182
bombardmançılar üçün 564 ədəd qanadlı raket, və 3000 ədədə
yaxın taktiki nüvə silahı mövcud idi
1
. Müstəqil Dövlətlər
Birliyində vahid ordunun saxlanılmaması qərarından sonra bütün
bu silahlar ABŞ-ın maliyyə dəstəyi ilə sökülərək Rusiyaya
aparıldı.
İ
kincisi, Rusiya Ukraynanın NATO-ya inteqrasiyasının və bu
dövlətin NATO-ya üzv olmasının qarşısını almağa çalışır. NATO-
nun şərqə doğru genişlənməsi və postsovet ölkələrini, xüsusilə,
Ukraynanı öz orbitinə qatması Rusiyanın Avropa və MDB
siyasətinə ən böyük zərbə olar. Rusiyanın hərbi-siyasi güc
mərkəzi kimi fəaliyyəti də şübhə altında qalar. Rusiyanın
sərhədlərinə ən böyük təhlükə məhz NATO-dandır. Ukraynanın
NATO ilə əməkdaşlılğı 1991-ci ildən başlayıb. 1994-cü ildə
Ukrayna NATO-nun “Sülh naminə tərəfdaşlıq proqramı” na
qoşulub. 2002-ci ilin noyabr ayından Ukrayna-NATO fəaliyyət
Planı mövcuddur. Bu plan Ukraynanın Şimali Atlantika Alyansı
ilə əməkdaşlığını yüksək qiymətləndirir. Bu fəaliyyət planı
çərçivəsində Ukrayna-NATO Məqsədlər planı da mövcuddur.
2
6
aprel 2004-cü ildə Leonid Kuçma dövründə NATO hərbi
qüvvələrinin Ukrayna ərazisində sərbəst girişi barədə qanun da
qəbul edilib.
3
2004-cü ilin prezident seçkiləri ərəfəsində Rusiyanı
sakitləşdirmək üçün Leonid Kuçma belə bir qərar qəbul etdi ki,
Ukraynanın NATO-ya qəbul edilməsi artıq dövlətin başlıca
məqsədi deyil. Ancaq NATO və Avropa İttifaqı ilə münasibətlərin
dərinləşdirilməsi Avropada yalnız təhlükəsizliyin və sabitliyin
zəmanəti üçün vacıbdir. Lakin bunun əksinə olaraq, 2005-ci ildə
prezident Yuşenko Ukraynanın NATO-ya və Avropa İttifaqına tam
hüquqlu üzv qəbul edilməsi məsələsini gündəliyə gətirdi. 2008-ci
ilin başlanğıcında Ukrayna prezidenti və baş nazirinin imzası ilə
NATO-nun baş katibinə ölkənin NATO-ya üzv qəbul edilməsi üçün
1
Независимая Украина с 1991 г. Материал из Википедии-свободной
энциклопедии. http://ru.wikipedia org.
2
НATO. Материал из Википедии-свободной энциклопедии.
http://ru.wikipedia org.
3
Bax, həmin mənbə
183
rəsmi məktubu daxil oldu. Bu Ukrayna parlamentində müəyyən
çaşqınlıq yaratdı
1
.
Ukraynanın Avropaya inteqrasiyasının qabağını almaq
baxımından
Birincisi, nəzərə almaq lazımdır ki, Ukrayna son 6 ildə
Avropa inteqrasiyasını qarşısına məqsəd qoyubdur. Bu baxımdan
2004-cü ildən sonra Avropa ölkələri ilə iqtisadi əməkdaşlığı üstün
tuturdu. Bu siyasət isə Rusiyanın Avropaya təzyiq siyasətinə zərbə
vururdu. Ukrayna Avropa İttifaqına tam hüquqlu üzv olmağa
çalışırdı. Hələ 6 aprel 2006-cı ildə Avropa Parlamentinin
sessiyasında belə bir qərar qəbul olunmuşdu ki, Avropa
Parlamenti Avropa Komissiyasını səsləyirdi ki, Ukraynanın
İttifaqa assosiasiya olunmuş üzv kimi qəbul olunması ilə bağlı
danışıqlara başlasın.
