185
-Ukrayna Rusiyanın Qara dənizdə güclənməsi və Rusiyanın
“Cənub axın” layihəsinin təhlükəsizliyini təmin etmək, Qara
dənizdə hərbi nəzarəti ələ keçirmək, Qara dənizdəki hərbi
limanları vasitəsilə Abxaziyaya yardım etmək və Gürcüstanın
təsirlərini tamamilə azaltmaq üçün lazımdır;
-Moldovanın Dnestryanı ərazisi, eləcə də Moldovaya çıxış və
təsirlər üçün Ukrayna Rusiyaya lazımdır;
-Qara
dənizdə
güclənmək
siyasəti
Rusiya-Bolqarıstan
münasibətlərinin inkişafı üçün lazımdır;
-Ukraynada siyasi üstünlük qazanmaq və Qara dənizdə hərbi
donanmanın gücünün artırılması ABŞ-ın gələcəkdə Qara dənizdə
güclənmə ehtimalını aşağı sala bilər. Bu baxımdan da Ukrayna
Rusiyaya lazımdır;
-Ehtimal edilə bilər ki, Qara dənizdə ABŞ-Ukrayna iqtisadi-
siyasi yaxınlaşması Rusiyanın gələcəkdə region maraqlarına ciddi
zərbələr vursun. Bu baxımdan da Ukrayna Rusiyaya lazımdır;
-ABŞ-ın Rumıniyada yerləşdirə biləcəyi strateji təyinatlı
silahlara qarşı Ukrayna Rusiyaya lazımdır. Nəzərə almaq lazımdır
ki, ABŞ Qara dənizdə daha çox Rumıniya ərazisindən istifadə
etməklə hərbi-siyasi cəhətdən təsir imkanlarına malik ola bilər.
Çünki rumınlar slavyanlar deyil, Gürcüstanda ümumiyyətlə,
müvafiq siyasətin reallaşdırılması mümkün olmaz, Türkiyə isə öz
milli və regional siyasətinə görə, Türkiyə-Rusiya münasibətlərinin
korlanmaması naminə bu addımı atmaz;
-Qara dənizdə Ukrayna-Gürcüstan hərbi yaxınlaşmasını
məhdudlaşdırmaq üçün Ukrayna Rusiyaya lazımdır;
-Ukrayna, Gürcüstan və Polşa arasında Rusiya əleyhinə
mövcud olmuş yaxınlaşmanın bir daha olmaması, təkrar-
lanmaması üçün Ukrayna Rusiyaya lazımdır;
-Ukrayna-Türkiyə, Ukrayna- Rumıniya arasında yaxınlaşmaya
nəzarət üçün Ukrayna Rusiyaya lazımdır;
-Rusiyanın pravoslav dünyasında güclənməsi üçün ölkənin
əhalisi Rusiyaya lazımdır;
-Ukrayna Rusiya üçün Mərkəzi Avropaya əsas giriş qapısıdır.
Rusiyanın enerji məhsullarının maneəsiz Avropaya çatdırılması
üçün ölkə Rusiyaya lazımdır;
186
-Rusiya-Ukrayna-Belorus siyasi yaxınlaşması üçün Ukrayna
lazımdır. Həmin ittifaq Şərqi və Qərbi Avropadan siyasi təsirləri
məhdudlaşdırmaq baxımından sərfəlidir;
-Mərkəzi Asiyanın Ukrayna üzərindən də enerjisinin Qərbə
ixracına nəzarəti tam ələ keçirmək üçün Ukrayna Rusiyaya
lazımdır;
-Ukraynada rusların təsirlərini artırmaq və rus dilinə ikinci dil
statusunun verilməsi üçün ölkə Rusiyaya lazımdır;
-Qara dəniz-Azov akvatoriyasında siyasi və iqtisadi nəzarəti
gücləndirmək üçün Ukrayna Rusiyaya lazımdır;
-Ukrayna ilə Cənubi Qafqaz arasındakı siyasi yaxınlaşmaya
müəyyən qədər nəzarəti ələ keçirmək üçün Ukrayna Rusiyaya
lazımdır;
-Ukrayna Rusiyanın birinci “çəpər zolağı” sisteminə keçmiş
SSRİ dövlətlərini cəlb etmək üçün təsiredici səhnənin yaradılması
üçün lazımdır. Ukraynanın ardınca Gürcüstan da öz xarici siyasət
kursunda da dəyişiklik edə bilər.
