179
davamgətirici məhsul istehsal etmək iqtidarında deyil. Ukraynanın
mövcud iqtisadi vəziyyətinə dair bəzi faktları qeyd edək: Ukrayna
sənaye-aqrar ölkəsidir və bu ölkədə metallurgiya və energetika
sahələri inkişaf etmişdir. Ölkə 2008-ci ilin mayından Ümumdünya
Ticarət Təşkilatının üzvüdür. Faydalı qazıntıları içərisində kömür
əsas yeri tutur. Bununla yanaşı, ölkədə müəyyən həcmdə neft və
qaz yataqları da vardır. Qara dəniz şelfində, Qara dəniz-Krım
neft –qaz vilayətində və Prikarpatyedə neft-qaz ehtiyatları vardır.
Ukraynanın öz nefti daxili tələbatın yalnız 15-20 faizini, qaz isə 15
faizini təmin edir. Hal-hazırda ölkənin milli kömür istehsalı
sənayesi böhran vəziyyətindədir və şaxtaların demək olar ki, 70
faizi bağlıdır.
1
İ
kincisi, Rusiya çalışır ki, Ukraynada ən böyük sərmayə
yatıran ölkə kimi təsirə malik olsun. Bu baxımdan, investisiya
qoymaqla, Ukraynanın iqtisadiyyatına nüfuz etməyə və bununla
da siyasi həyatına böyük təsirlər imkanı əldə etməyə çalışır. Hal-
hazırda isə Qərb ölkələri daha çox üstünlük təşkil edir. Məsələn,
Ukraynada xarci investisiyaların həcminə görə ABŞ ikinci
yerdədir.
2
ABŞ və Avropa İttifaqı Ukraynanı bazar iqtisadiyyatı
ölkəsi kimi adlandırıblar.
Üçüncüsü, Ukraynanın əmək resursları Rusiyaya lazımdır.
Rusiya çalışır ki, Ukraynanın çoxmilyonluq əhalisindən öz
sərvətlərinin istismarında istifadə etsin. Bu baxımdan da
Ukraynanın kapitalını öz ölkəsinə cəlb etsin və iki ölkə arasında
qarşılıqlı iqtisadi bağlılıq sistemi yaratsın. Hal-hazırda Rusiya ilə
Ukrayna arasında aşağıdakı istiqamətlər üzrə iqtisadi əməkdaşlıq
yerinə yetirilir.
-elektroenergetika sahəsində əməkdaşlıq;
- Moldovaya elktorenerjinin birlikdə ixracı,
-Ukraynanın ət və süd məhsullarının Rusiya bazarlarına
ixracı;
1
Украина. Экономика. Материал из Википедии-свободной
энциклопедии. http://ru.wikipedia org.
2
Украина-США. Материал из Википедии-свободной энциклопедии.
http://ru.wikipedia org.
180
-Ukrayna ərazisi vasitəsilə xarici ölkələrdən heyvan əti
məhsullarının ixracı;
-AN-124 təyyarələrinin istehsal;
-kosmik sahələr;
-enerji məhsullarının ixracı-Ukrayna həmçinin Mərkəzi Asiya
qazını Rusiya vasitəsilə alır.
1
Dördüncüsü, Brodı-Qdansk enerji kəmərinin reallaşmasına
mane olmaq üçün Ukrayna Rusiyaya lazımdır. Rusiya Avropa
üzərində yalnız öz enerji nüfuzunu saxlamağı qarşısına məqsəd
qoyubdur.
Beşincisi, Rusiya çalışır ki, Ukraynanı Rusiya-Belorus və
Qazaxıstan arasında yaradılması nəzərdə tutulan vahid gömrük
iittifaqına cəlb etsin və bununla da Ukraynanı öz iqtisadi-siyasi
ittifaqında saxlasın. Qeyd etmək lazımdır ki, Ukrayna, Rusiya,
Belorus və Qazaxıstan arasında 2003-cü ildə vahid iqtisadi
məkanın yaradılması haqqında baza sənədi də imzalanıbdır.