2
İ
kincisi, Ukrayna ilə Polşa, eləcə də Rumıniya arasındakı sıx
əməkdaşlığı
məhdudlaşdırmaq
üçün
Ukraynada
siyasi
hakimiyyətə nəzarəti ələ keçirmək və hakimiyyət üzərində nüfuz
qazanmaq Rusiyaya lazımdır.
Mədəni amiilər baxımından
Birincisi, nəzərə almaq lazımdır ki, Rusiya və Ukraynanı
müəyyən mədəni əlaqələr, yaxınlıq birliyi bağlayır. Hər iki xalqın
mədəniyyəti arasında oxşarlıq çoxdur. Bu baxımdan Rusiya çalışır
ki, bu mədəni amillərdən-dil qohumluğu, dini bərabərlik, ədəbi
yaxınlıq, adət-ənənə oxşarlığı və s. amillərdən istifadə edərək iki
xalqı bir-birinə yaxınlaşdırsın və bu yolla öz dövlət marağını
təmin etsin.
İkincisi, rusdilli əhalinin təsirlərini artıraraq Ukrayna siyasi
hakimiyyəti üzərində və ictimaiyyətində tətbiq etdiyi öz təsir
siyasətində bu amildən istifadə etsin. 2001-ci ilin statistikasına
1
НATO. Материал из Википедии-свободной энциклопедии.
http://ru.wikipedia org.
2
Украина. Евроинтеграция. Материал из Википедии-свободной
энциклопедии. http://ru.wikipedia org.
184
əsasən Ukrayna əhalisinin 77, 8 faizini ukraynalılar, 17, 3 faizini
isə ruslar təşkil edir.
1
Ukraynanın rəsmi dili ukrayna dili
olmasına baxmayaraq, bu ölkədə yaşayan ruslar hesab edirlər ki,
bəzi vilayətlərdə rus dili də rəsmi dil statusuna malik olmalıdır.
2
Ukraynanın mövcud və gələcək zamanda Rusiyaya nə
üçün lazım olmasının politoloji aspektlərini konkret olaraq
aşağıdakı şəkildə qeyd etmək olar:
-Ticarət məhsulları bazarı üçün Ukrayna Rusiyaya lazımdır;
-Ukraynanın ərazisinin böyüklüyü, əhalisinin çoxluğu, iqtisadi
və maddi sərvətləri, hərbi-sənaye kompleksi, dini amillər və
slavyançılıq amili bu dövlətin regionda təsiredici bir dövlət-güc
elementi, kimi əhəmiyyətini artırır. Ukrayna Qara dəniz-Cənubi
və Mərkəzi Avropaya coğrafi və siyasi baxımdan təsir etmək
imkanına malikdir. Buna görə də Ukrayna Rusiya üçün “ super
güc mərkəzi tərəfindən digər bir orta gücə malik olan
dövlətdən başqa güc mərkəzləri üçün dayaq elementi –
istinadgah kimi istifadə edilməsi” siyasətini həyata keçirmək
üçün lazımdır;
-Ukraynanın slavyan dünyası ilə sərhədlərinin mövcudluğu
Rusiyaya lazımdır. Belə ki, Ukrayna Polşa, Slovakiya və
Moldovanın Dnestryanı ərazisi ilə sərhəddə yerləşir. Bu amillər
Rusiya üçün Ukrayna vasitəsilə slavyan dünyasına çıxışın təmin
olunmasına zəmin hazırlayır, şərait yaradır. Bununla yanaşı,
Rusiya hesab edir ki, slavyanları, eləcə də Polşa və Slovakiyanı,
Çexiyanı Rusiyaya cəlb etmək üçün Ukrayna bir mərkəzə çevrilə
bilər. Ukrayna ərazisində Rusiya gələcəkdə hərbi bazalar
yerləşdirməklə, NATO-nun şərqə doğru genişlənməsinin qarşısını
alar;
-Ukraynanın ərazisi Rusiya üçün slavyan ölkələrinin Avropa
İttifaqı və NATO-dan gələcəkdə geri qaytarmağa kömək üçün bir
məkandır;
1
Украина. Население. Материал из Википедии-свободной
энциклопедии. http://ru.wikipedia org.
2
Украина. Языки. Материал из Википедии-свободной энциклопедии.
http://ru.wikipedia org.