilinin
yaratdığı vəziyyət real siyasət amilinin tətbiqini zəruri edibdir.
Dostları ilə paylaş: |