Prezident Yuşenko bu məsələ ilə əlaqədar olaraq bildirirdi ki,
Ukrayna azad iqtisadi zonanın yaradılması siyasətini dəstəkləyir,
lakin özünün fiskal (maliyyə), büdcə, gömrük suverenliyini əldən
buraxa bilməz.
2
Altıncısı, Rusiya çalışır ki, özünün Avropa ölkələri ilə iqtisadi
inteqrasiyasında Ukrayna ərazisində müəyyən qədər nüfuz
qazansın və gələcəkdə köklü problemlərin olmamasına zəmin
hazırlasın.
Ərazi mübahisələrini həll etmək baxımından
Ukrayna ilə Rusiya arasında müəyyən ərazi problemləri
yaşanır. Xüsusilə, Ukraynanın qərbyönümlü siyasətçiləri bu
amildən Rusiyaya təzyiq vasitəsi kimi istifadə edirlər. Ukrayna
prezidenti V. Yuşenkonun hələ 2005-ci ildəki fikrinə əsasən,
1
Украина-Россия-ЕЭП-СНГ. Материал из Википедии-свободной
энциклопедии. http://ru.wikipedia org.
2
Yenə orada.
181
Kiyevin Moskva ilə üç mühüm problemi mövcudur:
Rusiyanın
Qaradəniz limanı, sərhəd məsələləri və enerji məsələləri.
1
Ukraynanın qərbyönümlü siyasətçiləri içərisində belə bir fikir
var ki, ukraynalılarla ruslar iki xalqlardırlar və onların hərəsinin
öz maraqları mövcuddur. Moskva ilə Kiyev arasında bərabər
danışıqlar mövcud olmalıdır. Rusiyanaın Belqorod vilayəti ilə
bağlı olaraq müəyyən qüvvələrdə də narazılıq var. Ukraynanın
bəzi hakim dairələri hesab edirlər ki, Belqorod vilayəti Ukraynaya
məxsusdur.
2
1991-1997-ci illərdə imzalanmış müqavilələrə əsasən
Rusiyanın Qara dəniz limanı müvəqqəti olaraq Ukrayna
ərazisində yerləşir. Ukrayna konstitusiyasına əsasən xarici
ölkələrin qoşunlarının Ukraynada daimi dislokasiyası qadağan
edilir. Bu baxımdan da Rusiyanın Qara dəniz limanının
Ukraynada qalma müddəti 2017-ci ilə qədərdir.
3
Ukraynanın bəzi
siyasətçilərinin fikrincə, Rusiyanın Qara dəniz limanının
Sevastopolda qalması Ukraynanın milli maraqlarına ziddir.
Hərbi baxımdan
Birincisi, Rusiya güclü hərbi potensiala, o cümlədən hərbi-
sənaye kompleksinə malik olan Ukraynanı əldən vermək istəmir.
Ukraynanın ordusu 2008-ci ilin məlumatına əsasən 141 min nəfər
təşkil edib. Bura digər silahlı birləşmələr aid deyil.
4
(Dövlətin
ərazisi də Rusiya-NATO hərbi münasibətlərində Rusiya üçün
əlverişli strateji bir məkandır. Ukrayna Rusiyanı NATO
təsirlərindən qoruya biləcək ən böyük bir dayaqdır. Rusiya bu
dövlətə özünün gələcək hərbi bazaları üçün mühüm bir strateji
obyekt və məkan kimi baxır. Qeyd etmək lazımdır ki, SSRİ
dağılana qədər Ukrayna ərazisində 1240 ədəd nüvə başlığı, RS-18
adlanan 133 ədəd strateji raket, RS-22 adlanan 46 strateji raket,
1
Украина-Россия-ЕЭП-СНГ. Материал из Википедии-свободной
энциклопедии. http://ru.wikipedia org.
2
Bax, həmin mənbə
3
Bax, həmin mənbə
4
Вооруженные силы Украины. Материал из Википедии-свободной
энциклопедии. http://ru.wikipedia org.