Ukraynada rusiyapərəst siyasətçi Yanukoviçin hakimiyytə
gəlməsi və Rusiyanın xeyrinə siyasət yeridəcəyi Rusiyanın Şərqi
Avropa, Qara dəniz, MDB, Slavyan dünyası və Avropa İttifaqı,
eləcə də NATO ilə rəqabətdə üstünlüyünü artıracaqdır. Viktor
Yanukoviçin hökumətə rəhbərliyi dövründə Rusiya hakimiy-
yətinin Ukraynada nüfuzunun gücləndiriliməsi üçün müəyyən
xidmətləri olubdur. Bu baxımdan NATO-ya daxil olmaq üçün
referendumun keçirilməsi və V.Yuşenko hakimiyyəti dövründə
Rusiyanın Qara dəniz limanı ilə bağlı müqaviləyə təzədən
baxılması məsələsinin gündəlikdən çıxarılması üçün onun geniş
fəaliyyəti olmuşdur. Türkmən qazının yalnız Rusiya vasitəsilə
alınması məsələsi və digər enerji məsələlərinin həll olunmasında
da Viktor Yanukoviçin böyük xidmətləri olmuşdur.
Yazılma tarixi 15 fevral 2010-cu il
187
Beynəlxalq münasibətlər. Böyük dövlətlərin –
“güc mərkəzləri”nin beynəlxalq münasibətlər sistemində
tətbiq etdikləri “ikili standart” siyasətinin xüsusiyyətləri
və Azərbaycan
Dünyanın siyasi xəritəsi öz çoxçalarlığı ilə diqqəti cəlb edir.
Bütün dövlətlər eyni gücə malik deyillər və bu baxımdan da siyasi
xəritə fərqli ölçülü ərazilərə malik olan dövlətlərin ərazilərini əks
etdirir. Məlumdur ki, dünyada 200-dən artıq müstəqil dövlət
vardır və bu dövlətlər beynəlxalq münasibətlərin üzvləri, əsas
subyektləri olaraq qarşılıqlı münasibətlər və əlaqələr əsasında
fəaliyyət
göstərirlər.
Dövlətlərin
qarşılıqlı
fəaliyyəti
və
mövcudluğu nəticəsində dünyanın ümumi siyasi mənzərəsi
formalaşır. Münasibətlər beynəlxalq aləmdə dövlətlərin hərəkət
(fəaliyyət) məzmununu müəyyən edir. Dövlətlər arasında dostluq
və ya gərginlik münasibətləri meydana gəlir. Münasibətlər tərəfin
başlanğıc və gələcək davranışı üçün niyyətlərin məzmununu
müəyyən edir. Beynəlxalq münasibətlərdə dövlətlərin beynəlxalq
müstəvidə hərəkət reaksiyalarını müəyyənləşdirir. Əlaqələrin
tənzimlənməsi üçün yaradılan normalar beynəlxalq hüquq
normalarıdır. Tərəflər norma qəbul edir (yaradır) və əməl edirlər.
Lakin bir dövlətin digər dövlətə qarşı müharibə elan etməsi və bu
istiqamətdə sənəd qəbul etməsi müasir beynəlxalq hüquq sənədi
deyil, dövlətin birtərəfli qaydada mövqeyini və davranışını əks
etdirir. Sənəd müasir beynəlxalq hüququ pozan aktdır. Dövlətin
müharibə elan etməsi və müharibəyə başlaması həmin dövlətin
xarici siyasət fəaliyyətinin tərkibidir. Lakin bu tərkib hücuma
məruz qalmış dövlətlə hücum edən dövlət arasında əlaqə yaratmır,
əksinə əlaqələri kəsir.
Təbii ki, beynəlxalq münasibətlər sisteminin ümumi fəaliyyət
xarakteri ayrı-ayrı dövlətlərin regional və qlobal səviyyədə həyata
keçirdikləri xarici siyasətin xüsusiyyətlərindən formalaşır.
Dövlətlərin bütün sahələrdə həyata keçirdikləri xarici siyasət
fəaliyyəti sayəsində onların münasibətləri yaranır və münasibətlər
əsasında da əlaqələri qurulur. Yaradılmış əlaqələrin meydana
Dostları ilə paylaş: |